Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə12/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
48
manları  rəhmsizcəsinə  qətlə yetirir, qadınların namusuna toxunub
yaşlıları diri-diri yandırırdılar. Ayaz nahiyəsində 15 kəndin sakinləri 
ayaqlarına ağır at nalları vurulub, Hazal gölünə atıldılar.
1
 
Təkcə 1915-ci ildə Muşun kəndlərində 300 nəfər, Muş və ətra-
fında 800 nəfər acnacaqlı şəkildə, Anak monastırı qarşısında 10 nəfər, 
Akçan kəndində 19 nəfər canlı-canlı quyulara doldurularaq ermənilər 
tərəfindən məhv edilmişdir.
2
 
Böyük dövlətlərin Cənubi Qafqaz bölgəsinə “nəzarət etmək” 
siyasəti gücləndikdən sonra onların yardımına arxalanan Ararat Res-
publikasının Naxçıvan qəzası,  İrəvan quberniyası ilə yanaşı  həm də 
Şərqi Anadoluda – əsasən Araz çayı ətrafında yaşayan türk-müsəlman 
əhalisinə qarşı soyqırım siyasəti daha da intensivləşdi. 1919-cu ilin 
iyulunda ermənilər Araz çayı ətrafında yerləşən Dəşti, Əfşar, Xınalıq, 
Qaralar,  Şirazlı, Caddə, Görəvan, Tavat və s. kəndlərinə hücum 
edib yerli əhaliyə görünməmiş işgəncələr vermişlər. Erməni cəlladları 
yerli  əhalini diri-diri yandırmış  və canlı-canlı basdırmışlar. Canını 
qurtara bilən  əhali doğma ocaqlarını  tərk edərək dağlara çəkilmişdir. 
Adı çəkilən kəndlərdəki bütün məhsulların və əhaliyə məxsus əşyalar 
ermənilər tərəfindən tamamilə talan edilib aparılmışdır. Bütün bunlar 
yerli şahidlər tərəfindən 1919-cu il iyulun 3-də tərtib olunmuş sənəd-

3
öz əksini tapmışdır.  
1920-ci il 30 iyun tarixli bir sənəddə ermənilərin  Qaraurqan, 
Kağızman,  Ərzurum, Qars, Bayəzit, Sarıqamış   Araz ətrafla-
rında qadın və uşaqlar da daxil olmaqla dinc əhalinin müxtəlif bədən 
üzvlərinin kəsilərək ayrı-ayrı  şəkillərdə  qətliam etdikləri, qadınlara 
hücum və  təcavüz olunduğu, kəndlərə olunan basqınlar və  əhalinin 
diri-diri yandırılması  və s. hadisələrlə bağlı ingilis nümayəndəsinə 
göndərilən məlumat öz əksini tapmışdır. Həmin sənəddə  Nuruşlu 
kəndindən 60 yaşlı Məhəmməd oğlu Əli, Hilə kəndindən 13 yaşlı Ağa 
oğlu İdris, İsalı kəndindən 50 yaşlarında Əziz oğlu Rüşdinin cəsədləri 
Rusiya sərhədləri ilə üzbə-üz  İxtiyar dərəsi deyilən məhəllədə 
tapılmışdır. Bunlardan birincisi yalnız kəlləsindən vurulmuş, ikincisi 
isə silah və bıçaqla vurulmuş və qulaqları kəsilmişdi. Üçüncünün kəl-
                                                 
1
 Azərbaycan Xalq Cümhuriyyəti.., c. II, s.373-375. 
2
 Bax: Ermeniler Tarafından.., c.I, s.375-377. 
3
 BOA, HR. SYS. 2877/16. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
49
ləsində bir neçə silah və  bıçaq yarası  və  bədəninin ayrı-ayrı üzvləri 
kəsilmiş halda tapılmışdır.
1
 
1920-ci ilin sonunda ermənilər Qars  bölgəsinin Taşnik, Suba-
tan, Ani  Danyalıq  kəndlərindəki əhali acnacaqlı şəkildə - ağız və 
burunlarını  kəsilərək gözləri oyularaq, gənc qız və qadınlara təcavüz 
edilərək erməni cəlladları tərəfindən məhv edilmiş və bütün əmlakları 
qəsb edilmişdir.
2
 
  1920-ci il martın 6-da tərtib olunmuş sənəd
3
 XV Nizami ordu 
komandanlığına ünvanlanmışdır. Qarslı Məşədi Səmədin qırmızı muğ-
la və islam komitəli möhürü olan bu məktubunda ermənilərin təkrar 
Zərşad qəzasına hücuma keçərək 2 min nəfərlik türk-müsəlman əhali-
ni dəhşətli bir formada məhv etməsi açıqlanır. Həmin sənəddə : “Mü-
səlmanların mənəviyyatını bütünlüklə qırmaq üçün müsəlman qızlarını 
12 zanqrə (araba) dolduraraq Gümrüyə götürmüş  və 6 zanqrilini də 
Qarsda gizlədərək erməni evlərində yerləşdirilmişdi. Qarsda olan 
ermənilər bazar açaraq orada Zərşadın talan edilməsi zamanı qanına 
qəltan edilən müsəlmanların qadınlarının qiymətli  əşyalarını, geyim-
lərini təcili satmaqdadırlar. Zarşad kəndlərindən alınan 15 min mal 
heyvanın ermənilər tərəfindən Qızıl Şaq-şaq stansiyasına götürdüklə-
rini və bu xəbərin müsəlmanlar üzərində böyük təsir buraxdığı” yan-
dırıcı dillə anladılır. 
2. Naxçıvan bölgəsində ermənilərin türk-müsəlman  əhaliyə 
qarşı həyata keçirdiyi soyqırımlar: 
Başbakanlıq Osmanlı Arxivinin (BOA) müxtəlif fondlarından 
əldə edilmiş sənədlərdə 1919-cu ilin yayından başlayaraq 1921-ci ilin 
əvvəlinə  qədərki dövr ərzində  Naxçıvan qəzasında  həyata keçirilən 
soyqırımı cinayətləri haqqında ibrətamiz materiallar öz əksini tapmış-
dır. Ermənilərin Naxçıvan qəzasında həyata keçirdiyi soyqırımların 
daha çox olmasının  əsas səbəbi Naxçıvan bölgəsinin əlverişli strateji 
mövqedə yerləşməsi və burada 2 aylıq erməni idarəçiliyinin tətbiq 
olunmasıdır. Bölgə əhalisinin iradəsi əleyhinə olan bu idarəçilik Nax-
çıvan qəzasını Ermənistan (Ararat) Respublikasına birləşdirmək məq-
sədi güdürdü.  
                                                 
1
 BOA, HR. SYS. 2877/13. 
2
 BOA, HR. SYS. 2878/81. 
3
 BOA,HR SYS. 2878/22. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
50
BOA sənədləri içərisində Naxçıvan qəzasında erməni idarəçiliyi 
dövründə erməni hərbi birləşmələrinin həyata keçirdiyi soyqırımları 
əks etdirən materiallar daha çoxdur. Bu sənədlər sübut edir ki, er-
mənilər Naxçıvan qəzasında öz bədnam niyyətlərinə nail olmaq üçün 
dinc əhalinin canlı-canlı yandırılması, kütləvi şəkildə diri-diri torpağa 
basdırılması, vəhşicəsinə canlı halda balta ilə doğranması, amansız 
işgəncələrlə son nəfərədək qətl edilərək Araz çayına tökülməsi kimi ən 
qəddar və  ağılasığmaz  əməllərə  əl atmaqdan belə  çəkinməmişlər. 
Təkcə bir gün ərzində Naxçıvan və Şərurda 45 kənd tamamilə məhv 
edilmişdir.
1
 
Əgər 1918-ci ilin mayına qədər azərbaycanlı  əhaliyə qarşı 
kütləvi talanlar və vəhşiliklər I Dünya müharibəsində iştirak etmiş er-
məni hərbi hissələri və yerli ermənilərin quldur dəstələri tərəfindən 
həyata keçirilirdisə, Ararat Respublikasının yaranmasından sonra türk-
müsəlman  əhalisinin soyqırımı  rəsmi  İrəvanın dövlət siyasətinə 
çevrildi və bu işdə dövlətin nizami silahlı qüvvələrindən fəal istifadə 
olunmağa başlandı. 
1919-cu ilin iyulunda tərtib olunmuş bir sənəddə erməni hərbi 
birləşmələrinin Naxçıvan qəzasının Yengicə, Qıvraq kəndlərinə silah 
toplamaq bəhanəsi ilə hücum edib yerli əhaliyə görünməmiş işgəncə-
lər verməsi – günahsız əhalini canlı-canlı yandırması və diri-diri bas-
dırması təsvir olunmuşdur. Canını qurtaran insanlar doğma kəndlərini 
tərk edərək dağlara çəkilmişdir. Bundan əlavə, adı çəkilən kəndlərdəki 
məhsulların və bütün əşyaların ermənilər tərəfindən tamamilə  qəsb 
edildiyi qeyd olunur.
2
 
Digər tərəfdən Birləşmiş Ştatlar Cənubi Qafqaz, İran və Türki-
yənin qovuşuğunda yerləşən Naxçıvana xüsusi hərbi-strateji  əhəmiy-
yəti olan ərazi kimi baxırdı. Qafqazda nüfuz dairəsi qazanmağa çalı-
şan ABŞ-ın  əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində 
möhkəmlənmək planları Antanta dövlətlərinin Ermənistana ali komis-
sar təyin etdikləri amerikalı polkovnik V.Haskelin 1919 ilin sentya-
brında irəli sürdüyü "Haskel layihələri" adlandırılan sənəddə öz əksini 
tapmışdı. Layihədə Azərbaycan torpaqları olan Naxçıvan və  Şərur-
Dərələyəz qəzalarının  əlahiddə bitərəf zona elan edilməsi və bu əra-
zidə Naxçıvan general-qubernatorluğunun yaradılması  nəzərdə tutu-
                                                 
1
BOA, DH. KMS. 53-3/15. 
2
BOA, HR SYS. 2877/16. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə