Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə65/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   61   62   63   64   65   66   67   68   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
179
də fərqlidir; belə ki, əvvəlkilər tabesiz mürəkkəb cümlə komponentlərini, ha-
belə  həmcins  xəbərləri  əlaqələndirir,  lakin  “isə”  bağlayıcısı  həmcins  üzvl-
ərin,  o  cümlədən  həmcins  xəbərlərin  bağlanmasında  istifadə  edilə  bilmir, 
onlardan  yalnız  tabesiz  mürəkkəb  cümlənin  komponentlərinin  bağlan-
masında istifadə olunur. Məsələn: Anasının həyətə girməsi söhbəti yarımçıq 
qoydu,  anası  isə  onların  nə  danışdıqlarını  öyrənmək  üçün  təkid  elədi 
S.Əhmədov). 
  “İsə” sözü müasir dilimizdə həm şərt məzmunu yaradan hissəcik, həm də 
tabesizliyin  qarşılaşdırma  bağlayıcısı  kimi  fəaldır.  Bağlayıcı  mövqeyində 
“amma,  ancaq,  lakin”  bağlayıcılarının  sinonimi  kimi  istifadə  olunur  və 
onları  asanlıqla  əvəzləmək  olar.  Məsələn:  Kosaoğlu  çox  əsəbi  görünürdü, 
İmran isə buna əhəmiyyət vermədi (İ.Şıxlı). 
Əslində bağlayıcı və hissəciyin potensial semantik təsiri bir-birinə çox 
yaxındır,  hətta  bəzi  məqamlarda  eyni  olur.  Bunların  əsas  fərqi  funksional 
cəhətdəndir;  hissəcik  yalnız  tabeli  mürəkkəb  cümlədə,  həm  də  birinci 
komponentin tərkibində, bağlayıcı isə həm bərabərhüquqlu söz və ifadələrdə, 
habelə tabesiz mürəkkəb cümlələrdə komponentlərin bağlanmasında  iştirak 
edir  və  ikinci  komponentdə  olur.  Bu  isə  avtomatik  olaraq,  komponentlər 
arasındakı  intonasiyanın  xarakterində  də  özünü  göstərir.  Belə  ki,  birinci 
halda tabelilik, tələbedici intonasiya olursa, ikinci halda sadalayıcı intonasiya 
olur.  Məsələn:  Əgər  sədr  sərt  danışarsa,  o  da  bütün  bildiklərini  demək 
məcburiyyətində qalacaq(İ.Şıxlı). 
Yoxsa  bağlayıcısı  da  qarşılaşdırma  bağlayıcılarındandır.  “Yoxsa 
bağlayıcısı cümlədə şərtli qarşılaşdırma mənasının yaranmasına kömək edir. 
Özündən  əvvəlki  cümlənin  icrasında  şərt  anlayışı  yaradır,  icra  yerinə 
yetirilmədikdə özündən sonrakı cümlədə əvvəlkinin əksi olmalıdır”(2: 234). 
Şərt  anlayışı  bağlayıcının  tərkibindəki  –sa  şərt  şəkilçisi  ilə  əlaqədardır. 
“Predikativ  “yox”  sözü  ilə  -sa  şərt  şəkilçisinin  birləşməsindən  yaranmış 
“yoxsa”  söz-formasının  yeni  qrammatik  məzmun  “əks-şərt”  və  “yaxud” 
bağlayıcısının  mənasını  bildirməsi  aydın  şəkildə  hiss  edilməkdədir(3:38). 
Məsələn:  Sahəyə  vaxtında  çatmalıyıq,  yoxsa  bütün  məhsul  zay  olacaq-
(M.İbrahimov).  Lakin  bu  söz  dilimizdə,  xüsusilə  danışıq  dilində  bölüşdürmə 
bağlayıcısı kimi də işlənir və digər bölüşdürmə bağlayıcıları ilə əvəzlənə bilir. 
Məsələn: Bu təklifi sən irəli sürdün, yoxsa (ya) qardaşın?(Ə.Vəliyev) 
  Qeyd  edək  ki,  ədəbi  dilimizin  qrammatikasına  dair  yazılmış  əsərlərdə 
qarşılaşdırma  bağlayıcılarının  içərisində  di  gəl(di  gəl  ki,  gəl)  bağlayıcısı 
verilmir,  ona  dialektlərə  aid  yazılarda  rast  gəlmək  mümkündür:  “Bu 
bağlayıcı ədəbi dildəki amma, ancaq bağlayıcılarının sinonimi olub, tabesiz 
mürəkkəb  cümlələrin  tərkib  hissələrini  bir-birinə  bağlayır”  (4:  37).  Lakin 
onu demək lazımdır ki, bu bağlayıcını konkret dialektlə bağlamaq da düzgün 
olmazdı,  çünki,  demək  olar,  bütün  regionlarımızda  bu  bağlayıcının 


Filologiya məsələləri, № 7, 2017 
 
180
işlədilməsi  ilə  qarşılaşmaq  olur.  Ona  görə  də,  bizcə  bu  bağlayıcını  dialekt 
sözü yox, danışıq sözü kimi vermək daha düzgün olardı. Buna görə də həmin 
bağlayıcının  ədəbi  dildə  işlənmə  imkanı  da  genişdir.  Göstərilən  əsərdə 
müəlliflər  bu  bağlayıcının  tabesiz  mürəkkəb  cümlə  komponentlərini 
bağladığını  göstərsələr  də,  əslində  digər  qarşılaşdırma  bağlayıcılarının 
işləndiyi başqa məqamlarda da, məsələn həmcins xəbərlərin bağlanmasında 
da iştirak edir: Hamı günahkarın kim olduğunu bilirdi, di gəl (amma, ancaq, 
lakin) söyləmək istəmirdi. 
Qeyd  edək  ki,  bəzi  dilçilik  əsərlərində  qarşılaşdırma  bağlayıcıları 
içərisində “buna baxmayaraq” da göstərilir(5:361). F.Zeynalov haqlı olaraq 
bu  dilçilərə  etirazını  bildirir  və  yazır:  “Bizcə,  amma,  ancaq  və  lakin 
bağlayıcıları  amma  buna  baxmayaraq,  ancaq  bununla  belə,  lakin  buna 
baxmayaraq birləşmələrində də yenə bağlayıcı kimi çıxış edir, yanaşdıqları 
sözlərlə  birlikdə  yox,  ayrıca,  müstəqil  olaraq  bağladığı  ikinci  hissəyə  aid 
olur(6:283-284).  Bizə  belə  gəlir  ki,  bu  tip  ifadələri  bağlayıcı  hesab  etmək 
olmaz,  çünki  burada  sabitlik  yoxdur  və  ikinci  komponent  müstəqil  leksik 
mənaya malikdir. 
4. Bölüşdürmə bağlayıcıları. “Ya, ya da, gah, gah da, istər, istərsə, 
istərsə  də,  yaxud,  və  yaxud,  və  ya,  yainki,  və  yainki”  bağlayıcıları  buraya 
daxildir.  
Bölüşdürmə  bağlayıcıları  içərisində  ən  universal  olanı  və  türk 
dillərində  geniş  yayılan  forması  “ya,  ya  da”  bağlayıcısıdır.  Bu  bağlayıcı, 
əsasən,  qoşa  şəkildə,  hətta  bir  sıra  hallarda  həmcins  üzvün  sayından  asılı 
olaraq, bir neçə dəfə təkrarlanaraq işlənir. Bölüşdürmə əlaqəli istənilən söz, 
söz  birləşməsi  və  cümlələr  arasında  işlənə  bilir.  Bu  bağlayıcı  digər 
bölüşdürmə  bağlayıcıları  ilə  bəzi  hallarda  əvəzlənə  bilsə  də,  bu,  həmişə 
mümkün olmur. Bu, hər bir bağlayıcıların potensial mənası ilə bağlıdır. Belə 
ki,  “ya,  ya  da”  bağlayıcı  “gah,  gah  da”  bağlayıcıları  bir-birinə  çox  yaxın 
olub,  adətən,  bir-biri  ilə  əvəzlənə  bilir.  Lakin  bunların  işlənmə  məqamları 
arasında müəyyən fərqlər vardır. “Ya, ya da” bağlayıcısı daha universal olub, 
bölüşdürmə səciyyəli bütün ifadələrdə istifadə edilə bilir. Məsələn: Bilirdi ki, 
ya  bu  gün  sədrin  yalanlarını  sübut  eləməli,  ya  da  birdəfəlik  kənddən 
getməlidir(İ.Şıxlı).  
Bəzən “ya” bağlayıcısının qarşılaşdırma məqamında “yoxsa” bağlayıcısı-
nın sinonimi kimi işləndiyi göstərilir. Q.Kazımov bu fakta belə misal verir: Sən-
dən qorxdum, ya sənin qohum-qardaşlarından?(C.Məmmədquluzadə)(5: 361). 
Bizə belə gəlir ki, bunun əksini demək daha düz olardı; belə ki, müəllifin 
verdiyi nümunədə “ya” bağlayıcısı bölüşdürmə məzmunu formalaşdırır, burada 
qarşılaşdırma  məzmunu,  demək  olar  ki,  yoxdur.  Bu  məqamda  həmin 
bağlayıcını  “yoxsa”  bağlayıcısı  ilə  də  əvəz  etmək  olar:  Səndən  qorxdum, 
yoxsa sənin qohum-qardaşlarından? 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə