Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə13/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
51
lurdu. ABŞ-ın himayəsi altın Naxçıvana yiyələnməyə çalışan Ararat 
Respublikası  "Haskel layihələri"nin gerçəkləşməsi üçün canfəşanlıq 
göstərirdi. 1919 ildə ABŞ Azərbaycan ərazisinin bir hissəsini – Naxçı-
van diyarını ələ keçirməyə cəhd göstərdi. V.Haskelin Azərbaycan və 
daşnak Ermənistanı hökumətlərinə göndərdiyi direktivdə göstərilirdi 
ki, Naxçıvan diyarında və Şərur-Dərələyəz qəzasında başda amerikan 
general-qubernatoru olmaqla "Neytral idarə zonası" təsis edilir. Eyni 
zamanda polkovnik Haskel dəmir yollarının və  İrəvanla Culfa ara-
sındakı teleqraf xəttinin Birləşmiş Ştatların nəzarəti altına verilməsini 
tələb edirdi.  
Haskelin müavini polkovnik Ceyms Rey 1919 il oktyabrın 24-də 
Naxçıvana gəldi və Müsəlman Milli Şurası qarşısında V.Haskelin bə-
yanatını elan edərək, qubernatorluğun yaradıldığını, ABŞ ordusunun 
mühəndisi, polkovnik Edmund L.Dellinin ona başçı təyin olunduğunu 
bildirdi. Ermənistan-daşnak hökumətinin razılıqla qarşıladığı bu bə-
yanat Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qəti etirazı  və 
Naxçıvan  əhalisinin ciddi müqaviməti ilə üzləşdi. Naxçıvan Milli 
Şurasının və bütün Naxçıvan  əhalisinin təkidlə Ceyms Rey qərarını 
dəyişməyə  məcbur oldu. Delli Naxçıvanda general-qubernator kimi 
deyil, Antanta ali komissarı V.Haskelin nümayəndəsi kimi qaldı. La-
kin, bölgə  əhalisinin güclü müqaviməti və inadlı mübarizəsi, Azər-
baycan Xalq Cümhuriyyəti Hökumətinin isə ciddi diplomatik səyləri 
bu növbəti təxribat aktının qarşısını vaxtında aldı və ermənilərin Nax-
çıvanı ABŞ-ın yardımı ilə ələ keçirmək niyyətini növbəti dəfə puça çı-
xardı. 1920-ci ilin yanvarında sonuncu Amerika əsgəri Naxçıvan tor-
pağını tərk etdi.
1
 
 1920-ci il martın 6-da tərtib olunmuş bir sənəddə
2
 Şərur, Çıl-
dır  və  Ağbabada ermənilərin türk-müsəlman  əhaliyə etdiyi zülm və 
qətliamlardan sonra amerikalı polkovnik Haskel digər amerikalı  və 
ingilis məmurları ilə bölgəyə gələrək əhalini sakitləşdirməyə çalışmış-
dı. Həmin vaxt ermənilərin eyni məntəqələrdəki 28 kəndə  təkrar hü-
cum edərək daha dəhşətli qətliamlar törətmiş, gənc qadın və  qızları 
bölgədən götürmüşlər. XV Korpus komandanlığına rəsmi məktubdur.  
                                                 
1
 Bax: Азербаиджанская Демократическая Республика (1918-1920); Musayev İ. 
Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyəti və xarici döv-
lətlərin siyasəti (1917-1921-ci illər), Bakı, 1996. 
2
BOA, HR SYS. 2878/22. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
52
Başbakanlıq Osmanlı Arxivindən  əldə olunan sənədlər içəri-
sində Naxçıvan qəzasında erməni hərbi birləşmələrinin həyata keçir-
diyi soyqırım cinayətini əks etdirən materiallar kitabın arxasına əlavə 
olunmuşdur. Burada soyqırıma məruz qalan insanların adları açıqlan-
mışdır. 1918-1920-ci illərdə Naxçıvanın Şərur və Sədərək bölgəsində 
ermənilər tərəfindən 56 kənddə həyata keçirilən soyqırımı nəticəsində 
428 nəfər qətl edilmiş, 2.286 ev yerlə-yeksan olunmuş, 7.178 nəfər 
evsiz-eşiksiz qalmış, bunun nəticəsində 6.740 nəfər səfalətdən məhv 
olmuş, 24 qadın erməni təcavüzünün qurbanı olmuş, 3.971.200 pud 
ərzaq, 731500 pud pambıq, 169.250 qoyun və 47.367 baş qaramal 
ermənilər tərəfindən qəsb edilmişdir. Dərələyəz bölgəsində isə erməni 
hərbi birləşmələrinin həyata keçirdiyi soyqırım nəticəsində 54 kənddə 
57.240 nəfər qətl edilmiş 9.735 ev yerlə-yeksan olunmuşdur.
1
 Bütün 
məhv olan insanların ümumi sayı 64408 nəfərdir. 
 Bu soyqırımlar Naxçıvanın sovetləşməsindən sonra da davam 
etmişdi. 1921-ci ildə Naxcıvan qəzasında ermənilər tərəfindən işgəncə 
ilə 12 nəfər öldürülmüşdü.
2
 
3. İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı 
həyata keçirdiyi soyqırımlar: 
Cənubi Qafqazı, o cümlədən  Şərqi Anadolunu türk-müsəlman 
əhalidən «təmizləmək» üçün Böyük dövlətlərin dəstəyinə arxalanan 
Ararat Respublikasının həyata keçirdiyi soyqırım siyasəti nəticəsində 
Azərbaycanın Naxçıvan bölgəsi ilə yanaşı tarixi Azərbaycan torpağı 
olan İrəvan bölgəsinin azərbaycanlılar yaşayan kəndləri tamamilə yer-
lə-yeksan edilmiş, bölgə əhalisi öz-yurd yuvalarından qaçqın düşmüşdü.  
1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində ermənilərin 
Azərbaycan türklərinə  məxsus yaşayış  məntəqələrini silah gücünə 
darmadağın etməsi, müsəlmanlara qarşı törətdikləri misli görünməmiş 
vəhşiliklər, bu zülmlərə son qoyulması tələbi ilə əhalinin Şərq cəbhəsi 
ordu komandanlığından yardım tələb etməsi dövrün müxtəlif arxiv 
sənədlərində öz əksini tapmışdır.
3
 
03 iyul 1919-cu il tarixli “Ermənilərin Sevan (Göycə) əhalisinə 
rəva gördükləri mezalimlerin icra edildiyi məntəqələrin təsviri” 
adlanan xəritədə  həmçinin  Ağbulaq, Zəruşad,  Şörəyel, Qəmərli, 
                                                 
1
BOA,HR SYS. 2878/93. 
2
BOA,HR SYS. 2878/93. 
3
BOA, HR SYS. 2878/81; BOA, HR SYS. 2878/85. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
53
Sultanqala, Qars və s. bölgələr də təqdim olunur.
1
 1919-cu ilin iyu-
lunda tərtib olunmuş bir sənəddə Araz çayı boyunda soyqurımların 
həyata keçirildiyi ərazilərin təsvir olunduğu daha xəritə verilmişdir. 
Burada  İrəvan, Böyük Vedi, Qaralar, Şirazlı, Xalisə, Sədərək, 
Əlisar, Turab elçisi və s. bölgələr təsvir edilmişdir. Hətta bu xəritədə 
yerləşməyən kənd adları – Şiti, Giran, Naytəm, Karvan ayrıca qeyd 
olunmuşdur.
2
 
1920-ci il 30 iyun tarixli bir sənəddə ermənilərin  Qaraurqan, 
Kağızman, Ərzurum, Qars, Bayəzit, Sarıqamış, Naxçıvan və Araz 
ətraflarında qadın və uşaqlar da daxil olmaqla dinc əhalinin müxtəlif 
bədən üzvlərinin kəsilərək ayrı-ayrı şəkillərdə qətliam etdikləri, qadın-
lara hücum və təcavüz olunduğu, kəndlərə olunan basqınlar və əhali-
nin diri-diri yandırılması və s. hadisələrlə bağlı ingilis nümayəndəsinə 
göndərilən məlumatdır.
3
 
1920-ci ilin fevralında  İrəvan quberniyasının  Şörəyel qəza-
sında 1350 nəfər əliyalın əhali kəndlərini tərk edərkən ermənilər tərə-
findən məhv edilmişdir. Həmin ilin mart ayında yenə də Şörəyel qəza-
sında  2000 nəfər ermənilər tərəfindən müxtəlif  şəkildə  vəhşicəsinə 
qətl edilmişdir.
4
 1920-ci ilin iyulunda erməni silahlı birləşmələri Ulu-
xanlı (İrəvan) ətrafındakı – Qaraoğlu, Lələoğlu, Novosəlim, Qaraça-
yır, İğdır, Ağpinar, Qırxpinar, Ağcaqala Çuxuru kəndlərini yandıra-
raq əhalisini tamamilə məhv etmişlər.
5
 
1920-ci ilin sonunda ermənilər İrəvan bölgəsinin Qızılkilsə kən-
dində 50 nəfər uşaq və yeniyetməni balta ilə doğrayaraq öldürülmüş, 
gözlərini qızdırılmış  şişlərlə  çıxarmış  və  cəsədlərini qazanlarda yan-
dırmışlar. Sabunçu kəndindən 142 nəfərin ağız və burunlarını kəsərək 
gözlərini oymuş, gənc qız və qadınlara təcavüz etmişlər. Erməni cəl-
ladları yeni doğulan körpələri anaları ilə  bərabər iri qazanlarda yan-
dırmışlar, həmin yandırılan qadınların ərlərinə bu vəziyyəti zorla seyr 
etdirmiş  və bundan sonra onları da yandırmışlar.  Qaraqola, Tirik, 
Pozbir  kəndlərindəki bütün əhali acnacaqlı  şəkildə  məhv edilmiş, 
bütün əmlakı qəsb edilmişdir.
6
 
                                                 
1
BOA,HR SYS. 2877/13. 
2
BOA,HR SYS. 2877/16. 
3
BOA, HR. SYS. 2877/13. 
4
Ermeniler Tarafından.., c.II, s.1053. 
5
BOA,HR SYS. 2877/42. 
6
BOA, HR. SYS. 2878/81. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə