Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə17/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
62
Sənəddə verilən məlumatdan bəlli olur ki, Osmanlı dövləti, Urmiya 
gölü ətrafında ermənilərin fəaliyyətlərinin qarşısını almaq üçün Cənu-
bi Azərbaycandakı müsəlman əhalidən toplanacaq qüvvələrlə VI və III 
Orduların birlikdə həyata keçirəcəyi Qars-İrəvan istiqamətində bir yü-
rüş başlamağı planlaşdırmışdır. Həmçinin İran vəliəhdinin başçılığı ilə 
Təbrizdən hərəkət edən hərbi hissə ilə ermənilər arasında Xoyda baş 
verən vuruşmada ermənilər məğlub olaraq qaçmışdı. Bu bir daha yerli 
əhalinin erməni cəlladlarına qarşı mübarizə aparmasını sübut edir. 
Urmiyadakı  vəziyyətə  dair  VI  Firqə komandanı Xeyri paşadan 
VI Ordu komandanlığına gələn 27 mart 1918-ci il tarixli, iki ay öncə 
Rəvandizdən Urmiyaya göndərilən və yeni qayıdan iki kəşfiyyatçının 
ifadələrinə  əsaslanan teleqrama
1
 görə  “Urmiyada  əksəriyyət  əhalinin 
əlindəki silahlar ermənilər tərəfindən toplanmış və bəzıləri silahlarını 
gizlədərək torpağa başdırmışdır. Urmiyanın quzeyində - Üşnü, Pəyan, 
Şərəfxanada ruslar tərəfindən buraxılmış külli miqdarda odlu silah və 
hərbi sursat vardır. Urmiyada Marşimonun (Aysor dəstəsinin başçısı 
– red.)  komandasında olan 1.000 erməni bölgəyə hücuma keçmiş, 
lakin  İran valisinin 1500 süvaridən ibarət birləşmiş ordusunun qar-
şısında məğlub olaraq Dilman istiqamətinə çəkilmişdir. Lakin hələ də 
Urmiyada və Dilmanda fransız və ruslardan əldə edilən toplar və digər 
odlu silahlarla silahlanmış 2.000 qədər erməni dəstəsi mövcuddur”. 
Xəlil paşadan III ordu və bu orduya bağlı IV Nizami ordu ko-
mandanlığına 1918-ci il 13 aprel tarixində göndərdiyi teleqramda
2
 Ur-
miya bölgəsindəki vəziyyətlə bağlı maraqlı məlumatlar öz əksini tap-
mışdır. Sənəddə Urmiyadakı ingilis və fransız zabitləri komandanlığı 
altında 4 topa, xeyli odlu silaha malik olan 3-4 min erməninin olduğu,  
Urmiyanın 20-30 km. güneyində yerləşən RəşaxanXəzmlər, Maşan, 
Salvatıda  da ermənilərin xüsusi partizan dəstələrinin olduğu haqqın-
da məlumat verilir. 
Böyük dövlətlərin himayə etdiyi erməni-aysor birləşmələri tərə-
findən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən misli görünmə-
miş soyqırımlar Urmiyanın kəndlərində davam edirdi. Çəhirgə  və 
Nazlıçay  kəndlərinin  əhalisi xristian ordusundan uzaqda yerləşən, 
möhkəm hasarlarla əhatə olunan Qəhrəmanlı  kəndinə  pənah apar-
mışdı. Bundan xəbər tutan erməni-aysor ordusu martın ortalarından 
                                                 
1
 ATASE, K. 3632, D.136, F. 013-013A. 
2
 ATASE, K. 3632, D.136, F. 028-04. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
63
başlayaraq kəndə hücumlar etməyə başladı. Aprelin əvvəlində 2 dağ 
topu gətirərək  Əlipəncəsi  adlanan dağətəyi mövqedən  Qəhrəmanlı 
kəndini top atəşinə tutdular. Günortaya yaxın kənd tamamilə ələ keçi-
rildi. 334 nəfər sakin tamamilə məhv edildi. Kənddə bir nəfər canlı be-
lə qalmadı.  İki-üç il bu kəndin  şəhidlərinin sümükləri küçələrdə, hə-
yətlərdə, evlərdə düşüb qaldı.
1
  
Bu soyqırımların Urmiyanın kəndlərində  və ona yaxın bölgə-
lərdə davam etməsi haqda farsdilli müəllif Məhəmməd Təməddon 
maraqlı məlumatlar vermişdir. 1918-ci il aprelin 3-də xristian ordusu 
Səlmasın mərkəzi Dilman şəhərinin ələ keçirdilər. Erməni və aysorlar 
burada Urmiya və Köhnə  şəhərin  əksinə olaraq soyqırımı  həyata 
keçirmədilər. Yalnız bazarları və evləri soymaqla məşğul oldular.  Ur-
miya yaxınlığında olan digər kənddə – Əsgərabadda 1918-ci il  may 
ayının 30-da cümə günü azərbaycanlı ə


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
64
Xəlil paşanın XIII Nizami ordu komandanlığı  və VI fırqə ko-
mandanlığına göndərdiyi teleqramında
1
 Baş komandanlıq Vəkalət-i 
Cəliləsinin əmri ilə III ordu tərəfindən Van istiqamətinə göndərilən və 
başında  Əli Ehsan paşanın olduğu IV Nizami ordunun Vanı  ələ 
keçirməsi, Saray və Başqala istiqamətində erməniləri təqib etməkdə 
olduğu haqqında məlumat verilir. Bundan əlavə, sənəddə VI Ordudan 
Urmiya istiqamətində hərəkət etmək üçün təsis edilən xüsusi partizan 
dəstəsindən ibarət bir taburunun da 1918-ci il aprelin 5-də Rayatdan 
sərhədi keçərək Üşnü istiqamətində, digər üç taburun isə  Ərbil və 
Rəvandiz arasında irəlilədiyi qeyd olunur. Xüsusi partizan dəstəsi 
Üşnüdə toplandıqdan sonra Urmiyanın azad olunması üçün irəlləyə-
cəkdir. Van bölgəsindən geri çəkilən ermənilərin Urmiya ətrafındakı 
ermənilərlə birləşməsi, onları  təqibdə olan IV Nizami ordunun hərbi 
sursat çatışmamazlığı səbəbindən çətinliyə düşə biləcəyi və buna görə 
də VI firqənin təcili olaraq Urmiyanı  ələ keçirməsi istənilmişdir.  VI 
firqə komandanı Xeyri paşa Urmiyadakı ermənilərin şəhəri əldən ver-
məmək üçün toplantı keçirdiyinə dair xəbərlər aldığını bildirmiş  və 
Xəlil paşadan Sovuçbulağa bir bölük göndərilməsini tələb etmişdir. 
VI ordu komandanı Xəlil paşa VI firqə komandanlığına 13 aprel 
1918-ci il tarixində göndərdiyi teleqramında
2
 “... ruslardan gözlədiyi 
köməkdən məhrum olan ermənilərin İrandakı ingilis, fransız və ameri-
kalılar tərəfindən himayə olacaqlarına ümid etdikləri və onlarla birləş-
mək fürsətini gözlədikləri” xəbəri verilmişdi. Vəziyyətin ciddiləşdiyi-
ni görən ermənilər ingilis ordusu ilə birləşmək üçün İran hökumətin-
dən icazə istəmişlər, lakin İran hökuməti onlara silahlarını  təslim et-
dikdən sonra buna izn verəcəyini bildirmişdir. Bu zaman Urmiya böl-
gəsindəki ermənilərin hətta Mosulda ingilis qüvvələri ilə vuruşan Os-
manlı ordusuna hücum edəcəyi barədə gizli məlumat alınmışdı. Buna 
görə də Osmanlı baş komandanlığı IV Nizami orduya Urmiya-Dilman 
bölgəsini ələ keçirməyi tapşırmışdır. IV Nizami ordu 1918-ci il mayın 
10-da Üşnüdən Urmiyaya doğru hərəkətə başlamışdır.
3
 
                                                 
1
 ATASE, K. 3632, D.136, F. 021-02. 
2
 ATASE, K. 3632, D.136, F. 029-04. 
3
 Birinci Dünya Harbində Türk Harbi Irak-İran Caphesi 1914-1918, Genel Kurmay 
Tarih və Stratəjik Etüt Başkanlığı Yayınları, c.3, 2.Kısım, Ankara 2002, s. 548. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə