Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə78/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   74   75   76   77   78   79   80   81   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
211
tərəqqisi  uğrunda  böyük  amalla  yaşamış  möhtərəm  cənab  prezidentimiz 
Azərbaycanı  və  azərbaycanlıları  elə  səviyyəyə  qaldırmışdır  ki,artıq 
millətimiz  haqqında  deyilən  bəzi  yalan,kobud  sözlərə  ehtiyac 
qalmamışdır.Artıq  mıllətlər  arasında  bizim  də  millətimizin  adı  çəkiləndə 
duyduğumuz bu qürur hissini bizə hiss etdirən məhz H.Əliyev cənablarının 
əvəzsiz xidmətlərinə borcluyuq!Dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi 
uğurlarla  yanaşı,  yaşadığımız  dövrdə  dövlət  dili  sahəsində  yaranmış 
problemlər  Nəinki  azərbaycanlılar,  respublikamıza  işləməyə  gələn  xarici 
səfirlər,  dövlət  nümayəndələri,  qonaq  qismində  gələn  dostlarımız, 
həmkarlarımız  da  bu  dilə  hörmət  edirlər,  bu  dili  öyrənmək,  bu  dildə 
danışmaq  istəyirlər.Bir  çox  səfirlər  və  hətta  onların  həyat  yoldaşları 
Azərbaycan  dilində  efirlərdə  çıxış  edirlər.  Bu,  çox  sevindirici  haldır.  Bu, 
eyni  zamanda,  müstəqil  respublikamızın  əsas  atributlarından  biri  olan 
Azərbaycan dilinin inkişaf etməsini göstərir.Sizə müdrik prezidentimizin bir 
sıra  fərman  və  sərəncamlarla  xalqımıza  xidmətini  bir  sıra  nümunələrlə 
göstərmək  istərdik.Məsələn:  -“Kitabi-Dədə  Qorqud”eposunun  Almaniyanın 
Drezden şəhərinin Kral kitabxanasında saxlanılan əlyazmasının faksimilesinin 
Azərbaycan  Elmlər  Akademiyasının  M.Füzuli  adına  əlyazmalar  institutuna 
verilməsi  haqqında  sərəncam  vermişdir.-Türkdilli  dövlətlərin  VI  zirvə 
görüşünün  Bakı  şəhərində  keçilməsi  haqqında.  N.GəncəvininSankt-Peterburq 
şəhərində  abidəsinin  qoyulması  haqqında  .-Ədəbiyyat,mədəniyyət,incəsənət 
xadimlərinin bir  qrupuna  “İstiqlal”ordeni təqdim  edib.-Dünya  Azərbaycanlıla-
rının  qurultayını  keçirib  və  s.İndi  elə  bir  məqamda  yaşayırıq  ki,Azərbaycan 
xalqı  xoşbəxt  bir  yol  gedir.İftixar  hissi  ilə  deyə  bilərik  ki,artıq  taleyimiz  öz 
əlımizdədir.Biz dilimizlə fəxr edirik! 
 
Ədəbiyyat: 
 
1.Mənim idealım H.Əliyev.(Qorqudnəşriyyatı.Bakı 1999) 
2.YeniAzərbaycan.www.yeniazərbaycan.com. 
3.Quotations,Aфоризмы,Aforizmlər.Bakı-1997Бaky. 
4.H.Əliyev irsi (internet) 
I.Shukurova  
Sh.islamova  
Heydar Aliyev and his Role in the Development of our Native Language 
Summary 
 
The  article  deals  with  the  impotance  of  the  Azerbaijani  language 
which  has  passed  a  long  way  of  development.We  think  that  a  number  of 
sayings,quotations  devoted  to  our  native  language  have  not  lost  their 
significance  even  nowadays.Carefully  studying  the  works  of  our 


Filologiya məsələləri, № 7, 2017 
 
212
predecessors  we  come  to  conclusion  that  our  native  language  is  the  bright 
page of our nationality,the Azeries.To illustrate the above–said,it is sufficient 
to refer to our late and nation-wide leader H.Aliyev’s only one sentence.He 
said : “I am proud that Iam Azerbaijanian!”In this respect, we have to pay a 
special attention to the development of our native language and eliminate all 
the problems that could prevent its existence.  
We  must take care  of our written manuscripts,  develop  our  speech. 
Only  in  this  way  we  can  solve  the  problem.  At  the  same  time,  the  article 
touches upon the main fact concerning our native language which has become 
the public language under the leadership of our ex-president H.Aliyev.Thanks to 
his efforts the Azerbaijani language has become dominant and it is one of the 
symbols of our state. 
We are proud of our language! 
И. Шукюрова  
Ш..Сламова  
 
Гейдар Алиев и его заслуга в развитии нашего родного языка 
Резюме 
 
В  статье  говорится  о  важности  азербайджанского  языка,  кото-
рый  прошел  долгий  путь  развития.Все  цитаты  посвещенные  нашему 
родному языку не потеряли свои значения. В заключении, наш родной 
язык  это-  светлая  страница  нашей  нации.В  знак  выше  сказанного, 
достаточно  обратиться  на  одно  предложение  нашего  общенацио-
нального лидера Г. Алиева.  
Он сказал: «Я горжусь, что я азербайджанец!» Мы должны обра-
тить  особое  внимание  на  развитие  нашего  родного  языка  и устранить 
все  препятьствия  которые  становятся  проблемами.  Мы  должны 
бережно  сохранить  все  наши  рукописи  и  развить  чистую  речь.Только 
так  мы  можем  решать  эту  проблему.  Мы  блогодарны  нашему  экс-
президенту  гос.Г.А.Алиеву  за  его  заслугу  оценивая  наш  родной  язык. 
Азербайджанский  язык  стал  символом  нашего  государство.  Мы 
гордимся нашим Азербайджанским языком! 
 
 
Rəyçi: Səbinə Poladova 
filologiya üzrə fəlsəfə doktoru, dosent  
 
 


Filologiya məsələləri, № 7, 2017 
 
213
RƏNA ZÜLFÜQAROVA 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
zulfuqarovarana@gmail.com 
 
SÖZDÜZƏLTMƏ QRAMMATİKA VƏ LEKSİKİLOGİYANIN  
BİR HİSSƏSİ KİMİ 
 
Açar sözlər: sözdüzəltmə, dil, lüğət tərkibi, söz, qrammatika, leksikologiya, 
morfologiya 
Key  words:  word-building,  language,  vocabulary  stock,  grammar,  lexi-
cology, morphology  
Ключевые  слова:  словообразование,  язык,  словарный  запас,  грам-
матика, лексикология, морфология 
 
Sözdüzəltmədən  danışarkən  əsasən  dilin  lüğət  tərkibinin  fərdi-
individual  və  ya  kütləvi  şəkildə  yaranan  yeni-yeni  sözlərlə  artaraq 
zənginləşməsi  nəzərdə  tutulur.  Sözsüz  ki,  yeni  sözlərin  yaranması 
sözdüzəltmənin  əsas  funksiyasıdır.  Onun  bu  funksiyası  N.M.Şanski 
tərəfindən  xarakterizə  edilmişdir:  “Əslinə  baxılarsa  sözdüzəltmələr  olmasa 
bu və ya hər hansı digər dil lüğət tərkibinə malik ola bilməzdi, çünki özünün 
hər mərhələsində o inkişaf edərək çoxalır ki, bu da cəmiyyətin inkişaf etməsi 
ilə  uyğunlaşmış  olur.  Məhz  bununla  da  dilin  ümumi  sistemində 
sözdüzəltmənin böyük əhəmiyyətə malik olması müəyyən edilir. 
Həqiqətən bizi əhatə edən aləmin aramsız dərk edilmə prosesi, yen-
yeni  modern-müasir  anlayışların  yaranması  dildən  həmin  dildə  danışanları 
külli miqdarda yeni sözlərlə təmin etməyi tələb edir. Bu barədə O.Q. Rezvin 
deyir:  “insana  təbiətdə  təbii  yolla  və  yaxud  insanın  öz  əməyi  vasitəsilə 
yaranan  bütün  yeniliklər  və  yeni  əşyalar  barəsində  danışmaq  lazım  gəlir. 
Yeri gəlmişkən, bu, elə model dilin düzülüşünü tələb edir ki, o son dərəcə 
sonsuz sözlərin çox olmasını tələb etsin. Bizə göstərildiyi kimi, sözdüzəltmə 
bizi ucsuz-bucaqsız lüğətlə təmin edən ən vacib linqvistik mexanizmlərdən 
biri hesab olunur”. Lakin sözdüzəltmə heç də tam mənada sonsuz lüğətlərlə 
bizi təmin etmir. Sözdüzəltmə sonsuz lüğətə imkan yaradır. Bu imkanlar – 
potensiyalar  heç  vaxt  tam  reallaşmır.  Bu  imkanların  reallaşdırma  dərəcəsi 
sözsüz  ki,  müxtəlif  dillərdə  fərqlidir.  O,  xüsusilə  kollektivin  dil 
ənənələrindən  asılıdır.  Belə  ki,  əgər  bir  dildə  okkazional  yaranma  norma 
kimi qəbul edirlirsə, başqa bir dildə danışıq – janrı kimi ədəbiyyat sferasına 
daxil  olur.  Dil  ənənələri  böyük  konservativlikliyi  –  köhnəpərəstliyi  ilə 
xarakterizə oluna bilərlər, belə olan halda, ədəbi və rəsmi dilə elə sözlər də 
daxil olur ki, onlar danışıq dilinə çox yaxşı möhkəmlənmiş olurlar.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə