Microsoft Word 1 Xocali Yaqub m-son doc



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə27/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
95
mişdir. O yazırdı ki, Stalin mart hadisələrinin çox uğursuz olduğundan 
Bakıda sovet hakimiyyətinin uzun müddət qala bilməyəcəyini bildir-
miş və siz düzgün yanaşmadınız, bir milli qrupu digərinə qarşı qoydu-
nuz demişdir.
1
  
Beləliklə, çoxsaylı arxiv sənədləri və elmi-tədqiqat  əsərləri sü-
but edir ki, erməniləri silahlandıran, onları dinc türk-müsəlman əhali-
sinin üzərinə göndərən St.Şaumyan olmuşdur. Məhz bunun nəticəsi 
olaraq, 1918-ci ilin martında Şaumyanın tapşırıqlarını həyata keçirən 
erməni silahlı  dəstələri  Şamaxıda yeddi mindən çox türk-müsəlmanı 
qətlə yetirmiş, onlara məxsus əmlakları qarət etmiş və ictimai binaları 
yandırmışdılar.  
 
 
                                                 
1
 ARPİİSSA, f.456, s.18, iş 35, v.16-17.   


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
96
 
QUBA QƏZASINDA TÜRK-MÜSƏLMAN SOYQIRIMI 
 
Vaqif Abışov 
Tarix elmləri üzrə fəlsəfə doktoru 
 
St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti yerlərdə Sovet haki-
miyyəti qurmaq adı altında Quba qəzasına göndərdiyi erməni silahlı 
dəstələri burada dinc türk-müsəlman  əhaliyə qarşı kütləvi qətliamlar 
törətmişdir.  
Sovet dönəmində uzun müddət tarixçilər bu məsələnin üstündən 
sükutla keçmişdilər. Onlar azərbaycanlılara qarşı ermənilərin törətdik-
ləri kütləvi qətliamları yazmaq əvəzinə, bunları inqilabçılarla əksinqi-
labçılar arasında mübarizə kimi vermişdilər. Guya bolşeviklər yerlərdə 
sovet hakimiyyəti qurmaq istəyərkən, yerli türk-müsəlman əhalisi on-
lara mane olurmuş. Uzun müddət sovet tarix elmində yer alan bu ya-
lan konsepsiya sonradan həqiqi tarix yazılmağa başlayanda məlum ol-
du ki, bütün bunlar tamamilə sovet ideologiyasının bəhrəsi imiş.  
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci 
ilin iyul ayında yaradılan Fövqəladə Təhqiqat Komissiyası (FTK) er-
mənilərin türk-müsəlmanlara qarşı törətdikləri kütləvi soyqırımları, 
zorakılıqları və talanları çoxsaylı şahid ifadələri və maddi sübutlar va-
sitəsilə aşkarlayıb üzə çıxarmışdır. Eyni zamanda həmin materialların 
bir hissəsi də 1918-ci ilin aprel-may aylarında Quba şəhəri və Quba 
qəzasında ermənilərin türk-müsəlmanlara qarşı törətdikləri cinayətlər-
lə bağlıdır. Həmin illərdə nəşr olunan müxtəlif yönümlü qəzet və jur-
nallar, ayrı-ayrı şəxslərin xatirələri və başqa bu kimi sənədlər mövzu-
nun öurənilməsində mühüm əhəmiyyət kəsb edir. 
Quba və ətraf yerlərdə türk-müsəlman əhali üzərində ermənilə-
rin törətdikləri vəhşilikləri araşdırmaq üçün FTK 1918-ci il dekabrın 
12-də  işə başlamış  və 1920-ci il aprelin 20-də başa çatdırmışdı. Bu 
araşdırma zamanı erməni cinayətkarlığını üzə  çıxaran 3 cildən ibarət 
451 vərəqə tərtib olunmuşdur.
1
 
Fövqəladə Təhqiqat Komissiya tərəfindən Quba qəzası üzrə – 1 
(bir) qərar layihəsi hazırlanmışdır. Bu materiallar arasında zərər çə-
                                                 
1
 ARDA, f. 100, siy.2, iş 791, vv.102 – 103. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
97
kənlərin və  şahidlərin dindirmə protokolları, FTK-nın üzvü A.No-
vatskinin (A.Novatskinin məruzəsi “Quba şəhəri və Quba qəzasının 
kəndlərinin dağıdılması və qeyd olunan şəhər və kəndlərin əhalisinə 
qarşı edilən zorakılıqlar haqqında məruzəsi” adlanır) və digər  şəxs-
lərin hazırladığ  məruzələr,
  aktlar, şəhərin ayrı-ayrı ailələrinə və sa-
kinlərinə dəymiş maddi zərərin miqdarı barədə siyahılar və s. vardır.
1
  
Türk-müsəlmanlara qarşı erməni silahlı dəstələrinin 1918-ci ilin 
mart soyqırımından sonra Bakı qəzasının bir hissəsi bolşevik diktatu-
rasının əlinə keçmişdir. Bu hadisədən sonra St.Şaumyanın tapşırığı ilə 
Qubaya David Gelovaninin başçılığı altında 187 nəfərlik silahlı əsgər 
dəstəsi göndərilmişdi.
2
 
1918-ci ildə  qırmızıqvardiyaçı olmuş Q.Nağıyev xatirəsində 
“Qubada sovet hakimiyyəti qurmaq üçün Şaumyan və Caparidzenin 
də daxil olduğu inqilabi komitənin tapşırığı ilə Qubaya gəldiklərini 
qeyd etmişdir. Nağıyevin yazdığına görə “onlar (yəni M.Çurayev, 
L.Qoqoberidze, Qelovani və Q.Nağıyev) Qubaya yola düşməmişdən 
qabaq yol. Mikoyan A.İ. və Caparidze tərəfindən lazım olan sənədlər-
lə təmin edildilər”.
3
  
D.Gelovani yazırdı ki, Qubaya gələn dəstənin içərisində 12 nə-
fər erməni, bir neçə nəfər yəhudi, qalanları isə ruslar idi. Dəstədə fa-
miliyasını bilmədiyim erməninin rəhbərliyi altında 2 pulemyot da var 
idi.
4
 Onlar buradan geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçə-
sini yandırmış və Bazar küçəsində 16 nəfəri, Komendant küçəsində 7 
nəfəri, şəhərin kənarında, köhnə həbsxana adlanan yerdə isə 35 nəfəri 
qətlə yetirmişdilər.
5
 
D.Gelovani bu hadisə barədə belə məlumat vermişdi: “Xaçmaz-
dan köməyimizə poruçik Ağacanyanın başçılığı ilə yalnız ermənilər-
dən ibarət 150 nəfərlik dəstə və iki top gəldi. Növbəti günü o, Qubada 
əksəriyyəti ermənilərdən ibarət olan xristian əhalini  şəhərdən çıxar-
maq üçün bir yerə yığdı. Biz geri çəkilməyə başladıq. Biz Xaçmaza
oradan isə Dərbəndə gəldik. Bir neçə gündən sonra hərbi nazir G.Kor-
qanov Hamazaspın komandanlığı altında 2000 nəfərdən ibarət “cəza 
                                                 
1
 ARDA, f. 1061, siy. 1, iş. 95, v. 5-8. 
2
 ARDA, f. 1061, siy. 1, iş 96, v. 5-8. 
3
 ARPİİSSA, f.268, siy.23, iş 489, v.1-2.  
4
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 62. 
5
 Yenə orada, v.63. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə