Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə22/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
80
onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə öz-
ləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 
müsəlman qadın və  qızın meyidi tapılmışdır. Onların qulaqlarını, 
burunlarını kəsmiş, qarınlarını yırtmışdılar.
1
 
Daşnaklar  əsir etdiyi müsəlmanları Azadlıq meydanının qarşı-
sında olan Rekordun (teatr binası) yanında güllələdiyini qeyd edən 
Baqdasarov yazırdı: “Daşnaklar gənc türkləri güllələyir və onları 
məhv edirdilər”.
2
  
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində mart hadisələ-
rinin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakı-
da daşnaklar bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 12 
mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi.
3
 
Artıq öz məqsədlərinə nail olduqlarını görən  Şaumyan 
“1918-ci il aprelin 1-də Müsəlman təşkilatlarına ultimatum ver-
mişdi. Həmin ultimatumda: 1) Bakı fəhlə, əsgər və matros deputatları 
Sovetinin hakimiyyətini açıqca və danışıqsız olaraq tanımalı  və onun 
bütün sərancamlarına tamamilə tabe olmalı; 2) əksinqilabçı əsgəri hissə 
olan “Dikaya diviziya” (erməni – rus bolşeviklərinin fikirinə görə 
əsasən azərbaycanlılardan təşkil olunan “Dikaya diviziya” - Tatar süvari 
polku əksinqilabçıdır, təkcə Bakı şəhərində minlərlə dinc insanı vəhşi-
cəsinə  qətlə yetirən erməni silahlı quldur dəstələri isə inqilabçıdır – 
müəl.) Bakı və onun rayonları ərazisində saxlanıla bilməz. Digər müsəl-
man milli əsgəri hissələri, habelə erməni əsgəri hissələri (erməni əsgəri 
hissələri nəinki  şəhərdən çıxarıldı,  əksinə onlar yenə  də bolşeviklərin 
əsas hərbi qüvvəsi olaraq qalırdı – müəl.) ya şəhərdən çıxarılmalı, ya da 
tamamilə fəhlə, əsgər və matros deputatları Sovetinə tabe edilməlidirlər. 
Əhalinin bütün silahı fəhlə, əsgər və matros deputatları Sovetinin nəza-
rəti və uçotu altında olmalıdır; 3) Bakıdan Tiflisə qədər va Bakıdan Pet-
rovska qədər dəmir yol xəttinin açılması üçün təcili tədbirlər görülməsi 
göstərilirdi”.
4
 Bu tələblərin yerinə yetirilməsi müddəti 1918-ci il aprelin 
1-də, gündüz saat 3-ə təyin olunmuşdu.  
                                                 
1
 Quliyev D.P. Tarix şahiddir ki. 1918-1920-ci illərin hadisələri bu günün gözü ilə: 
faktlar və şərhlər // Həyat, Bakı, 1992, 22 may, №100. 
2
 Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı. Sənədlər toplusu (üç cilddə). III 
cild. Xatirələr. Bakı, Çaşıoqlu, 2010, 447 s. S.331. 
3
 Садыгов  М.  Ответь  тебе  даст  история.  Геноцид  азербайджанцев  в  цифрах, 
фактах, документах – ХХ век. Баку: Мутарджим,1995,382 с. C.34-35. 
4
 ARRİİSSA, f. 276, siy. 2, iş 16, v.15. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
81
Danışıqlar axşam saat 5-də başlamışdı. Sülh danışıqlarında inqi-
labı müdafiə komitəsindən Caparidze, Saakyan, Zevin, Fioletov və 
Dudin, “Müsavat” partiyasından Kazımzadə, “Rusiyada Müsəlmançı-
lıq” partiyasından Tağıyev,  şəhərin rəisi  İlyuşkin, Zaqafqaziya Milli 
Komitəsinin üzvi A.M.Topçubaşov, Molla Hacı Mir Mirmöhsün və 
Hacı Hüseyn Tağıyev, Erməni Milli Şurasından L.Atabekyan və Ter-
Mikaelyan, görkəmli müsəlman və erməni ictimai xadimləri,  İranın 
konsulu və başqaları iştirak etmişdi.
1
  
Azərbaycan nümayəndə heyətinin üzvləri tələbləri yerinə yetir-
məyə razı olduqlarını bildirmişdilər və cavab sənədinə imza atmışdı-
lar. Lakin bu razılaşmaya baxmayaraq, St.Şaumyanın fitvası ilə ermə-
ni-bolşevik silahlı dəstələri yenə də Bakı şəhərində kütləvi qırğınları, 
soyğunçuluğu davam etdirmişdilər. 
N.Nərimanov yeni yaranmaqda olan Sovet hakimiyyətinin ilk 
acı  zərbəsini məhz Bakıda, 1918-ci il mart qırğını zamanı almışdır. 
Belə ki, mart hadisələri zamanı Şaumyanın rəhbərlik etdiyi Sovet ha-
kimiyyətinin “müdafiəçiləri” olan erməni silahlı dəstələri az qala Nəri-
manovu və onun ailə üzvlərini qətlə yetirmişdilər. N.Nərimanov nəin-
ki silahlı toqquşmanın qarşısını almaq imkanına malik idi, əksinə onun 
özü ölümlə üz-üzə qalmışdır.  
Ermənilər müsəlmanları qruppa ilə  əsir edib öz qərargahlarına 
apararkən, yolda onları kütləvi güllələyirdilər. İş o yerə çatmışdır ki, 
hətta müsəlmanların bolşevik olması da onları xilas etmirdi.  
N.Nərimanov “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı əsə-
rində yazırdı: “Mən sübut etməyə çalışırdım ki, vətəndaş müharibəsini 
indiki vaxtda başlamaq təhlükəlidir, belə ki, o milli qırğına çevrilə 
bilər. Mən bunu ona görə deyirdim ki, o zaman Bakıda ancaq daşnak-
lardan ibarət olan çoxsaylı erməni milli hərbi hissəsi yerləşirdi. Bakı 
şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş ver-
mişdi. Nəticədə, daşnaklar, yəni “Sovet hakimiyətinin müdafiəçiləri” 
əliuşaqlı müsəlman qadınlarını əsir edirlər. Burada bizim müdafiəçilə-
rimiz daşnaklar tərəfindən qadınlar üzərində törədilən alçaq təhqirlər 
haqqında susmaq lazım gəlir.
2
 
Şəhərdə Bakı Sovetinin erməni-rus bolşevik qüvvələri azərbaycan-
lılara qarşı qanlı qırğınları zamanı ictimai və şəxsi binalara da çox böyük 
                                                 
1
 ARRİİSSA, f. 276, siy. 2, iş 155, v.15. 
2
 Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair. Bakı: Azərnəşr, 1992, 77 s. S.32-33. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
82
ziyan dəymişdir. Belə ki, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyala-
rı yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı.
1
  
FTK-ya verdiyi izahatda Ağa Hüseyn Tağıyev “İsmailiyyə” bina-
sının ermənilər tərəfindən yandırılmasını belə  təsvir edirdi: ... martın 
20-də  mən qala qapısında və müsəlman xeyriyyə  cəmiyyətinin binası 
yanında … olanda “Kaspi” qəzeti redaksiyası yaxınğındakı döngən üç 
nəfər silahlı erməni ilə birlikdə Tatevos Əmirovun binaya girdiyini 
gördüm; bundan sonra tezliklə bina yanmağa başladı və o yandı”.  
Bakıda “İsmailiyyə” Xeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar 
Sarayı ansambılına daxil olan XIV əsrdə tikilmiş Keyqubad məscidi, 
oktyabr ayında Cənubi Azərbaycandakı avşarların məskun olduğu Ur-
miya şəhərinin abidələrini rus əsgərləri ermənilərlə birlikdə yandırıb kü-
lə döndərmişdilər.
2
 Bununla  əlaqədar olaraq, Fövqəladə  Təhqiqat 
Komissiyasının sənədləri içərisində çoxsaylı materiallar vardı. Belə sə-
nədlərdən biri, 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd 
xan Təkinski ilə A.E.Kluqenin birgə  tərtib etdikləri protokolun mate-
riallarıdır. Həmin sənəddə göstərilir ki, bu ilin sentyabrında Azərbaycan 
– Türk ordusunun Bakı  şəhərinə daxil olması ilə Fövqəladə  Təhqiqat 
Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında, 
komissiyanın üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun kömə-
yi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəxsi binalarının şəkli-
ni çəkdirmişdi. Çəkilən şəkillər aşağıdakılardır: 
1.   Nikolayevsk küçəsindəki “Kaspi” qəzetinin redaksiya binası dağı-
dılmışdı. 
2. Müsəlman Xeriyyə  Cəmiyyətinin “İsmailiyyə” binasının  şərq tə-
rəfi dağıdılmışdı. 
3.   “Dağıstan” mehmanxanasının yerləşdiyi, Bazar küçəsindəki Xanla-
rovun evi dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar. 
4.   Bazar küçəsindəki keçmiş “İsgəndəriyyə” mehmanxanasının bina-
sı dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar. 
5. Bazar 
və Qubernski küçələrinin tinindəki “İslamiyyə” mehmanxa-
nası dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar. 
6.   Top atəşi nəticəsində Təzəpir məscid binasının cənub tərəfi zədə-
lənmişdir. Həmin binanın şərq hissəsi də o cür dağıdılmışdı. 
                                                 
1
 Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi. ARPİİSSA, f.1, siy. 85, iş 
462, v.520. 
2
 Erməni könüllüləri,Tiflis, 1916, s.12. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə