Microsoft Word 1 Xocali Yaqub m-son doc



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə30/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
104
iki oğlu və qardaşı oğlu ilə və s. Məruzənin yekununda Quba şəhərində 
və Quba qəzasının 122 kəndində vəhşiliklər törətmiş Hamazaspa, onun 
müavini Nikolaya, komissar Venuntsa, Hartun Hayrapetova, dəllək Ca-
vada, Avakova, Əmircanova və başqalarına qarşı cinayət işi qaldırmaq 
təklif olunurdu. Öldükləri üçün keçmiş komissarlar Ş.Şaumyan və 
G.Korqanova qarşı cinayət işi xətm olunması təklif olunurdu.
1
 
Elə həmin ilin noyabrında göstərilən məruzə əsasında Fövqəladə 
Təhqiqat Komissayası, komissiyanın sədri  Ə.Xasməmmədovun və 
komissayanın digər üzvlərinin imzasaı ilə yuxarıda göstərilən şəxslərə 
qarşı cinayət işi qaldırılması haqqında qərar qəbul etmişdir. Onların iş-
ləri 1920-ci il yanvarın 29-da Bakı dairə məhkəməsinin prokurorluğu-
na göndərilmişdir.
2
 
1920-ci il yanvar ayının 11-də Azərbaycan Xalq Cümhuriyyəti-
nin Paris sülh konfransında iştirak edən dövlətlər tərəfindən de-fakto 
tanınması ilə əlaqədar olaraq AXC Parlamentinin həmin il fevralında 
qəbul etdiyi qərara görə millətlərarası düşmənçilik zəminində törədil-
miş cinayətlərə xitam verildiyi və bu işlərin istintaqının dayandırıldığı 
elan olunurdu. 
Beləliklə, ermənilər bolşevik-sovet hakimiyyətinin himayəsin-
dən istifadə edərək, 1918-ci ilin aprel-may aylarında türk-müsəlman 
əhaliyə qarşı öz məkrli siyasətlərini davam etdirmişlər. Bu siyasətin 
nəticəsində, minlərlə dinc azərbaycanlı  qətlə yetirilmiş, evləri qarət 
olunub yandırılmış, mədəniyyət abidələri vəhşicəsinə dağıdılmış və öz 
ata-baba torpaqlarından didərgin salınmışlar. 
2007-ci ilin aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətra-
fında torpaq işləri görülərkən, ermənilərin azərbaycanlılara qarşı 
1918-ci ilin qanlı cinayətlərindən xəbər verən kütləvi məzarlıq aşkar-
lanıb. Məzarlıqda təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. 
Hesablamalara görə, onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, 
qalanları isə yaşlı kişilərdir.  
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı qırğınlar və 
onların hər cür özbaşınalıqları tutarlı faktlarla üzə  çıxdıqca, 1918-ci 
illərin bütün dövrü ərzində, ermənilərin  Şimali Azərbaycan torpaqla-
rında, o cümlədən Quba qəzasında apardıqları soyqırımı siyasətinin 
əsl mahiyyəti arxiv sənədləri, arxeoloji və elmi-tədqiqat materialların-
dan istifadə etməklə aydınlaşmış olur.  
                                                 
1
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 5-8. 
2
 Yenə orada, v.9-11.  


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
105
 
1918-1920-Cİ İLLƏRDƏ AZƏRBAYCANIN  
QARABAĞ BÖLGƏSİNDƏ AZƏRBAYCANLILARIN 
SOYQIRIMI 
 
Natiq Məmmədzadə 
Tarix elmləri üzrə fəlsəfə doktoru 
 
Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk günlərindən öz 
istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizə aparmağa məcbur oldu. 
Ən böyük problem Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni vaxtda
özü də tarixi Azərbaycan torpaqlarında yaranan Ermənistan (Ararat) 
Respublikasının təcavüzündən ibarət idi. Ermənistan Respublikası ad-
lanan qurum Azərbaycan xalqına qarşı əsl soyqırım siyasətini həyata 
keçirirdi. Bu siyasətin əsas hədəflərindən biri əzəli Azərbaycan torpağı 
olan Qarabağın türk-müsəlman əhalisi idi. 
1918-ci ilin iyulunda Dağlıq Qarabağın erməni icması Ermənis-
tan Respublikasının hərbi-siyasi dəstəyinə arxalanaraq öz müstəqilliyi-
ni elan etdi. Bundan dərhal sonra, 1918-ci ilin payızında erməni silah-
lıları  Zəngəzurda 52 kəndi, 2 mindən çox azərbaycanlını  məhv etdi. 
Eyni zamanda erməni quldur dəstələrinin başçısı Andranik Azərbayca-
nın əzəli torpağı olan Zəngəzuru erməni qubernatorluğu elan etdikdən 
sonra Şuşanı işğal etmək istiqamətində cəhdlər göstərməyə başladı.
1
 
1918-ci il dekabrın 19-da Azərbaycan parlamentinin üzvü Qara-
bəy Əliverdiyev Şuşadan xəbər verirdi: “Mən Qarabağın nümayəndəsi 
olaraq buradakı vəziyyət barədə məlumatlandırıram ki, Andranik Zən-
gəzuru atəşə  məruz qoyduqdan sonra təhlükəli vəziyyət Qarabağda, 
Ordubadda, Cavanşirdə də yaranmışdır. Andranik saysız-hesabsız mü-
səlman kəndlərini məhv edərək dinc əhalini qırmış, sağ qalanları isə 
doğma yerlərindən qovmuşdur. O, Qarabağın mərkəzi olan Şuşaya hü-
cum edərək onun sakinlərini qarət etmiş və onların əmlakını öz əsgər-
lərinə paylamışdır”.
2
 
1918-ci ilin noyabrında İstanbulda Osmanlı dövləti ilə danışıqlar 
aparan Əli Mərdan bəy Topçubaşov Azərbaycan rəhbərliyinin mövqe-
yini belə ifadə edirdi: “Ermənilər tərəfindən qaldırılan Qarabağ 
                                                 
1
Азербайджанская Демократическая Республика (1918-1920). Баку, 1998, с.166. 
2
http://www.azerizv.az/PDF/2006/azizv_113_2006_p_3-4.pdf 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
106
məsələsi beş-on kəndin məsələsi deyil. Bu dörd qəzanın – Şuşanın, 
Cavanşirin, Cəbrayılın və Zəngəzurun mənsubiyyəti ətrafında baş ve-
rən mübahisədir. Bu isə sanki bir xanlığın ərazisidir. Bu ərazidə yaşa-
yanlar içində ermənilər heç də çoxluq təşkil etmirlər. Üstəlik, onlar bu 
bölgənin yerli sakinləri deyillər. Ermənilər Azərbaycana Türkiyə  və 
İrandan Rüsiya ilə müharibələrdən sonra köçürülmüşlər. Buna baxma-
yaraq, biz problemin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıyıq”.
1
 
Azərbaycan Nazirlər  Şurasının sədri Fətəli Xan Xoyskinin İs-
tanbuldakı Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd  Əmin 
Rəsulzadəyə 23 avqust 1918-ci il tarixli Bakının Azərbaycan istiqlalının 
düşməni olan “Sentrokaspi Diktaturası”nın hakimiyyətindən tezliklə 
azad edilməsi məsələsi ilə bağlı  təcili bildirişində qeyd olunurdu ki, 
Qarabağ tərəfindən Andranikin başçılıq etdiyi erməni qoşunları hərəkət 
etməkdədir, onlar Zəngəzur qəzasının bir hissəsini tutaraq Şuşa qəzasını 
bizdən ayırmış, biz isə Bakı  məsələsi həll olunmayana qədər heç bir 
tədbir görə bilmirik
2

Andranikin quldur dəstələrinin cinayətlərindən  şahidlərin dilin-
dən danışan «Аzərbaycan» qəzeti 10 dekabr 1918-ci il tarixli nömrə-
sində qeyd edirdi ki, Qarabağda ermənilrə müsəlman kəndlərini dar-
madağın edir. Lehvazçay, Əldərə, Nüvədi, Oxçu, Şəbədin, Meydan, 
Qaragöl, Qıraq Çimən, Şahidli, Burunlu, Əsgərlər, Tey, Vardanəzir və 
başqaları bütünlüklə yerlə yeksan olunmuşdur. Bu yerlərin  əhalisi 
hücumlardan xilas olmaq üçün qismən Ordubada və İrana qaçmışdır. 
Hal-hazırda bütün məscidlər və küçələr qul qadınlarla və yetim uşaq-
larla doludur. Hər gün onlarla bədbəxt insan aclıqdan və soyuqdan hə-
lak olurlar. İrəvandan  Şuşaya qədər bir milyonluq müsəlman  əhalisi 
qarət olunur və həlak olur
3
 (bax: Əlavələr, sənəd 1). 
1918-ci ilin yazından başlayaraq erməni silahlı  dəstələrinin 
hücumlarına Gəncə quberniyasının  Ərəş  qəzasının  əhalisi də  məruz 
qalmaqda idi. Bu qəza Bakı quberniyasında azərbaycanlıların soyqı-
rımını həyata keçirən Bakı Sovetinin hədəflərindən biri idi. Belə ki, 
AXC hökumətinin yaratdığı Fövqəladə  Təhqiqat Komissiyasının 
                                                 
1
http://vatan.org.ru/publ/karabakh/karabakh/new_york_times_quot_karabakh_v_peri
od_adr_1918_1920_gg_quot/36-1-0-285 
2
Аzərbaycan Respublikası Prezidenti İşlər  İdarəsi yanında Siyasi Sənədlər Arxivi 
(ARPİİYSSA), f.277, siy. 2, iş 7, v.22. 
3
Азербайджан, 1918, 10 декабря (27 ноября); ARPİİYSSA, f.268, siy.23, iş 503, 
v.29-32. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə