AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
54
28 yanvar 1921-ci il tarixində tərtib olunmuş sənəddə
1
1920-ci
ildə İrəvan və İğdır arasında yerləşən kəndlərin türk-müsəlman əhali-
sinin ermənilər tərəfindən tarixdə görünməmiş vəhşiliklə həyata keçi-
rilən soyqırıma məruz qaldığı təsvir olunmuşdur. Bulaqbaşı, Novruz,
Uluxanlı, Qəmərli, Ciləban, Şeyxlər, Qaçaq, Fəqirlər, Əliməmməd
və Xızırlı kəndlərinin sağ qalmış sakinlərinin ifadəsi əsasında tərtib
edilmişdir. Adları qeyd olunan kəndlərin sakinlərin erməni hərbçilə-
rinin hücumları nəticəsində kəndlərini tərk etmiş, ingilislərin Qarsa
gəlməsi və ermənilərlə barışıq əldə olunmasından sonra öz doğma ev-
lərinə qayıdarkən yolda ermənilər tərəfindən görünməmiş vəhşiliklərlə
həyata keçirilən soyqırıma məruz qalmışdır. Ermənilər heç kəsə aman
verməyərək qarşılarına çıxan hər kəsi - qadın, qoca, uşaq süngüdən
keçirərək dəlik-deşik etmiş, əhalinin əksəriyyətini top və odlu silahla
kütləvi şəkildə məhv etmiş, bələkdəki körpələrin bacaqlarını ayıraraq
başlarını daşla əzərək məhv etmiş, hamilə qadınların bətnini yararaq
hələ doğulmamış körpələri süngüyə keçirmişlər. Erməni cəlladları
Qaçaq kəndindən olan qadın və uşaqları hissə-hissə doğrayıb üzərinə
qaz yağı töküb yandırmış, qocaların saqqallarını qopararaq diri-diri
üzlərinin dərisini soymuşlar, bəzi uşaqların balta və xəncərlə başla-
rını parçalayıb gözlərini çıxarmış, bəzilərini isə şişlərə keçirmişlər.
Araz çayı kəsilən və boğulan insan cəsədləri ilə dolmuşdur. Bu soy-
qırım nəticəsində ermənilər tərəfindən məhv edilənlərin ümumi sayı
5307 nəfərdir.
2
Arxivdən əldə olunan sənədləri analiz etdikdə 1919-1920-ci il-
lərdə İrəvan, Naxçıvan, Şərur, Gümrü və Şərqi Anadoluda ( Qars,
Kağızman, Ordu, Sarıqamış, İğdır, Trabzon və s.) və hətta Tiflis,
Şörəyel və Borçalı qəzasında on minlərlə dinc, silahsız türk-müsəl-
man əhali – Azərbaycan türkləri, Şərqi Anadolu türkləri, Osmanlı
türkləri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə
görə amansızcasına qətlə yetirilmiş, yüzlərlə yaşayış məntəqəsi,
kəndlər talan edərək yandırmış, yerlə-yeksan edilmiş, bir sözlə yer
üzündən silinmişdir.
1
BOA, HR SYS. 2878/79.
2
BOA,HR SYS. 2878/79; Bax: Ermeniler tarafından yapılan katliam belgeleri, c.II,
s. 983-984,1054, (kitabda İrəvan bölgəsinə məxsus kəndlər yanlış olaraq Naxçıvan
bölgəsinə aid edilmişdir).
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
55
1919-cu il iyulun 3-də tərtib olunmuş bir sənəddə ermənilərin
Vedinin ətrafını 4 tərəfdən mühasirəyə alaraq buranı aramsız top atə-
şinə tutduqları, Araz çayı ətrafında yerləşən Dəşti, Əfşar, Xınalıq,
Qaralar, Şirazlı, Caddə, Yengicə, Qıvraq, Görəvan, Tavat, Kiçik
Vedi və s. kəndlərə hücum edərək əhaliyə görünməmiş işgəncələr ver-
diyi qeyd olunur. Həmin sənəddə adları qeyd olunan kəndlərin əhali-
sinin diri-diri yandırıldığı və diri-diri basdırıldığı, canını qurtara bilən-
lərin kəndləri tərk edərək dağlara çəkildiyi, adı çəkilən kəndlərdəki
məhsulların və bütün əşyaların ermənilər tərəfindən tamamilə ələ
keçirildiyi qeyd olunur. Həmin sənəddə çoxsaylı erməni hərbiçilərinin
əhalidən silah yığmaq bəhanəsi ilə qətliama başladıqları, XV Nizami
Ordu komandanlığı o zaman Ərzincandan Sivasa hərəkət edən ameri-
kalı zabitlə Ərzurumda ingilis nümayəndəsi Ravlinsona bildirilmişdir.
Sənəddə qeyd olunur ki, “ermənilər tərəfindən məhv edilən 45 müsəl-
man kəndinin mərkəzi olan Böyük Vedini 8 topla 4 min nəfərlik erməni
hərbiçisi mühasirəyə aldı. Onlar İğdır, Ağpinar, Qırxpinar, Ağcaqala
Çuxuru kəndlərini yandıraraq əhalisini tamamilə qətlə yetirmişlər”.
Ümumilikdə bu sənəd adları qeyd olunan kəndlərdəki öldürmə, diri-
diri yandırma, bir sözlə, ermənilərin dinc sakinlərə etdiyi zülmləri,
onların quldurluq fəaliyyətlərini, Tərək kəndi əhalisini tamamilə məhv
etdikləri, Odalar kəndini talan etdikləri və s. haqqında 2-ci firqə ko-
mandanlığına göndərilən məlumatdan ibarətdir.
1
Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində türk-müsəlman
əhaliyə qarşı ermənilərin həyata keçirdiyi soyqırımı öz miqyasına,
forma və metodlarına görə tarix boyu insanlığa qarşı törədilmiş, yad-
dan çıxarılması və bağışlanması mümkün olmayan ən qəddar cinayət-
lərdən biridir.
1
BOA HR. SYS. 2877/16.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
56
1917-1918-Cİ İLLƏRDƏ URMİYA BÖLGƏSİNDƏ
AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI
Güntəkin Nəcəfli
Tarix elmləri üzrə fəlsəfə doktoru
1917-1918-ci ildə Cənubi Azərbaycanın qərb bölgəsində, əsasən
Urmiya, Salmas, Xoy və digər ətraf ərazilərdə Azərbaycan türklərinə
qarşı böyük dövlətlərin təşkil etdiyi, başda ermənilər olmaqla xristian
ordusunun həyata keçirdiyi soyqırım cinayətini özündə əks etdirən
xeyli miqdarda farsdilli mənbə və ədəbiyyat mövcuddur. Lakin
Türkiyə Cumhuriyəti “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt
Başkanlığı Arşivi”ndən (bundan sonra – ATASE) əldə edilmiş sənəd-
lər ilk dəfədir elmi dövriyəyə daxil edilir.
1917-ci sonu 1918-ci ilin əvvəllərində Urmiya bölgəsində həya-
ta keçirilən erməni və aysorların qanlı fəaliyyətlərini Osmanlı Dövləti
yaxından izləmiş və bu hadisələrin qarşısını almaq üçün görüləcək bü-
tün tədbirləri əsasən VI ordu komandanı Xəlil paşaya həvalə etmişdir.
1916-cı ildə Osmanlı dövlətinin Hakkari bölgəsində yaşayan
assuriyalılar (aysorlar – G.N.) Rusiyanın dəstəyinə arxalanaraq öz
dövlətinə qarşı qiyam qaldırdılar. Lakin onlar Osmanlı qüvvələrinin
qarşısında uzun müddət davam gətirə bilmədilər. Rusiyanın köməyi
on minlərlə aysor (yerli əhali onları “cilov” adlandırırdı – G.N.) öz
ailələri ilə birgə Cənubi Azərbaycanın Urmiya və Səlmas bölgəsinə
köçürüldü. Çağırılmamış bu ac qonaqların gəlməsi, üstəlik bu hadi-
sənin Birinci dünya müharibəsi şəraitində baş verməsi yerli əhali üçün
ağır bir yük idi. Lakin buna baxmayaraq Cənubi Azərbaycan əhalisi
onların yaşaması üçün münasib şərait yaradıb çörək və ocaqlarını on-
larla böldü. Lakin cilovlar bu duz-çörəyin qarşılığını ölüm, qan və
güllə ilə ödədilər.
1
Brest-Litovsk müqaviləsindən sonra rus qoşunlarının İrandan
geri çəkilməsi Rusiya işğalı altında olan Cənubi Azərbaycanın müxtə-
lif bölgələrində rus, ingilis, erməni və aysor təhlükəsini daha da
1
Bax: Dilməqani T. Çüney Azərbaycan Birinci dünya müharibəsi illərində. (Tərcü-
mə edən və korrektor C.Mirzəyeva). AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstit-
utu, Bakı, 2011, s.4-5.
Dostları ilə paylaş: |