Microsoft Word 1 Xocali Yaqub m-son doc



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə20/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   16   17   18   19   20   21   22   23   ...   52


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
74
Bakı və civarlarının bolşevikləşdiyini zənn edən St.Şaumyan er-
məniləri və rus əsgərlərini, xüsusilə, Xəzər hərbi dəniz donanması 
matroslarını azəri türklərinə qarşı təhrik etməyə başladı.
1
 
Yorq Baberovskinin 2010-cu ildə Moskvada çap olunmuş kita-
bında, bir çox Sovet tarixçiləri kimi, bolşeviklərin əsas rəqibini müsa-
vatçıların olduğu qeyd olunmuşdur. O, yazırdı: “Bolşeviklər yalnız 
müsavatçılar tərəfindən təhlükəni aradan qaldırandan sonra hakimiy-
yəti əldə edə bilərdilər”.
2
  
St.Şaumyan yaxşı başa düşürdü, nə qədər ki, Müsavat partiyası 
və Müsəlman Milli Şurası mövcuddur, onların təkhakimiyyətliliyi 
mümkün olmayacaqdır. Çünki Bakının türk-müsəlman  əhalisinin de-
mək olar ki, hamısı Müsavatı  və Müsəlman Milli Şurasını müdafiə 
edirdi. Həmin təşkilatların əhali arasında nüfuzu günü-gündən də artır-
dı. Türk-müsəlmanların əsas hissəsini öz arxasınca aparan “Müsavat” 
partiyası Bakı Sovetinə imkan vermirdi ki, şəhərdə hakimiyyəti tama-
mailə öz əlinə alsın.
3
 
Əyalətlərdə  də tam üstünlük Müsavat partiyasının və Müsəlman 
Milli Şurasının tərəfində idi. Ona görə də bolşeviklər başa düşürdülər ki, 
şəhərdə hakimiyyət uğrunda mübarizədə ilk növbədə “Müsavat”ın siyasi 
təsiri aradan qaldırılmalı  və onların sosial dayaqları  məhv edilməlidir. 
Onlar  ən müxtəlif metodlarla şəhərdə “Müsavat”ın mövqeyinin bundan 
sonra güclənməsinə imkan verməməyə çalışırdılar.
4
  
Erməni-rus bolşevik ittifaqının əsas istiqamətlərindən biri də, şə-
hərin müsəlman  əhalisini vahiməyə salmaq, öldürmək, didərgin sal-
maq və ya özlərinin hakimiyyətinə tabe etmək idi. 
Bakı Soveti, mart qırğını ərəfəsi, şəhərdə hələ tam hakimiyyətə 
sahib deyildi. Belə ki, şəhərdə, bolşeviklərə tabe olmayan Duma da fə-
aliyyət göstərirdi. Bakı  şəhər Dumasının tərkibində isə Azərbaycan 
milli-demokratik hərəkatının tanınmış görkəmli nümayəndələrindən 
                                                 
1
 Чохели  А.И.  Политика  франции  в  отношении  Грузии  в 1917-1927 годах. 
Тбилиси: Мецниереба, 1980,173с. С.226.  
2
 Йорг Баберовски. Враг есть везде. Стализм на Кавказе. Москва, РОССПЭН, 
2010, 855 с. С.107. 
3
 Мусаев Р.М., Мустафаев Д.М., Раджабов Р.А. Из общественно-политической 
истории Азербайджана начала ХХ столетия. Баку: Азернешр, 1998, 78 с. С.50. 
4
 Магеррамов Н. Междупартийная борьба по национальному вопросу в Азер-
байджане  (март 1917 – сентябрь 1918 гг.):  Дис. ... канд.ист.наук.  Москва, 
1991, 192 с. С. 179-181.  


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
75
A.A.Əmircanov, M.Ş.Əsədullayev, M.R.Vəkilov, M.H.Hacinski, 
M.Ə.Rəsulzadə,  Ə.M.Topçubaşov, F.X.Xoyski və başqaları var idi.
1
 
Bütün bunlar yalnız, rusları deyil, həm də erməniləri də həyəcanlandı-
rırdı. Ona görə də Bakı Soveti və erməni daşnakları mart günləri ərə-
fisində bütün qüvvələrini birləşdirməyə başlamışdılar. 
Erməni  əhalisinin bütün siniflərinin nümayəndələri bu mühari-
bədə  iştirak etməyi özlərinə “borc” bilirdi. Burada neft sənayeçiləri, 
mühəndislər, həkimlər, kontor işçiləri, bir sözlə erməni əhalisinin bü-
tün təbəqələri öz “vətəndaşlıq” borcunu icra edirdilər. 
St.Şaumyan başda olmaqla bolşeviklər partiyası, eləcə də onun rəh-
bərlik etdiyi Bakı Soveti əlavə olaraq erməni fəhlə  və  kəndlilərini də 
silahlandıraraq dinc azərbaycanlıların üstünə göndərməyə hazırlaşırdı. 
Bütün bunlar azmış kimi, St.Şaumyan Moskvadan hərbi kömək almaq 
üçün müraciət etmişdi. St.Şaumyan Stalinə məktub yazaraq, xahiş edirdi 
ki, Qafqaz qırmızı ordusunu (oxu: erməni ordusunu-V.A.) təşkil etmək 
üçün təcili olaraq on milyon manat (rubl) ayırsınlar.
2
  
Bolşeviklər partiyasının üzvü A.İvanov “Bakı Kommunasının 
Komissarları” adlı xatirəsində, özünəməxsus formada, mart hadisələri 
zamanı qüvvələrin düzülüşünü belə göstərmişdi: İcraiyyə Komitəsinin 
tərəfində yenicə formalaşdırılmış  Qırmızı Ordunun beynəlmiləlçi ba-
talyonu (onun beynəlmiləlçi batalyonun tərkibi əsasən erməni və rus-
lardan ibarət idi – A.V.), fəhlə Qırmızı Ordusu, 35-ci Türküstan polku, 
2-ci Erməni polku, daşnakların erməni drujinaları, “Qars” və  “Ərdə-
han” gəmiləri idi.
3
  
Mart qırğınları ərəfəsində bolşeviklər tərəfindən yaradılan İnqi-
labi Müdafiə Komitəsinin tərkibinə P.Caparidze, Q.Korqanov, İ.Su-
xartsev (sol eser), St.Şaumyan daxil idilər. Eyni zamanda mart döyüş-
ləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N.Anançenko, komis-
sarı isə S.Martikyan idi.
4
 
Azərbaycan  əhalisinə qarşı vuruşmada erməni milli hissələrin-
dən istifadə etmək və sağ eserlərin və daşnakların arxasınca gedən rus 
və erməni fəhlələri Sovet hakimiyyəti tərəfindən mübarizəyə cəlb et-
                                                 
1
 Мамедова  Л.  Деятельность  Армянских  политических  организации  в  Азер-
байджане (1918-1920 гг.): Дисс. ... канд. ист. наук. Баку, 1996, 193 с. C.79 
2
 Шаумян С.Г. В. 2-х т. Т. 2, Москва: Госполитиздат, 1958, 411 с.  C.160. 
3
 ARPİİSSA, f. 268, siy.23, iş 265. v.4. 
4
 İbrahimov Z. Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi. 
Bakı: Azərnəşr, 1957, 585 s. S.349. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
76
mək üçün İnqilabi Müdafiə Komitəsi həmin partiyaların nümayəndə-
lərini də dəvət etmişdilər.
1
  
Yeni yaradılan erməni-bolşevik Komitəsi aprelin 1-də  səhər 
tezdən piyada qüvvələri, eləcə də top və təyyarələrdən istifadə etməklə 
bütün qüvvələri ilə hücuma keçmişdi.
2
 
Bakıda türk-müsəlmanlar erməni-rus bolşevik silahlı dəstələrinin 
aktiv fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməliydi və 
silaha əl atmağa məcbur idilər. Lakin türk-müsəlmanların hərbi təşkilatı 
və sursatı kifayət qədər deyildi, hətta, demək olar ki, yox dərəcəsində 
idi. Belə olan halda, təbidir ki, mübarizədə müsəlmanların qalib gəlməsi 
mümkün deyildi. Bunu yaxşı başa düşən St.Şaumyan, “Daşnaksütyun” 
və Erməni milli şurası Bakı şəhərində qabaqcadan planlaşdırılan və xü-
susi hazırlıq görülmüş  dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün 
faciələr türk-müsəlmanların yaşadığı məhəllələrdə baş verirdi. 
Fövqəladə  Təhqiqat Komissiyasınin sənədlərində qeyd olunur 
ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan, Yeqişa Pax-
lavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadı-
ğı ərazilərə atəş açmağa başlamışdı. Demək olar ki, eyni bir vaxta Le-
von Saatsazbekovun erməni dəstəsi şəhərin “Şamaxinka” adlanan his-
səsini atəşə tutdu. Martın 19-da səhər tezdən, hələ müsəlmanların 
oyanmadığı bir vaxta, erməni əsgərləri hücuma keçdilər. Ermənilərin 
birinci hücumu şəhərin “Kərpiçxana”, “Məmmədli” və “Poxlu Dərə” 
adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin, de-
mək olar ki, hamısı müsəlmanlar idi. Şəhərin bu rayonu və başqa 
müsəlman rayonları dənizdən “Ərdəhan” və “Janr” hərbi paraxodları-
nın toplarından atəşə tutulurdu, Ermənikənd tərəfdən isə, ermənilər 
toplardan atəş açırdılar.
3
 Həmin hadisələrin  şahidlərindən biri, o 
vaxtlar “Nikolay Bünyatov” gəmisində komandir köməkçisi işləmiş 
Kazım Ələsgər oğlu Axundov FTK-ya verdiyi izahatında erməni hərbi 
hissələrinin Bakı şəhərinin “Məmmədli” və “Poxlu Dərə” deyilən yer-
də türk-müsəlmanlara amansızcasına və  qəddarcasına divan tutmala-
rından bəhs edirdi.  
1917-ci ildən bolşevik partiyasının üzvü olmuş Blyuminin xatirəsi 
“Bakıda fevral şevrilişi. 1917-ci il” adlanır. O, xatirəsində yazırdı ki, 
                                                 
1
 Azərbaycan tarixi 3 cilddə. III c., s.119. 
2
 Сеф С.Е. Борьба за Октябрь в Закавказье. Тбилиси: Зак Книга, 1932, 162с. C.141 
3
 ARPİİSSA, f. 277, siy. 2, iş 14, v. 49. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə