Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə118/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   114   115   116   117   118   119   120   121   ...   141

364 

Pionerlər evində bir müddət gərgin məşqlər 

aparmışdı. Süleyman müəllim  Əbülfətin fitri 

istedadını da ilk dəfə burada sezərək ona Bakıya 

gəlməsini məsləhət görmüşdü. 

Ə.Əliyev Bakıya gələndən sonra bir müddət Res-

publika radiosunda solist işləmişdir. Radiodakı çıxış-

ları onu bir xanəndə kimi daha da məşhurlaşdırmışdı. 

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının 

solisti olanda onun 19 yaşı vardı. Gənc Əbülfət filar-

moniyanın səhnəsinə bir xanəndə kimi qədəm basan-

da, bu böyük sənət məbədində Xan Şuşinski, Zülfü 

Adıgözəlov, Şövkət Ələkbərova, Sara Qədimova, Fat-

ma Mehrəliyeva, Tükəzban  İsmayılova kimi geniş 

diapazonlu, gözəl səsli müğənnilər çalışırdılar.  

Onun repertuarında 400-ə  qədər xalq və  bəstəkar 

mahnıları var idi. 

 1956-cı il 7 oktyabrda xanəndənin səsinin  ilk dəfə  

lentə köçürülməsi “Pəri” xalq mahnısı ilə başlamışdır. 

  Əbülfət bəstəkar mahnılarının da gözəl ifaçısı idi. 

Xanəndənin ifasında səslənən “Segah-zabul”, “Rast”, 

“Şur”, “Hümayun”, “Rahab”, “Mahur hindi”, “Bayatı-

Şiraz”, “Çahargah”, “Zabul” muğamları radio və 

televiziyanın fonotekasında saxlanılır. Valları xalq 

arasında geniş yayılmışdır. 

   Ə.Əliyev 1956-1962-cı illərdə Azərbaycan Dövlət 

Opera və Balet Teatrının solisti olmuşdur. Üzeyir 

Hacıbəylinin “Leyli və  Məcnun” operası  Əbülfət 

Əliyevin iştirakı ilə lentə 

alınaraq Respublika radio-

sunun qızıl fondunda sax-

lanılır. 

1971-ci ildə Moskada 153 

ölkədən gəlmiş  sənətkar-

ların iştirakı ilə keçirilən 

“Xalqların musiqi mədəniy-

yəti:  ənənə  və novatorluq” 

adlı VII  Ümumdünya mu-

siqi konqresində  Əbülfət 

Əliyev Azərbaycan profes-

sional musiqi ifaçılığını 

ləyaqətlə təmsil etmişdi. O, 

yüksək ifaçılığına görə  

YUNESKO-nun döş nişa-

nına və diplomuna layiq 

görülmüşdü. Xanəndənin 

musiqimizin inkişafındakı 

xidmətləri yüksək qiymət-

ləndirilərək ona 1958-ci il-

də Respublikanın Əməkdar, 

1964-cü ildə isə Xalq artisti 

fəxri adı verilmişdir.  

   Görkəmli xanəndə  Əbül-

fət Əliyev 27 dekabr 1990-

cı ildə vəfat etmişdir. 

Ədəbiyyat 

Çəmənli, M. Nəğməli xatirələr: [Əbülfət  Əliyev haq.] /M.Çəmənli.- Bakı: “El” 

NPŞ MMC, 2007.- 183 s. 

Rəhimli,  İ.  Əbülfət  Əliyev /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.- 

S.577-578. 

Salmanov, R. Muğam ustadının yubileyi /R.Salmanov //Xalq qəzeti.-  2007.-       

18 yanvar.- S.6. 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org                                                                                                               

 

Səmayə Quliyeva 




365 

 

 



Dünya Azərbaycanlıları-

nın Həmrəylik Gününün 

əsası 1989-cu il dekabrın 

axırlarında Naxçıvanda sər-

hədlərin (SSRİ-İran sərhəd-

ləri) dağılması zamanı qo-

yuldu.  Şimali və  Cənubi 

Azərbaycan arasındakı  sər-

həd dirəkləri dağıdıldı. Bu 

vaxt  İstanbulda türk dilli xalqların Konfransı ke-

çirilirdi. Konfrans da dünya azərbaycanlılarının həm-

rəyliyinin qeyd olunmasına qərar verdi.  

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Res-

publikası Ali Məclisinin sədri Heydər  Əliyev dünya 

azərbaycanlılarının birliyini yaratmağın  əhəmiyyətini 

nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlıları-

nın Həmrəylik Günü elan etdi. Beləliklə, o vaxtdan 

bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya 

Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.  

Bu gün Azərbaycan millətinin birlik şüarının 

simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə 

yaşayan azərbaycanlılarla  əlaqələr qurmaq, onlar 

arasında birlik və həmrəylik yaratmaq işində mühüm 

rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik 

Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları 

tərəfindən artıq bir zərurətə  və  mənəvi ehtiyaca 

çevrilmişdir.  

 

Azərbaycanlıların yaşa-



dıqları, fəaliyyət göstərdik-

ləri və çoxluq təşkil et-

dikləri Avropa ölkələrində 

bu tendensiya özünü yük-

sək səviyyədə göstərir. Bu 

da ondan irəli gəlir ki, Av-

ropadakı Azərbaycan dias-

por təşkilatları öz qüvvə-

lərini səfərbər etməkdə ar-

dıcıldırlar və bu ayrı-ayrı 

cəmiyyət üzvləri üçün bir 

araya gəlmək, cəmiyyət və 

qurumlar halında birləşmək 

baxımından dünyanın sivil 

nöqtələrindən biri olan Av-

ropada mühüm əhəmiyyət 

kəsb edir. Fəaliyyət dairə-

sindən, məşğuliyyətindən 

və dini etiqadından asılı 

olmayaraq hər hansı bir 

etnosa aid adamların müəy-

yən zaman kəsiyində öz 

tarixi vətənlərindən kənarda 

məskunlaşmaları və ictimai 

fəaliyyəti bilavasitə dias-

porun formalaşması ilə  nə-

ticələnir.  

 

Dekabr  



 

 

 



Dünya Azərbaycanlılarının  

Həmrəylik  Günü 



 

 

31 




366 

 “Diaspor”  qədim yunan sözü olub, hərfi mənada 

“səpələnmə” deməkdir. Bu sözün yaranma tarixi 

yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və 

köçürülmə dövrünə  təsadüf edir. Müxtəlif ölkələrə 

hərbi yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir 

hissəsi işğal edilmiş  ərazilərdə  məskunlaşmış  və 

buranın daimi sakinlərinə çevrilmişdilər. “Diaspor” 

kəlməsi də məhz onların dilindən yaranmışdır.  

Azərbaycanda “diaspor” anlayışı haqqında ilkin 

təsəvvürlər indi yaranmağa başlasa da, qeyd etmək 

lazımdır ki, həmvətənlərimizin dünyanın müxtəlif 

ölkələrində  məskunlaşması prosesi hələ bir neçə  əsr 

əvvəl başlanmışdı. Digər xalqlarla müqayisədə 

azərbaycanlıların doğma torpağa daha çox bağlılığı 

üzündən Vətəni tərk edib qürbətdə yaşamaqları onlar 

üçün mənəvi baxımdan ağır olmuşdur. Təsadüfi deyil 

ki, Azərbaycan  şifahi xalq ədəbiyyatında “Vətən – 

qürbət” mövzusu mühüm yer tutmuşdur. Bu mənəvi 

amilin özü də Azərbaycan diasporunun yaranmasının 

kifayət qədər qədim tarixə malik olduğunu təsdiqləyir.  

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik 

Günü bayramı dünyanın 70-dən çox ölkəsində 

azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik 

günü Azərbaycan diasporu üçün ən mühüm bayrama 

çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik 

gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin 

Azərbaycanda doğulub böyümüş, Azərbaycan  əsilli 

diaspor nümayəndələri də qeyd edirlər.  

Azərbaycanlılar minilliklər boyu özlərinin doğma 

torpağı olan tarixi Azərbaycan  ərazisində yaşayaraq 

dünya sivilizasiyasına böyük töhfələr vermişlər. 

Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada 

gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində 

Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi 

öz yurd-yuvalarından didərgin salınmış, deporta-

siyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş 

tapmaq, təhsil almaq məq-

sədilə doğma yurdu tərk 

edərək başqa ölkələrdə  qə-

rar tutub yaşayan azərbay-

canlılar da vardır. Beləliklə 

də, azərbaycanlılar tarixi 

Azərbaycan torpaqlarından 

bütün dünyaya yayılmışlar. 

Hazırda onlar dünyanın bir 

çox ölkələrində yaşayırlar. 

Rusiyada, Ukraynada, Müs-

təqil Dövlətlər Birliyinin 

digər ölkələrində, Baltik-

yanı ölkələrdə, Avropada, 

Amerikada,  Şərq ölkələ-

rində iri Azərbaycan icma-

ları yaranmışdır.  

SSRİ-nin son günləri, 

Azərbaycan millətinin, 

Arazın hər iki sahilində sər-

həd yürüşü, dəmir tikanlı 

məftilləri qırması, özünü 

suya vurub öz doğma qar-

daş bacısına qovuşmaları 

iki totalitar dövlətin ciddi 

təzyiqlərinə baxmayaraq, o 

taylı – bu taylı millətin həf-

tələrlə Araz qırağında gecə-

gündüz birləşmək  şüarı, 

azərbaycanlıların bir millət 

olduğunu dünya tarixində 

bir daha canlandırdı. Həm-

rəylik günü bu birləşmək 

istəyinin simvolik nişanıdır.  



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə