Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/9
5.3 Maddi-texniki və material təchizatı
İşlər başlamazdan əvvəl avadanlıq və materiallar ST-yə və üst tikililər, sualtı qurğular, boru
kəmərləri və özül tikinti sahələrinə göndəriləcəkdir.
Mümkün hallarda layihə zamanı tələb edilən texniki şərtlərinə uyğun olan avadanlıq (zavod və
tikinti nəqliyyatları) və materialların Azərbaycandakı mənbələrdən alınmasına üstünlük
veriləcəkdir. Beynəlxalq satın alma tələb olunarsa, materiallar və avadanlıqlar bundan əvvəlki
AÇG və ŞD layihələrinin tikinti proqramları üçün müəyyənləşdirilmiş nəqliyyat marşrutlarından
istifadə olunmaqla, avtomobil,
dəmir yolu, dəniz və hava nəqliyyatı vasitəsilə çatdırılacaqdır.
Dəniz vasitəsilə gətirilən mallar iki əsas marşrutla daşına bilər. Aralıq dənizindən və Qara
dənizdən gələn gəmilər Don-Volqa kanal sistemindən keçəcəklər. Baltik dənizi marşrutu ilə
gələn yüklər St. Peterburq şəhərində başqa gəmilərə yüklənərək Baltik-Volqa sistemi ilə
daşınacaq. Bu marşrutlar buzlaşma mövsümü ərzində (noyabr-aprel) qeyri-işlək vəziyyətdə
olur. Dəmiryolu xətləri Gürcüstanın Poti və Latviyanın Riqa şəhərlərindən mövcuddur.
Avropadan gələn avtomobil yolu daşımaları Türkiyə, Gürcüstan və İran vasitəsilə mümkündür.
5.4 SDQQ Qazma və tamamlama işləri
5.4.1 Səyyar dəniz qazma qurğusunun əməliyyatları
Nəzərdə tutulub ki, ŞD2 Layihə quyuları iki yarımdalma qazma qurğusundan istifadə
edilməklə qazılacaq:
“İstiqlal”; və
“Heydər Əliyev” (əvvəlki adı “Maersk Explorer”).
“İstiqlal” səyyar dəniz qazma qurğusun (SDQQ) BP şirkətinin ŞD Müqavilə Sahəsində
aparmış bütün qabaqlayıcı quyu qazma işlərində istifadə edilmişdir.
ŞD Müqavilə Sahəsində 26 quyunun qazılması planlaşdırılıb. Bu quyuların 10-u üçün artıq
təsdiq əldə edilmişdir (Müqavilə Sahəsinin şimal, qərb və şərq cənub cinahları daxilində).
Qalan 12 quyu aşağı cinahlarda və dəniz səviyyəsindən aşağıda təxmini dərinliklərdə
yerləşdiriləcəkdir.
Qərb cənub cinahı WS1, WS2, WS3, WS4 – təxminən 390-470m
dərinlikdə;
Şərq cənub cinahı ES1, ES4, ES5 və ES6 – təxminən 490- 530m dərinlikdə; və
Şərq şimal cinahı EN1, EN2, EN3, və EN4 -təxminən 395- 480m dərinlikdə.
Son dörd quyunun yerləri hələ təsdiq edilməmişdir. Onların yeri əlavə quyu icra göstəriciləri
və səthaltı məlumatlar əldə edildiyi zaman müəyyənləşdiriləcək. Quyuların yeri məlum
olduqda bu barədə ETSN-nə Məlumat Məktubu göndəriləcək.
Quyu lüləsinin konduktor hissəsinin qazılması zamanı problemlər meydana çıxarsa, quyu
dəniz dibindəki ilkin yerindən 50m məsafədə təkrar qazıla bilər. Buna əlavə olaraq səthi
süxurların geotexniki xüsusiyyətləri ətrafında qeyri-müəyyənlik olarsa, geotexniki
xüsusiyyətləri təsdiq etmək üçün bu günə qədər qazılma işləri tamamlanmamış
(planlaşdırılmış quyulara yaxın qonşuluqda) hər bir cinah daxilində 4-ə yaxın geotexniki quyu
qazıla bilər. Əlavə geoloji və karotaj məlumatlarını əldə etmək üçün eyni sahədə 28” kəmər
quyruğu 1400m dərinlikdə aşağı pilot quyusu qazıla bilər
5.4.1.1 SDQQ-nun yerləşdirilməsi
Köməkçi gəmilər hər bir SDQQ-ni yedəkdə qazma sahəsinə gətirəcək və lövbər salmazdan
əvvəl hər bir ərazidə 8 lövbərdən istifadə edərək qazma nöqtəsinə yerləşdirəcək. SDQQ-nin
yerləşdirilməsi və quraşdırılması üçün 4 gün, qazma proqramının sonunda qurğunun
demobilizasiyası üçün hər bir quyuya əlavə 4 gün vaxtın sərf olunması gözlənilir. Qazma
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/10
proqramının davam edəcəyi müddət ərzində qurğunun ətrafında 500 metrlik məcburi qadağa
zonası müəyyən ediləcək.
5.4.1.2 SDQQ üzrə logistika texniki təchizat
SDQQ-yə əlavə olaraq, qazma zamanı SDQQ-yə qazma məhlulu və dizel yanacağı kimi
istehlak malları çatdırmaq, eləcə də bərk və maye tullantıları təmizləmək
və utilizasiya etmək
məqsədilə tullantıların sahilə daşınması üçün gəmilər tələb olunacaq. Cədvəl 5.1-də SDQQ-
nin və yardımçı gəminin texnoloji təchizatqeyd olunur. Gəmilərin təxmini sayı və funksiyaları
Əlavə5F-də təqdim olunur.
Cədvəl 5.1 SQDD və gəminin texnoloji təchizatlarının xülasəsi
Texnoloji təchizat /
Texniki dəstək
fəaliyyəti
“Heydər Əliyev” SDQQ-nun təsviri
“İstiqlal” SDQQ-nun təsviri
SDQQ-nun elektrik
generatorları
Əsas elektrik enerjisi 4 ədəd Wartsila
16CVW200 dizel generatorları (2800 kilovat
enerji hasil edir) vasitəsilə təmin olunur
750kVt güclü fövqəladə hallar üçün dizel
generatoru
Əsas elektrik enerjisi 4 ədəd Wartsila 12VW200 dizel
generatorları (2400 kilovat enerji hasil edir)
vasitəsilə
təmin olunur
Fövqəladə hallarda istifadə edilən nominal gücü 635kW
olan dizel generatoru
SDQQ-nun və
köməkçi gəmilərin
məişət çirkab suları və
sanitar qovşaqlarından
gələn çirkab suları
Üzən sülb maddələr, yaxud parıltılı təbəqə müşahidə olunmadığı təqdirdə, məişət çirkab (boz) suları
(təmizlənmədən) dənizə axıdılacaq
Normal şəraitlərdə fekal sular SDQQ-n çirkab sularını təmizləmə qurğusunda MARPOL 73/78 Əlavə IV:
Gəmi tullantıları ilə dənizin çirklənməsinin qarşısının alınması üzrə standartlarına uyğun təmizlənilir: beş
günlük OBT – 50 mq/l-dən az, asılı bərk hissəciklər 50 mq/l-dən az (laboratoriyada) və ya 100mq/l
(göyərtədə) və koliform bakteriyaları hər 100ml üzrə 250 ƏÇEG (ən çox ehtimal olunan göstərici). Qalıq
xlorin praktiki olaraq aşağıdır.
Qeyri-müntəzəm şəraitlərdə SDQQ çirkab sularını təmizləmə qurğusu olmadıqda fekal suları mövcud AGT
plan və prosedurlarına uyğun idarə ediləcək və tələb olunduğu kimi ETSN-nə hesabat veriləcək
Çirkab suları çöküntüləri utilizasiya üçün sahilə daşınacaq və AGT-nin hazırda mövcud olan idarəetmə
planlarına və prosedurlarına uyğun surətdə idarə olunacaq.
SDQQ-nin
və köməkçi
gəmilərin mətbəx
tullantıları
Sistemin mövcudluğundan asılı olaraq, mətbəx ərzaq tullantıları:
Konteynerə və gəmiyə yüklənib utilizasiya üçün sahilə daşınır
Ərzaq qırıntıları MARPOL 73/78 standartlarına uyğun təmizlənmək üçün layihələndirilmiş gəminin
doğrama qurğusuna göndərilir. Əlavə V: Gəmilərdən atılan tullantılarla çirklənmənin qarşısını almaq üçün
dənizə atılmazdan əvvəl tullantıları məqbul standarta parçalamaq üçün nəzərdə tutulmuşdur.
SDQQ dəniz
suyu/Sərinləşdirici Su
Sistemləri
Mühərrik və kompressor sistemləri daxilində
göyərtədə istifadə olunan dəniz suyu(soyutma
üçün)
6 ədəd dəniz suyu qaldırma nasosu, lakin
bunlardan adətən 2-siistifadə olunur və onlar
dəniz səviyyəsindən aşağıda 17,5 və 19,5m
arasındakı dərinliklərdən saatda 960m
3
dəniz
suyunun qaldırılması üçün layihələndirilib
Layihələndirməyə korroziyaya nəzarət sistemi
və Katodlu mühafizə üçün “Wilson Taylor”
Çirklənmə əleyhinə Sistem daxildir
Aşağıdakılar üçün
layihələndirilmiş soyuducu
sistemi:
o
Dəniz səviyyəsindən aşağıda 10.9 və 12.9m
arasındakı dərinlikdə yerləşən kesson
vasitəsilə saatda 960m
3
suyun atqısını təmin
etməsi nəzərdə tutulur; və
o
Oxşar qurğular üçün yerinə yetirilmiş atılan
soyuducu su atqılarının istilik
dumanının/şleyfinin dispersiyasının
modelləşdirilməsinin nəticələrinə əsaslanaraq,
soyuducu qarışma zonasının kənarında (atqı
nöqtəsindən 100m məsafədə olması güman
edilir) temperatur ətrafdakı su
temperaturundan 3°C-dən artıq olmayacaq.
Mühərrik və kompressor sistemləri daxilində göyərtə
üçün istifadə olunan dəniz suyu (soyutma üçün)
Dəniz səviyyəsindən aşağıda 9,8m dərinlikdən
saatda 230m
3
həcmdə dəniz suyunun qaldırılması
üçün layihələndirilmiş iki ədəd dəniz suyu vuran
nasos
Layihəyə anodlu bioloji çirklənməyə və korroziyaya
nəzarət
sistemi də daxildir
Aşağıdakılar üçün layihələndirilmiş soyuducu
sistemi:
o
Dəniz səviyyəsindən aşağıda 12,5m dərinlikdə
saatda 630 m
3
-ə qədər suyun atqısını təmin
etməsi nəzərdə tutulur (qazma layihəsindən asılı
olaraq) və
o
Oxşar qurğular üçün yerinə yetirilmiş atılan
soyuducu suların istilik dumanının/şleyfinin
dispersiyasının modelləşdirilməsinin nəticələrinə
əsaslanaraq, soyuducu qarışma zonasının
kənarında (atqı nöqtəsindən 100m məsafədə
olması güman edilir) temperatur ətrafdakı su
temperaturundan 3°C-dən artıq olmayacaq.
SDQQ /Gəminin şirin
su sistemi
Şirin su sahildən təchizat gəmiləri vasitəsilə təchiz edilir və istifadə üçün göyərtədə saxlanır
SDQQ-nun drenajı
Göyərtədəki drenaj və yuma sularında parıltılı təbəqə müşahidə edilmədikdə, onlar dənizə axıdıla bilər
Göyərtənin axıntı suları, o cümlədən qazma qurğusunun döşəməsindəki drenaj xəttində toplanılan
dağılmış SƏQM qazma məhlulu sisteminə geri vurulacaq, yaxud texniki
səbəblərdən bu mümkün
olmadıqda və yaxud qazma flüid sisteminin maksimum xlorin konsentrantı qəbul edilən su mühitindən 4
dəfə çox olarsa, qüvvədə olan HPBS-nin tələblərinə uyğun durulaşdırılaraq dənizə axıdılacaq (dəniz
səthindən >60sm).
Maye dağılmasızamanı əsas SDQQ-n göyərtə drenajı təhlükəli drenaj çəninə axıb tökülmək üçün