Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə32/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
110
götürdülər.
1
 Bu  sazişin  şərtl
əri dekabrın 14-də keçiril
ən Azərbaycan-Ermənistan sülh konfransında da öz təsdiqini tapdı. Lakin bu hadisə-dən də
rhal sonra 10-minlik erməni qoşunu yenidən Azərbaycana hü-cum etdi. Zəngəzurdan Qarabağa keç
ən erməni qoşunu Azərbaycan kəndlərin
ə divan tutdular. Azərbaycan hökumətinin bəyanatına görə, ən azı 40 müs
əlman kəndi məhv edildi. AXC xarici i
şlər naziri F.X.Xoyskinin Cənubi Qafqazda müt-təfiq dövlətlərin ali komissarı polkovnik V.N.Qaskelə göndərdiyi (1)7 yanvar 1920-ci il tarixli notada qeyd olunurdu ki, 23 noyabr 1919-cu il sa


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
111
man kəndlərini məhv etdilər. Ermənistan hökumətinin  əmrini icra 
edən erməni qoşunları müsəlman kəndlərinin əhalisini amansızcasına 
qırmışdır... Dinc müsəlman əhalisinə qarşı bu hərbi tədbirlər dayandı-
rılmadığı halda Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və əm-
lakının qorunması məqsədilə ən qəti tədbirlər görəcək”.
1
 
AXC xarici işlər naziri F.X.Xoyskinin Ermənistan xarici işlər 
naziri A.Xatisova göndərdiyi 26 fevral 1920-ci il tarixli təcili teleqra-
mında təkrar olaraq qeyd olunurdu ki, 23 noyabr 1919-cu il tarixli mü-
qavilədən sonra erməni qoşunları tərəfindən Zəngəzur bölgəsində 40-a 
qədər müsəlman kəndi məhv edilmişdir. 19 yanvarda hücuma keçən 
erməni qoşunları və silahlı quldur dəstələri Şuşa qəzasına doğru irəlilə-
yərək rastlarına gələn bütün müsəlman kəndləri darmadağın edərək 
əhalisini məhv edir. Erməni qoşunları tərəfindən onminlərlə müsəlma-
nın amansız məhv edilməsinin qarşısını almaq, eləcə də 23 noyabra qə-
dər mövcud olan vəziyyəti bərpa etmək məqsədilə, mənim hökumətim 
kiçiksaylı silahlı dəstə göndərərək erməni qoşunlarının müəyyən planın 
həyata keçirdiyini ləngidə bildi
2
 (bax: Əlavələr, sənəd 12). 
23 yanvar 1920 ildə Azərbaycan parlamentinin üzvü Cəlil Sul-
tanov parlamentin sədri, baş nazir və parlament fraksiyalarının rəhbər-
lərinə  Cəbrayıldan (Karyagin) teleqram göndərərək xəbər verirdi ki, 
yanvarın 19-da toplar və pulemyotlarla silahlanmış nizamlı erməni qo-
şunları Xocalan və Qaladərəsi arasındakı bir sıra azərbaycanlı kəndlərə 
hücum etmişdir. 15 kənd məhv edilib. Ermənilərin hücumu Cəbrayıl qə-
zasında Xanlıq kəndinin yaxınlığında davam edir. Görünür, ermənilər 
Azərbaycanın müstəqilliyinin sülh konfransda tanınmasından sonra 
Zəngəzuru nüsəlmanlardan təmizləmək və bununla da konfransı baş 
vermiş fakt qarşısında qoymaq istəyir
3
 (bax: Əlavələr, sənəd 13). 
Yanvarın 24-də Sultanovun Cəbrayıldan parlamentin sədrinə gön-
dərdiyi daha bir teleqramında qeyd olunurdu ki, ermənilər Cəbrayıl qəza-
sının sərhədində Araz çayı boyunca cəmləşir. Ermənilərin gücü böyük-
dür. Qarabağı xilas etmək lazımdır. Buna görə də qəti və təcili tədbirlər 
görülməlidir
4

                                                 
1
Азербайджанская  Демократическая  Республика (1918—1920). Внешняя 
политика. (документы и материалы). Баку, 1998, c.529-530. 
2
ARDA, f.970, siy.1, iş 113, v.59; Азербайджан, 1920, 28 февраля, №40; Азер-
байджан, 18 марта, №55. 
3
ARDA, f.970, siy.1, iş 113,v.17. 
4
ARDA, f.970, siy.1, iş 113, v.20. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
112
Azərbaycan hökumətinin hərbi-siyasi fəaliyyəti, o cümlədən ge-
neral-qubernator Xosrov bəy Sultanovun səyləri nəticəsində


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
113
AXC xarici işlər naziri F.X.Xoyskinin Ermənistan Respublikası-
nın xarici işlər nazirinə göndərdiyi 6 aprel 1920-ci il tarixli notada 
qeyd olunurdu ki, Ermənistan tərəfindən hərəkət edən erməni silahlı 
dəstələri aprelin 5-i səhər saaat 5-də Azərbaycan Yaradulla kəndinə hü-
cum etdilər. Əhalinin üçdə biri məhv edilib və qarət olunub.
1
 
AXC Daxili İşlər Nazirliyinin idarə  rəisinin Azərbaycan xarici 
işlər nazirinə 7 aprel 1920-ci il tarixli teleqramında deyilirdi ki, Qazax 
general-qubernatorundan alınmış  məlumata görə ermənilərin Qazax 
qəzasında hücumu davam edir. Erməni nizamlı hərbi hissələrə general 
Baqdasarov, Dilican şossesi ilə  hərəkət edən ayrıca hərbi hissəyə isə 
polkovnik Vartakonyan komandanlıq edirlər. General Baqdasarov Qa-
zax general-qubernatoru ilə döyüşlərin dayandırılmasına dair danışıq-
lara girməyə razılıq vermişdi. Lakin o bundan istifadə edərək yenidən 
hücuma keçib kəndlərimizi bombardman etməyə başladı. Iki kənd 
məhv edilib.
2
 
AXC xarici işlər naziri F.X.Xoyskinin Ermənistan Respublikasının 
xarici işlər nazirinə 8 aprel 1920-ci il tarixli notasında qeyd olunurdu ki, 
Qazax qəzasının Yaradulla kəndinin ətrafında ermənilər tərəfindən Axuş, 
Tovuz Qala və Qaraxubuluq kəndləri daramadağın edilmişdir.
3
 
AXC xarici işlər naziri F.X.Xoyskinin Ermənistan Respublikası-
nın xarici işlər nazirinə 12 aprel 1920-ci il tarixli növbəti notasında 
Qazax general-qubernatorundan alınmış  məlumata istinadən qeyd olu-
nurdu ki, ermənilər döyüşlərin dayandırılmasını nəzərdə tutan tərəflərin 
bağladığı 9 aprel tarixli müqaviləyə zidd olaraq müsəlman kəndlərinə 
qarşı hücuma keçərək Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli, Ba-
ğanis Ayrım, Quşçu Ayrım və Suanlı kəndlərini yandırdılar.
4
 
25 aprel 1920-ci il tarixli AXC xarici işlər nazirinin müavini 
M.Təkinskinin Ermənistan Respublikasının xarici işlər nazirinə gön-
dərdiyi notada qeyd olunurdu ki, ermənilər Abdal və Gülablı kəndləri-
nə hücum etdilər. Abdal kəndinə hücum dəf olunduğu halda, Gülablı 
kəndi yandırılmışdır.
5
 
                                                 
1
Азербайджан, 1920, 9 апреля, 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə