354
Dekabr
Xankəndinin işğalı günü
26
Ərazisi – 1048 km
2
Əhalisinin sayı – 57000 nəfər
İnzibati mərkəzi – XANKƏNDİ
İşğal tarixi 26.12.1991
Xankəndi Azərbaycanın Dağlıq Qarabağ regionundakı
mərkəz şəhəridir. Şəhərin bünövrəsini Qarabağ xanı Pənahəli
xanın oğlu Mehdiqulu xan qoyduğundan Xankəndi adlan-
mışdır. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdən sonra
buraya gəlmə ermənilər yerləşdirilmişdir. 1923-cü ildə erməni
şovinistlərinin təzyiqi ilə kəndə Stepan Şaumyanın adı
verilmişdir (Stepanakert). 1991-ci ildə şəhərin tarixi adı özünə qaytarılmışdır.
Dağlıq Qarabağın mərkəzi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq
ətəyində, Bakıdan 329 km aralıda yerləşir.
Xan babalarımızın əli ilə ilk bünövrə daşları düzülən, Azərbaycan xalqının varı-
dövləti hesabına tikilib müasir şəhər görkəmi alan Xankəndi Qarabağın başqa
yaşayış məntəqələri kimi Ermənistan ordusunun tapdağı altındadır. 20 il öncəyə qə-
dər Xankəndində yüzlərlə azərbaycanlı ailəsi yaşayırdı, yurd-yuvasından didərgin
düşən soydaşlarımız orada Kərkicahan yaratmışdılar.
Xankəndi ölkənin inkişaf etmiş sənaye mərkəzi idi. Yüngül və yeyinti sənayesi
inkişaf etmişdir. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel
fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları vardır.
Hal-hazırda erməni silahlı qüvvələrinin işğalı altındadır.
Bütün Azərbaycan xalqı inanır ki, Dağlıq Qarabağ problemi ən yaxın zamanlarda
birdəfəlik və ədalətlə həll ediləcək, Xankəndi də, Kərkicahan da, Xocalı da, Şuşa da,
Laçın da əsl sahiblərinə - azərbaycanlı övladlarına qovuşacaq.
Biz torpaqlarımıza qayıdacağıq!
355
Vəzir Surxay oğlu Orucov 1956-cı il
dekabr ayının 26-da Tərtər rayonunun
Xoruzlu kəndində anadan olmuşdur.
Orta təhsilini burada almışdır.
1974-cü ildə Bakı Yüngül Sənaye
Texnikumuna daxil olmuş və bir il-
dən sonra hərbi xidmətə çağırılmışdır.
1977-ci ildə hərbi xidmətdən tərxis olunaraq,
yarımçıq qalmış təhsilini davam etdirmişdir.
V.Orucov ilk əmək fəaliyyətinə Tərtər Çörək Zavo-
dunda başlamışdır.
1984-cü il Rusiyanın Arxangelsk vilayətinə köç-
müşdür. 1992-ci ildə Qarabağ müharibəsində iştirak
etmək üçün könüllü olaraq Vətənə dönmüşdür. 1992-
ci il 4 may Tərtər özünümüdafiə batalyonlarından
birinə daxil olmuşdur. Vəzir sıravi döyüşçü olduğu
halda komandir müavini vəzifəsinəcən yüksəlmişdi.
O, batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz
üzərinə götürmüşdü. Batalyonun başlayacağı bütün
döyüş əməliyyatlarından azı bir gün əvvəl özünün
seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçmiş,
onların canlı qüvvəsi, texnikası barədə dəqiq
məlumatlar gətirmişdir. Onun həmişə uğurlu keçən
əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları
qələbəyə səsləyirdi.
Vəzir Orucov Marquşevan, Drombon, Levonarx,
Madagiz, Akop Komari, Sərsəng su ambarı, Çıldıran,
Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə kəş-
fiyyatçı olaraq düşmənin saysız planlarını puç etmiş-
di. 1 sentyabr 1992-ci il
Çıldıran kəndi uğrunda ge-
dən döyüşdə ağır yaralan-
mışdır. Bir müddət müalicə
olunan Vəzir yenidən cəb-
həyə dönür. O, cəsur bir
döyüşçü kimi həmişə döyüş
əməliyyatlarının önündə
getmişdir. Yoldaşları onu
əfsanəvi qəhrəman kimi ta-
nıyırdılar. 22 mart 1993-cü
ildə o, Ağdərənin Qlobus
yüksəkliyi uğrunda gedən
ağır döyüşdə qəhrəmanca-
sına həlak olmuşdur.
Evli idi, bir oğlu yadi-
gar qalıb.
Azərbaycan Respub-
likası Prezidentinin 27 mart
1993-cü il tarixli 495 saylı
Fərmanı ilə Orucov Vəzir
Surxay oğluna ölümündən
sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adı verilmiş-
dir.
Bakı şəhərinin Şəhidlər
Xiyabanında dəfn edilmiş-
dir.
Dekabr
55 illiyi
Vəzir Orucov
1956-1993
Milli
Q
əhr
əman
26
356
Ədəbiyyat
Vəzir Surxay oğlu Orucova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haq-
qında: [Batalyon komandirinin müavini- Azərbaycan Respublikasının suverenliyi və
ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində
göstərdiyi şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası
Prezidentinin Fərmanı, 27 mart 1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin
Məlumatı.-1993.- № 6.- S.7.- (Ölümündən sonra).
Ənsər, B. Son Qlobus döyüşü, həyatı, təhsili, döyüş şücaəti haqqında /B.Ənsər
//Ağrıdağlı qəhrəman.-Bakı, 2004.- S.82-83.
Əsgərov, V. Orucov Vəzir Surxay oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.177.
Həsənoğlu, Ş. Vətən sənə oğul dedi: (Poema) /Ş.N.Həsənoğlu //Ağlama, bülbül
ağlama.- Bakı, 1994.- S.246-342.
Orucov Vəzir Surxay oğlu: (1963-1993) //Azərbaycanın Milli Qəhrəmanları
/tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı: 2008.- S.168.
Səmədov,V. Vəzir Surxay oğlu Orucov (1963-1993) /V.Səmədov, S.Aslanov
//Təki vətən yaşasın.- Bakı, 1992.- S.49-54.
Zeynalov, R. Orucov Vəzir Surxay oğlu: (1963-1993) /R.Zeynalov //Azərbay-
canın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.37.
İnternetdə
www.azerbaycanturkleri.com
www.canbaku.net
www.ilhame.azersayt.com
www.zengilan.com
Nailə Alışova