Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə73/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   69   70   71   72   73   74   75   76   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
199
yaradıcılığı  dilçilik  elminin  yeni  sözlərin  yaranması  ilə  məşğul  olan 
sahəsidir. Söz yaradıcılığının aşağıdakı üsulları vardır: 
a)  Sözlərin  kökünə  müxtəlif  şəkilçilər  artırmaqla  yeni  sözlərin 
düzəldilməsi; 
b)  Sözlərin kökünə söz artırmaqla yeni sözlərin düzəldilməsi; 
c)  Sözün  bir  nitq  hissəsindən  başqa  nitq  hissəsinə  keçməsi  ilə  yeni 
sözlərin düzəldilməsi; 
d)  Sözə yeni məna verməklə yeni sözlərin düzəldilməsi.  
  Bunlardan  birincisi,  dilçilik  ədəbiyyatında  morfoloji  üsulla  söz 
yaradıcılığı da  adlanır.  Müxtəlif  dillərdə  şəkilçilər  müxtəlif  olduğundan  bu 
üsulun müxtəlif növləri vardır: 
a)  son şəkilçili söz yaradıcılığı; 
b)  orta şəkilçili (infeksial) söz yaradıcılığı; 
c)  önşəkilçili (prefiksal) söz yaradıcılığı. 
  Bütün  dünya  dillərində  olduğu  kimi  müasir  türk  dillərinin  də  lüğət 
tərkibinin  inkişafında  və  zənginləşməsində  dillərin  daxili  imkanları  ilə 
bərabər  alınma  sözlərin  də  çox  önəmli  rolu  olmuşdur.  Tarixin  müxtəlif 
mərhələlərində  türk  dilləri  digər  dillərdən  söz  almışdır.  “İctimai-siyasi, 
iqtisadi  şəraitdən  asılı  olaraq  alınmalar  bəzən  xüsusi  dalğa  ilə  özünün 
göstərmiş,  bəzən  geri  çəkilərək  müəyyən  zaman  kəsiyində  yaxşı  mənada 
qısqanclıqla  qarşılanmışdır”  İctimai,  siyasi  məqamlardan  asılı  olaraq  türk 
dillərinin  bir  qismi  uzun  müddət  ərəb,  fars  alınmalarına,  rus  imperiyası 
dövründə  rus  dilindən  və  onun  vasitəsilə  Qərbi  Avropa  dillərindən 
alınmalara  məruz  qalmışlarsa,  bir  qismi  çin,  bir  qismi  monqol  və  digər 
dillərin  təsirinə  məruz  qalmışdır.  Bəzən  bu  alınmalar  həddini  aşmış,  bəzən 
isə dilimizin zənginləşməsində müsbət rol oynamışdır. 
  Bildiyiniz kimi, alınma sözlərsiz heç bir dil mövcud deyil. O cümlədən, 
türk dilləri tarixən türk xalqları başqa xalqlarla ictimai-siyasi əalqədə olmuş, 
onlar  arsında  sıx  mədəni,  iqtisadi,  dini  münasibətlər  yaranmışdır.  Alınma 
leksikanın  türk  dillərində  işlənmə  dinamikasını  izlədikdə  görürük  ki,  bu 
sözlərin  türk  dillərinə  keçməsi  müxtəlif  mərhələlərə  bölünür.  “...  alınma 
leksika vasitəsilə bir xalq digər xalqı yaxından tanıya bilir” [6].Türk dillərinə 
digər dildən sözlər bu səbəblər nəticəsində daxil olmuşdur: 
1.   Xalqın istilaya məruz qalması; 
2.  Digər xalqlarla dostluq münasibətinin olması; 
3.  Coğrafi şərait; 
4.  Obyektiv inkişaf qanunları 
  Türk  dillərində  leksikanın  inkişaf  dinamikasını  izləmək,  müasir 
dönəmdə bu dillərdə leksikanın mənzərəsini canlandırmaq üçün tarixən türk 
dillərinə hansı dillərdən daha çox alınma leksik vahidlərin keçib işlənməsinə 
nəzər yetirməyi lazım bilirik. 


Filologiya məsələləri, № 7, 2017 
 
200
   B.Xəlilov  müasir  Azərbaycan  dilindəki  xalis  Azərbaycan  sözlərini  4 
yerə bölür: 1. Türk dilləri ilə ortaqlı sözlər. Bu tip sözləri müəyyənləşdirmək 
üçün  Orxan-Yenisey  abidələrini  istinad  kimi  götürən  alim  nümunə  kimi 
bunları göstərir: ov, aç, ana, at, əkin, adaş, qab, ata, biç, ağız və s. 2. Həm 
türk, həm də monqol dilləri ilə ortaqlı olan sözlər. Bu tip sözlərdə fonetik, 
semantik və morfoloji fərqlər də ola bilər. Məsələn, büger-böyrək, zirüxen-
ürək,  asaq-axsaq,  xuuray-quru  və  s.  3.  Şumer  dili  ilə  ortaqlı  olan  sözlər, 
məsələn,  ada-ata,  astar-açar,  ar-arı,  be-bu,  sa-söz  və  s.  O.Süleymanov  60, 
A.Məmmədov 110-dan artıq sözün şumer və türk dillərində ortaqlı olduğunu 
aşkar etmişdir . 4. Xüsusi Azərbaycan sözləri. 
   B.Xəlilov  bu  tip  sözlərin  Azərbaycan  dilinin  müstəqil  bir  dil  kimi 
formalaşmasından  sonra  yarandığını  qeyd  edir.  Alim  xalis  Azərbaycan 
sözlərinə bu nümunələr göstərmişdir. Məsələn, sanc, dinc, tunc, daraq, çəpər, 
yaraq,  yırtıq,  çadır,  yarpaq  və  s.  [5].  B.Xəlilov  bir  dildən  digər  dilə  leksik 
vahidlərin aşağıdakı yollarla keçdiyini söyləyir: 1. Zəruri və məcburi yolla; 
2.  Ədəbi  və  danışıq  dili  vasitəsilə;  3.  Vasitəli  və  vasitəsiz  yolla  alınma 
sözlər.  Alimin  bu  təsnifatını  qeyd-şərtsiz  digər  türk  dillərinə  də  aid  etmək 
olar.  “Fars  dilindən  dilimizə  keçmiş  olan  sözlər  həm  ədəbiyyat  və  həm  də 
şifahi  danışıq  dili  vasitəsilə  keçdiyi  üçün  burada  müxtəlif  sahələrə  aid 
sözlərə təsadüf edilir” [1]. 
  Aydındır  ki,  dil  yalnız  leksik  cəhətdən  yeni  söz  kimi  meydana  çıxan 
vahidlər hesabına deyil, həm də mövcud olan sözlərin mənaca dəyişməsi ilə 
də  zənginləşir.  Bu  zaman  mənanın  qismən  və  tam  dəyişməsi  hadisəsi  baş 
verə  bilir.  Belə  proses  yalnız  terminlərin  yaranması  ilə  bağlı  deyil,  söz 
yaradıcılığı  üsullarından  da  biridir.  Bu  ədəbiyyatda  “leksik”,  “leksik-
semantik”  və  “semantik”  üsul  adlandırılır.  Məsələn  S.  Cəfərovun 
tədqiqatlarından biri sözlərin leksik üsulla yaranmasına həsr olunmuşdur. O, 
leksik  üsul  haqqında  belə  yazır:  “Leksik  yolla  sözlərin  əmələgəlmə 
prosesinin  mahiyyəti  ondan  ibarətdir  ki,  burada  yeni  əmələ  gələn  leksik 
vahidlər (sözlər), əsasən, hazır şəkildə dilə daxil olur və ya əmələ gələn hər 
hansı yeni leksik vahid törədiyi ilk mənşə formasından öz məzmunu və hətta 
forması  etibarilə  uzaqlaşır,  yeni  məzmunlu,  yeni  formalı  müstəqil  bir  söz 
təşəkkül tapır”. Verilmiş izah geniş əhatə dairəsinə malikdir. Burada sözün 
həm  mənaca,  həm  də  formaca  dəyişməsi  də  nəzərdə  tutulur.  Lakin  söz 
yaradıcılığında  leksik  üsul  dildə  mövcud  olan  sözün  mənasındakı  dəyişmə 
ilə əsaslandırılırsa, onda forma və ya sturuktur dəyişməsi nəzərə alınmalıdır. 
Deməli,  məsələyə  bu  istiqamətdən  yanaşdıqda,  semantik  üsulla  söz 
yaradıcılığından danışmaq mümkündür. 
  Yeni söz lüğətdə əvvəl olmayan sözdür. Sözün yeni məna qazanması və 
ya onun mənasının dəyişməsi isə başqa hadisədir. Yəni dildə mövcud olan 
leksik  vahidin  yeni  məna  qazanması  hadisəsi  baş  verir.  Forma  planı  qalır, 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə