Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə79/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   75   76   77   78   79   80   81   82   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
214
Bununla  belə,  sözdüzəltmələrin  rolu  heç  də  təkcə  yeni  sözlərin 
yaranmasından  ibarət  olmur,  həm  də  dildə  artıq  mövcud  olan  sözlərin 
yaranmasından  ibarət  olur.  Əslində  heç  vaxt  yəqinliklə  təsdiq  etmək  lazım 
deyildir ki, hər bir ayrı-ayrı təsadüflər zamanı nitq prosesində məhz nə baş 
verir- hazır leksik vahidlərin yenidən təkrar istehsal edilməsi, yoxsa mövcud 
olan  sözdüzəltmə  modelinin köməyi ilə  bu vahidlərin  yenidən  yaradılması. 
Tamamilə güman etmək lazımdır ki, nitq prosesi zamanı fasiləsiz olaraq söz 
yaradıcılığı, yeni sözlər yaratma prosesi baş verir ki, bu da əksər hallarda heç 
də yeni sözlər yaratmır.  
Sözdüzəltmənin  bu  tərəfi  heç  də  yeni  sözlərin  yaranmasından  az 
əhəmiyyətli  deyildir.  Başqa  sözlə  desək,  həm  müstəqil  söz  birləşmələri  və 
cümlələrin  düzülüşü  zamanı  danışan  daima  morfologiya  və  sintaksisin 
qayda-qanunlarına  əməl  etdiyi  kimi,  düzəltmə  sözlərdən  istifadə  etdiyi 
zaman  da  danışan  sözdüzəltmə  qanunlarına  əməl  edir  ki,  bunlar  həmin 
dəqiqə müstəqil işlənən ifadələr kollektiv üçün heç də yeni yaranmış ifadələr 
hesab olunmurlar. 
Qeyd  edilməlidir  ki,  sözdüzəltmə  zamanı  hazır  birləşmələrin 
yaranması ilə həmin təsadüflə əlaqədar yaranan sözlər arasındakı sərhəd heç 
də qrammatika və leksikadan analoji sərhəd kimi dəqiq deyildir. Bu “Ümumi 
dilçilik”  kitabında  çox  yaxşı  formalaşdırılmışdır.  “Dilçiliyin  hər  hansı  bir 
sahəsində  nitq  aktlarını  dilin  görüntüsündən  –təzahüründən  fərqləndir-
məkdən,  sözdüzəltməni  və  ənənələri  sistemli  faktorların  normalarından 
fərqləndirməkdən,  yeni  vahidləri  sadə  təkrarlardan  fərqləndirməkdən  çətini 
yoxdur. Nəhayət, məhz burada düzgün və qeyri-düzgün, müntəzəm və qeyr-
müntəzəm,  bu  mövcud  sistemin  təşkil  etdiyi  nüvə  ilə  onun  periferiyası  – 
çərçivəsi arasında sərhədlər daha çox yayılmışdır”.  
Bununla  belə  “sözdüzəltmənin  qrammatikası”-nın  mövcudluğundan 
da  danışmaq  tamamilə  mümkündür.  Bunun  mənimsənilməsi  dilə 
yiyələnmənin vacib şərtlərindən hesab olunur, əks halda danışan hiss edilən 
dərəcədə  yalnız  köklü  sözlərdən  istifadə  etməyə  məcbur  olmuş  olacaqdı. 
Təbii  ki,  məhz qrammatika (morfologiya və sintaksis)  daha dəqiq  və  ciddi 
qanunlara  malik  olur,  nəinki,  sözdüzəltmə  elementlərinin  əsasla 
uyğunlaşdırılması – ahəng qanunları. Bu da onunla izah edilir ki, danışan öz 
ana dilində sözdüzəldici vasitələrdən sərbəst istifadə edir, lakin xarici dildə 
danışan daha çox hazır nümunələrdən istifadə edir, demək olar ki, heç vaxt 
əvvəllər mənimsənilmiş sözlərdən müstəqil şəkildə istifadə etmirlər. 
Bununla  əlaqədar  olaraq  ingilis  linqvisti  Randolf  Kvirkanın 
V.Adamsın  “Müasir  ingilis  dilinin  sözdüzəltməsinə  giriş”  adlı  kitabından 
mülahizəyə  nəzər  salaq:  This  is  not  to  say  that  there  are  rules  of  word-
formation as freely available to the native speaker as his rules of sentence 
formation.  Where  almost  every  sentence  we  use  is  composed  to  suit  the 


Filologiya məsələləri, № 7, 2017 
 
215
occasion and is this a “new sentence”, it is relatively rare for us to form a 
“new word” and when we do our hearers are more or less conscious both of 
its newness and of the rarity with which they encounter the phenomenon of 
newness. Even so, they would be generally able to distinguish a new word 
that seemed well-formed from one that is not get unable in. To this extent, 
word-formation is interestingly rule bound and Valerie Adams gives careful 
consideration  to  the  many  complex  kinds  of  regularity  that  are  to  be 
observed. 
Bununla  belə  sözdüzəltmə  nəzəriyyəsinin  işlənməməsi  hələ  ki 
sözdüzəltmənin  bu  və  ya  digər  qanunlarından  danışmağa  imkan  vermir. 
Bundan  başqa  hələ  ki,  “sözdüzəltmə  qanununun  ümumi  anlamda  nə  cür 
qoyula  bilməsi  anlayışı  heç  də  tamamilə  aydın  deyildir.  Məsələn, 
“sözdüzəltmənin  prinsiplərindən”  danışarkən  Fauler  ingilis  və  qeyri-ingilis 
dillərinin bu və ya digər uyğun və qeyri-uyğun həm də canlı və cansız əsas 
və sözdüzəldici elementlərinin təqdimatını nəzərdə tutur. O “qeyri- düzgün 
yaranmış” (misformed) sözlərin növbəti nümunələrini misal olaraq göstərir: 
“amoral, automation, climatic, diandical, gullible, impedance” və s. 
Yaxın  vaxtlara  qədər  sözdüzəltmə  ya  qrammatikanın  bir  hissəsi,  ya 
da leksikologiyanın bir hissəsi kimi müzakirə edilirdi. 
Sözdüzəltmənin  qrammatikaya  aid  olması  nöqteyi-nəzərdən 
aşağıdakıları demək olar. 
a)  Sözdüzəltmə  analoji  morfoloji  vasitələr  kimi  affikslər  adlanan 
vasitələrdən istifadə edir.  
b)  Sözdüzəltmə  prosesləri  sözün  bir  nitq  hissəsindən  başqa  bir  nitq 
hissəsinə keçməsi ilə əlaqədardır.  
Sözdüzəltmənin  leksikologiyaya  aid  olması  nöqteyi-nəzərdən 
aşağıdakıları demək olar:  
a) sözdüzəltmə aktı-hərəkəti nəticəsində leksik birləşmə yaranır.  
b) sözdüzəltmə dilin lüğət tərkibinin artması vasitəsidir.  
Sözdüzəltmə həqiqətən də “affikslər” adlanan vasitlərdən istifadə edir 
ki, bu da xarici görkəminə görə qrammatik fleksiyanı – sözlərin hallanma və 
ya  təsrif  zamanı  affiksləri  və  ya  təsrif  zamanı  dəyişən  sonluğu  xatırladır, 
lakin sözdüzəltmə affiksləri qrammatik fleksiyalardan əhəmiyyətli dərəcədə 
fərqlənir.  Qrammatik  fleksiyalar  daha  çox  universiallığa  –  hərtərəfliyə 
malikdirlər. Belə ki, ingilis dilində bütün sayıla bilən isimlər cəm formalarını 
sözün  sonuna  “–s”  fleksiyasının  sonluğunun  əlavə  edilməsi  ilə  düzəldirlər. 
Lakin sözdüzəldici affikslərdə bu heç də belə deyildir. 
Qrammatik  fleksiyaların-  birləşmələrin  qoşulması  sözün  əsas 
mənasından asılı olmayaraq stereotip nəticəyə gətirib çıxarır, məsələn, sifətin 
müqayisə  dərəcəsinin,  isimlərin  cəm  formalarının,  fellərin  keçmiş  zaman 
formasının yaranması. Sözdüzəltmə suffikslərində iş başqa cürədir. Məsələn 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə