Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə112/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   108   109   110   111   112   113   114   115   ...   141

349 

Onun əsərləri İraq, Fransa və Türkiyədə nəşr olun-

muşdur. Z.Bünyadov keçmiş SSRİ-nin  Ərəb ölkələri 

ilə Dostluq Cəmiyyətinin Rəyasət Heyətinin vitse-

prezidenti seçilmişdir. 

1982-ci ildə o, Azərbaycan SSR Əməkdar elm 

xadimi fəxri adını almaqla bərabər, Türkiyə Respubli-

kasının Türk Tarix Qurumunun müxbir üzvü seçilmiş-

dir. Fəaliyyəti dövründə Sovet İttifaqın Qəhrəmanı 

Ziya Bünyadov, Lenin ordeni,

 

Qırmızı Ulduz, Qırmızı 



Bayraq, II dərəcəli Aleksandr Nevski, və I dərəcəli 

Vətən müharibəsi ordenlərinə, medallara, həmçinin 

müstəqil Azərbaycanın  ən yüksək mükafatı sayılan 

“İstiqlal” ordeninə layiq görülmüşdür. 

1988-ci ildə Azərbaycan SSR EA-nın Şərqşünaslıq 

İnstitutunun direktoru təyin edilmiş alim 1990-cı ildə 

akademiyanın vitse-predizenti seçilmişdir. 

1990-cı  ildə o “Qurani-Kərim”i Azərbaycan dilinə 

çevirmiş, 1993-cü ildə A.Bakıxanovun “Gülüstani-

İrəm” əsərini elmi təfsir və şərhlərlə nəşr etdirmişdir. 

Azərbaycanın müstəqillik uğrunda başladığı 

mübarizə şəraitində, Qarabağ münaqişəsinin qızışdığı 

bir dövrdə alim əsl vətəndaş mövqeyi tutaraq müstə-

qilliyimizin və ərazi bütöv-

lüyümüzün təmin olunması 

istiqamətində fəaliyyət gös-

tərmiş, 1995-ci ildə o, Milli 

Məclisin deputatı seçilmiş-

dir. 

Z.Bünyadov Azərbay-



canda  mediyevist tarixçilik 

məktəbinin banisi və rəhbə-

ri olmuş, ümumilikdə 540  

elmi  əsər – monoqrafiya, 

məqalə  və s. yazmış, tər-

cümələr etmişdir. Onun 

rəhbərliyi altında 35 disser-

tasiya müdafiə olunmuşdur. 

1997-ci il fevral ayının 

21-də naməlum cinayətkar 

tərəfindən vəhşicəsinə qətlə 

yetirilmişdir. Bakı  şəhərin-

dəki küçələrdən biri və EA 

Şərqşünaslıq  İnstitutu onun 

adını daşıyır. 

Ədəbiyyat 

Azərbaycan Atabəylər dövləti /Z.Bünyadov.- Bakı: Elm, 1985.- 268 s. 

Azərbaycan VII-IX əsrlərdə /Z.Bünyadov.- Bakı: Azərnəşr, 1989.- 335 s. 

Dinlər, təriqətlər, məzhəblər /Z.Bünyadov.- Bakı: Azərbaycan, 1997.- 287 s. 

Fətəlixan Xoyski /Z.Bünyadov.- Bakı: Şərq-Qərb, 1997.- 40 s. 

Qırmızı terror /Z.Bünyadov.- Bakı: Azərnəşr, 1993.- 329 s. 

Öldürülmüş qalaktika /Z.Bünyadov.- Bakı: Elm, 1999.- 341 s. 

Əhmədov, S. Ziya Bünyadov //Azərbaycan tarixindən yüz şəxsiyyət 

/S.Əhmədov.- Bakı: Ayna Mətbu evi, 2006.-S.251-253. 

Yurdumuzun Ziyası.- Bakı: Elm, 1997.- 261 s. 

Z.M.Bünyadov: Biblioqrafiya /Azərbaycan EA Şərqşünaslıq  İnstitutu. Mərkəzi 

Elmi Kitabxana.- Bakı: Elm, 1988.- 85 s. 



İnternetdə 

www.adam.az 

www.az.wikipedia.org 

www.science.gov.az 

 

Bəybala Ələsgərov 



350 

  

 



Əlisəttar Ələsgər oğlu Atakişiyev  

1906-cı il dekabr ayının 25-də 

Bakıda kustar-xarrat ailəsində 

anadan olub. 8 yaşında 

valideynlərini itirmiş bu kimsəsiz 

oğlan orta məktəbi bitirdikdən sonra 

jurnallarda rəssam kimi fəaliyyət 

göstərmiş, sonra isə Moskva Ali 

Rəssamlıq-Texniki Məktəbinin rəngkarlıq  şöbəsini 

bitirmişdir.  

1924-cü ildə orta məktəbi bitirdikdən sonra 

Azərbaycan dilindən nəşr olunan “Şərq qadını” və 

“Həmkarlar İttifaqı” jurnalları redaksiyasında rəssam-

illüstrator işləyib. 1926-cı ilin sonunda Moskvaya 

getmiş, SSRİ Xalq Komissarları Sovetinin İşlər 

İdarəsində tərcüməçi düzəlmişdir.  

1930-cu ildə Ümumittifaq Dövlət Kinematoqrafiya 

İnstitutunun Kinooperatorluq fakültəsinə qəbul olmuş 

və 1936-cı ildə burada təhsilini başa vurub, 

“Mosfilm” kinostudiyasında operator kimi fəaliyyətə 

başlamışdır. Bakıya isə bir az sonra gəlmişdir. “Azər-

film” studiyasına dəvət olunan operator ilkin olaraq 

“Bakılılar” filmində baş operator işləmişdir. Amma 

sonradan o yenə “Mosfilm”ə qayıtmışdır. Burada ilk 

rəngli filmlərin yaradılmasında iştirak etmişdir.  

Müharibə illərində  Əlisəttar Atakişiyev Bakıya 

gəlmiş, burada “Arşın mal alan” filminin çəkilişlə-

rində  iştirak etmiş, filmin uğurlu alınması üçün əlin-

dən gələni  əsirgəməmişdir. Müstəqil operator kimi 

Əlisəttar Atakişiyev “Fətəli 

xan” filmində  işləmişdir. 

Sonra isə o, Tallinə göndə-

rilmiş  və burada müharibə-

dən sonra kino istehsalının 

bərpa edilməsində xüsusi 

xidmət göstərmişdir.  

Azərbaycana qayıtdıq-

dan sonra “O olmasın, bu 

olsun”, “Uzaq sahillərdə” 

və bir neçə  sənədli filmdə 

operator kimi fəaliyyət gös-

tərmişdir. 

 O, rejissor kimi  “Bir 

qalanın sirri”, “Sehrli xa-

lat”, “Qərib cinlər diyarın-

da” kimi filmləri ilə Azər-

baycan uşaq kinosunun əsa-

sını qoymuşdur.  

Kinorejissor 

Əlisəttar 

Atakişiyevin istər operator, 

istərsə də rejissor kimi çək-

diyi filmlər Azərbaycan 

kino tarixində öz layiqli ye-

rini tutmuşdur. Görkəmli 

sənətkar  Əlisəttar Atakişi-

yev incəsənətdə heyran olu-

nacaq dərəcədə sadə, lakin 

ciddi, güzəştsiz və ibrəta-

 

Dekabr  



 

105 illiyi 



Əlisəttar  Atakişiyev 

1906-1990 

 

 

 



 

Rejissor 

25 



351 

miz ömür yaşadı. O, özünü təkcə operator və rejissor 

kimi deyil, həm də dekorasiya rəssamı, geyim 

rəssamı, quraşdırma çəkilişləri rəssamı, ssenarist, 

dublyaj rejissoru kimi də  təsdiqləmişdi. O özünə xas 

olan ustalıqla filmlərinə ifaçıları seçirdi, seçimdə heç 

də yanılmırdı, ekranda təkrarsız nağıl dünyası 

yaradırdı. Xüsusilə film-nağılları çəkəndə  bizim nuh 

əyyamından qalma texniki imkanlardan inadla 

yararlanmağa çalışırdı. Çəkiliş prosesinin irili-xırdalı 

bütün mərhələlərində kinokadrlarda öz görümünü, öz 

duyumunu aparıcı xəttə çevirməyi bacarırdı. 

 “Bizim  küçə”, “İstintaq davam edir” filmləri ilə 

Azərbaycan kinosunu zənginləşdirən 

Əlisəttar 

Atakişiyev eyni zamanda rəssam kimi də fəaliyyətini 

davam etdirmişdir. Əsərləri ümumittifaq və respublika 

sərgilərində  dəfələrlə nümayiş etdirilmişdir. O, həm 

də uşaqlar üçün “İbrahimin sərgüzəştləri” adlı nağıllar 

kitabını da çap etdirmişdi. 

Ümumiyyətlə,  Ə.Ataki-

şiyev “Azərbaycanfilm“ ki-

nostudiyasında işlədiyi 45 

il ərzində operator kimi 11, 

2 bədii-sənədli, 4 sənədli, 

rejissor kimi 5 bədii film 

çəkmişdir. 

O, 1960-cı ildə Əməkdar 

incəsənət xadimi adı almış-

dır. 


1990-cı il noyabr ayının  

7-də görkəmli sənətkar  

Əlisəttar Atakişiyev Mos-

kvada Kino Veteranları 

evində vəfat etmişdir. 

 

Ədəbiyyat 



 

Kazımzadə, A. Əbədi ölməzlik zirvəsi: Azərbaycanın Əməkdar incəsənət xadimi, 

kinooperator və kinorejissor Əlisəttar Atakişiyevin anadan olmasının 100 illiyinə 

həsr edilir /A.Ə.Kazımzadə; red. M.Bəyişli; Azərbaycan Respublikası Mədəniyyət və 

Turizm Nazirliyi.- Bakı: E.L. NPŞ MMC, 2006.- 134 s. 

Mükərrəmoğlu, M.  “Əbədi ölməzlik zirvəsi”: Azərbaycanın  Əməkdar incəsənət 

xadimi, kinooperator və kinorejissor Əlisəttar Atakişiyevin anadan olmasının 100 

illiyinə həsr edilir /M.Mükərrəmoğlu //Xalq qəzeti.- 30 yanvar.- 2007.- S.7.   

 

İnternetdə 

www.az.wikipedia.org 

www.xalqqazeti.com/index  

www.kinozal.az 

 

Nailə Alışova  



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə