Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə15/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
57
artırdı. Rus qoşunlarının Cənubi Azərbaycandan təxliyə edilməsi ilə 
eyni zamanda müttəfiq dövlətlər (İngiltərə, Fransa və ABŞ)  erməni, 
aysor və Cənubi Azərbaycanda qalan rus  qüvvələrdən ibarət xristian 
ordusu yaradaraq azərbaycanlılara qarşı xaç yürüşü həyata keçirdilər. 
Rus qoşunlarının İrandan geri çəkilməsindən sonra İngilis hərbi 
hissələri Zəncan və Miyanəni işğal etdilər. Xoy və Urmiyada ingilis 
zabitlərini komandanlığı altında polis və qoşun dəstələri yerləşdirildi. 
Müttəfiqlər rusların əvəzinə azərbaycanlılara və osmanlılara qarşı er-
məniləri və aysorları silahlandıraraq onlardan 6 batalyon (4 batalyon 
aysor və 2 batalyon erməni) 4 batareya, 300 nəfərlik süvari dəstə  və 
rus, ingilis, fransız zabitlərinin komandanlığı altında bir pulemyot ro-
tası təşkil etdilər.
1
 
ATASE arxivindən  əldə olunan sənədlər içərisində  Cənubi 
Azərbaycan bölgəsində baş verən soyqırımların iri dövlətlərin dəstəyi 
ilə həyata keçirildiyini təsdiq edən qiymətli məlumatlar öz əksini tap-
mışdır. Həmin dövrdə 6-cı firqə komandanlığına göndərilən bir teleq-
ramda: “Urmiya və Səlmas ətrafına bir rus polkovnikinin komandanlı-
ğı altında 1-i erməni, 3-ü aysorlardan ibarət olan 4 piyada taburunun, 
ayrıca olaraq 5 minədək silahlı erməni və aysor birləşməsinin, 12 dağ 
batareyası  və  çox sayda odlu silahın olması”  haqqında məlumat 
verilmişdir.
 2
  
Urmiyadan Qara dənizə qədər silahlanan ermənilər
3
 isə öz məkr-
li niyyətlərinə çatmaq üçün rusların xristian təəssübkeşliyi ilə Cənubi 
Azərbaycan  ərazisində yerləşdirilən aysorlardan istifadə edirdilər. 
Hətta, Anadolu bölgəsindən geri çəkilən rus qoşunlarının tərkibində 
olan ermənilər də Urmiya bölgəsinə  gələrək buradakı erməni və ay-
sorlarla birləşmişdi. Onlar rus ordusuna məxsus silahları ələ keçirərək 
Urmiya, Səlmas, Xoy və Cənubi Azərbaycanın digər bölgələrində yer-
li əhaliyə hücum edərək onları məhv etməyə başladılar. 
1918-ci ilin fevral-mart aylarında erməni-aysor birləşmələrindən 
təşkil olunmuş xristian ordusu Savuçbulaq bölgəsində geri çəkilən rus 
qoşunlarının silahlarını ələ keçirdilər.
4
 Silahlanmış dəstələr əsasən Ur-
miya  və Dilman bölgəsində toplanmağa başladılar. ATASE arxivin-
                                                 
1
 Dilməqani T. Çüney Azərbaycan Birinci..., s.5. 
2
 ATASE, K. 1/16, D.8, F. 105. 
3
 ATASE, K. 1/16, D.8, F. 105. 
4
 ATASE, K. 4334, D. 573A, F. 237-024. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
58
dən əldə olunan sənədlər içərisində hətta ingilislərin Alaçatı ətrafında 
gizli yollardan qatır satın aldıqları və 5000-ə qədər erməni mühacirini 
Dilman ətrafındakı kəndlərə yerləşdirməsi haqqında da məlumat veri-
lir.
1
 Rusiya və Amerika Birləşmiş Ştatları kimi iri dövlətlərin himayə-
sinə arxalanan erməni-aysor hərbi birləşmələri Urmiya şəhəri ətrafında 
hərbi mövqe tutaraq, yerli əhalini soyub-talayır, gündüz barışığa vəd 
versələr də, gecələr şəhərin ayrı-ayrı məhəllələrini yandırıb, viran qo-
yurdular. 
Hətta Van bölgəsindən, Osmanlı hərbi hissələrinin önündən geri 
çəkilən erməni və aysorlar da Urmiya gölü ətrafında birləşərək yerli 
türk-müsəlman əhaliyə və Osmanlı qüvvələrinə qarşı vuruşmaq üçün 
hazırlığa başlamışlar. Bu vəziyyətin qarşısını almaq məqsədilə Os-
manlı qüvvələri həm Van bölgəsindən Urmiyaya doğru, həm də Ərbil 
və Rəvandiz bölgəsindən Cənubi Azərbaycan və Cənubi Qafqaza doğ-
ru hərəkətə başlamışdı. 
Erməni və aysorların Urmiya bölgəsində Azərbaycan türklərini 
qətl etməsi Osmanlı dövlətinin VI və III ordusuna məxsus hərbi hissə-
lərinin Urmiyaya doğru qərb istiqamətindən hərəkətə başlamasına sə-
bəb oldu. Osmanlı Dövləti Urmiya bölgəsində günbə-gün artan erməni 
və aysorların qanlı  fəaliyyətlərini yaxından izləmiş  və bu hadisələrin 
qarşısını almaq üçün həyata keçiriləcək bütün tədbirləri  əsasən VI 
ordu komandanı Xəlil paşaya həvalə etmişdir. 
Xəlil paşanın mərkəzə göndərdiyi bir teleqramında Urmiya isti-
qamətində hücuma başlayan VI firqə komandanlığına məxsus Osman-
lı ordusunun sayı haqqında məlumat verilir. Həmçinin sənəddə qeyd 
olunur ki, “...xristian ordusunun Urmiya ətrafına toplanmağa başla-
dığı, Təbriz üzərindən isə cənub-şərqə  ingilislərin mövqeyinə doğru 
çəkilməsi xəbəri alınmışdır. Buna görə  də Urmiya ətrafında olan 
erməni qüvvələrini zəiflətmək, IV Nizami odunu yenidən Xoya qədər 
aparmaq üçün bizim də Təbriz istiqamətində hərəkət edərək Xoy-Təb-
riz yolunu ələ keçirməyimizin münasib olacağını düşünürəm”.
2
 
Xəlil paşanın 22 yanvar 1918-ci il tarixində Mosuldan Rəvandiz 
qrupu komandanlığına göndərdiyi teleqramında
3
 müxtəlif təhlükəsiz-
lik mənbələrindən alınan məlumata görə Sakkız və Sovuçbulağın rus 
                                                 
1
 ATASE, K. 1/3, D. 18, F. 22; K.1/1, D 151, F 42. 
2
 ATASE, K. 3632, D.136, F. 026-26A. 
3
 ATASE, K. 3632, D.136, F. 003. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
59
qoşunlarından təxliyə edilməsi və Urmiyanın da təxliyə olunacağı mə-
lum olur. Bundan əlavə, sənəddə  “Urmiya  bölgəsinə  təhlükəsizlik 
qüvvələrinin təyin edilməsi və göndərilməsi, erməni və aysorların qüv-
vələrinın hazırkı  vəziyyəti haqqında alınan xəbərlərə ciddi əhəmiyyət 
verilməsi” tələb olunurdu. Xəlil paşanın yenə də 22 yanvar 1918-ci il 
tarixində İkinci Ordu komandanlığına göndərdiyi digər şifrəli teleqra-
mında
1
 Sakkız və Savuçbulağın rus qoşunları tərəfindən boşaldılması-
na dair xəbərlər, bölgədəki erməni və aysorların fəaliyyətinə dair mə-
lumatlar vermişdir. Sənəddə qeyd olunur ki, “15 dekabr 1917-ci il ta-
rixində İttifaq dövlətləri ilə Rusiya arasında imzalanan sülhün maddə-
sinə uyğun olaraq ərzaq tədarük edən  Şəmdinan  ətrafında yərləşən 
kəndlərimiz ruslar tərəfindən xoş  rəftar görsə  də, erməni və aysorlar 
tərəfindən məhv edilmişdir.  Canlarını qurtara bilənlərin ifadələrinə


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə