Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə77/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   73   74   75   76   77   78   79   80   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
208
b.m. İRADƏ ŞÜKÜROVA,  
ŞÜKUFƏ İSLAMOVA 
Bakı Biznes Universiteti 
sukufa.@mail.ru 
HEYDƏR ƏLİYEVİN АNA DİLİMİZİN  
İNKIŞAFINDA ROLU 
 
Açar sözlər: ümummilli,zənginlik, düşüncə, qavrama, adət 
Ключевые  слова:  общенациональный,  богатство,  сознание,  восприя-
тие, традиция 
Keywords: nationwide,richness, conciousness, grasping, custom 
 
Dil elə bir vasitədir ki, o bizim həm maddi həm də mənəvi irsimizi 
qoruyur  və  inkişaf  etdirir.Bu  səbəbdən  biz  doğma  dilimizi  yaxşı  bilməklə 
kifayətlənməməliyik,  onu  göz  bəbəyimiz  kimi  qorumalıyıq.1999-cu  il 
noyabr  ayında  keçirilmiş  baş  konfransda YUNESKO-nun qərarı  ilə 21 
fevral Beynəlxalq  Ana  Dili  günü elan  edilmişdir. Dilə  yiyələnmək  elə  bir 
sərvətdir  ki,o,  cəmiyyətimizin  ən  dəyərli  neməti  hesab  olunur.  Xalqımız 
mübarizə  edərək  inkişafını,  həyatını  qurub,qorumaq  üçün  dildən  bir  silah 
kimi  istifadə  etmişdir.  Bizim  də  ümdə  məsləkimiz  tariximizi,  milli-mənəvi 
dəyərlərimizi,  adət-ənənələrimizi  gələcək  nəsillərə  yalnız  dil  vasitəsi  ilə 
çatdırmaqdır.  Rus  pedeqoqu  K.D.Uşinskinin  dediyi  kimi,  "Bir  xalqı  məhv 
etmək üçün onun dilini əlindən almaq kifayətdir". Danılmaz faktdır ki, illər 
boyu, tarixən torpaqlarımıza göz dikən və ona yiyələnmək istəyən düşmənlər 
müxtəlif  yollarla  bizə  qarışıb,dilimizi  əlimizdən  almaq  üçün  min  cür 
hiylələrə əl atmışlar. Bu səbəbdən bizim boynumuza böyük yük düşür..Biz 
dilimizin gözəlliyini,zənginliyini uşaqlara körpəlikdən sevdirmək üçün dahi 
yazıçı  və  şairlərimizin,  klassiklərimizin  poema,şeirlər,əsərlərlə  dolu 
kitablarını qoruyub,köhnələrini isə yenidən nəşr etməliyik,çünkü onların hər 
birinin  millətin  inkişafında  böyük  rolu  vardır.  Yaxşı  olardı  ki,  gənc  analar 
körpələrinin beşiyi üstündə elə öz ana –doğma dilində onlara layla çalardılar. 
Bu  da  körpənin  gələcək  inkişafında,doğma  dilə  sevgi  ilə  böyüməsində  bir 
yol,cığır  açardı.Mən  deyərdim  ki,  ana  laylası  ana  sevgisi  ilə  elə  sıx 
təmasdadır  ki,  uşagın  düzgün  formalaşmasında,düzgün  yol  seçməsində 
boyük rol oynaya bilər.Körpə elə ilk çağlarından ana dilinə olan məhəbətti 
beyninə  həkk  edər  və  həyatını  bu  sevgi  üstündə  qurar.Məlum  olduğu 
kimi,klassiklərimiz  əsərlərində  küllü  miqdarda  atalar  sözlərindən,  zərb 
məsəllərdən,aforizm  və  idiomatik  ifadələrdən  istifadə  etmiş  və  əsərlərinin 
bədii dəyərini məhz ana dili vasitəsilə artirmişlar. 


Filologiya məsələləri, № 7, 2017 
 
209
Repressiya millətimizə, milli şüurumuza və milli hərəkatımıza böyük 
bir  zərbə  idi.  Lakin  bu  da  son  olmadı.  Sonrakı  dövrlərdə  –  II  Dünya-
Müharibəsindən  sonra  da  xalq  arasında  milli  düşüncəli  ziyalılar  yetişməyə 
başladı.O cümlədən Mirzə İbrahimov (1911-93), Şıxəli Qurbanov (1925-67), 
Xəlil Rza Ulutürk (1932-94) Tofiq Bayram (1934-19910) və s.  
Ana dili 
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,        
Qalxıb Şahdağına söz istəyirəm,          
Çatsın hay-harayım dinləyənlərə, 
Mən nankor deyirəm, nacins deyirəm - 
Öz ana dilini bilməyənlərə! 
Tofiq Bayram 
Biz bugünümüzə, sabahımıza və gələcəyimizə görə ana dilimizə 
borcluyuq.Bizim müstəqilliyimizin rəmzi ana dilimizdir.Yalnız onun varlığı 
bizə işıqlı gələcəyin yolunu göstərə bilər.Əlimizdən nə gəlirsə bu yolda 
əsirgəməməliyik!Bu hər bir Azərbaycan vətəndaşının ümdə borcudur!  
Nə  yaxşı  ki,Azərbaycanda  Respublika  Əlyazmalar  Fondu  fəaliyyət 
göstərir.Dünyanın  digər  əlyazma  xəzinələri,muzey  və  kitabxanalarında 
olduğu kimi fondun türk dilindəki materialları bu dillərdə danışan və yazan 
xalqımızın  zəngin  tarixə  malik  olduğumuzu  bir  daha  sübut  edir.Təəsüf 
ki,onlar  indiyə  qədər  zəif  öyrənilmiş,əlyazma  şəklində,çap  olunmamış 
vəziyyətdə  qalır.Halbuki  Respublikası  Əlyazmalar  Fondunun  qarşısında 
Azərbaycan  xalqının  zəngin  yazılı  irsini  xalqa  çatdırmaq  məsələsi  böyük 
vəzifə  kimi  durur.Xalqımızın  ana  dili  olan  Azərbaycan  dilinin  inkişafında, 
onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında misilsiz xidmətləri 
olan Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: 
“Bütün  xalqlarda  olduğu  kimi,  Azərbaycan  xalqının  ana  dili 
onun milli varlığını müəyyən edən başlıca amillərdəndir… İnkişaf etmiş 
zəngin  dil  mədəniyyətinə  malik  olan  xalq  əyilməzdir,  ölməzdir,  böyük 
gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu 
ən  qiymətli  milli  sərvəti  hər  bir  Azərbaycan  övladı  göz  bəbəyi  kimi 
qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq 
borcudur”. 
O  dövrdə  ölkədə  milli  dillərin  sıxışdırılması  siyasətinin  yeridildiyi  bir 
zamanda  ulu  öndər  ana  dilinin  –  Azərbaycan  dilinin  inkişafına  böyük  səy 
göstərirdi.  Hər  bir  xalqın  milli-mənəvi  dəyərlərinin  yaradılması  və  inkişaf 
etdirilməsində  ana  dilinin  müstəsna  rol  oynadığını  deyən  türk  dünyasının 
lideri Heydər Əliyev Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət 
dili  statusunun  qorunması  sahəsində  bir-birinin  ardınca  mühüm  əhəmiyyət 
kəsb  edən  tədbirlər  həyata  keçirirdi.  Ana  dilində  dərsliklərin  və  kitabların 
nəşrinin genişləndirilməsi, dilçi alimlərə qayğı göstərilməsi belə tədbirlərdən 


Filologiya məsələləri, № 7, 2017 
 
210
idi. Ötən əsrin 70-ci illərin ortalarından başlayaraq milli dillərin sıxışdırılması 
tədricən  gücləndirilirdi.  Sovet  dövründə  “bir  ailə,  bir  dil”  siyasəti  hər  yerdə 
geniş  təbliğ  olunurdu.  Ulu  Öndərimiz  Heydər  Əliyev  öz  ana  dilini  bilməyən 
insanları şikəst insanlar adlandırırdı.Ulu öndər Sovet rejiminin sərt olduğu bir 
vaxtda  deyirdi  ki,  Konstitusiyanın  vətəndaşlara  verdiyi  təhsil  hüququndan  öz 
ana  dilində  istifadə  etməlidir.  Bu  hüquq  ana  dilində  danışmaq,  yazmaq  və 
oxumaq  imkanı  ilə  təmin  olunur.  Nəhayət,  1977-ci  ildə  SSRİ-nin  yeni 
Konstitusiyası  təsdiq  edildi.  Həmin  konstitusiyada  isə  elə  əvvəldən  dövlət 
dili haqqında heç bir maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş 
konstitusiyaların heç birində dövlət dili haqqında maddə öz əksini tapmadı. 
Azərbaycan isə tam fərqli bir vəziyyət nümayiş etdirdi. Heydər Əliyev ana 
dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi.  
1978-ci il aprel ayının 2-də Doqquzuncu çağırış Azərbaycan SSR 
Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının 
(əsas  qanununun)  layihəsi  və  onun  ümumxalq  müzakirəsinin 
yekunlarına  həsr  olunmuş  yeddinci  sessiyasında  məruzə  ilə  çıxış  edən 
Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək 
təklif  olunur: “Azərbaycan  Sovet  Sosialist  Respublikasının  dövlət  dili 
Azərbaycan dilidir”. 
Güclü yaddaşa və müdrikliyə malik olan, hər zaman siyasi manevrlər 
edən  Heydər  Əliyev  bu  sahədə  də  öz  dərin  zəka  və  dəmir  iradəsini  ortaya 
qoyaraq  ana  dilinin  qorunmasına  nail  ola  bildi.  Yalnız  Azərbaycan  ədəbi 
dilini  deyil,  habelə,  xalq  danışıq  dilini  mükəmməl  mənimsəyən,  bu  dilin 
zəngin  lüğət  tərkibinə  yaxşı  bələd  olan  və  bu  imkanlardan  fitri  istedadı 
sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli 
yığıncaqlarda,  məsələn,  partiya  konfranslarında,  yubiley  toplantılarında, 
dövlət səviyyəsində aparılan yüksək müşavirələrdə ana dilində səlist çıxışlar 
edərək,  hər  kəslə  sadə  ana  dilində  danışaraq  özünə  böyük  hörmət  və 
məhəbbət  qazandı.  O  çox  yaxşı  başa  düşürdü  ki,  ona  bu  böyük  hörmət  və 
məhəbbəti  qazandıran  eyni  zamanda  onun  istifadə  etdiyi,  danışdığı  dilə  – 
Azərbaycan  dövlət  dilinə  çox  yüksək  dərəcədə  hörmət  etməsidir.Həmin 
illərdə  sovet  respublikası  rəhbərinin  sovet  məkanı  sayəlan  qonşu 
respublikalara səfərləri istisna olmaqla, ana dilində çıxış etməsi, Azərbaycan 
dili  dərsliyini  hazırlamış  dilçi-alimlərə  qayğı  göstərməsi,  onları  müxtəlif 
dövlət mükafatına layiq görlməsi, Azərbaycan dilində yaradılmış mədəniyyət 
nümunələrinin  dünya  səviyyəsinə  çıxarılmasına  yardımçı  olması,  bu 
nümunələri  ərsəyə  gətirən  yaradıcı  ziyalılara  yüksək  dövlət  qayğısı 
göstərməsi, və bu istiqamətdə görülmüş digər işlər dilimizin daha geniş təbliğ 
olunmasına zəmin yaratdı.Bütün bunlar, əlbəttə, təbii olaraq, ölkədə həm dövlət 
səviyyəsində  həm  də  xalq  arasında  güclü  bir  hegemon  dövlət  dili  ab-havası 
yaratmağa  xidmət  edirdi.  Şübhəsiz,elə  gənc  yaşlarından  Azərbaycanın 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə