Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə75/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   71   72   73   74   75   76   77   78   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
203
gəlmişkən  qeyd  edək  ki,  derivasiya  termini  XX  əsrin  30-cu  illərində  rus 
alimi Kirilovıç tərəfindən dilçilik elminə gətirilmişdir. Derivasiya termini ilə 
bağlı  məlumatlara  M.Lomonosov,  N.Qreç,  A.Barsov,  F.Buslayeva,  E. 
Zemskoy,  V.  Nemçenko,  U.  Uluxanova,  S.Toporseva,  A.Juravlyova  və  b. 
tədqiqatlarında  rast  gəlinir.  Başkir  dövlət  universitetinin  aparıcı  elmi  işçisi 
E.Todosienko qeyd edir ki, derivasiya termini A.Potebnyanın adı ilə bağlıdır. 
Derivasiyanın  filoloji  ədəbiyyatda  iki  dərəcəsi  qeyd  olunur:  birincili 
derivasiya  və  ikincili  derivasiya.  M.Adilov,  Z.Verdiyeva,  F.Ağayeva 
yazırlar: derivasiya aid olduğu dilin əsasında suffiks və ya morfemin köməyi 
ilə baş verən söz yaradıcılığıdır. Söz yaradıcılığında adətən birinci mərhələ 
1. inflektion, 2. word-formation adlanır. Rus dilində derivasiyanın müxtəlif 
səviyyələrdə  nümunələrinə  nəzər  salaq:  sneq-snejok.  Göstərdiyimiz  misal 
morfonoloji  səviyyədə  fonetik  derivasiyadır.  Объявлят-обявление.  Bu 
misalda  isə  düzəltmə  söz  yaranmışdır.  Медведъ-мед-ведъ.  Bu  misalda 
derivasiya  leksik  yolla  baş  vermişdir.  Пришла  зима-  зима  пришла.  Bu 
nümunədə  isə  sintaktik  derivasiya  nəzərə  çarpır.  Yuxarıdakı  məsələmizə 
qayıtsaq  ,digər  dillərdə  də  an  kökünün  derivatları  mövcuddur.  Məsələn, 
qədim çin dilində a-nu “qardaş” (Edoc.149).  
  Dünyanın  ekzotik  dillərindən  olan bask  dilində  anra  “qadın”  sözü  var 
(EDB.93).  etrusk  dilində  Ani  teonimi  “səma  allahı”  anlamında 
olmuşdur(HDE.13). Yəni paralel, analoji faktlar sübut edir ki, müxtəlif canlı 
adlarının  mənşəyində  məhz  an/in/en/ən  kök  morfemi  dayanır.  Tunqus-
mancur  dillərinə  aid  neqidal  dilində  anda  “dost”  sözü  var  ().  T.Gülensoy 
anqıt adının (ördəyə oxşar bir quş) an “vəhşi heyvan” kökündən törədiyini 
qeyd  edir  (TTSKB).  J.Pokomunun  proto-hind  Avropa  dilləri  üçün  bərpa 
etdiyi  söz  kökləri  arasında  an  (ə)  –  “nəfəs  almaq”  kökü  var  (PJEED.115). 
Təsadüfi  deyil  ki,  qədim  hind-Avropa  dillərində  an  (h-an)  “əcdad”  kökü 
olmuşdur  (PJEED,  132).  Deməli  bu  kök  morfeminin  ilkin  mənası  “həyat, 
nəfəs,  canlı”  semantikasını  ehtiva  etmişdir.  İngilis  dillərindəki  animate 
“canlı, yaşayan hər şey” sözünün də mənşəyi güman ki, bu kök morfeminə 
bağlıdır.  Deməli,  qədim  kök  morfem  mənasını  dəyişsə  də,  türk  dillərində 
qorunmuşdur. J.Pokomu latın mənşəli gen “” doğmaq sözünün də bu kökün 
derivatı hesab edir. Həmçinin ana  sözünün də bu kökdən yarandığını qeyd 
edir. Qədim alman dilində an/ano/ene “baba” sözü olmuşdur. Qeyd edək ki, 
qədim şumer dilində an teonimi də olmuşdur. Belə ki, şumerlərin dilində an 
“allahlar allahı” anlamını ifadə etmişdir.  
  Qədim  türkcələrdən  olan  xalac  dilində  jin  “qadın”  sözü  mövcuddur  . 
Göründüyü  kimi,  jin/sin/gen  anlamındakı  səslərin  protetik  olması  sübut 
olunur. An kök morfeminin bir derivatı da ana sözüdür. Türk dillərində kök 
sözlərdən biri də ana/anne/ene sözüdür. Əksər türk dilində “ana” anlayışını 
bildirən həmin söz çağdaş salar dilində “qız” mənasını ifadə edir. Digər türk 


Filologiya məsələləri, № 7, 2017 
 
204
dillərində: çuv., tür., anne, Alt., şor., q, qalp., qır, ene, q, balk, “ana”, “nənə”, 
xak,  inə,  baş,  inəy  “ana”,  tuv,  ene  “xala”,  eney  “nənə”,  tat,  ana/ani/ene 
“ana”, “nənə”, “dişi”, baş, inə “dişi”, özb, ona “ana”, qaz “qaynana” türkm, 
“ata xətti üzrə nənə”, Qərbi Sib. Tat, onna “nənə” Xalac türkcəsi inə “ana” 
[8].  Altay  dilinin  tatar-çalkan  dia,  ene  “qaynana”.  Bu  qədim  qohumluq 
sözünün  izlərini  Ural-Altay,  həm  də  digər  dil  ailələrində  görmək  olar. 
Müqayisə  edək:  macar  anya  “ana”,  koreya  əni,  yapon  ania  “böyük  bacı”, 
udmurt anya “qardaş arvadı”, anay “ana” (ESUY,93), ine “xala” mamsi ani 
“böyük qardaşın arvadı”, xantı anaqa “qardaş arvadı”, evenk eni, mancur, ulç 
ene,  oros,  solon  eni  “ana”,  uyğur  dia  aneka  “nənə”  sözü  var  (UDS,13). 
Deməli bu sözdəki fono-semantik şaxələnmə Ural-Altay arealını əhatə edir. 
Hətta  bəzən  bu  sərhədi  də  aşır.  XI-IX  əsrlərə  aid  türkmən  yazılı 
qaynaqlarında  ene  “ana”  mənasında  işlənmişdir.  Faktlara  baxaq:  koreya  a-
nye  “cavan  qız”  (KED.1068),  xett  anna  “ana”  (EDHİL.174),  prussk  ane 
“yaşlı ana”, litva anuta qədim alman ana “qaynana, nənə”, latın anuna “ana”, 
anus  “yaşlı  qadın”,  protoitalyan  anu  “yaşlı  qadın”  (EDL.45)  yapon  ane 
“böyük bacı” (BYRS. 23), aneqo “böyük bacı” müraciət forması (BYRS.23) 
qədim hind-Ari dillərində anqana “xanım, qadın, arvad” (EÜA.1,6). Tunqus-
mancur dillərində: ene/ ənə/ eney “ana”, bask eme “dişi” (EDB.110). Komi 
dillərində en “ana” (KESKY,332) onya “qardaş arvadı”, udmurt une “xala”, 
macar  anqu,  xantı  anaqa  “qardaş  arvadı”  (KESKY,  206).  Başqırd  dilinin 
cənub  dialektlərində  ene  “kiçik  qardaş”,  kabardın  ane  “ana”  qədim  hind- 
Avropa  mənşəli  sindo-meot  dilində  na  “ana”  (İSP,73).  Dravid  dillərində 
annu “qadın”, an “böyük qardaş” (DED.14). Uyğur dilinin Kucar şivəsində 
aneka  “nənə”  sözü  işlənməkdədir  (U.D.S.  13).  Çağdaş  uyğur  dilində  ana 
anlayışı bildirən ayı sözü də var. Həmin söz çin dilində ayı (“ana xətti üzrə 
qadın  qohum,  xala,  bibi”)  formasındadır  (B.K.R.S.25).  id-qədim  türk 
“göndərmək”,  qədim  hind-Ari  dillərində;  et-  “getmək”  (EWA  1,38),  at 
“getmək”  (EWA  1,56)  d/t  refleksi:  rus  idi  “getmək”,  qədim  türk  id  – 
“göndərmək”, t/d refleksi tür, ileti “ismarıc”, bolqar id/ida “gəlmək, getmək” 
(Bol.RS.250). Əslində bu eyni kökün morfoloji transformasiyasıdır. bi “su”; 
bulaq sözü tarixi-etimoloji cəhətdən bi+laq // bu+laq şəklində formalaşdır, - 
laq şəkilçi morfemidir. Məlumdur ki, -laq məkan düzəldən aktiv şəkilçidir.  
  Bir  çox  dillərdə  bi  “su”  anlayışını  bildirir.  Müqayisə  edək:  tunqus-
mancur  bur  “ada”,  bura  “tökmək,  süzmək”  (SSTMY,1,110),  q.  Qalp,  boy 
“sahil”.  Bulaq  sözünün  qazax  dilində  “çay”  mənasında  işlənməsi  də  bu 
morfemin su anlamını təsdiq edir. Türkiyə türkcəsində pinar bulaq sözü var. 
Yəni b-p əvəzlənməsi baş vermişdir. Bu sözün öncəki şəkli binar olmuşdur. 
Çünki b samiti p samitindən öncə yaranmış səsdir. Ural dillərində bira sözü 
var. Ehtimal ki, bu sözün də kökü nostratik mu “su” köküylə bağlıdır. Yəni 
B/m  refleksinə  əsasən  bu  ehtimalı  irəli  sürmək  mümkündür.  Müxtəlif 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə