Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə115/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   111   112   113   114   115   116   117   118   ...   141

357 

   

Zeynəb Yəhya qızı Xanlarova 

1936-cı il dekabr ayının 28-də 

Bakının Qədirli küçəsində - el di-

lində desək, “Dağlı  məhəlləsi”n- 

də  fəhlə ailəsində anadan olmuş-

dur.  161 nömrəli orta məktəbdə 

təhsil almışdır.  Məktəb vaxtların-

dan  ədəbiyyata və musiqiyə böyük maraq göstərən 

Z.Xanlarova Bakıdakı Mərkəzi pioner və məktəblilər 

sarayında bədii özfəaliyyət dərnəyinə üzv yazılmış və 

dərnəkdə “Cücələrim”in ilk dəfə xorla səslənməsində 

onun da payı olmuşdur. 

1956-cı ildə M.Ə.Sabir adına Bakı  Məktəbəqədər 

Pedaqoji Məktəbə daxil olmuşdur. Sonuncu kursda 

filarmoniyada keçirilən bədii özfəaliyyət həvəskarla-

rının yekun konsertində oxuduğu “Azərbaycan 

maralı” xalq mahnısı ilə birinci yeri tutmuşdur. 

Münsiflər heyətində üzv olan Əfrasiyab Bədəlbəyli-

nin diqqətini cəlb edən Zeynəb xanım onun təkidi ilə 

Pedaqoji Məktəbi bitirdikdən sonra, Asəf Zeynallı 

adına Bakı Orta İxtisas Musiqi Məktəbinə, böyük 

vokal ustadı Seyid Şuşinskinin sinifinə daxil olur. 

Seyid müəllim Zeynəbin səsini dinlədikdən sonra ilk 

dəfə olaraq qadın müğənniləri arasında “Çahargah” 

muğamını oxumağı ona tövsiyə edir. 

1960-cı ildə ilk dəfə olaraq “Çahargah” lentə yazılıb 

efirdə  səslənir. Beləliklə, sevimli müğənnimiz bütün 

musiqisevərlərin diqqətini cəlb edir. Zeynəb Xanla-

rova muğama bütün varlığı ilə bağlanır, repertuarını 

yeni-yeni muğam və təsniflərlə zənginləşdirir.  

 

“Çahargah”la yanaşı, 



“Şur” və “Dilkəş” təsnif-

lərini, “Mahur-hindi”, “Qa-

tar”, “Xaric segah”, “Hü-

mayun”, “Bayatı-kürd”mu-

ğamlarını ciddi-cəhdlə öy-

rənib oxumuşdu. Zeynəb 

əsl novator ifaçı kimi hər 

bir vokal əsərini uzun illər 

boyu davam edən  ənənəvi 

halda oxuma tərzində deyil

tamamilə yeni səpkidə oxu-

muşdu. Bu səbəbdən də 

onun muğam oxumaların-

dakı  şəksiz üstünlüyü da-

nılmazdır. 1961-ci ildə 

məktəbi qurtardıqdan sonra 

görkəmli rejissor Şəmsi 

Bədəlbəyli onu Azərbaycan 

Dövlət Akademik Opera və 

Balet Teatrına solist gö-

türür.  Əmri verilən günün 

sabahı  səhnədə    Leylinin 

məşqinə başlayır. 

İlk tamaşa 1961-ci ilin 

əvvəllərində olur. 

Ölməz sənətkarımız Üze-

yir Hacıbəyovun “Leyli və 

Məcnun” operasının həmin 

gecəki tamaşanın uğuru 

 

Dekabr  



 

75 illiyi 



     

Zeynəb Xanlarova    

1936   

 

 



 

 

Müğənni 



28 


358 

Zeynəb Xanlarovanın teatr yaradıcılığında uğuru idi. 

Beləliklə,  Zeynəb Xanlarovanın 

təkrarsız Leylisi 

qəlblərdə yaşayır. 

Leylidən sonra “Əsli və Kərəm”dəki Əsli də Zeynəb 

yaradıcılığının təqdirəlayiq məhsuludur. Zeynəb 

xanımın təfsirində hər iki obraz teatrın yaradıcılıq sal-

naməsinə qızıl hərflərlə yazılmışdır. 

Zeynəbin ifaçılığında ümumiləşdirmə, emosionallıq, 

sərrast səs həmləsi, plastiklik, müntənasiblik, aydın 

tələffüz, zəngin səs palitrası hamını heyran qoyur. 

1967-ci il Zeynəb Xanlarovanın həyatında  əlamət-

dar oldu; musiqi ifaçılıq mədəniyyəti qarşısında mü-

hüm xidmətlərinə görə istedadlı  sənətkar “Azərbay-

can SSR Əməkdar artisti” fəxri adına layiq görüldü. 

Bu Z.Xanlarovanın yaradıcılıq məsuliyyətini daha da 

artırdı, müxtəlif  üslublu bəstəkarlarla yaradıcılıq əla-

qəsinə girdi, onlardan təzə-təzə mahnılar aldı. 

Müğənninin repertuarında Fikrət Əmirovun, Cahan-

gir Cahangirovun, Tofiq Quliyevin, Arif  Məlikovun, 

Ramiz Mustafayevin, Şəfiqə Axundovanın, Emin Sa-

bitoğlunun, Telman Hacıyevin, Tofiq Bakıxanovun, 

Ramiz Mirişlinin, Oqtay Kazımovun, Oqtay Rəcəbo-

vun və onlarca başqalarının mahnıları möhkəm yer 

tuturdu. 

Lirik soprano səsi olan müğəninin ifa tərzində tem-

perament, gur zəngulələri olan yaddaqalan mahnıları 

onu xalqın sevimlisinə çevirmişdir. Zeynəb Xanlarova  

bir çox mahnıların müəl-

lifidir. O, ABŞ, Fransa, İs-

veç, İtaliya, Kanada, Yapo-

niya, Türkiyə, Danimarka 

və s. dünyanın müxtəlif 

yerlərində qastrol səfərində 

olmuş, konsertlər vermiş-

dir. 

Müğənni 1975-ci ildən 



Azərbaycanın  Xalq artisti, 

1980-ci ildən isə SSRİ 

Xalq artistidir.1986-cı ildə 

ona Ümumittifaq “Melodi-

ya” firmasının “Qızıl valı” 

verilmiş, “Şöhrət” ordeni 

ilə təltif olunmuşdur. 

Arif Qazıyevin rejissorlu-

ğu ilə Zeynəb Xanlarova 

haqqında üç seriyalı “Zey-

nəb” adlı  sənədli-musiqili 

film çəkilmişdir. 

Görkəmli müğənni hazır-

da Azərbaycan  Respubli-

kası Milli Məclisinin depu-

tatıdır. 



Ədəbiyyat 

Rəhmanzadə, F. Nəğmə dolu könül /F.Rəhmanzadə.- Bakı: İşıq, 1985.-176 s. 

Evdə otururam, burda da olsam, Zeynəb Xanlarovayam: [Millət vəkili ilə 

müsahibə] /Z. Xanlarova //Kaspi.-2006.-8-9 mart.-S.3. 

Əsgərov, V. “Zeynəb” Ürəklərə yol salır mahnıları: [Xalq artisti Zeynəb 

Xanlarova haqqında] /V. Əsgərov // Azərbaycan.-2009.-8 sentyabr.-S.6. 

Qazıyev, A. Zeynəb, ürəklərə yol salır mahnıların /A.Qazıyev //Azərbaycan.- 

2002.- 8 sentyabr.-S. 6 . 

Quliyeva, Z. Xalq artisti haqqında film. [Arif Qazıyevin rejissorluğu ilə Zeynəb 

Xanlarova haqqında üç seriyalı “Zeynəb” adlı  sənədli-musiqili film haqqında] /Z. 

Quliyeva //Azərbaycan.-2006.-17 yanvar.-S.6.         

Ülkü, İ. Z.Xanlarovanın sənət yolu /İ. Ülkü //Azərbaycan.- 2002.- 21 iyul.-S.5.  



Saqibə Mehrəliyeva 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə