Microsoft Word 2011 teqvim son doc


Əzizə  Məmməd qızı  Cəfərzadə



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə116/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   112   113   114   115   116   117   118   119   ...   141

359 

 

Əzizə  Məmməd qızı  Cəfərzadə 

1921-ci il dekabr ayının 29-da Bakı 

şəhərində anadan olmuşdur.  İbtidai 

təhsilini 25 saylı  məktəbdə almış, 

sonra teatr texniki məktəbində  və 

ikiillik müəllimlər institutunda oxu-

muş, 1942-1944-cü illərdə  Ağsu ra-

yonundakı Çaparlı  kəndində müəllim işləmişdir. 

1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan 

Dövlət Universitetinin Filologiya fakültəsini bitirmiş-

dir. 1944-1946-cı illərdə Cəfər Cabbarlı adına “Azər-

baycanfilm” kinostudiyasında Ssenari şöbəsinin rəisi, 

1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri

1950-1955-ci illərdə Pedaqoji institutda dosent, ka-

fedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji 

İnstitutunda dosent, 1957-1974-cü illərdə Azərbaycan 

Elmlər Akademiyasının  Əlyazmalar  İnstitutunda baş 

elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət 

Universitetinin professoru vəzifələrində çalışmışdır. 

Ə.Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin 

bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə “XIX 

əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətlə-

ri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr 

Azərbaycan poeziyasında xalq şeiri üslubu” möv-

zusunda doktorluq dissertasiyaları mudafiə etmişdir. 

Ədəbi fəaliyyətə 16 yaşında başlamış  və 1937-ci 

ildə  “Əzrayıl” adlı ilk hekayəsini “Ədəbiyyat” qəze-

tində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə nəşr edil-

miş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxma-

mışdan  əvvəl qadağan olunub yandırılmışdır.  Əzizə 

xanımın nəsr  əsərləri  əsa-

sən tarixi roman janrında 

yazılmışdır. Onun elmi təd-

qiqatların  ədəbi yaradıcı-

lığına da güclü təsir göstər-

miş  və yazıçının  əsərlərini 

Azərbaycan dilinin saflığı 

və təmizliyi uğrunda müba-

rizənin bariz nümunəsinə 

çevirmişdir.  

Yazıçınınn yüzlərlə 

oçerk, elmi tədqiqat və 

publisistik məqalələri dövri 

mətbuatda çap edilmişdir. 

O, “Natavan” adlı kino sse-

nari, çoxlu sayda radio-tele-

viziya pyesləri, xatirat və 

saysız hesabsız bayatı yaz-

mışdır. Əzizə xanım folklo-

rumuzun vurğunu idi, “Ba-

yatı düşüncələrim”, “Xızır 

Nəbi”, “Novruz” və başqa 

Azərbaycan adət-ənənələri, 

etnoqrafiyası ilə bağlı yazı-

ları, televiziya və radioda 

çıxışları onu xalqın sevim-

lisi etmişdir. Bir çox xarici 

ölkələrdə, o cümlədən Yu-

qoslaviya, Suriya, Kipr, 

Hindistan, Sinqapur, Mala-

 

Dekabr  



 

90 illiyi 



Əzizə Cəfərzadə 

1921-2003 

 

 

 



 

Yazıçı 


29 


360 

ziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli 

tədbirlərin iştirakçısı olmuşdur. Bu ölkələrin 

kitabxanalarından tarixi əsərlər ilə bağlı  məlumatlar 

toplamış  və  səyahət gündəlikləri yazmışdır.  Əzizə 

xanım bir sıra xarici müəlliflərin, o cümlədən S.Smir-

novun “Brest qalası”,  Ş.Rəşidovun “Güclü dalğa”, 

A.Lixanovun “Mənim generalım”,  Ə.Kabaklının 

“Əjdaha daşı”, S.Çokumun “Bizim diyar” və s. əsər-

ləri ana dilinə tərcümə etmiş, bir çox kitabın redaktoru 

olmuşdur. Onun əsərləri də bir sıra xarici dillərə, o 

cümlədən rus, fars, tacik, ərəb, qazax və s. tərcümə 

edilib xaricdə  nəşr edilmişdir. Mütəmadi olaraq 

televiziya və radioda müxtəlif mövzularda çıxışlar 

etmiş, televiziyada “Klassik irsimizdən”, “Aşıq Pəri” 

və s. çoxsaylı proqramların müəllifi və aparıcısı 

olmuşdur. Bu verilişlər vasitəsilə xalqa Azərbaycan 

klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bununla 

yanaşı o radioda Cənubi Azərbaycan üçün verilən 

proqramların və “Ana” radio jurnalının uzun illər da-

imi iştirakçısı olmuşdur. 1981-1989-cu illərdə Res-

publika Qadınlar  Şurasının sədri vəzifəsində  iş-

ləmişdir. Azərbaycan qadın və  uşaqlarının hüquq-

larının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş-

dir. O, həyatı boyu xeyriyyəçiliklə  məşğul olmuş, 

1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kən-

dində öz vəsaiti hesabına orta məktəb və klub binası 

tikdirmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və 

erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal 

iştirak edən bir vətəndaş olan Əzizə  Cəfərzadənin 

Azərbaycan elmi və  ədəbiyyatı qarşısında göstərdiyi 

xidmətlər yüksək qiymət-

ləndirilmişdir. O, dönə-dö-

nə müxtəlif fəxri fərmanlar

“Xalqlar dostluğu” ordeni 

və müstəqil Azərbaycanın 

ali mükafatı – “Şöhrət” 

ordeni ilə  təltif edilmişdir. 

Azərbaycan Respublikası 

Prezidentinin fərdi təqaüd-

çüsü idi. Azərtelefilm bir-

liyi onun həyat və yaradı-

cılığı haqqında 2 telefilm 

çəkmişdir.  Əzizə xanımın 

ən böyük mükafatı isə xal-

qın ona qarşı olan böyük 

məhəbbəti idi. Bu sevginin 

məntiqi nəticəsi kimi, o, 

2001-ci ildə “Azərbaycan 

Anası” və “Xalq yazıçısı” 

kimi yüksək adlara layiq 

görülmüşdür.  Əzizə  Cəfər-

zadə 2003-cü il sentyabrın 

4-də ömrünün 82-ci ilində 

uzun sürən ağır xəstəlikdən 

sonra vəfat etmiş  və  vəsiy-

yətinə  əsasən Tağılı  kən-

dində valideynləri, həyat 

yoldaşı və qardaşları ilə bir 

məzarlıqda dəfn edilmişdir. 



 

Ədəbiyyat 

Aləmdə səsim var mənim: tarixi roman/Ə. Cəfərzadə.-Bakı: Şərq-Qərb, 2006.- 432 s. 

Eldən-elə: tarixi roman /Ə. Cəfərzadə.-Bakı : Şərq-Qərb, 2006. 384 s.  

Əliyeva, İ. El anası-Əzizə Cəfərzadə /İ.Əliyeva.- Bakı: Elm, 2001.- 64 s. 

Fateh, Z. Aləmdə  səsi qalan yazıçı, müəllim, alim: Əzizə  Cəfərzadə-90 /Z.Fateh 

//Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.5. 

Xəlilzadə, F. Xəyalımızda yanan işıq /F.Xəlilzadə //Mədəniyyət.- 2010.- 29 oktyabr.- 

S. 13. 


İnternetdə 

www.az.wikipedia.org  

www.azizajafarzade.com                                                                 Adilə Abdullayeva 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə