Microsoft Word 1 Xocali Yaqub m-son doc



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə11/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
45
 
1917-1920-Cİ İLLƏRDƏ ŞƏRQİ ANADOLU, NAXÇIVAN VƏ 
İRƏVAN BÖLGƏSİNDƏ ERMƏNİLƏRİN TÜRK-MÜSƏLMAN 
ƏHALİYƏ QARŞI TÖRƏTDİKLƏRİ SOYQIRIMLARI 
 
Güntəkin Nəcəfli 
Tarix elmləri üzrə fəlsəfə doktoru 
 
I Dünya müharibəsinin yaratdığı mürəkkəb  şəraitdən istifadə 
edərək ermənilər qonşu xalqların hesabına milli dövlət yaratmaq id-
dialarını gerçəkləşdirməyə başladılar. Bu sərsəm ideyanın həyata keçi-
rilməsi üçün isə yeganə yol bu ərazilərdə yaşayan yerli əhalinin məhv 
edilməsi idi.  
1917-ci ildən başlayaraq Şərqi Anadoluda, 1918-1921-ci illərdə 
Naxçıvan və  İrəvan bölgəsində türk-müsəlman  əhaliyə qarşı erməni-
lərin həyata keçirdiyi soyqırımlarını sübut edən çox sayda qiymətli 
sənədlər bu gün Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivin-
də (BOA) qorunub saxlanılır. Bu sənədlərin müəyyən hissəsi Baş-
bakanlıq Osmanlı Arxivinin əməkdaşları  tərəfindən hazırlanaraq iki 
cildlik toplu şəklində çap olunmuşdur.
1
Arxivdən əldə olunan sənədlər-
dəki faktiki materiallar sübut edir ki, 1918-1920-ci illərdə ermənilərin 
Şərqi Anadolu (Qars,  İğdır, Bayəzit, Muş, Van, Ərzurum, Trabzon, 
Kağızman və s.), Naxçıvan  İrəvan bölgəsində on minlərlə dinc, si-
lahsız türk-müsəlman əhali – Azərbaycan türkləri, Şərqi Anadolu türk-
ləri, Osmanlı türkləri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik 
mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilmişdir. 
BOA-nın müxtəlif fondlarından əldə edilmiş sənədləri təhlil edər-
kən ermənilərin türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırım 
cinayətlərini əhatə dairəsinə görə üç qrupa ayırmaq mümkündür. 
1.  Şərqi Anadolu bölgəsində ermənilərin türk-müsəlman  əha-
liyə qarşı həyata keçirdiyi soyqırımlar: 
I Dünya müharibəsi illərində  Şərqi Anadolunu  ələ keçirmək 
istəyən Rusiya ordusunun tərkibində  hərbi təlim görmüş 150 min 
erməni  əsgəri və  tərkibində  təqribən 10 min silahlını birləşdirən 4 
                                                 
1
 Ermeniler tarafından yapılan katliam belgeleri. (1914-1919) c.I; (1919-1921) c.II, 
Ankara, 2001. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
46
erməni könüllü birlikləri (drujinaları) var idi.
1
 Rusiyada  1917-ci  il 
oktyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhə-
sində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah 
Cənubi Qafqaza qayıdırdılar. Üstəlik, ermənilərin  “Qərbi Erməni-
stan” adlandırdıqları  Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260 
minə yaxın erməni qaçqınları da Cənubi Qafqaza gəlmiş, əsasən İrə-
van quberniyasında özlərinə sığınacaq tapmışdılar.
2
 
Şərqi Anadolunun mühüm strateji əhəmiyyətli bölgəsindən biri 
olan  Ərzuruma  ermənilər xüsusi əhəmiyyət verirdilər. Rusiya ermə-
niləri buradan Türkiyəyə keçərək, bölgədə öz mərkəzlərini yaratmış-
dılar. Trabzon-Van yolunun ortasında yerləşdiyindən,  Ərzurum həm 
quru yolla Qafqazdan, həm də Trabzon yolu ilə (dənizdən) Batum, 
Göstənçə  və digər yerlərdən müntəzəm məlumat almaq, vilayətlərə 
silah, hərbi sursat göndərmək üçün çox əlverişli idi. 1916-cı il fevralın 
16-da  Ərzurum rus qoşunları  tərəfindən  ələ keçirildi. ABŞ tarixçisi 
St.C.Şou yazırdı: "Bunun ardınca bütün müharibə ərzində ən dəhşətli 
qırğın baş verdi: milyondan çox müsəlman kəndlisi qaçmalı oldu. 
Onlardan minlərcəsi  Ərzincana çəkilən Osmanlı ordusu ilə birlikdə 
qaçmağa cəhd göstərərkən tikə-tikə doğrandı".
3
 
1919-cu ilin yayında təkcə  Ərzurumda 426 nəfər türk-müsəl-
man milli mənsubiyyətinə görə ermənilər tərəfindən xüsusi işgəncə-
lərlə, boğularaq, yandırılaraq məhv edilmişdir.
4
 
Hələ I Dünya müharibəsi zamanı Kağızmanda böyük qismi fə-
rari  əsgərlərdən ibarət olan ermənilər ruslar tərəfindən silahlandırıl-
mışdı. 800-dən çox erməni toplaşmış, buraya ermənilərdən ibarət rus 
könüllü bölüyü də gəlmiş, beləliklə, bölgədəki silahlı ermənilərin sayı 
15000 nəfərə çatmışdı. 1919-cu ilin iyulunda keçmiş Kağızman mü-
təsərrifi Arslan bəy və İsmayılzadə Əhməd əfəndi ailələri ilə birlikdə 
Kağızmandan Qarsa gedərkən yolda erməni hərbiçiləri tərəfindən bu-
run və quldurları  kəsilməklə faciəli  şəkildə  qətl edilmişdi. Erməni 
hərbçilərinin Kağızmana olan hücumları artdığı üçün yerli türk-mü-
səlman əhalinin əksəriyyəti doğma yurdlarını tərk edərək dağlara çə-
kilmiş, onların mal və mülklərini ermənilər tərəfindən talan edilmiş-
                                                 
1
Арутюнян А.О. Кавказский фронт. 1914-1917 гг. Ереван, “Айастан”. 1971, c. 296. 
2
 История армянского народа. Ереван, изд-во Ереванского ун-та, 1980, с. 285. 
3
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c. II, Bakı, 2005, s.373-374. 
4
 Ermeniler Tarafından Yapılan Katliam Belgeleri. (1914-1919) c.I, s.377. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
47
dir.
1
 1919-cu ilin yayında ermənilər Kağızmanda türk-müsəlman əha-
lini vəhşicəsinə qətl edərək Araz çayına tökmüşlər.
2
 
1914-1921 ci ilin əvvəllərinə kimi ermənilər  Qars    Ərda-
handa  30000 min əliyalın  əhalini məhv etmişlər. 1919-cu ilin əvvə-
lində Qarsda 9 millət vəkili qətl edilmışdir.
3
 Təkcə 1920-ci ildə Qar-
sa  məxsus kəndlərdə ermənilər tərəfindən 3945 nəfər türk-müsəlman 
əhali acnacaqlı işgəncələrlə soyqırıma məruz qalmışdır.
4
 
Ermənilərin və onların avropalı havadarlarının ən çox təbliğat və 
təşkilat işi apardıqları bölgə isə Van idi. Erməni komitələri bölgədəki 
konsulluqlardan, məktəblərdən, kilsələrdən və  dərnəklərdən istifadə 
edərək, sürətlə  təşkilatlanmış  və quldurluğa başlamışdılar. Bölgənin 
daşnak liderlərinə Qafqazda, o cümlədən Qarabağda törətdiyi cinayət-
lərə görə Rusiya hökuməti tərəfindən edama məhkum edilmiş İşxan və 
Aram da qatılmışdı. Van gölünün Axtamar adasındakı ruhani məktəbi 
təşkilatın mərkəzinə çevrilmişdi. Van-Muşun erməni əhalisinin qiyama 
hazırlanmasına Vandan millət vəkili olan Papazyan rəhbərlik edirdi.  
Təkcə 1915-ci ildə  Vanın  Rəşadiyə bölgəsinin Aynak kəndində 
15 nəfər, Abbasağa bölgəsinin eyni adlı  kəndindən 14 nəfər, Həsənli 
aşirətindən 2000 nəfər, Van və ətrafından 5200 nəfər acnacaqlı şəkildə, 
müxtəlif işgəncələrlə ermənilər tərəfindən soyqırıma məruz qalmışdır. 
1916-cı ildə isə Van və  kəndlərindən 44233 nəfər türk-müsəlman 
əhalisi ermənilər tərəfindən görünməmiş vəhşiliklə məhv edilmişdir.
5
 
Vanın işğalından sonra rusların təhriki ilə erməni qiyamları 
ətrafa yayılmış, erməni quldur dəstələri bir çox yerlərdə  qətllər 
törətmiş və bəzi kəndləri tamamilə viran etmişdilər.  
Muşda və ətrafında əvvəlcə 7000 erməni silahlandırılaraq, kənd-
lərə  səpələnmişdi. Ordudan fərarilik edən ermənilər də onlara qoşul-
dular və Sasunda böyük quldur dəstələri təşkil olundu. Daşnak dəstə-
ləri və "Hınçaq" qrupları bölgəyə  gələn  "ruslara sədaqətlərini və 
şücaətlərini" göstərmək üçün cəbhə boyu türk kənd və qəsəbələrindəki 
qadın, uşaq və yaşlılara təsəvvürə gəlməz işgəncələr verib qətlə yeti-
rirdilər. Muş süqut edərkən erməni quldurları qarşılarına çıxan müsəl-
                                                 
1
 Bax: Başbakanlık Osmanlı Arşivi (BOA) HR. SYS. 2877/39. 
2
 BOA, HR. SYS. 2877/73. 
3
 Bax: Ermeniler Ttarafından.., c.I, s.375-376. 
4
 Bax: Ermeniler Tarafından .., c.II, s.1054. 
5
 Bax: Ermeniler Tarafından.., c.I, s.375-377. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə