Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə70/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   66   67   68   69   70   71   72   73   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
192
Tronkaturlar  –  belə  abreviaturlarda  söz  birləşmələrin  bir  tərəfi 
ixtisar  edilir,  yaxud  da  hər  iki  komponentin  müəyyən  hissəsi  ixtisar  edilir. 
Hidroleksem  (hidronomik  leksem),  texnopark  (texnoloji  park),  internet 
(İnterconnected  computer  networks)  –  beynəlxalq  şəbəkə;  interpol 
(international  criminal  police)  –  beynəlxalq  polis,  UniCredit  (universal 
credit)  universal  kredit,  geo no m  (geonomenklatura);  transponder 
(transmitter  –  responder  verici-cavablandırıcı)-  qəbul  etdiyi  siqnala  cavab 
olaraq siqnal göndərən qəbuledici-ötürücü qurğu; usenet – (User Network) – 
istifadəçi  şəbəkəsi.  Ünsiyyət  və  faylları  dərc  etmək  üçün  istifadə  olunan 
kompüter şəbəkəsi. və s. 
Dil  kodlarının  abreviaturlar  hesabına  artması,  mətn  səviyyəsində 
böyük  qənaətin  olması  qaçılmazdır,  çünki  əksər  abreviaturlar  lüğətdə  öz 
yerlərini  tutublar.  Onlar  tam  mənası  ilə  dilə  oturuşublar  və  leksikləşərək 
dildə adi sözlər kimi işlənirlər. Məsələn, inisiallara aid olan leksemlər: lazer 
(Light  Amplification  by  Stimulated  Emission  of  Radiation)–görünən, 
infraqırmızı  və  ya  ultrabənövşəyi  diapazonlarda  koherent  elektromaqnit 
şüalanmasını  almaq  üçün  kvant  effektlərinin  istifadə  olunduğu  qurğu;  Otel 
(Organization  Touristique  Europlanne  de  Loisirs);  Dildə  leksikləşərək 
işlənən abreviaturlara teleskopik ixtisarlar da daxildir. Teleskopik sözlər elə 
ixtisarlardır  ki,  burada  söz  birləşməsi  komponentlərinin  ilk  elementləri, 
yaxud  da  ilk  və  son  elementləri  saxlanılır  və  birləşərək  düzəlir:modem 
(modulyator  –  demodulyator)  –  əlaqə  kanallarının  (telefon  xətləri,radio 
kanal və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək 
üçün  istifadə  olunan  qurğudur;  kodek  (compressor-decompressor)  - 
verilənlərin  sıxılması/açılması  texnologiyası;  piksel  –  (picture  element) 
bütün  ədədi  görünüşlərin  ən  kiçik  parçası  olan  nöqtəciklərə  piksel  deyilir; 
voksel – (volumetric pixel) – həcmli piksel. Həcmli görüntü elementi.  
Bu abreviaturlar dilin lüğət tərkibinə elə oturuşublar ki, hətta onların 
abreviatur  olduğu  hiss  edilmir.  Bu  ixtisarlar  orijinal  dildə  leksikləşib  və 
Azərbaycan dilinə müstəqil söz şəklində keçmişdir. 
Linqvistik  təhlil  apararkən  ortaya  hərf-rəqəm  tipli  beynəlmiləl 
abreviaturlar çıxır. Onların xüsusiyyətləri odur ki, əlifbada hərf və rəqəmlərdən 
təşkil  olunur.  Məs:  Mp3(MPEG-1  Audio  Layer  3)  –  güclü  sıxılmış  rəqəmsal 
musiqi  və  səs  fayllarını  saxlamaq  və  göndərmək  üçün  format;  RS.232 
(Recommended  Standart  -232)  –  data  verilişi  standartları  seriyalarından  232 
saylı  standart.  Yaxud  rəqəm-hərf  şəklində  olan  abreviaturlar:  4G  (fourth 
generation) dördüncü nəsil texnologiya – dördüncü nəsil simsiz mobil rabitə; 
3D  (third)–üçölçülü  –  həcmi  qrafik  və  ya  səs  oyunlarda  həmçinin 
professional  animasiya,  kinofilm  və  reklamlarda  istifadə  olunur.  Sözlər 
ixtisar zamanı rəqəmlə əvəzlənir, bu da qrafik rahatlıqla izah olunur. 


Filologiya məsələləri, № 7, 2017 
 
193
Abreviaturların bir üsulu da söz birləşməsinin ilk sözün ixtisar olub 
başlanğıc hərfin saxlanması, ikinci tərəfin isə tam işlənməsidir. Məsələn: M- 
kommersiya (mobil kommersiya) – mobil rabitə vasitələrinin köməyi ilə alqı-
satqı;  E-menecer  (elektron  menecer)–  həm  internetdən  interaktiv  alqısatqı 
xidmətləri  göstərən,  həm  də  ilkin  yerləşdirmə  anderraytinq  proseslərində 
iştirak  edən  brokerlər;  E-mail  –  qeydiyyatdan  keçmiş  (fərdi  parolu  ilə) 
kompüter  vasitəsi  ilə  məlumat  və  fayl  mübadiləsi  üçün  istifadə  edilən 
informasiya saxlanması, verilişi və qəbulu sistemi; İ-mode (internet mode).  
Azərbaycan dilində işlənən beynəlmiləl abreviaturlardan 60% inisial, 
qrafik  10%,  tronkatur  30%-dir.  Əlbəttə,  bu  hesablamalar  bütün  materialı 
əhatə  etmir  və  qeyd  edilən  abreviaturların  sayının  təxmini  xəritəsini  verə 
bilər.  Müxtəlif  konstruksiyalı  mürəkkəb  ixtisarlı  sözlər  elmin,  texnika  və 
işgüzar  terminologiyanın  ayrılmaz  hissəsidir,  onların  xüsusi  çəkisi  leksik 
çoxluq durmadan artmaqdadır.  
Abreviaturların  müsbət  cəhətləri:  1)  Ünsiyyət  zamanı  ifadə,  frazaların 
ötürülməsində vaxta qənaət; 2) minimal vaxt ərzində daha çox informasiyanın 
ötürülməsi; 3) fikirlərin daha lakonik və dəqiq formalaşdırılmasıdır.  
Abreviasiyanın geniş yayılması və ixtisar olunmuş leksik vahidlərin 
istifadəsi bir çox milli dillər üçün ümumi tendensiya oldu; dünyada ixtisarların 
sayı  böyük  sürətlə  çoxalır.  İnformasiyanın  sayının  dayanmadan  artması, 
xüsusən terminologiya və nomenklaturada mürəkkəb çoxhecalı adlandırmaların 
geniş  yayılması,  dil  istifadəçiləri  mətnin  həcmini  abreviaturanın  müxtəlif 
növlərindən  istifadə  etməklə  qısaltmağa  meyl  edir  ki,  bu  da  xüsusi  işarə 
vahidlərin, kodların artmasına gətirib çıxarır. Beləliklə də, dil adresantın verbal 
mesajı və onu alan adresatla qarşılıqlı əlaqəni təmin edir.  
Abreviaturlar  daim  təzələnir,  onların  yeni  yaranma  üsulları  əmələ 
gəlir,  lakin  onların  başlıca  xüsusiyyəti  fikrin  ötürülməsi  və  sözün  öz 
formasını saxlamayaraq səslənməsidir.  
Abreviasiya  nəinki  yazılı  dildə,  həmçinin  canlı  şifahi  dildə,  danışıq 
nitqində baş verir. Bəzi sözlər qeyri-rəsmi nitq üslubunda ixtisar formasında 
istifadə olunur. Məs:TV (televizor), net (İnternet) və s.  
Hal-hazırda  beynəlmiləl  abreviaturların  orijinallığı  onların  işlənmə 
tezliyindən  ibarətdir,  belə  neologizmlər  qısa  müddətdən  sonra  Azərbaycan 
dilinin ümumişlək leksika dairəsinə qəbul olurlar. Bəzi abreviaturlar kütləvi 
xarakter  daşıyır  və  bütün  dil  istifadəçilərinə  tanışdır.  Məsələn,  DJ,  Wİ-Fİ, 
CV və s. Bəzən ixtisarların məzmunu unudulur, yaxud da onun açılışı geniş 
kütlə üçün aydın deyil, lakin dildə geniş işləklik qazanır. Məsələn, SMS, CV, 
MMS, USB və s.  
Digərləri dar çərçivəyə malikdir. Məsələn: İP – (İnternet protocol) – 
İnternet qovşaqları arasında məlumatların ötürülməsinə və yönləndirilməsinə 
cavabdeh  olan  şəbəkə  səviyyəli  protokol.  JPEG  –  (cey-peg  Joint 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə