Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə28/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
98
dəstəsi”ni Qubaya göndərdi”.
1
 Gelovaninin dediyi bu sözləri başqa sə-
nədlərdə də öz təsdiqini tapmışdı. 1918-ci ildə bolşevik drujinacısı ol-
muş Arustamov xatirəsində “Xaçmaz stansiyasına çatarkən yol boyu 
meyitlərə rast gəldiyini, qarşıda daşnak batalyonun getdiyini, onlar qa-
baqda gedərək dinc vətəndaşları  və daha çox türkləri güllələmələrini 
və onların mal-qaralarını  məhv etmələrini” göstərmişdi. O, Dərbənd 
və Petrovski istiqamətinə gedərkən daşnakların  şəhərdə evləri qarət 
etdiklərini də qeyd etmişdi.
2
 
1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Soveti Qubaya 
türk-müsəlmanların qatı düşməni, daşnak Hamazaspın və onun kö-
məkçisi Nikolayın komandanlığı altında, tərkibi ermənilərdən ibarət, 
təxminən iki min nəfərlik dəstə göndərmişdi. Bu dəstə azərbaycanlıla-
ra qarşı özünün amansızlığına görə “Cəza dəstəsi” adını almışdı. Ha-
mazasp qubalılar qarşısındakı  çıxışında “mən erməni xalqının qəhrə-
manıyam və onun maraqlarının müdafiəçisiyəm. Mən buraya cəza 
dəstəsi ilə göndərilmişəm ki, iki həftə bundan əvvəl burada öldürül-
müş ermənilərin qisasını alım. Mən Sovet hakimiyyətini qurmaq və 
qayda-qanun yaratmaq üçün deyil, öldürülmüş ermənilərin hayıfını 
sizdən almaq üçün göndərilmişəm. Mənə əmr olunub ki, dəniz (Xəzər) 
sahillərindən  Şah Dağa (Dağıstanda dağ) qədər bütün müsəlmanları 
məhv edim və evlərinizi isə yerlə bir edim” deməsi bir daha göstərir 
ki, ermənilərin və eləcə də, Bakı XKS rəhbəri Şaumyanın əsas məq-
sədi, heç də yerlərdə Sovet hakimiyyətini qurmaq deyil, bolşevik-
sovet bayrağı altında müsəlmanları daha çox qırmaq, onları qorxut-
maq, gələcək erməni dövləti üçün geniş ərazilər əldə etmək olmuşdu.
3
 
1918-ci ildə Qubada baş vermiş hadisələrlə bağlı bolşeviklər 
partiyasının üzvü İbrahim Pənahov xatirə-avtobioqrafiyasında yazır-
dı: “Hamazaspın başçılığı altında erməni daşnaklarının dəstələri (Qu-
baya – A.V.) gəldilər ... şəhərdə daşnakların qarşısına çıxan müsəl-
manların günahı oldu-olmadı öldürməyə, mağazaları qarət etməyə 
başladılar”.
4
 
Həmin dövrün hadisələrinin digər bir iştirakçısı  yəhudi Savi 
İlyansev xatirəsində Hamazaspın 1500 nəfər dəstəsinin Qubaya gəl-
                                                 
1
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 62-64. 
2
 ARPİİSSA, f.456, siy. 18, iş 35, v.35-36. 
3
 ARDA, f. 100, siy.2, iş 791, v.35-36. 
4
 ARPİİSSA, f.456, siy.18, iş 36. v.185-189. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
99
məsini və yolboyu kəndləri yandırmasını,  əhalini qarət etməsini və 
sonra qırğın törətməsini qeyd etmişdir.
1
 
Quba sakini, 1918-ci il hadisələrinin  şahidlərindən olan yəhudi 
Aqorun Simoqodsevin xatirəsində  də “... Hamazaspın silahlı  dəstəsi-
nin Qubaya gəlməsini,  şəhər və  kəndləri yandırdıqdan sonra şəhəri 
tərk edib getmələri” göstərilmişdir.
2
  
Hadisələrin digər bir şahidi Cəfərov yazır ki, “Hamazaspın 
dəstəsi şəhərdə kütləvi qətliamlar və qarətlərə başladılar”. O, “Hama-
zaspın dəstəsinin şəhərdə təxminən 10 gün qaldığını” qeyd etmişdi. 
Cəfərovun xatirəsində Çurayevin batolyona gəlməsindən,  bu  za-       
man onun batalyonunda olan Dadayanın dəstəsinin Nüvədi kəndinə 
hücum etməsindən və əhalinin qarət edilməsindən” bəhs olunur.
3
 
Mayın 1-də şəhərə daxil olan erməni silahlı dəstələri həmin gü-
nü şəhərin aşağı hissəsində 713 müsəlmanı qətlə yetirmişdilər. Onların 
çoxu qadın və uşaqlar idi.
4
 Böyük Şosse və Bazar küçələrindəki evlər 
qarət edilir. Hamazaspın silahlı  dəstələri  şəhəri dörd hissəyə bölərək 
hər bir hissədə ayrıca qərargah yaradırlar. Ermənilərin Qubadakı 
azğınlığı 9 (bəzi sənədlərdə 10 gün göstərilir – A.V.) gün davam et-
mişdir.  Ermənilərin özbaşınalıqları 2-ci gün də davam etmişdir. Bu 
dəfə onlar 1012 adamı öldürmüşdülər.
5
  
Hamazaspın “Cəza dəstəsi” Quba şəhərini və Quba qəzasının 
122 kəndini darmadağın etmişdi. Qubada iki mindən çox adamı – kişi, 
qadın və uşağı qətlə yetirilmişdir və həmin kəndlərin əhalisinə, ümumi 
dəyəri 58.121.059 manatlıq (rubl) ziyan vurulmuşdu.
6
 Quba  şəhər 
sakini Hacı  İsmayıl Orucov isə öz izahatında yazırdı ki, ölüləri dəfn 
edən mollanın dediyinə görə o, 2800 nəfərin cənazəsinin torpağa 
tapşırıldığını saymışdır
7

Hamazaspın quldur dəstəsi Quba qəzasına aid olan Dəvəçi, Sa-
dan, Çarxana, Dərə Zarat, Zağlıcan,  Əlixanlı, Eynibulaq, Ərəb  Əl-
məmmədli, Kolanı, Tuğay, Nardaran, Siyəzən, Rəhimli, Surra, Qu-
                                                 
1
 ARPİİSSA, f.456, siy.18, iş 36. v.185-189. 
2
 Yenə orada. 
3
 Yenə orada. 
4
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 35. 
5
 Yenə orada. 
6
 Yenə orada, v.5-8. 
7
 Yenə orada. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
100
lamlar, Butbut, Xəlillər, Qaraqaşlı, Aşağı Quşçu, Sirvan, Tura, Aygün, 
Qubla Qrız, Qara Qurtlu, Qaraça, Nərdican, Xudat, Aşağı Buduq və 
başqa yaşayış məskənlərini dağıtmışdir. Bu kəndlərin dağıdılması za-
manı 60 kişi, qadın və uşaq qətlə yetirilmiş, 53 nəfər kişi yaralanmış-
dı. Eyni zamanda evlər, ictimai binalar və başqa tiklilər dağıdılmış, 
mal-qara və əmlakları qarət olunmuşdu.
1
 
Ermənilər Qubada qətl-qarətlə  məşğul olarkən, dini ibadət yeri 
olan məscidləri, müsəlmanların müqqəddəs kitabı olan Quaranı 
yandırmaqdan belə çəkinməmişdilər. 
Hamazaspın erməni daşnak dəstələrinin Quba şəhəri və  ətraf 
kəndlərdə törətdiyi vəhşiliklər FTK-in üzvü A.Novatskinin rəhbərlik 
etdiyi qrup tərəfindən ümumləşdirilmiş məruzədə də öz əksini tapmış-
dır.
2
 Məruzədə deyilirdi ki, erməni silahlı  dəstələrinin  şəhərə daxil 
olması müsəlman əhalinin kütləvi surətdə qətli və onlar üzərində hər 
cür zorakılıq halları ilə müşayiət olunurdu. Ermənilər küçələrdə əllə-
rinə keçən kişi, qadın və uşaqları amansızlıqla qətlə yetirirdilər. Evlərə 
soxularaq südəmər uşaqlara belə  rəhm etmir, onları analarının quca-
ğında qılıncla doğrayırdılar.
3
  
Qubada  bir-bir evlərə girib bütün ailəni məhv edən ermənilər, 
hətta hamilə və körpə uşaqlı qadınlara belə rəhm etməmişdilər. Məsə-
lən, 14 nəfərdən ibarət olan Kərbəlayı Məmməd Tağı oğlu və ailə üzv-
ləri vəhşicəsinə  qətlə yetirilmişdi, Məhəmməd Rəsul oğlunun özünü, 
arvadını və 3 uşağını amansızcasına qətlə yetirmişlər. Ermənilər onun 
arvadının qarnını parçalamış, uşaqlarının isə başlarını  kəsmişdilər. 
Hacı Dadaşbala Qasımovu, arvadı  Məşədi Bibixanım və  oğlu Abdul 
Qasımovla öz evlərində yandırmışdılar. Kərbəlayı Abuzər Məstan oğ-
lunu və iki qızı – Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə bir-
likdə tikə-tikə doğramış, Məşədi Qənbər Molla Məhəmməd Saleh oğ-
lunu, onun arvadını və beş körpə uşağını doğramışdılar. Bundan başqa 
Molla  Şahbaz, Usta Məhəmməd Rəsul Bayram oğlu, Məşədi Musa 
Zeynal oğlu, Məşədi Əli Feyzulla oğlu, Kərbəlayı Dadaş Bağır oğlu, 
Cabbar Məmməd Əli oğlu, Səfərəli Məşədi Talıb oğlu, Məşədi Musa 
Zeynal oğlu və başqaları qətlə yetirilmişdi.
4
  
                                                 
1
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 8. 
2
 Yenə orada. 
3
 Yenə orada, v.5-8. 
4
 Yenə orada. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə