Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə71/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   67   68   69   70   71   72   73   74   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
194
Photographic  Expert  Group)  –  fotogörüntüləri  və  ona  bənzər  görüntüləri 
saxlamaq üçün tətbiq olunan populyar qrafik formatlardan biri. MS-DOS – 
(Microsoft Disk Operating System) – Mikrosoft şirkətinin yaratmış olduğu 
disk əməliyyat sistemi. 
İstifadə olunan abreviaturların ümumi sayı çox miqdardadır, onların 
anlaşılması çox çətindir. Buna görə də abreviaturların izahlarına terminoloji 
sahələri əhatə edən lüğətlərdə rast gəlmək olar.  
Abreviaturlar  mətnə  müxtəlif  üsullarla  daxil  edilir.  Konvensial 
abreviaturlar  izahsız  verilir:  App  Store  –  “Apple”  şirkətindən  istifadə 
edənlərə  tanışdır  və  şifrənin  açılmasını  tələb  etmir,  yaxud  UEFA,  Wİ-Fİ, 
modem və s. bu kimi nümunələrin beynəlxalq miqyasda işlənməsi deşifrəni 
asanlaşdırır.  Dildə  əmələ  gələn  abreviaturların  izahı  mötərizə  içərisində 
verilir. İzahı verilən abreviaturlar dar çərçivədə, yəni sırf elmi terminologiya 
ilə bağlı olması ilə izah olunur.  
Son illər beynəlmiləl abreviaturların axının artması müşahidə edilir. 
Beynəlmiləl  abreviaturların  dilimizdə  açılış  variantı  işlənmir,  çünki  onlar 
Azərbaycan  dili  üçün  yaddırlar.  Azərbaycan  dilində  bəzi  abreviaturlar 
transliterasiya  olunmadan,  yəni  heç  bir  dəyişikliyə  uğramadan,donor  dildə 
olduğu  kimi  yazılır.  Baxmayaraq  ki,  o  qrafemlər  Azərbaycan  dili  üçün 
tamamilə  yaddır.  Məsələn,  WWW  (WORLD  WIDE  WEB)  –  Ümumdünya 
hörümçək toru adlanıb, internet vasitəsilə ötürülən sənədlərdən ibarətdir;Wİ- 
Fİ(Wireless Fidelity) – simsiz bağlılıq;WAP (Wide Area Network) – qlobal 
şəbəkə və s.  
Azərbaycan  dilində  bəzi  abreviaturlar  “  /  ”  ilə  yazılırlar.  Məsələn, 
CP/M – (Control Program/monitor);CSMA/CD (carrier sense multiple access 
with collision detection) – hesablama şəbəkəsində iki və daha artıq bənd eyni 
anda  veriliş  aparmağa  cəhd  etdikdə  tətbiq  olunan  iş  protokolu;İPX/SPX 
(İnternet Packet eXchange/Sequenced Packet eXchange) – Novell Netware 
şəbəkələrində  istifadə  olunan  protokollar  steki;  TCP/IP  (Transmission 
Control Protocol/İnternet Protocol) – verilmişin idarəetmə protokolu/İnternet 
protokolu.  
Əksər  abreviaturlar  “-”  ilə  yazılır.  Məs:  M-JPEG  (Motion  Joint 
Photographic Experts Group) – Fotoqrafik Expertlər Qrupu Birliyi.  
Orfoqrafik  cəhətdən  inisiallar  böyük  hərflərlə  yazılır.  Məs:  DNS, 
CTRL,  MSN,  LED  və  s.  Leksikləşən  abreviaturlar  kiçik  hərflərlə  yazılır: 
modem, piksel, lazer, kodek, ram, otel və s.  
Bizim  dövrdə  müxtəlif  növ  ixtisarların  intensiv  inkişaf  səbəblərinə 
həyatın  sürətli  tempini  hesab  etmək  olar  ki,  bura  mürəkkəb,  uzun  adların, 
yeni məhfumların adlandırılmasına tələbatın artmasıdır. 
Abreviaturların  optimal  uzunluğu  diqqət  çəkən  məqamdır.  Ən  uzun 
ixtisar  5-6  inisialdan  ibarət  olanlardır:  S/PDIF  (Sony/Philips  Digital 


Filologiya məsələləri, № 7, 2017 
 
195
Interface Format) – CD-pleyerlərdə və başqa audio qurğuların komponentləri 
arasında  səs  siqnallarının  ötürülməsində  istifadə  olunan  aparat  və  proqram 
təminatı  üçün  format;  SD-CDMA  (Space  Division  Code  Division  Multiple 
Access)  –  fəza  kodlanması  ilə  kanalları  ayrılmış  çoxstansiyalı  daxilolma 
imkanlıqlı üsul.  
Tədqiqatçılar hesab edir ki, abreviaturlar dildə mükəmməl söz kimi 
özünü  göstərir,  aktiv  transformasiya  ilə  mənimsənilir,  öz  orfoqrafiyasına 
malikdir, lüğətlərdə möhkəmlənir. 
İxtisar sözlərin müxtəlif dillərdə yaranması və genişlənməsinə səbəb 
kimi  tədqiqatçılar  fərqli  amilləri  göstərirlər.  Bir  tərəfdən  ekstralinqvistik 
faktorların  təsiri  –  böyük  sosial  tərəqqi,  elmi-texniki  proqres,  beynəlxalq 
mədəni-iqtisadi  əlaqələrin  inkişafı  və  s.  Bütün  bu  hadisələr  yeni  yaranmış 
anlayışların başa düşülməsini tələb edir. Digər tərəfdən, əsas linqvistik faktor 
kimi, abreviaturların yaranmasını nitqə, yazıya qənaət kimi göstərmək olar. 
Abreviaturların yaranması fasiləsiz prosesdir. Bu proses Azərbaycan 
cəmiyyətində  ictimai-siyasi  və  sosial-iqtisadi  dəyişmələrin  aktivləşməsi, 
kompüter  texnologiyaların  geniş  yayılması,  qərb  mədəniyyəti  ilə  qarşılıqlı 
əlaqələr və digər ekstralinqvistik amillərin təsiri ilə baş verir. 
 Yeni  terminoloji  sistemlərin:  informatika,  kibernetika,  elektronika, 
maliyyə,  statistika,  bank  işi,  sığorta,  marketinq  və  s.  yaranıb  formalaşması 
abreviaturların  artmasına  səbəb  olur.  Dil  ixtisarları  günbəgün  artaraq 
diqqətimizi çəkir. Çex dilçisi Hrbäcek J. yazır: “abreviaturlar – bütün mədəni 
dillərdə  dil  kommunikasiyanın  bir  hissəsi  olub,  az  və  ya  çox  dərəcədə  dil 
sisteminə daxil olurlar. Baxmayaraq ki, dildə abreviaturların əhəmiyyəti və 
sistemdə  onların  vəziyyəti  haqqında  fikirlər  müxtəlifdir,  şübhəsiz,  bizim 
işimiz  burda  dil  faktıyladır  və  diqqətdən  qaçırmaq  olmaz  ki,  onlar  bütün 
günü çoxalma tendensiyasına yönəlməkdədir” [7,91].  
Alınma  abreviaturların  aktivləşməsinə  səbəb  kimi  bəzi  faktorları 
göstərmək  olar:  yeni  proseslərin  adlandırılması  tələbi  (app),  anlayışların 
ixtisaslaşması (HTTP), xarici dil prestiji (SPA). 
Hal-hazırda  abreviasiya  dünyanın  müxtəlif  dillərində  elm  və 
incəsənətin  müxtəlif  sahələrində,  ictimai-siyasi  həyatda  geniş  yayılmış 
mövqeyə malikdir. 
Abreviaturların  elm  sahələrində  işlənmə  tezliyi  müxtəlifdir.  Dəqiq 
elmlərdə,  xüsusən,  informatika  sahəsində  ixtisarların  işlənmə  intensivliyi 
yüksəkdir.  Buna  səbəb  kimi  həmin  sahələrin  mürəkkəb  quruluşlu  baza 
anlayışlarını  göstərmək  olar.  Buna  görə  də  bu  mürəkkəbliyi  sadələşdirmək 
üçün abreviaturlara müraciət olunur.  
XXI  əsr  beynəlxalq  dünyada  internetin  və  ələlxüsussmartfon, 
androidlərin  yaranması,  onlayn  ünsiyyət,  sosial  şəbəkələrin  artması  və 
xüsusən  də  bu  sosial  şəbəkələrin  xaricdə  yaranması,  təbii  ki,  beynəlmiləl 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə