Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə21/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
77
18-ci ilin mart hadisələrində bizim silahlı qüvvələrimiz olmadığından 
daşnak dəstələrindən istifadə etdik. Lakin daşnak dəstələri öz alçaq işlə-
rini həyata keçirdilər. Vətəndaş müharibəsi  əvəzinə milli qırğın törət-
dilər, 20.000-nə qədər müsəlmanı qətlə yetirdilər.
1
  
1918-ci ilin mart qırğınlarının ilk şahidi olan, bolşevik Blyumin 
ilk xatirəçidir ki, mart qırğınlarında 20 min müsəlmanın qətlə yetiril-
məsini göstərmişdi. O, “müsəlman əhalisinin bolşeviklərə quldur, soy-
ğuncu kimi baxırdılarını” da qeyd etmişdir. 
1918-ci ilin mart hadisələrində bolşevik drujinacısı olmuş N.Əs-
riyants xatirəsində yazırdı ki, Şaumyan bizi xəbərdar etdi ki, Müsava-
tın qərargahına hücum etmək üçün siqnal olacaq, belə də oldu. Silahlı 
dəstələr qərargaha hücum etdi və ora ələ keçirildi.
2
 
Rusların Xəzər dənizində olan hərbi donanması ermənilərin fit-
vasına uyaraq şəhərin müsəlmanların sıx yaşadığı məhəllələri top atə-
şinə tutdular. Bu atəş nəticəsində müsəlmanların əsas ibadət yeri sayı-
lan “Təzə pir” məscidinin minarələri ağır zədə aldı. Mənbənin verdiyi 
məlumata görə rus matrosları müsəlmanlara qarşı çıxış etmək istəmir-
dilər. Ermənilər onları aldadaraq, inandırmışdılar ki, müsəlmanlar rus-
ları, ümumiyyətlə, bütün xristianların hamısını doğrayıblar. Lakin 
matroslara aydın olanda ki, müsəlmanlar ruslara nəinki toxunmayıb-
lar, əksinə onları müdafiə ediblər və yedizdiriblər, yalnız bundan son-
ra toplardan atəşi dayandırdılar.
3
 Bütün bunlara baxmayaraq, bu top 
atəşləri nəticəsində  hər halda şəhərin tikililərinə  və  əhalisinə böyük 
ziyan dəymişdi. 
Erməni daşnakları bolşevik bayrağı altında,  əlverişli mövqedən 
istifadə edərək, əvvəlcədən hazırladıqları plana uyğun olaraq, Bakı şə-
hərində 1918-ci il matrın 30-dan aprelin 1-nə kimi, üç gün ərzində türk 
xalqına qarşı qırğın törətdilər ki, bu da minlərlə insanın ölümü ilə nəti-
cələndi.
4
 Azərbaycanın istiqlalı yolunda ilk qurbanlar burada verildi.
5
 
Hadisələrin şahidlərindən biri - birinci müsəlman süvari atlı dəs-
təsənin komandiri Əli  Əsədullayev öz izahatında “ermənilərin “İs-
                                                 
1
 ARPİİSSA, F.276, siy.2, iş 20, v. 18-19. 
2
 ARPİİSSA, F.276, siy.2, iş 20, v. 45-48. 
3
 ARPİİSSA, f. 277, siy. 2, iş 14, v. 49. 
4
 Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi. Bakı, Azərbaycan Dövlət Kitab 
Palatası, 1992, 144 s. S.110. 
5
 Mehmet Saray. Quzey və Güney Azərbaycan Türklərinin Tarixi. Bakı,  Şərq və 
Qərb, 2010, 724 s. S.270. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
78
mailiyyə” binasını, “Kaspi” qəzeti redaksiyasının binasında saxlanılan 
Quranın 5 min nüsxəsini yandırdıqlarını, 8 qadının və uşaqların güllə-
lədiklərini ...” və s. hasdisələrdən bəhs etmişdir.  
 Ermənilərin biz bolşevik, sosialist bilmərik, müsəlmansan kifa-
yətdir, deyə  hətta müsəlman sosialistlərini qətlə yetirmələri bir daha 
onu göstərir ki, onların  əsas planı azərbaycanlıları daha çox qırmaq, 
qorxutmaq və öz doğma torpaqlarından qovmaq olmuşdur. 
Bolşevik N.N.Kolesnikova öz xatirələrində həmin dövrdə Bakı-
da baş verənləri belə  şərh edərək yazırdı ki, müsavatçılar sıxışdırılıb 
şəhərdən uzaqlaşdırılan kimi ayrı-ayrı silahlı daşnak dəstələri şəhərdə 
qırğına, evləri yandırmağa, talanlar törətməyə, heç bir şeydə günahı 
olmayan dinc vətəndaşları, başlıca olaraq azərbaycanlıları qətlə yetir-
məyə başladılar. Erməni silahlı dəstələrinin rəisi Tatevos Əmirov bi-
zimlə sıx əlaqə saxlayırdı.
1
 Tatevos Əmirov Bakıda, eləcə də Azərbay-
canın başqa bölgələrində azərbaycanlıların amansızcasına qətlə yetiril-
məsinə, onların evlərinin qarət olunmasına, bilavasitə, rəhbərlik edən-
lərdən biri olmuşdur.  
1918-ci ilin mart hadisələrində bolşevik drujinacısı olmuş N.Əs-
riyantsın xatirəsində Şaumyanın göstərişi ilə Əmirovun başçılığı altın-
da hərbi dəstələrin yaradıldığı və bu dəstənin müsavatçıların qərarga-
hına hücum edərək oranın  ələ keçirilməsindən bəhs olunur.
2
 Tatevos 
Əmirovun qardaşı Arsen Əmiryan isə Bakı Xalq Komissarları So-
vetinin tərkibinə daxil idi.  
 Mart döyüşləri günlərində qətl və soyğunçuluqda ən çox azğınlıq 
edən daşnaklar olmuşdur, çünki bunu etməyə daşnakların daha çox im-
kanı var idi. Bu imkanı onlara, nəzarətləri altında olan və döyüş təcrü-
bəsinə malik erməni silahlı dəstələrin olması, eyni zamanda Bakıda er-
məni-bolşevik St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti vermişdir.  
H.Sultanov həm qərargahda, həm də İcrakomda yeganə türk ol-
duğunu da vurğulamışdı. Onun sözlərinə görə mart hadisələri zamanı 
“daşnaklar Məşədini (Məşədi Əzizbəyov nəzərdə tutulur-A.V.) güllə-
ləməyə apararkən ermənilərin əlindən alınaraq İcrakoma gətirilmişdi.
3
 
                                                 
1
 Колесникова  Н.Н.  Из  истории  борьбы  за  Советскую  власть  в  Баку  (август 
1917 г. – июль 1918 г. Воспоминания. Баку: Азернешр, 1958, 119 с., С.71. 
2
 Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı. Sənədlər toplusu (üç cilddə). III 
cild. Xatirələr. Bakı, Çaşıoqlu, 2010, 447 s. S.312 
3
 ARPİİSSA, f.268, siy.23, iş 104, v. 10-11. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
79
1918-ci ilin mart hadisələri zamanı bolşevik drujinaçılarının sı-
rasında türk-müsəlmanlara qarşı döyüşən A.Baranov xatirəsndə “... 
qalaya hücum edən döyüşçülərin rəhbəri Anastas İvanoviç Mikoyan 
olduğunu, onun ayağından yaralandığını, ... Çəmbərəkənd  ətrafında 
daşnak hərbi hissələrinin bütün müsəlmanları qətlə yetirdiyini qeyd et-
mişdi”.
1
  
Bolşeviklər mart hadisələrində “qələbə” əldə etdikdən sonra im-
kanlı azərbaycanlıların evlərini əllərindən almış, onların var-dövlətlərini 
qarət etmişdilər. Sonradan onlar Bakıdan Həştərxana qaçmaq istəyərkən 
həmin qarət olunmuş qiymətli əşyaları da özləriylə aparmağa cəhd gös-
tərmişdilər. Bu faktı 1917-1918-ci illərdəki inqilabi hadisələrdə bol-
şevik drujinaçısı kimi iştirak etmiş, 1917-ci ildən bolşeviklər partiyası-
nın üzvü S.Ter-Qabrielyan 1958-ci il fevralın 25-də yazmış olduğu xati-
rəsində təsdiqləyir. O yazırdı: “Bakıda sovet hakimiyyəti üçün təhlükə 
yarandığından yoldaş Şaumyan dövlət bankı əmlakının paraxodla Həş-
tərxan şəhərinə aparılması barədə əmr verdi”.
2
  
Baqdasarovun xatirəsində bolşeviklərin Bakıdan getməmişdən 
əvvəl Arakelyanın Alyoşanın yanına gəlməsindən və onların 86 mil-
yon götürmələrindən (bu pulların böyük bir hissəsi 1918-ci ilin mart-
iyul aylarında, bolşeviklər hakimiyyətdə olduğu dövrdə, Azərbaycanın 
qəzalarında Hamazaspın, Lalayevin, T.Əmirovun və b. başçılıq etdiyi 
erməni silahlı  dəstələri tərəfindən törədilən kütləvi qırğınlar zamanı 
türk-müsəlmanlardan qarət olunmuşdur-A.V.) bəhs olunur.
3
  
Bakı şəhərində müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri 
qanlı cinayətləri açıb göstərən sənədlərdə qeyd olunur ki, yaxşı silah-
lanmış, təlim keçmiş erməni  əsgərləri çoxlu miqdarda pulemyotların 
mühafizəsi ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə so-
xulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-
doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları 
içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, baş 
götürüb qaçan valideynlərin atıb getdikləri südəmər körpələrin, demək 
olar ki, hamısını öldürüb, valideynlərin özlərini isə elə yaxaladıqları 
yerdə asıb-kəsirdilər. Müsəlmanları  qırıb-çatmaqla yanaşı, ermənilər 
                                                 
1
 ARPİİSSA, F.276, siy.2, iş 20, v. 75. 
2
 Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı. Sənədlər toplusu (üç cilddə). 
III cild. Xatirələr..., 298-322s. 
3
 Yenə orada, s.331. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə