Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə38/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
133
dür"
1
. Erməni qoşunlarının komandanı general Dro öz qoşunlarının bu 
hərəkətlərini "arxa cəbhənin təmizlənməsinin" zəruriliyi və "strateji 
şəraitlə" izah edirdi
2
. AXC Daxili işlər nazirliyinin fondunda saxlanı-
lan xüsusi siyahı-sənəddə təkcə 1919-cu ilin son iki ayı ərzində ermə-
nilər tərəfindən Üçmüədzin qəzasında 62, Sürməli qəzasında isə 34 
müsəlman kəndinin məhv edildiyi göstərilir.  İrəvan qəzası haqqında 
sənəddə bircə sətir yazılıb: "Zəngibasar kəndlərindən başqa qalan bü-
tün yaşayış məntəqələri məhv edilmişdir."
3
 1919-ci il sentyabrın 2-də 
AXC-nin Himayədarlıq nazirinin səlahiyyətli nümayəndəsi Teymur 
xan Makinskinin Himayədarlıq nazirliyinə göndərdiyi teleqramda 
deyilirdi: "Son günlərin hadisələri müsəlmanların vəziyyətini faciəli 
hala saldı. İrəvan, Yeni Bəyazid, Üçmüədzin qəzalarından 150000-dək 
müsəlman mühacirət etdi. Hazırda Ermənistan sərhədlərində müsəl-
manların sayı nisbətən az qalıb, lakin bu az sayda talanların və qorxu 
təzyiqi altında gündən-günə azalır. Artıq Yeni Bəyazid qəzasında mü-
səlman qalmayıb. Ermənistan hökümətinin nəzarətində olan İrəvan qə-
zasının bölgələrində müsəlmanların sayı 25 min nəfərdən cox deyil, 
eyni ilə Üçmüədzin qəzasında (25 min nəfərdən cox deyil), Sürməli 
qəzasında isə 15 mindir. Aleksandropol qəzasında isə müsəlmanların 
sayı həmişə az olub. Beləliklə, İrəvan quberniyasında müsəlmanların 
ümumi sayı azı 70000 - ən çoxu 80000 təşkil edir”
4
. Himayədarlıq na-
zirliyinin məlumatına görə, təkcə Yeni Bəyazid, Üçmüədzin və İrəvan 
qəzaları üzrə 1919-cu ilin sonunda qaçqınların sayı 200 min nəfərə 
çatmışdı.
5
 Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərovun Ermənis-
tandakı həmkarına 22 sentyabr 1919-cu ildə göndərdiyi notada 1918-
ci ilin yanvarından etibarən ermənilərin İrəvan quberniyası ərazisində 
törətdikləri vəhşiliklər xronoloji ardıcıllıqla öz əksini tapmışdır. No-
tada qeyd edilirdi ki, 1918-ci ilin dekabrında İrəvan quberniyasından 
türklərin çəkilməsindən sonra Sasun polku İrəvan qəzasının Qaraxaç 
(Qaraarxac) və Vediçay kənd icmalarının müsəlmanlarını tərksilah et-
miş, Qədili,  Şahablı, Qraxaç, Dəhnəz, Qarabağlar, Ağasıbəyli və s 
kəndlərini darmadağın etmiş, demək olar ki, adları  çəkilən kəndlərin 
sakinlərinin hamısını öldürmüşlər. Eyni aqibətlə Milli Dərəsi rayonunun 
                                                 
1
 История Азербайджана по документам и публикациям, с.222. 
2
Yenə orada, s.213. 
3
 ARDA : Fond 894, siyahı 10, iş 80, vərəq 31-33.  
4
 Нифталиев И.Указ.работа, с.69-70. 
5
 История Азербайджана по документам и публикациям, с.176. 


 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
134
bəzi kəndləri də üzləşmişlər. Daha sonra notada qeyd edilirdi ki, təqri-
bən həmin vaxt erməni ordusu Yeni Bəyazid qəzasının Basarkeçər ra-
yonunun kəndlərini mühasirəyə almış, Qızılvəng, Subatan, Zağalı 
kəndlərinin  əhalisini qırmışdır.  Şahab kəndində  uşaqları  təndirə atıb 
yandırmışlar
1
. Azərbaycan tərəfinin dəfələrlə Ermənistanda müsəlman-
ların ağır vəziyyətinə və onlara qarşı törədilən zorakılıqlara etiraz etmə-
sinə baxmayaraq, Ermənistan hökuməti heç bir tədbir görmürdü. Ək-
sinə, 6 avqust 1919-ci il tarixli notasında erməni tərəfi yenə də bəyan 
edirdiki, Ermənistan hökuməti üçün "ağ və qara vətəndaş" yoxdur
2

Azərbaycan Parlamentinin 1920-ci il yanvarın 5-də keçirilən ic-
lasında qaçqınların məsələsi müzakirə edilmişdi. Həmin iclasda cıxış 
edən Mustafa Vəkilov Ermənistandan 300 min qaçqının gəldiyini 
qeyd edərək, onların çox ağır vəziyyətdə sərhədyanı qəzalarda yerləş-
dikləri haqqında məlumat vermişdi
3

Vəziyyət o dərəcədə böhranlı idi ki, İrəvan quberniyası ərazisin-
də dinc müsəlman əhalisinin məhv edilməsi və erməni silahlı qüvvə-
ləri tərəfindən törədilən vəhşiliklərlə əlaqədar hətta İranın Qacar höku-
məti adından Britaniya hökümətinə etiraz təqdim edilmişdi.  İranın 
Xarici İşlər Nazirliyinin 1919-cu il 21 oktyabr tarixində Böyük Brita-
niyanın diplomatik missiyasına göndərdiyi depeşada göstərilirdi: 
“Şübhə yoxdur ki, Britaniyanın diplomatik missiyasının  İrəvanda, 
Naxçıvanda, Qarsda və Ermənistanın bütün sərhədi boyunca bu yaxın-
larda baş verən olaylar, ermənilərin bu bölgələrin müsəlman əhalisinə 
qarşı törətdiyi vəhşiliklər, qətliamlar və qarətlər haqqında xəbəri var. 
Xarici İşlər Nazirliyi həmçinin belə bir məlumat almışdır ki, ermənilər 
bu bölgələrdə milliyyətindən asılı olmayaraq bütün müsəlmanlara qar-
şı zorakılıq aktı törətmək fürsətinin birini belə  əldən qaçırmamışlar. 
Müsəlman ailələri məhv edilir, heç bir günahı olmadan kişilər və 
uşaqlar öldürülür, qadınlar cinsi təcavüzə  məruz qalır, onların bütün 
əmlakı qarət edilir. Erməniləri əsla təhrik etməyən bir çox kəndin əha-
lisi məhv edilmişdir....”
4

                                                 
1
 Азербайджанская  Демкратическая  Республика (1918-1920). Внешняя  поли-
тика (Документы и материалы), c.352. 
2
 Нифталиев И. Указ.работа, с. 67. 
3
 Azərbayсan Xalq Cumhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). 
II cild, s.523 
4
 Gözəlova N. “Azərbaycanın türk-musəlman  əhalisinin soyqırımı Britaniya Kitab-
xanasının arxiv sənədlərində (1918-1920)”. Bakı, 2014, s.23-25. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
135
Böyük Britaniya hökuməti tərəfindən xüsusi olaraq Cənubi Qaf-
qaza ezam edilmiş Britaniya Ali komissarı ser Oliver Uordrop da Er-m
ə


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə