Filologiya məsələləri, № 7, 2017
165
-ing şəkilçisi ilə düzələn terminlərin bəziləri üslubi çalarlara
malikdirlər. Məsələn, buzzing (şturmovka, uçuş), eavesdropping (xəlvəti
qulaq asmaq, rabitə vasitəsilə xəbəri tutma), kicking (hərbidən uzaqlaşma,
qaytarma) və s.
-ion şəkilçisi ilə düzələn hərbi terminlər:
Müasir ingilis dilinin hərbi terminologiyasında ən geniş yayılmış
şəkilçisidir. Bundan başqa, yeni söz yaratmaqda intensiv surətdə bu şəkilçi
çox
aktivdir.
Məsələn,
collimation,
comparimentation,
comparimentalization, defaliation və s.
Bu şəkilçinin başqa allomorf xassəli variantları da vardır:
-ion, -tion, -sion, - ation, -ication və s. Məsələn, contamination,
retention, propulsion, motorization, identification və s.
Bu şəkilçilərlə bağlı V.V.Borisov yazır ki, -ization müstəqil şəkilçi
kimi fel düzəldən –ize şəkilçisinə uyğun gəlmir və onun mövcudluğuna da
etirazını bildirmir.
Bu şəkilçi əsasən V+-ion=N formulası əsasında termin yaratmaq
qabiliyyətinə malikdir. Məsələn, demolition (dağıtma), atomization (nüvə
zərbəsi), invasion (zorla basıb girmə), detonation (detonasiya) və s.
-ton səkilçisi əsası –ate, -ify, -ize sonluğu ilə qurtaran sözlərin axırına
əlavə edilərək isim düzəldir: Məsələn, penetration, calibration, codification,
motorization, miniaturation və s. Ingilis dilində yemək adları da bir çox
suffikslər ilə düzəlir. Belə ki, yemək adları məişət leksikasına daxil olduğu
üçün, onlar əsasən isimlərdən ibarətdir və ismin şəkilçilərini də qəbul edir.
Məsələn, -er suffiksi ilə: cheeseburger (kotlet və ya pendirlə qızardılmış
bulka), frankfurter (sosiska), chitter lings (çox məşhur yemək növüdür,
donuzun qabırğalarından hazırlanır, qızartmadır), bangers and mash (sosiska
ilə püre), cream cracker (şirin biskivit, adətən yağ-pendirlə yeyilir) və s.
-ery suffiksi ilə: confectionary (şirniyyat, qənnadı), cookery
(kulinariya), crockery (qab-qacaq), cultery (çəngəl-bıçaq) və s.
Bütün deyilənlərdən aydın olur ki, isim düzəldən suffikslər nəinki
ingilis dilində, hətta Azərbaycan dili üçün də səciyyəvidir və dilin lüğət
tərkibinin zənginləşməsində böyük rolu vardır.
Ədəbiyyat
1. Mələk Məmmədova. İngilis dilinin qrammatikası. Bakı 2011.
2. N.Məmmədov. “Azərbaycan dilçiliyinin nəzəri əsasları”. Bakı, 1971.
3. A.M. Babayev Dilçiliyə giriş, Bakı, Maarif, 1992.
Filologiya məsələləri, № 7, 2017
166
S.Qasımova
The formation of military terms by morphological way
Xülasə
There are several noun forming suffixes enriching the lexical layer of
the English language in the formation to military terms by morphological
way. This principal is one of the main factors for increasing military terms.
During the formation of such kinds of terms new lexical units appear so that,
this is caused by word-building suffixes and some borrowed suffixes.
Most researchers showed that this way of word-building is more
productive and is based on more internal linguistic laws. This is connected
with the English language being rich with word-building suffixes. Term
forming by morphological way gives an opportunity to express military
notions by internal linguistic laws. Besides it helps to enrich the vocabulary
stock of the English language by these suffixes.
С.Касумова
Формирование военных терминов с морфологическим способом
Резюме
Существует несколько существительных, образующих суффиксы,
обогащающие лексический слой английского языка в формации
военными терминами с морфологическим способом. Этот принцип
является одним из основных факторов увеличения военных терминах.
Во время формирования таких видов терминов появляются новые
лексические единицы, так что это вызвано суффиксами словосочетания
и некоторыми заимствованными суффиксами.
Большинство исследователей показали, что этот способ построения
слов более продуктивен и основан на более внутренних языковых законах.
Это связано с тем, что английский язык богат суффиксами для создания
слов. Формирование термина морфологическим способом дает возмож-
ность выражать военные понятия внутренними языковыми законами.
Кроме того, эти суффиксы помогают обогатить словарный запас
английского языка.
Rəyçi: Rəhimə Məmmədova
filologiya elmləri namizədi, dosent
Filologiya məsələləri, № 7, 2017
167
MƏTANƏT İBRAHİMOVA
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
matanat@mail.ru
SİFƏTİN SUFFİKS VASİTƏSİLƏ YARANMASI ÜSULLARI
Açar sözlər: nitq hissəsi, isim, sifət, suffiks, prefiks, sözdüzəltmə, kök, söz
Key words: parts of speeh, noun, adjective, suffix, prefix, word-formation,
stem, word
Ключевые слова: части речи, существительное, прилагательное,
суффикс, префикс, словообразование, основа, слово
Hər nitq hissəsinin öz sözdüzəldici suffiksləri olduğu kimi sifətində də
özünə məxsus sözdüzəldici suffiksləri vardır. Bu suffikslər də müxtəlif
qruplara bölünürlər.
İngilis dilinin müasir inkişaf mərhələsində iki cür –ly suffiksi vardır,
onlar sözdüzəltmə funksiyasını yerinə yetirir və omonim hesab olunurlar. O.
Espersenin fikrincə, sifət düzəldən –ly suffiksinin və zərf düzəldən –ly suf-
fiksinin müxtəlif yaranma mənbələri vardır. –ly suffiksinin həm də adverbial
və adjektiv semantik potensialı bir qədər fərqlidir: -ly adverbial suffiksi söz
kökünün ifadə etdiyi hərəkət obrazı və üsulu mənasını verir.
-ly adjektiv suffiksi isim mənşəli söz köklərindən sifət düzəldir, -ly
adverbial suffiksi isə sifət mənşəli söz köklərindən sifət düzəldir. –ly suffiksi
isim mənşəli söz kökləri ilə birləşərək çoxmənalı olur və aşağıdakı mənaları
verir:
a) “Söz kökünün ifadə etdiyi bir şeyə bənzər, oxşar, ümumi cəhətləri
olan, xatırladan” mənalarını verir. Məsələn: fatherly – ata kimi, neighbourly
– dost, qonşu kimi, earthly – yerə məxsus.
b) “Periodik olaraq təkrarlanan”. Belə mənada –ly suffiksi müxtəlif
zaman kəsişmələrini ifadə edən sözkökləri ilə birləşir. Məsələn: yearly – hər
il, hourly – hər saat, nightly-hər gecə, minutely – hər dəqiqə
c) –ly suffiksi sifət mənşəli söz köklərinə birləşərək söz düzəldən kökə
xarakterik olan əlavə keyfiyyət çaları verir. Məsələn: sickly – ağrılı, kindly –
mehriban, deadly – ölümcül, ölüm gətirən. Belə halda –ly suffiksi ilə
işlənməyən sifət daha ümumi kateqoriyalı məna verir, -ly suffiksi ilə işlənən
sifətlər isə daha spesifik məna verir.
Müasir ingilis dilində -ly suffiksi az produktivliyi ilə xarakterizə
olunur. Daha produktiv onun sinonimi olan –like suffiksidir.
Gələcəkdə loveliness kimi sözlərin yaranmasında köməkçi ola bilər.
-ly, -like, -ish kimi suffiksləri “oxşarlığı olan, xatırladan, bənzər, kimi”
mənalarında sinonim morfem hesab olunurlar.
Dostları ilə paylaş: |