AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
45
1917-1920-Cİ İLLƏRDƏ ŞƏRQİ ANADOLU, NAXÇIVAN VƏ
İRƏVAN BÖLGƏSİNDƏ ERMƏNİLƏRİN TÜRK-MÜSƏLMAN
ƏHALİYƏ QARŞI TÖRƏTDİKLƏRİ SOYQIRIMLARI
Güntəkin Nəcəfli
Tarix elmləri üzrə fəlsəfə doktoru
I Dünya müharibəsinin yaratdığı mürəkkəb şəraitdən istifadə
edərək ermənilər qonşu xalqların hesabına milli dövlət yaratmaq id-
dialarını gerçəkləşdirməyə başladılar. Bu sərsəm ideyanın həyata keçi-
rilməsi üçün isə yeganə yol bu ərazilərdə yaşayan yerli əhalinin məhv
edilməsi idi.
1917-ci ildən başlayaraq Şərqi Anadoluda, 1918-1921-ci illərdə
Naxçıvan və İrəvan bölgəsində türk-müsəlman əhaliyə qarşı erməni-
lərin həyata keçirdiyi soyqırımlarını sübut edən çox sayda qiymətli
sənədlər bu gün Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivin-
də (BOA) qorunub saxlanılır. Bu sənədlərin müəyyən hissəsi Baş-
bakanlıq Osmanlı Arxivinin əməkdaşları tərəfindən hazırlanaraq iki
cildlik toplu şəklində çap olunmuşdur.
1
Arxivdən əldə olunan sənədlər-
dəki faktiki materiallar sübut edir ki, 1918-1920-ci illərdə ermənilərin
Şərqi Anadolu (Qars, İğdır, Bayəzit, Muş, Van, Ərzurum, Trabzon,
Kağızman və s.) , Naxçıvan və İrəvan bölgəsində on minlərlə dinc, si-
lahsız türk-müsəlman əhali – Azərbaycan türkləri, Şərqi Anadolu türk-
ləri, Osmanlı türkləri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik
mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilmişdir.
BOA-nın müxtəlif fondlarından əldə edilmiş sənədləri təhlil edər-
kən ermənilərin türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırım
cinayətlərini əhatə dairəsinə görə üç qrupa ayırmaq mümkündür.
1. Şərqi Anadolu bölgəsində ermənilərin türk-müsəlman əha-
liyə qarşı həyata keçirdiyi soyqırımlar:
I Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək
istəyən Rusiya ordusunun tərkibində hərbi təlim görmüş 150 min
erməni əsgəri və tərkibində təqribən 10 min silahlını birləşdirən 4
1
Ermeniler tarafından yapılan katliam belgeleri. (1914-1919) c.I; (1919-1921) c.II,
Ankara, 2001.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
46
erməni könüllü birlikləri (drujinaları) var idi.
1
Rusiyada 1917-ci il
oktyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhə-
sində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah
Cənubi Qafqaza qayıdırdılar. Üstəlik, ermənilərin “Qərbi Erməni-
stan” adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260
minə yaxın erməni qaçqınları da Cənubi Qafqaza gəlmiş, əsasən İrə-
van quberniyasında özlərinə sığınacaq tapmışdılar.
2
Şərqi Anadolunun mühüm strateji əhəmiyyətli bölgəsindən biri
olan Ərzuruma ermənilər xüsusi əhəmiyyət verirdilər. Rusiya ermə-
niləri buradan Türkiyəyə keçərək, bölgədə öz mərkəzlərini yaratmış-
dılar. Trabzon-Van yolunun ortasında yerləşdiyindən, Ərzurum həm
quru yolla Qafqazdan, həm də Trabzon yolu ilə (dənizdən) Batum,
Göstənçə və digər yerlərdən müntəzəm məlumat almaq, vilayətlərə
silah, hərbi sursat göndərmək üçün çox əlverişli idi. 1916-cı il fevralın
16-da Ərzurum rus qoşunları tərəfindən ələ keçirildi. ABŞ tarixçisi
St.C.Şou yazırdı: "Bunun ardınca bütün müharibə ərzində ən dəhşətli
qırğın baş verdi: milyondan çox müsəlman kəndlisi qaçmalı oldu.
Onlardan minlərcəsi Ərzincana çəkilən Osmanlı ordusu ilə birlikdə
qaçmağa cəhd göstərərkən tikə-tikə doğrandı".
3
1919-cu ilin yayında təkcə Ərzurumda 426 nəfər türk-müsəl-
man milli mənsubiyyətinə görə ermənilər tərəfindən xüsusi işgəncə-
lərlə, boğularaq, yandırılaraq məhv edilmişdir.
4
Hələ I Dünya müharibəsi zamanı Kağızmanda böyük qismi fə-
rari əsgərlərdən ibarət olan ermənilər ruslar tərəfindən silahlandırıl-
mışdı. 800-dən çox erməni toplaşmış, buraya ermənilərdən ibarət rus
könüllü bölüyü də gəlmiş, beləliklə, bölgədəki silahlı ermənilərin sayı
15000 nəfərə çatmışdı. 1919-cu ilin iyulunda keçmiş Kağızman mü-
təsərrifi Arslan bəy və İsmayılzadə Əhməd əfəndi ailələri ilə birlikdə
Kağızmandan Qarsa gedərkən yolda erməni hərbiçiləri tərəfindən bu-
run və quldurları kəsilməklə faciəli şəkildə qətl edilmişdi. Erməni
hərbçilərinin Kağızmana olan hücumları artdığı üçün yerli türk-mü-
səlman əhalinin əksəriyyəti doğma yurdlarını tərk edərək dağlara çə-
kilmiş, onların mal və mülklərini ermənilər tərəfindən talan edilmiş-
1
Арутюнян А.О. Кавказский фронт. 1914-1917 гг. Ереван, “Айастан”. 1971, c. 296.
2
История армянского народа. Ереван, изд-во Ереванского ун-та, 1980, с. 285.
3
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c. II, Bakı, 2005, s.373-374.
4
Ermeniler Tarafından Yapılan Katliam Belgeleri. (1914-1919) c.I, s.377.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
47
dir.
1
1919-cu ilin yayında ermənilər Kağızmanda türk-müsəlman əha-
lini vəhşicəsinə qətl edərək Araz çayına tökmüşlər.
2
1914-1921 ci ilin əvvəllərinə kimi ermənilər Qars və Ərda-
handa 30000 min əliyalın əhalini məhv etmişlər. 1919-cu ilin əvvə-
lində Qarsda 9 millət vəkili qətl edilmışdir.
3
Təkcə 1920-ci ildə Qar-
sa məxsus kəndlərdə ermənilər tərəfindən 3945 nəfər türk-müsəlman
əhali acnacaqlı işgəncələrlə soyqırıma məruz qalmışdır.
4
Ermənilərin və onların avropalı havadarlarının ən çox təbliğat və
təşkilat işi apardıqları bölgə isə Van idi. Erməni komitələri bölgədəki
konsulluqlardan, məktəblərdən, kilsələrdən və dərnəklərdən istifadə
edərək, sürətlə təşkilatlanmış və quldurluğa başlamışdılar. Bölgənin
daşnak liderlərinə Qafqazda, o cümlədən Qarabağda törətdiyi cinayət-
lərə görə Rusiya hökuməti tərəfindən edama məhkum edilmiş İşxan və
Aram da qatılmışdı. Van gölünün Axtamar adasındakı ruhani məktəbi
təşkilatın mərkəzinə çevrilmişdi. Van-Muşun erməni əhalisinin qiyama
hazırlanmasına Vandan millət vəkili olan Papazyan rəhbərlik edirdi.
Təkcə 1915-ci ildə Vanın Rəşadiyə bölgəsinin Aynak kəndində
15 nəfər, Abbasağa bölgəsinin eyni adlı kəndindən 14 nəfər, Həsənli
aşirətindən 2000 nəfər, Van və ətrafından 5200 nəfər acnacaqlı şəkildə,
müxtəlif işgəncələrlə ermənilər tərəfindən soyqırıma məruz qalmışdır.
1916-cı ildə isə Van və kəndlərindən 44233 nəfər türk-müsəlman
əhalisi ermənilər tərəfindən görünməmiş vəhşiliklə məhv edilmişdir.
5
Vanın işğalından sonra rusların təhriki ilə erməni qiyamları
ətrafa yayılmış, erməni quldur dəstələri bir çox yerlərdə qətllər
törətmiş və bəzi kəndləri tamamilə viran etmişdilər.
Muşda və ətrafında əvvəlcə 7000 erməni silahlandırılaraq, kənd-
lərə səpələnmişdi. Ordudan fərarilik edən ermənilər də onlara qoşul-
dular və Sasunda böyük quldur dəstələri təşkil olundu. Daşnak dəstə-
ləri və "Hınçaq" qrupları bölgəyə gələn "ruslara sədaqətlərini və
şücaətlərini" göstərmək üçün cəbhə boyu türk kənd və qəsəbələrindəki
qadın, uşaq və yaşlılara təsəvvürə gəlməz işgəncələr verib qətlə yeti-
rirdilər. Muş süqut edərkən erməni quldurları qarşılarına çıxan müsəl-
1
Bax: Başbakanlık Osmanlı Arşivi (BOA) HR. SYS. 2877/39.
2
BOA, HR. SYS. 2877/73.
3
Bax: Ermeniler Ttarafından.., c.I, s.375-376.
4
Bax: Ermeniler Tarafından .., c.II, s.1054.
5
Bax: Ermeniler Tarafından.., c.I, s.375-377.
Dostları ilə paylaş: |