Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə18/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
65
Osmanlı dövlətinin Hərbi naziri Ənvər paşa VI ordu komandan-
lığına 1918-ci il 15 may tarixli teleqramında
1
 ermənilərin Mosul böl-
gəsinə hücum edəcəkləri barədə alınan kəşfiyyat məlumatına əsaslana-
raq IV Nizami ordunun təcili olaraq Urmiya üzərinə hərəkətə keçmə-
sini  əmr etmişdir.  Ənvər paşa eyni zamanda digər bir bölüyündə  İrə-
van-Culfa üzərinə hərəkətə keçməsini və Cənubi Qafqaz Hökumətin-
dən izin gəlməsini gözləmədən Təbriz xəttinin işğ


AZƏ


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
67
kən Osmanlı və Azərbaycan türkləri ilə döyüşdə məhv edildilər. Belə-
liklə, onların bu planı da baş tutmadı.  
1917-1918-ci illərdə Cənubi Azərbaycanın qərb bölgəsində, əsa-
sən Urmiya, Salmas, Xoy və digər ətraf ərazilərdə Azərbaycan türklə-
rinə qarşı böyük dövlətlərin təşkil etdiyi, başda ermənilər olmaqla 
xristian ordusunun həyata keçirdiyi soyqırımda 100 minlərlə dinc 
sakin məhv edilmişdir. Birləşmiş xristian ordusu Cənubi Azərbayca-
nın qərb bölgəsində onlarla şəhər və kəndləri viran qoymuş, talan et-
miş, kişi, qadın, uşaq və qocalara fərq qoymadan dünyada misli gö-
rünməmiş soyqırımı həyata keçirmişlər.  
Soyqırımın baş verdiyi dövrdə yaşayan Seyid Əhməd Kəsrəvi 
Urmiya şəhərində 130 mindən artıq insanın erməni və aysorlardan iba-
rət xristian qoşunu tərəfindən qətlə yetirildiyini yazır.
1
 
Lakin xristian ordusunun təkcə Urmiyada həyata keçirdiyi soy-
qırımda 100 minlərlə dinc sakin məhv edilmişdir. Onların sayı barədə 
daha dəqiq məlumat İran mərkəzi hakimiyyətinin Urmiyadakı kargü-
zarı  Rəhmətullah xan Mötəmidəlvuzarə  tərəfindən verilmişdir. O, 
xristian ordusunun həyata keçirdiyi soyqırımda dövlətə dəyən zərərin, 
o cümlədən insan tələfatının hesablanması üçün yaranan komissiyanın 
başçısı idi. Yerlərdə aparılan bu hesabatlarda qeyd edilmişdi: “Şəhərin 
bəzi məhəllələrinə, eləcə də bəzi kəndlərə dəyən xəsarət və can itkisi-
nin hələ  də hesablanmasına baxmayaraq, I Dünya müharibəsi başla-
yandan indiyə kimi sadəcə qeydə alınan və hesablama vərəqələrində 
göstərilən can itkisi 160 min nəfər, xəsarət isə  təxminən 160 krur 
tümən idi... xəsarət və insan tələfatı qeydə alınmayan məntəqələr də 
hesablanarsa, dəyən maddi xəsarə


Ə
Ş
 
 
68
 
Ə
Ə
ış
Tarix elmləri üzrə fəlsəfə doktoru 
 
XX əsrin əvvəllərində Azərbaycanda, ümumən, Cənubi Qafqaz-
da ictimai-siyasi və hərbi vəziyyətin mürəkkəbləşməsinin bir sıra sə-
bəbləri vardı. Həmin səbəblərdən birincisi, çarizmin uzun əsrlər boyu 
Rusiya imperiyası ərazisində yaşayan qeyri-rus xalqlara qarşı yürütdü-
yü müstəmləkəçilik siyasəti olmuşdur.  
Qeyri-xristianlara qarşı dini və milli ayrı-seçkiliyə, Cənubi Qaf-
qazda xristian dövlətinin yaradılmasına xüsusi önəm verilməsi, xalqla-
rı bir-birinə qarşı qoymaqla öz imperialist siyasətini həyata keçirməsi, 
müsəlmanlara etibar edilməməsi, onların dövlət işlərinə və orduya ya-
xın buraxılmaması Rusiyanın  ənənəvi dövlət siyasətinin mahiyyətini 
təşkil etmişdir. Bu cür münasibət Müvəqqəti hökumətin hakimiyyəti 
dönəmində  də davam etdirilmişdi.  İkinci səbəb, ermənilərin Cənubi 
Qafqazda şovinist millətçi siyasət yeritmələri, Türkiyə və Azərbaycan 
torpaqları hesabına Erməni dövləti yaratmaq planları idi. Onlar bu 
məkrli siyasətlərini, əvvəlcə çar Rusiyası və sonra isə hakimyyəti zo-
rakı yolla ələ keçirərək yeni hökumət quran bolşevik Rusiyasının hi-
mayəsindən istifadə etməklə həyata keçirmək fikirində idilər. Üçüncü 
səbəb, bolşeviklərin proletar diktaturasının yaradılmasını önə çəkməsi 
və sinfi mübarizəni geniş təbliğ etmələri idi.  
Bolşeviklər sözdə milli azlıqların hüquqlarından geniş bəhs etsə-
lər də, işdə bunun əksini görürdülər. Onlar millətlərə demokratik də-
yərlər bəxş etmək əvəzinə, onlar arasında sinfi mübarizəni təbliğ edir, 
silahlı toqquşma və qardaş qanının axıdılması siyasətini yeridirdilər. 
Bolşeviklər insanları ideyaya inandırma prinsiplərinə deyil, özünü 
doğrultmayan gücə önəm verir, xalqları siniflərə bölərək, onların ara-
sında barışmaz düşmənçilik yaradırdılar. Bu insana nifrət ideyası son-
ralar yüz minlərlə günahsız insanın ölümü ilə nəticələnmişdi. 
Y.V.Çəmənzəminli doğru olaraq göstərirdi ki, “bolşevizm heç bir 
millət üçün, xüsusə


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
69
Cənubi Qafqazın əsil iqtisadi və siyasi mərkəzinə çevrilən Bakı, 
1917-ci ilin fevral inqilabından sonra sinfi mübarizənin və hakimiyyət 
uğrunda çarpışmaların mərkəzinə çevrilmişdi. V.İ.Leninin sinfi müba-
rizə və proletar diktaturası ideyasının ifrat təbliğatçıları olan Bakı bol-
şeviklərinin tərkibində erm ənilərin çoxluq təşkil etmələri, sonralar 
Azərbaycanın türk-müsəlman əhalisi üçün ağır nəticələr vermişdi.  
Bakıda A.Gülxəndyanın rəhbərliyi altında Erməni Milli Şurası 
yaradıldıqdan sonra erməni silahlı  dəstələrinin formalaşdırılmasına 
xüsusi diqqət verilməyə başlanmışdı. Eyni zamanda Kerenskinin xe-
yir-duası ilə Türkiyə cəbhəsində döyüşmək üçün Erməni Milli Şurası 
tərəfindən erməni korpusu yaradılmağa başlanmışdı. Bu işin təşkili isə 
general Baqratuniyə tapşırılmışdı.
1
 
Bu dövrdə Bakıda Daşnaksütyun partiyası və Erməni Milli Şura-
sına tabe olan yaxşı silahlanmış hərbi dəstələr yerləşmişdi. Onlara keç-
miş rus ordusundan böyük miqdarda silah qalmışdır. Eyni zamanda ki-
fayət qədər pul vəsaitinə malik olan Erməni Milli Şurası tərxis olunan 
rus əsgərlərindən, əsasən tüfəng almışdılar.
2
 Oktyabr inqilabı dövrünə-
dək Bakıda bir neçə min silahlı erməni əsgər və zabiti var idi ki, onlar 
buraya cəbhənin müxtəlif yerlərindən gəlmişdilər və Zaqafqaziyada təş-
kil edilmiş erməni korpusunu komplektləşdirmək üçün saxlanmışdılar.
3
 
Mart qırğını ərəfəsində erməni milli hərbi hissələri Q.Korqano-
vun yaratmağa başladığı silahlı qüvvələri ilə birləşdilər. Bu zaman 
Qırmızı Ordunun gərargah rəisi, çar ordusunun keçmiş polkovniki, 
“Daşnaksütyun” partiyasının üzvü Z.Avetisov idi.
4
 
Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində vətənə qayıtmalı olan 
rus alaylarının əsgər və zabitləri silah və sursatları dəyər-dəyməzinə rus-
lara (molokanlara) və daha çox ermənilərə satırdılar.
5
  
Cənubi Qafqaz Komissarlığının qərarı ilə Qafqaz cəbhəsini tərk 
edən rus əsgərlərinin silahının bir hissəsi də azərbaycanlılara çatmalı 
                                                 
1
 Азербайджанская  Демократическая  Республика (1918-1920). Внешняя  поли-
тика (документы и материалы). Баку: Азербайджан, 1998, 630 с. C.43. 
2
 Чохели  А.И.  Политика  Франции  в  отношении  Грузии  в 1917-1921 годах. 
Тбилиси: Мецниереба, 1980, 173 с. C.12. 
3
 Azərbaycan tarixi. 3 cilddə, III c., Bakı: Elm, 1973, 598 s. S.88. 
4
 Балаев  А.  Азербайджанское  национально-демократическое  движение 1917-
1920 гг. Баку: Элм, 1990, 95 с. C.20. 
5
 Azərbaycan tarixi. 7 cilddə, V c., Bakı:Elm, 2001, 672 s. S.298. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə