Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə29/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
101
Erməni  əsgərləri  şəhərin hörmətli ağsaqqallarından olan Əli-
Paşa Kərbalayı Məhəmməd oğlundan tələb edirlər ki, kef çəmək üçün 
onlara müsəlman qadın və  qızları tapıb gətirsin. Təbidir ki, Əli-Paşa 
Kərbalayı Məhəmməd oğlu bundan imtina edir. Əmirlərinin yerinə ye-
tirilmədiyini görən erməni cəlladları onu və oğlunu vəhşicəinə qətlə ye-
tirirlər. Erməni cəlladları əvvəlcə atasının gözü qabağında oğlunun göz-
lərini çıxarır, üzünü ülgüclə doğrayır, sonra isə canını tapşırana qədər 
süngü ilə dəlik-deşik edirlər.
1
 
1918-ci il dekabrın 16-da Komissiyaya verdiyi izahatında Quba 
şəhər sakini, 40 yaşlı  Məşədi Həmdulla  Əliyev qeyd edirdi ki, mən 
şəxsən qadınların və uşaqların kütləvi surətdə öldürülməsini və qadın-
ların döşlərinin kəsildiyini görmüşəm. Meyidlərin çoxu xəncərlə eybə-
cər hala salınmışdır.
2
  
Qubanın nüfuzlu şəxslərindən Hacı İsmayıl Orucov öz ifadəsin-
də bildirirdi ki, Qriqori adında bir nəfər erməni öz evini Qubada Molla 
Şahbalı adlı bir nəfərə satmışdı. Qriqorinin adını bilmədiyim oğlu evi 
satmağın əleyhinə idi. Ermənilər Qubanı tutduqda Hamazaspın dəstə-
sində olan Qriqorinin həmin oğlu Molla Şahbalını  qəddarlıqla qətlə 
yetirmişdi.
3
 
Quba şəhər rəisi Ə.Əlibəyov isə öz ifadəsində bildirirdi ki, Zora-
kılıqlar, qətillər və qarətlər doqquz gün davam etdi. Mən yenidən Ha-
mazaspın yanına gedərək heç olmazsa ölülərin cəsədlərinin yığılaraq 
torpağa tapşırılmasına icazə verməyi xahiş etdim. Adı çəkilən Hartun 
Hayrapetov mənim iştirakımla ona məruzə etdi ki, (məruzə zamanı 
mən də iştirak edirdim və erməni dilini bildiyim üçün nə dediyini başa 
düşürdüm) şəhərdən Nikolay pulu ilə nəğdi 3 milyon manat yığılıb, 6 
milyon manatlıq qızıl və qızıl qadın bəzək əşyaları toplanıb, hər öldü-
rülmüş erməni üçün 200 müsəlman öldürülmüş, hər sorlanmış erməni 
arvadı üçün 70 müsəlman arvadı və qızı zorlanmış, ermənilərdən mü-
sadirə olunmuş  əşyalar geri alınmış, 90-na yaxın ev yandırılmışdır. 
Hayrapetov məruzəsini belə yekunlaşdırdı: “İş tamamlanmışdır, artıq 
bəsdir, gedək.
4
 
                                                 
1
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 6. 
2
 Yenə orada, v.41-43. 
3
 Yenə orada, v.16. 
4
 Yenə orada, v.65. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
102
Ə.Əlibəyov öz izahatında qeyd edirdi ki, “bu vaxt artıq  şəhərin 
hər yerində evlər yanırdı. Təkcə Bazar küçəsində yanan ev və dükanla-
rın sayı 16 idi. Mənim gözlərim qarşısında həmin Hartun Hayrapetov və 
onun 12 nəfərlik artilleriya dəstəsi yarım milyon manatlıqdan yuxarı 
ərzaq məhsulları – qənd, çay və manufaktura malları olan anbara od 
vurdu. İlk gündən şəhərdən talanaraq Bağırovun evinə yığılmış mallar 
H.Hayrapetovun nəzarəti altında arabalara yüklənərək yola salınırdı.
1
 
Fövqəladə  Təhqiqat Komissiyasının topladığı materiallardan 
aydın olur ki, Hamazaspın silahlı dəstəsi tərəfindən Quba şəhərin-
dən dörd milyon manatlıq (rublla) nağd pul, dörd milyon yarım 
manatlıq qızıl, qızıl əşyalar və qiymətli daş-qaşları, iki milyonluq 
müxtəlif ərzaq ehtiyatları qarət edilmiş və oğurlanmışdı
2

Hamazaspın erməni cəza dəstələri tərəfindən dağıdılana qədər 
Quba şəhərində təxminən 20 minə yaxın əhali və 10 minə yaxın ev ol-
muşdur. Müsəlmanlara məxsus iki yüzə yaxın ev və başqa tiklilər da-
ğıdılmış və yandırılmışdı. Həmin evlər və tiklilər Bazar, Komendant, 
Bakıxanov, Bulvar küçələrində yerləşirdi.
3
  
David Gelovanin Fövqəladə Təhqiqat Komissiyasına verdiyi ifa-
dəsinə görə Hamazaspin silahlı dəstəsi siyasi məqsəd üçün deyil, 
sadəcə müsəlman xalqından intiqam almaq məqsədilə “Daşnak-
sütyun” partiyası  tərəfindən göndərilmişdi.
4
 Əslində Gelovani 
düzgün məlumat verməmişdi. Çünki tarixi sənədlərdən məlum-
dur ki, Hamazaspı Qubaya göndərən S.Şaumyan olmuşdur. Bu 
fikri Quba şəhərinin başçısı  Əliabbas bəy  Əlibəyovun FTK-ya 
verdiyi izahatında öz təsdiqini tapmış olur.  
Komissiya üzvü A.Novatski şahid qismində dindirdiyi, Quba şə-
hərinin başçısı Əliabbas bəy Əlibəyov öz ifadəsində yazırdı ki, ermə-
nilər gedəndən sonra mən nümayəndə sifətilə bolşeviklərin başçısı 
Şaumyan və Çaparidzenin yanında oldum. Onlardan öyrənmək istə-
dim ki, həqiqətən də Sovet Qubaya cəza dəstəsi göndərib, ya yox. Si-
lahlı  dəstənin Qubada törətdikləri hadisələr barəsində onlara yazılı 
şəkildə məlumat verdim. Şaumyan sifətində sevinc ifadəsi olaraq məni 
dinlədi və dedi: “Müsəlmanlar və türklər yüz minlərlə ermənini öldü-
                                                 
1
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 65. 
2
 Yenə orada, v.6. 
3
 Yenə orada, v.1. 
4
 Yenə orada, v.6. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
103
rüblər, indi nə olub ki, Qubada ermənilər iki müsəlmanı öldürən kimi 
müsəlmanlar şikayət edır və göz yaşı axıdırlar”.
1
 
Lakin,  Şaumyan iki mindən çox insanın qanını tökən, onlara 
məxsus əmlakı qarət edən, onların evlərini yandıran cinayətkar Hama-
zaspa və onun «cəza dəstəsinin» əməllərinə haqq qazandıraraq, müsəl-
manların haqlı  şikayətlərinə baxmamışdı. Çünki, həmin cinayətkar 
dəstəni Qubaya göndərən elə Şaumyanın özü idi. Aşağıda qeyd olunan 
məlumatlar bunu bir daha təsdiq etmiş olur. 
 1918-ci il mayın 15-də Xaçmazdan Bakı XKS-nın hərbi ko-
missarı Korqanova Hamazaspın yaxın silahdaşı Serqo Martikyan ya-
zırdı: “Bizim dəstəmiz Qubanı tutmuşdur. Dəstənin bir hissəsi şəhəri 
hər tərəfdən mühasirəyə almışdı. Sovet hakimiyyətini bərpa etmək 
üçün oraya komissar göndərmişik”.
2
  
Buradan göründüyü kimi erməni quldur dəstəsinin başçısı Azər-
baycan kəndlərində dinc azərbaycanlılara qarşı  hərbi  əməliyyatların 
aparılmasından ruh yüksəkliyi ilə inqilabi komitənin rəhbəri, bolşevik 
Korqanova yazmış, lakin orada xüsusi qəddarlıqla öldürülmüş qoca, 
qadın və  uşaqlar haqqında, eləcədə yandırılmış  və qarət olunmuş 
evlərdən bir cümlə belə qeyd etməmişdir. 
Sovet hakimiyyəti qurmaq adı altında ermənilər bolşevik-sovet 
hakimiyyətinin himayəsindən istifadə edərək minlərlə dinc türk-müsəl-
manı  qətlə yetirmiş, evləri qarət edib yandırmış, mədəniyyət abidələri 
vəhşicəsinə dağıdmışdır. Bütün bu törədilən cinayətlərə görə ermənilər 
heç bir məsuliyyət daşımamış  və  əksinə, həmin dövrdə hakimiyyətdə 
olan Bakı Xalq Komissarları Soveti tərəfindən müdafiə olunmuşdular.  
FTK sənədlərində Qubada dinc türk-müsəlmanlara qarşı cinayət-
lər törədən ermənilərin adları qeyd olunmuşdur. Komisssayanın üzvü 
A.Novatskinin məruzəsində Hamazaspın “cəza dəstəsində” onun özü, 
müavini Nikolay və komissarı Venuntsdan başqa daha fəal üzvlərinin 
adları da sadalanır. Bunlar Quba şəhər sakinləri – Hartun Hayrapetov, 
dəllək Cavad, Hartunov, balıq sənayeçisi Avakovun oğlu, tələbə Əmir-
canov qardaşları, tacir Mirzə  Əmircanovun özü və qardaşı  uşaqları, 
meyxanaçə Məlikov, Qriqoninin oğlu Vartan, dəyirman sahibi Mirzəca-
nın nəvəsi Hartun, Vartan Avakov, Hartun Baba oğlu, Aleksandr Mu-
kasyants, Tatevos Yaqub oğlu, Babacan oğlu ilə Hartun Karapet oğlu – 
                                                 
1
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 34-39. 
2
 Yenə orada, v.3-6. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə