Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə16/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
60
gəvər istiqamətlərinə güclü kəşfiyyatçılardan ibarət zabitlər dəstəsi 
səfərbər edilməlidir” əmrini vermişdir. Bundan əlavə, sənəddə bu kəş-
fiyyat dəstəsi öz səfərləri zamanı ruslarla qarşılaşarsa onların ağ bay-
raq göstərərək ümumi vəziyyətə  nəzarət etmək məqsədi ilə göndəril-
diklərini söyləməli, geri dönən zaman erməni dəstələrinin tələ qurma 
ehtimalını da nəzərə almalıdırlar. Miyandoab, Urmiya xəttinə  qədər 
ayrıca kəşfiyyatçılar dəstəsi göndərilərək onlardan erməni təşkilatları, 
ordu hissələri haqqında dolğun məlumat əldə edilməsi istənilmişdir. 
Rus qoşunlarının İranı təxliyə etməsi uzun zaman həm Osmanlı 
həm də İran torpaqlarında müstəqil dövlət qurmaq məqsədi güdən er-
məni və aysorların xəyallarının boşa çıxmasına səbəb oldu. 1918-ci 
ilin əvvəlindən başlayaraq erməni və aysor silahlı birləşmələrinin Cə-
nubi Azərbaycanda türk-müsəlman  əhaliyə qarşı görünməmiş  vəhşi-
liklə həyata keçirdikləri qətliamlar intensivləşdi. İlk kütləvi qətliamlar 
1918-ci il fevralın  əvvəllərində  Urmiya  şəhərində birləşmiş xristian 
ordusu tərəfindən azərbaycanlıların məhv edilməsi ilə başlandı. 22 
fevral cümə günü Urmiya əhalisinin 3 günlük fasiləsiz olaraq qırğını 
başlandı. Qırğının 1-ci günü Urmiya şəhərinin  Əsgərxan  məhəlləsi 
məhv edildi. Xristian ordusu azərbaycanlıların evlərinə hücum edirdi-
lər. Dövrün mənbələrinə əsaslanan T.Dilməqani bu hadisəni belə təs-
vir edir: “Belə bir sürətli və  vəhşicəsinə hücumu gözləməyən müsəl-
manlar gözlənilmədən yaxalandılar. Onlar evə hücum etdikdən sonra 
ev sahibini öldürür, evin əşyalarını qarət edir, sonra yandırırdı-
lar”...Urmiyanın  Novgeçər, Yurtşah  və  Şəhərin cənub hissəsindəki 
məhəllələrdə yaşayan müsəlmanlarının böyük bir qrupu məhv edildi. 
Toplarla yandırılan  şəhər tamamilə  dəyişdi, insanların nalə  səslərin-
dən qulaq tutulurdu....
1
 
Qırğının 2-ci günü gecə yarısı Çalbaş və Dikəli məhəllələrində 
top səsləri eşidildi,...günahsız insanların çığırtısı qulaq batırırdı.  Şə-
hərin mərkəzindəki Hacı Müstəşarın karvansarasına toplanan qatillər 
küçədən keçən hər kəsi öldürdülər. Xristian ordusunun bir qrupu gecə 
vaxtı Urmiya qalasından kənarda yerləşən evlərə hücum edib qadın və 
kişiləri öldürmüş, evləri talan etmiş, gənc qadınları zorlamışlar. Ame-
rika konsulu doktor Şod hökumət binası olan Çəharbürc  imarətinin 
Amerika missioner təşkilatına aid olduğunu bəhanə edərək təkidlə bi-
nada olan müdafiəçiləri çıxararaq binanı boşaltdırmışdı. Fevralın 25-
                                                 
1
 Bax: Dilməqani T. Çüney Azərbaycan ....,  s.117-118. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
61
də atəş ara verdi və 48 saat ərzində müsəlmanlara aid bütün silahlar 
yığıldı.  Əhali öz yaxınlarının meyitləri basdırmağa başladı. Ölülərin 
sayı o qədər çox idi ki, onları bükməyə  kəfən çatışmadı. Cənazələri 
basdırmaq bir neçə gün çəkdi. Gündə 200-ə qədər cənazəni dəf etmək 
olurdu.
1
 Martın  əvvəlləri Urmiya şəhəri  xristian ordusu tərəfindən 
tamamilə ələ keçirildi.  
Erməni və aysor silahlı birləşmələri bu soyqırımları  həyata ke-
çirən zaman toplardan istifadə etməsi daha çox insanın məhv olmasına 
səbəb oldu. ABŞ-ın Urmiyadakı konsulu Şedin hiyləsi ilə  tərksilah 
olunmuş və heç bir yerdən kömək görməyən azərbaycanlılar ailələrini 
başqa yerə köçürüb, döyüşə atılmaq qərarına gəldilər. Soyqırımın baş 
verdiyi dövrdə yaşayan Seyid Əhməd Kəsrəvinin yazdığına görə, 
şəhəri top atəşinə tutan ermənilər  əhali arasında vahimədən istifadə 
edərək, şəhərə daxil olub, dinc əhaliyə divan tutur, evləri yandırır, küt-
ləvi qətl-qarət törədirlər. Həmin dəhşətli hadisələr zamanı yüzlərlə gü-
nahsız azərbaycanlı  vəhşicəsinə  qətliam edilmişdir.  Ə.Kəsrəvi həmin 
hadisələrdə 130 mindən artıq insanın erməni və aysorlardan ibarət 
xristian qoşunu tərəfindən qətlə yetirildiyini yazır.
2
 
Xəlil paşanın Mosuldan VI firqə komandanlığına 12 mart 1918-
ci il tarixində göndərdiyi teleqramında
3
 Urmiya  bölgəsində ermənilə-
rin fəaliyyətləri haqqında “....ermənilərin  əhalini soyub-talayan, təh-
did edən müxtəlif dəstələrinin birləşməsi ehtimalı vardır”  şəklində 
qiymət verərək, görüləcək tədbirlə bağlı “Buna isə bizim süvarilərdən 
istifadə edərək Üşnünü  ələ keçirib əhalini himayə etməklə mane ola 
bilərik” demişdir. Teleqramdan məlum olur ki, Üşnü bölgəsində ermə-
ni və aysorlar yerli türk-müsəlman əhalinin evlərini yandırmış və on-
ları qətl etmişlər. Hətta onlar Qarapapaqlar kimi bölgədə məskun olan 
bəzi müsəlman türkləri də özləri ilə birlikdə  fəaliyyət göstərməyə 
məcbur etmişlər. 
VI ordu komandanı  Xəlil paşanın III Ordu komandanlığına 26 
mart 1918-ci il tarixində göndərilən bir teleqramı
4
 diqqəti cəlb edir. 
                                                 
1
 Bax: Dilməqani T. Çüney Azərbaycan ....,  s.119-133. 
2
ديس
 
دمحا
 
يورسك
» 
خيرات
 
18
 
هلاس
 
يابرذآ
ناج
 « 
پاچ
 
5
،
 
رشن
 
ما
ي
بکر
ي
ر
 
،
 
نارھت
 
1350
،
 
919
 
ص
. s.763 
(Seyid Əhməd Kəsrəvi.”Tarix-e 18 sale Azərbaycan” çap 5, nəşr-e Əmir Kəbir
Tehran 1350, s.919). 
3
 ATASE, K. 3632, D.136, F. 009; F. 042. 
4
 ATASE, K. 3632, D.136, F. 012. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə