Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə23/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
83
7.   Top atəşi nəticəsində Şah məscidi minarəsinin şərq tərəfi zədələn-
mişdi.
1
 
Şəhərin bütün qeyri – türk hissəsi mart qırğını başlanan kimi 
sinfi fərq qoymadan xristianlıq zəminində müsəlman-türk  əhalisinə 
qarşı birləşmişdi. Erməni ordusunun hissələri, özlərini bolşevik, men-
şevik adlandıranların hamısı bu işdə iştirak edirdilər. Qəribə burasıdır 
ki, Bakıdakı erməni qoşunları üzərinə tutduqları bolşevik maskasının 
rəngi hələ qurumamış öz zərbələrini birinci növbədə müsəlman zəh-
mətkeş və fəhləsinin üzərinə saldılar. Paytaxtımzın küçələri fəhlə me-
yitləri ilə dolu idi.
2
  
Fövqəladə Təhqiqat Komissiyasına verdiyi izahatda Bakı sakini 
Mirzə  Əhməd Hüseynzadə  həmin dəhşətli günləri belə yada salırdı: 
Bu ilin mart ayının ortalarında mən Vaçiyansı bir qrup silahlı erməni 
ilə, sülh bağlanan günü, evlərə girərək müsəlmanları  əsir adı altında 
apararaq yolda onların hamısını öldürdüyünün şahidi olmuşam. Niko-
lay küçəsindəki Təbriz mehmanxanasında 88 nəfər iran taciri var idi
onların hamısını Vaçiyans küçəyə çüxarıb, səkkiz nəfərdən başqa, 80 
nəfər taciri öldürdü. Baş vermiş həmin hadisə haqqında İran konsulu 
da bilir.
3
 
1918 – 1920-ci illərdə Erməni dövlətinin Baş naziri olmuş Kaçaz-
nuni yazırdı ki, bizim köməyimizlə Bakıda bolşeviklər “Müsavat”ı dar-
madağın etdilər (1918-ci ilin martında), biz isə bolşeviklərin və rus ele-
mentlərinin köməyi ilə Bakını türk – tatar hücumundan qoruya bildik.
4
  
Ermənilərin dinc müsəlmanları  qətlə yetirmələri, yalnız 36-cı 
Türkistan polkunun tələbindən və  dənizçilərin hədələrindən sonra da-
yandırılmışdı. Dənizçilər tələb etmişdilər ki, əgər ermənilər müsəlman-
ları öldürməkdən  əl çəkməsələr, onda ermənililərin yaşadığı hissələrə 
toplardan atəş açacaqlar. “Ərdəhan” və “Krasnovodsk” hərbi gəmiləri 
şəhərin  şərq hissəsində yerləşən limanına yaxınlaşdı
5
Yalnız bundan 
sonra ermənilər məcbur olub atəşi və qırğınları dayadırmışdılar.  
St.Şaumyanın 1918-ci il aprelin 13-də RSFSR Xalq Komissarla-
                                                 
1
 ARPİİSSA, f. 277, siy.8, iş 536, v.174. 
2
 Həsənov C. 1918-ci ilin mart: vətəndaş müharibəsi, yoxsa türk – müsəlman 
soyqırımı? «Azadlıq» qəz., Bakı, 1994, 31 mart, № 31. 
3
 ARPİİSSA, f. 277, siy. 2, iş 13, v.5. 
4
 Качазнуни  Ов.  Дашнакцутюн  больше  нечего  делать!  Баку:  Элм, 1990, 92 с. 
C.21 
5
 ARPİİSSA, f. 277, siy. 2, iş 14, v. 49. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
84
rı Sovetinə göndərdiyi məktubunda qeyd edilirdi ki, martın 30-31-də 
və aprelin 1-də Bakı  şəhərində baş vermiş vuruşmada bizim tərəfdən 
sovet qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qır-
mızı donanma və erməni milli hissələri vuruşurdular.
1
 Daha sonra o, 
yazırdı: həm yerli Sovetin, həm də buraya gəlmiş Qafqaz ordusunun 
qüvvələrini, hərbi – inqilab komitənin səylərini birləşdirərək 6000 nəfər 
yaxşı silahlı qüvvə  təşkil edə bildik. “Daşnaksütyun”un da 3-4 min 
nəfərlik milli hissələri var idi, onlar da bizim ixtiyarımızda idi. Milli 
hissələrin iştirakı  vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri 
vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən 
buna yol verirdik. Müsəlman yoxsulları böyük zərər görmüşlər.
2
 
St.Şaumyanın özü günahsız azərbaycanlıların öldürülməsini 
etiraf etsə də, yenə də qırğına sinfi don geydirməyə çalışaraq, öz qanlı 
əməllərinə haqq qazandırmişdı. 1918-ci ilin may ayında St.Şaumyan 
yazırdı: “Düzdür, Bakıda yoxsul müsəlmanlardan ölənlər vardı, lakin 
onlar bəy və xanlar tərəfindən aldatma yolu ilə Sovet hakimiyyətinə, 
fəhlələrə qarşı qaldırılmış qara kütlələr idilər”.
3
  
St.Şaumyan Bakıda erməni-rus bolşevik, menşevik, eser və ka-
det silahlı  dəstələri tərəfindən qəddarlıqla qətlə yetirilən 12 mindən 
çox türk-müsəlman əhalisini qara kütlə adlandırır və bununla da özlə-
rinin cinayətkar  əməllərini ört-basdır etmək istəyirdi. Lakin cinayəti 
gizlətmək mümkün deyildi, çünki minlərlə dinc insanın qanı tökül-
müşdü və şahidlər vardı. Sovet tarixçiləri 70 il sübut etməyə çalışırdı-
lar ki, guya müharibəni müsavatçılar başlayıb, bolşeviklərin, onların 
rəhbərlik etdiyi Bakı Sovetinin heç bir günahı yoxdur. Halbuki, hadi-
sələrin iştirakçılarının xatirələrini oxuyarkən məsələnin tam əksini gö-
rürsən. Düzdür, bütün iştirakçıların xatirələrində reallıq olduğu kimi 
verilmir. Lakin fakt-faktlığında qalır ki, həqiqəti gizlədə bilməyən bir 
çox bolşevik nümayəndələri onu olduğu kimi yazmışdılar. 
1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyanın Həştərxan-
dan  Şaumyana yazdığı  məktubunda qeyd edirdi ki, hazırda Bakıdan 
kütləvi surətdə gələn rusların sosial vəziyyətindən asılı olmayaraq, hər 
                                                 
1
 Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. 
Sənədlər və materiallar. 1917-1918-ci illərZ.İ.İbrahimovun və M.S.İsgəndərovun 
redaktəsi ilə. Bakı: Azərnəşr, 1960, 676 s., s. 333.  
2
 Yenə orada, s.334.  
3
 Шаумян С.Г. В. 2-х т. Т. 2, Москва: Госполитиздат, 1958, 411 с. C.191. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
85
hansı birindən Bakıda Sovet mübarizəsi haqqında soruşduqda, hamısı 
bir səslə deyir ki, Bakıda erməni – tatar qırğını gedir və qırğın erməni-
lər tərəfindən törədilib.
1
 
Erməni Milli Şurasının orqanı olan və Bakıda çap edimiş “Naşa 
vremya” (rus dilində) qəzeti yazırdı ki, heç kim inkar edə bilməz ki, 
Bakı şəhərində müsəlman əhalisinə qarşı, ayrı – ayrı erməni qrupları, 
yaxud erməni olmayanlar, vəhşiliklər edilmişdi.
2
 
Beləliklə, çoxsaylı arxiv sənədləri və elmi-tədqiqat  əsərləri sü-
but edir ki, erməniləri silahlandıran, onları dinc müsəlmanların üzərinə 
göndərən St.Şaumyan olmuşdur. 1918-ci ilin martında St.Şaumyanın 
tapşırıqlarını həyata keçirən erməni silahlı dəstələri Bakıda 12 mindən 
çox türk-müsəlman  əhalini qətlə yetirmiş, onlara məxsus  əmlakları 
qarət etmiş və ictimai binaları yandmışdır. 
 
                                                 
1
 Шаумян С.С. Бакинская коммуна. Баку: Красный Восток, 1927, 118 с. C.94-95. 
2
 Газ. «Наша время», Баку, № 60, 1919. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə