Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə69/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   65   66   67   68   69   70   71   72   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
189
AYTƏN HÜSEYNOVA-QƏHRƏMANLI 
AMEA Nəsimi adına Dilçilik İnstitutu 
aytenhuseynova88@gmail.com 
TERMİN YARADICILIĞINDA ABREVİASİYA PROSESİ 
Açar sözləri: abreviasiya, abreviatur, inisial, beynəlmiləl, dil ixtisarları.  
Ключевые  слова:  аббревиация,  аббревиатур,  инициал,  интерна-
циональность, языковые сокращении.  
Key  words:  abbreviation,  abbreviators,  initial,  internationalism,  linguistics 
reduction.  
 
Dillərin qarşılıqlı əlaqə və təsiri nəticəsində alınmaların sayı artır və 
bu proses Azərbaycan dili üçün də istisna deyildir. Azərbaycan dili və digər 
inkişaf  etmiş  dillərin  lüğət  tərkibi  hazırda  terminoloji  leksika  ilə  intensiv 
zənginləşir,  buna  səbəb  bilavasitə  elmi  inkişafdır.  Elmi,  texniki  inkişaf 
dövründə abreviaturların yayılması geniş miqyas aldı ki, bu da abreviasiya 
prosesinin məhsuldarlığından xəbər verir.  
Abreviasiya sözyaradıcılığının geniş yayılmış və məhsuldar üsuludur. 
Abreviasiya  zamanı  termin  sözlərin  ilk  hissəsindən,  ilk  hərf  və  səslərin 
adlandırılmasından  əmələ  gəlir.  İlk  olaraq  mürəkkəb,  çoxsözlü  termin 
yaranır,  sonra  isə  abreviatur  formalaşır.  Abreviaturlar  qənaət  üsul  kimi 
sözyaratmada  çoxdan  mövcuddur.  Lakin  bu  prosesin  sürətli  inkişafı  XX 
əsrdən  başlayır.  XXI  əsrdə  abreviasiya  sözyaradıcılığı  üsulu  kimi  yüksək 
məhsuldarlığı  və  polifunksionallığı  ilə  səciyyələndirilir:  nominativ  və 
kompressiv  funksiyaları  yerinə  yetirir.  Həmçinin  dildə  nitq  ekspressivliyi 
vasitəsi hesab olunur.  
“Abreviasiya  ədəbi  dildə  artıq  sözçülüyü  aradan  qaldırmaqla  nitqin 
intellektual  və  elmi-informativlik  tutumunu  qüvvətləndirərək,  bir  tərəfdən, 
ədəbi dildə, digər tərəfdən, həm də danışıq dilində xüsusi üslubi məqamlarda 
və  artikulyasiya  enerjisinə  qənaət  məqsədi  ilə  istifadə  edilən  konvensial 
ixtisar hadisəsidir” [1,9].  
Bəzən  abreviasiya  və  abreviatur  anlayışları  eyni  tutulur. 
O.S.Axmanova  düzgün  olaraq  qeyd  edir  ki,  “abreviaturlar  leksik  vahid, 
abreviasiya  isə  abreviaturların  yaranma  prosesidir”  [4,27].  Abreviasiya 
prosesinin nəticəsi abreviaturlardır.  
Çağdaş  dövrümüzdə  Azərbaycan  dilinin  inkişafının  fərqləndirici 
əlamətlərindən  biri  də  dünyada  xarici  realilərin  adlandırılmasının,  həmçinin 
abreviasiya üsulu ilə böyük miqdarda söz, terminlərin dilimizə sürətli axınının 
müşahidə olunmasıdır. Azərbaycan dilində beynəlmiləl abreviaturlar xüsusi yer 
tutur, ən çox ingilis mənşəli ixtisarlar dünyaca məşhur məfhum və hadisələrin 
adlandırılmasını ifadə edir. 


Filologiya məsələləri, № 7, 2017 
 
190
Müxtəlif  növ  mürəkkəb  ixtisarlı  sözlərin  əmələ  gəlməsi  yeni 
predmetlərin  hərəkəti  nəticəsində  yarandı.  Verilmiş  çoxmüxtəlifliklər 
arasında  böyük  maraq  alınma  abreviaturlardır.  Azərbaycan  dilinin  leksik-
semantik sistemində abreviaturlar müxtəlif dil funksiya və üslublarını yerinə 
yetirir: kompressiv, nominativ, expressiv, terminoloji və s.  
Abreviasiya  prosesinin  əhəmiyyəti  onun  bütün  dillərdə  geniş 
inkişafı,  onların  ortaq  səbəblər  və  oxşar  qanunauyğunluqlara  malik 
olmasıdır.  Hazırda  abreviaturlar  bütün  mədəni  dillərdə  iştirak  edir.  Elm, 
texnika,  mədəniyyət  və  iqtisadiyyatın  gücləndirilmiş  inkişafı,  müxtəlif 
millətlər,  hökumətlərin  və  qitələri  birləşdirən  geniş  və  təkmilləşmiş  vasitə, 
istehsalın  sürətli  inkişafı  dildə  hər  növ  ixtisarların  istifadə  tendensiyasını 
gücləndirdi. 
Müasir  dillərin  inkişafı  nöqteyi-nəzərindən  şişirdilmiş  olmazsa, 
demək  olar  ki,  XXI  əsri  “abreviasiya  əsri”  adlandırmaq  olar  [6,3]. 
Tədqiqatçılar hətta bunu abreviasiya partlayışı kimi də qiymətləndirirlər.  
Azərbaycan dilçiliyində abreviaturları M.Adilov geniş araşdırmışdır. 
O  öz  əsərində  abreviaturların  təsnifatını  vermiş,  onların  fonetik,  leksik-
semantik, qrammatik xüsusiyyətlərini tədqiq etmişdir [1]. 
Dilçilikdə  abreviaturları  növlərinə  görə  müxtəlif  cür  təsnif  edirlər. 
M.Qasımov: a) hərfi; b) heca; c) heca+söz ixtisarlara bölmüşdür. S.Sadıqova 
bölgünü  a)  hərfi;  b)  qarışıq;  c)  heca-termin  olaraq  vermişdir.  M.  Adilovun 
bölgüsü  isə  qismən  fərqlidir.  O  abreviaturların  5  növünü  göstərmişdir:  a) 
qısaltma sözlər; b) inisiallar; c) heca; ç) qarışıq; d) ultra-abreviaturlar.  
Azərbaycan  dilində  işlənən  beynəlmiləl  terminlər  aşağıdakı  növlərə 
bölünür: 
1.  Qrafik abreviaturlar; 
2.  İnisiallar; 
3.  Tronkaturlar [8,130].  
Qrafik  ixtisarlar  söz  və  söz  birləşmələrinin  ilk  hərfindən 
götürülür,  qalan  hissələr  ixtisar  olunur.  Bu  ixtisarlar  yazıda  reallaşır,  onlar 
sözlərin  yazılış  variantıdır.  N.Xudiyev  qeyd  edir  ki,  qrafik  abreviaturların 
dildə səs tərkibi müstəqilləşmir və özünün səs tərkibi olmayan hər hansı bir 
yazı  işarəsinin  leksik  vahid  sayılmır  [3,104].  Bu  ixtisarları  aşağıdakı  kimi 
qruplaşdırmaq  olar:  a)  müraciət  olunan:  dr  (doktor);  b)  elmi  dərəcəni 
bildirənlər:  pro f.(professor);  c)  çəki,  uzunluq  bildirənlər:  kh,  kv,  l,  nm;  ç) 
zaman bildirənlər: a.m (ante meridiem), p.m (post meridiem) və s.  
İnisiallar–Abreviasiya üsulları arasında birinci yeri  inisial  ixtisarlar 
tutur. Çoxkomponentli söz birləşmələrinin ixtisarı, lakin daha qabarıq ifadə 
olunma  tendensiyası  beynəlmiləl  abreviaturlar  münasibətində  müşahidə 
edilir.  


Filologiya məsələləri, № 7, 2017 
 
191
Struktur- fonetik xüsusiyyətlərinə görə inisiallar aşağıdakı kimi təsnif 
edilir: 
1) 
hərfi insiallar - bu leksemlərin əsas xüsusiyyəti hərfi tələffüz-
dür,  yəni  əlifbadakı  hərflərin  adlandırılması.  Struktur  –  fonetik  mü-
nasibətlərdə  ən  çox  diqqəti  hərfbəhərf  tələffüz  olunan  abreviaturlar  çəkir. 
Məs: BBC (bi-bi-si), PDF (Pe-de-ef), SPF (es-pe-ef), ID (ay-di), CNN (si-en-
en), FM (ef-em) və s. 
2) 
Səs inisiallar – başqa cür desək akronimlər. Hərfi insiallardan 
fərqli olaraq akronimlər bütöv söz kimi tələffüz edilir. Məsələn, NATO, SOS, 
ISO, LAN, OTEL, OPEK və s.  
Beynəlmiləl inisal abreviaturları struktur xüsusiyyətlərinə və tələffüz 
qanunauyğunluğuna görə iki növə ayırmaq olar: 1) Konsonant abreviaturlar 
(tərkibində sait olmayan) – onların tələffüzü hecavi strukturla reallaşır. Bəzi 
abreviaturlar  ancaq  açıq  hecalardan  ibarətdir:  DVD  (di-vi-di),  CV  (si-vi). 
Digərləri  qapalı:  MMS  (em-em-es),  MSN  (em-es-en).  Üçüncü  qrup 
abreviaturlar  qarışıq  hecalardan  ibarətdir  (açıq-qapalı):  GSM  (ge-se-em), 
FTP (ef-ti-pi). 2) Konsonant-vokal, yəni tərkibində həm samit, həm də sait olan 
abreviaturlar: İKT, İBM, CİP və s. Bu növ ixtisarlar demək olar ki, çoxsaylıdır 
və artmaqdadır.  
Tədqiqatçı D.İ.Alekseyev qeyd edir ki, “inisial abreviaturlar ilk dəfədən 
qeyri-səliqəsiz yox, ancaq azacıq məhsuldar nümunə və formullarla düzəlirdi” 
[5,245].  
Beynəlmiləl  inisial  abreviaturların  çoxu  yeni  kateqoriyalı  sözlərin 
quruluşunda funksionallaşır və sözyaratma çərçivəsində isim-binomlar tərkibini 
yaradır.  SMS  (short  message  service)-məlumat,  SPA(sanys  per  aqua)-salon. 
Bəzən bu cür binomlarda tavtalogiya baş verir. Belə ki, binomların tərkibində 
ikinci komponent ixtisar olunmuş şəkildə artıq iştirak edir, onun birinci hissəsini 
təşkil edir. Məsələn, İP – protokol (İnternet protocol),CD-disk (compact disk), 
İT  –  texnologiyalar  (information  technology),  LCD-displey  (liquid  crystal 
displey),  SPF-faktor  (sun  protevtion  factor).  Bu  cür  tavtalogiyalara  əsasən 
KİV  və  reklamlarda  rast  gəlinir.  Lakin  bəzi  abreviaturlar  yalnız  binom 
şəklində formalaşır və Azərbaycan dilində də bu şəkildə işlənir. SİM (service 
interface  module)-kart,  PIN  (personal  identification  number)-kod,  POS 
(point-of-sale)-terminal,  İP-adres  və  s.  Dildə  işlənən  binom  abreviaturlar: 
TV-şou, İQ-test, LCD-monitor və s. Bu cür binomların birinci hissəsini təşkil 
edən abreviaturlar adətən, hadisə, texnologiya, sistem, metodu və s. müəyyən 
şəkildə  adlandırır.  Binom  quruluşunda  olan  abreviaturlar: SPA-salon,  SPA-
prosedur;  VIP-müştəri,  VIP-zal,VIP  –  bilet;  İnternet-resurlar;  internet-
provayder,  internet-radio,  internet-kafe;  IP  –  adres,  IP-  deytaqram,  IP  - 
telefoniya; TV-şou, TV-tüner, TV-stend və s.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə