Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə25/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
89
səbəblərı  və bu qırğının törətdiyi faciələr  əks olunmuşdur. Qəzet ya-
zırdı ki, cəbhədən qayıdan erməni əsgərləri özləri ilə bir, hətta iki silah 
gətirirdilər və bu silahları da sonradan öz həmyerlilərinə paylayırdılar. 
Qəzetin məlumatına görə 1918-ci ilin yanvarından buraya Bakıdan 
emissarlar gələrək ermənilər arasında müsəlmanların  əleyhinə geniş 
əks-təbliğat aparmağa başlamışdılar. Onlar yalnız ermənilər arasında 
deyil, eyni zamanda molokan və  yəhudilər arasında da təbliğat apar-
mışdılar ki, güya müsəlmanlar sizi qıracaqlar. Halbuki, uzun illər boyu 
bir yerdə yaşayan molokan və yəhudilərlə bir dəfə də olsun yerli türk-
müsəlman  əhalisi arasında qarşıdurma yaranmamışdı. Belə bir ağır 
vaxtda, Şamaxını tərk edən rus əsgərləri də öz hərbi hissələri və silah-
larını ermənilərə təhvil verib gedirdilər. Bunun müqabilində Şamaxıda 
türk-müsəlman əhalisinin nə hərbi hissəsi, nə də silahlı dəstəsi var idi. 
Hətta, yerli ziyalılar, xüsusən müsəlman dindarları hər hansı qarşıdur-
manın baş verməməsi üçün bütün qüvvələrini sərf etmişdilər. Lakin 
St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni hərbi hissələrini Şa-
maxıya göndərərək yerli türk-müsəlman əhaliyə qarşı dəhşətli qırğın-
lar törətməkdən çəkinməmişdir.  
Şəhər sakinləri erməni və malakanların şəhəri mühasirəyə aldıq-
larını görüb, gecə imkan tapan, ayaqyalın, başıaçıq şəhərdən qaçaraq 
didərgin düşmüşdülər. 
Şamaxıya hücum edən erməni quldur dəstələrinin başında Ste-
pan Lalayev (Lalayan) dururdu (“Daşnaksütyun” və Erməni Milli Şu-
rasının üzvi olmuş Lalayev, 1918-ci ilin sonunda Azərbaycan Xalq 
Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sorğu-
suna cavab olaraq, Bakıdakı müttəfiklərin ingilis qoşunları tərəfindən 
həbs edilmiş və 1919-cu il noyabrın sonunda Gəncə həbsxanasında öl-
müşdür). 
Bu həmən Lalayevdir ki, Bakıda 1918-ci il mart qırğınında min-
lərlə dinc türk-müsəlman əhalisinin amansızcasına qətlə yetirilməsinə 
rəhbərlik etmişdir. FTK tərəfindən Bakıda dindirilən şahidlərin ifadə-
lərində göstərilir ki, Lalayev bu ilin martın 19-da, birinci günü Nikola-
yevski küçəsində erməni  əsgərlərinin hücumuna rəhbərlik etmişdir. 
Onun əsgərləri evlərə soxulmuş və silahsız, dinc müsəlmanları öldür-
müşdülər.
1
 Başqa bir şahidin ifadəsində isə, S.Lalayev erməni silahlı 
dəstəsi yoldaşları Tatevos Əmirov, Sergey Məlikov və Arustam Tar-
                                                 
1
 ARDA – f. 1061, siy. 1, iş 6, v.3-7. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
90
cumanovla birlikdə  Aşağı  Təzəpir küçəsindəki  Şıx Balayevin evini 
qarət edilməsinə əmr verməsi göstərilmişdi.
1
  
Levon Şaumyan öz xatirəsində T.Əmirovu anarxist adlandırmış, 
lakin onun bolşeviklərə böyük köməklik etdiyini göstərmişdir. 
L.Şaumyan bu köməkliyi T.Əmirovun Stepanla (St.Şaumyan nəzərdə 
tutulur – A.V.) yaxşı münasibətin olması ilə  əlaqələndirmişdi. Sonra 
o, Stepanın sayəsində ondan hərbi məsələlərdə yaxşı istifadə olundu-
ğunu vurğulamışdı.
2
 L.Şaumyan T.Əmirovdan “yaxşı istifadə olundu-
ğunu yazsa da”, bu istifadənin mahiyyətini açıb göstərməmişdir. Hal-
buki, L.Şaumyan T.Əmirovla birlikdə Bakıda və  Şamaxıda türk-
müsəlman əhlisinə qarşı kütləvi qırğınlarda aktiv iştirak etmişdir.  
Stepan Lalayevin cinayətlərini araşdıran FTK-nın topladığı fak-
tik materiallar subut etmişdir ki, onun Şamaxıda törətdilən dəhşətli 
qırğınlara rəhbərlik etməsi  şahid ifadələrində  də öz əksini tapmışdır. 
Şahidlərin dediyinə görə Stepan Lalayev özünün cinayətkar silahdaş-
ları Samson Aspirov və Saatzazbekovla birlikdə böyük bir erməni əs-
gər dəstəsinin başında Şamaxıya gəlmişdir. Onun quldur dəstəsi bura-
da qadın, uşaq və qocaların da gizləndiyi məscidə od vurub yandırmış, 
çıxıb qaçmaq istəyənləri isə güllələmişlər.
3
 On üç məhlə  məscidi və 
məşhur müqəddəs Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlman-
lara həm qibləgah kimi, həm də qədim abidə kimi əziz idi.  
Şamaxıda böyük hörmət sahibi olan Axund Cəfərquluya aman-
sız işgəncələr verilmişdi. Ermənilər axunda pənah gətirmiş saysız-he-
sabsız qadın və uşağı da öldürmüşdür.
4
 
Ermənilər  şəhər başçısı Teymur Xudaverdovu, birinci Dövlət 
Dumasının keçmiş üzvü Məmməd Tağı  Əliyevi, o cümlədən, Hacı-
baba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdül Xəlil Əhmədov, Hacı Əb-
dül Hüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İb-
rahim Seyidov, Hacı İbrahim Salamov, Ağa Əhmədov Əhmədov, Ha-
cı Əbdül-Qasım Qasımov, Əyyübağa Veysov, Zeynəb xanım Veyso-
va, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürəhim ağa 
Ağalarov, Məhiyyəddin  Əfəndizadə, Zəkəriyyə  Əfəndi Mehdi Xəlil 
oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun ar-
                                                 
1
 ARDA – f. 1061, siy. 1, iş 6, v.3-7. 
2
 ARPİİSSA, F.303, siy.1, iş 60., v.15-18.  
3
 ARDA – f. 1061, siy. 1, iş 6, v.3-7. 
4
 Quliyev D.P. Tarix şahiddir ki. 1918-1920-ci illərin hadisələri bu günün gözü ilə: 
faktlar və şərhlər. “Həyat” qəz. Bakı, 1992, 22 may, №100. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
91
vadı, Mahmud Hacıağa oğlu, onun arvadı  və  oğlunu amansızcasına 
qətlə yetirmişdilər.
1
  
Ermənilər dinc insanları təkcə qətlə yetirməklə kifayətlənməmiş, 
eyni zamanda şəhərin ən abad, varlı və tanınmış şəxslərə məxsus ev-
lərə od vurub yandırmışdılar. Abbas Səhhətin, M.Ə.Sabirin, S.M.Qə-
nizadənin, C.Cəbrayılbəylinin, Müslüm bəyin, Hacı Qulamın, Məm-
mədtağı  Əlizadənin, tacir Nurunun, Vahab bəyin, Murad Əfəndinin, 
Məşədi  Əsədin (şair, müəllim Gövhər xanımın atası), Həqqi Veyiso-
vun, Həbib bəy Mahmudbəyovun, Hacı  Məmməd  Əfəndinin, Nəc-
məddin Şirindilbəylinin və başqalarının evləri yandırılmış, dağıdılmış-
dı. Bu evləri, mülkləri yandırmaqla erməni daşnakları Azərbaycan el-
minə, maarifinə,  ədəbiyyatına, incəsənətinə, tarixinə  ağır zərbə vur-
muşdu. Belə ki, o evlərdə elə  sənədlər, elə kitablar, elə  əlyazmaları 
məhv edilmişdir ki, onları nə tapmaq, nə bərpa etmək, nə də yenidən 
yaratmaq mümkün deyildi.
2
 
 
Fövqəladə Təhqiqat Komissiyasının  Şamaxı  qəzasının ayrı-ayrı 
kəndləri üzrə apardığı  təhqiqatların – şahid ifadələri, zərərçəkənləri 
dindirmə protokolları, rəsmi idarələrin  əhalinin sayı  və  əmlaklarının 
dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı və s. əsa-
sında 58 kənd üzrə  tərtib  edilmiş yekun aktlarında ayrı-ayrı  kəndlər 
üzrə ölənlərin (o cümlədən kişi, qadın, uşaq) sayı  və  hər bir kəndə 
dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu kəndlərin bir neçə-
sində ölənlərin sayı və dəymiş zərərin ümumi məbləği aşağıdakı kimi-
dir: Nəvahi kəndində cəmi 995 nəfər azərbaycanlı öldürülmüşdü, on-
lardan da 555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq idi. Kən-
də  dəymiş ümumi maddi zərər 60 milyon manat olmuşdur. Yəhyalı 
kəndində 922 nəfər öldürülmüşdür ki, onlardan da 360 nəfəri kişi, 412 
nəfəri qadın və 150 nəfəri uşaq idi. Kəndə dəymiş ümumi maddi zərər 
22 milyon manat oliuşdur. Bağırlı kəndində 370 nəfər öldürülmüşdür 
ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar ol-
muşdur. Kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdur və s. 
Qalan bütün kəndlər üçün tərtib edilmiş aktlarda da rəqəmlər yuxarıda 
göstərilən qayda üzrə aparılmışdır. Bütün aktlar Fövqəladə  Təhqiqat 
                                                 
1
 Azərbaycan Respublikası Prezidentinin İşlər  İdarəsi Siyasi Sənədlər Arxivi 
(ARPIISSA), f.277, siy.2, iş 16, v.18. 
2
Seyfəddin Qəndilov.  Şamaxı soyqırımı – təkzibolunmaz faktlar. fact 
info.az›ts_general/azl/aktual_az/aktual-… 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə