Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə108/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   104   105   106   107   108   109   110   111   ...   141

339 

rinə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikası 

sənətinin bitkin nümunələrindəndir. 

Mikayıl Abdullayev müasir Azərbaycan boyakarlı-

ğının nəhəng sütunlarından biri olaraq Azərbaycan tə-

biətinin, xalqımızın mənəvi və mədəni həyatının təbli-

ğində mühüm işlər görmüşdür. Onun portret boyakar-

lığı, qrafikası, kitab rəssamlığı da təqdirə layiqdir. 

Əsərləri ölkəmizin sənət muzeylərini bəzədiyi kimi, 

xarici ölkələrin sərgi salonlarında da nümayiş etdi-

rilmişdir.  

1956-1971-ci illərdə Hindistan, Əfqanıstan, Maca-

rıstan, Polşa, İtaliya və başqa ölkələrə səfərlər zamanı 

çəkdiyi rəsmlər silsiləsində “Benqal qızları”, “Ra-

cəstan qadınları”, “Qoca əfqan” və s. rəsm əsərlərində 

milli və  fərdi xarakteristika, plastika, kolorit zən-

ginliyi  əsas yer tutmuşdur. Mikayıl Abdullayevin 

əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt

Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə, Brüssel kimi 

şəhərlərdə nümayiş etdirilmişdir. 1966-1967-ci illərdə 

Berlin və Leypsiqdə  rəssamın fərdi sərgisi ke-

çirilmişdir.  

Son vaxtlara kimi sənət həvəskarları Mikayıl Ab-

dullayevi rəngkarlıq əsərləri, qrafika və səhnə tərtibatı 

ustası kimi tanıyırdılar. Mikayıl Abdullayevin yara-

dıcılığında Bakı metrosunun “Nizami” stansiyasının 

interyerinin tərtibatı xüsusi yer tutmuşdur. Oradakı 

rəsmlər mozaika sənətinin 

ən gözəl nümunələri kimi 

zövq oxşayır. Bu yeni sil-

silə göstərir ki, Mikayıl 

Abdullayev həm də orijinal 

dəst-xəttə malik monumen-

tal sənət ustası olmuşdur. 

Ölkədə baş verən icti-

mai-siyasi hadisələrə də bi-

ganə qalmayan rəssam XX 

əsrin böyük cinayəti hesab 

etdiyi 20 Yanvar faciəsin-

dən təsirlənmiş  və 1992-ci 

ildə “Nakamların dəfni” 

əsərini yaratmış  və hisslə-

rini fırçası vasitəsilə ifadə 

etmişdir. 

Görkəmli rəssam, Döv-

lət mükafatı  və Beynəlxalq 

Nehru mükafatı laureatı 

Abdullayev Mikayıl Hü-

seyn oğlu 21 avqust 2002-

ci ildə Bakı şəhərində vəfat 

etmişdir. 

 

Ədəbiyyat 

Quliyev,  Ə. Xalq rəssamı Mikayıl Abdullayev /Ə.Quliyev //Respublika.- 2010.-  

29 avqust.- S. 3. 

Mehdixanlı, T. Rənglərin də dili var... /T.Mehdixanlı //Azərbaycan.- 2006.- 12 

sentyabr.- S.7. 

Mükərrəmoğlu, M. Rənglərin poeziyasını yaradan sənətkar /M.Mükərrəmoğlu 

//Xalq qəzeti.- 2010.- 29 aprel.- S. 8. 

Mükərrəmoğlu, M. “Sənin dilin olmasa da, çəkərsən” /M.Mükərrəmoğlu //Xalq 

qəzeti.- 2008.- 20 dekabr.- S.7. 

Rafiqqızı, N. Öz Pikassomuz - Mikayıl Abdullayev /N.Rafiqqızı //Olaylar.- 2010.- 

12 noyabr.- S. 12. 

Sabutay. Mikayıl Abdullayevin əsərləri Azərbaycana qaytarıldı/Sabutay 

//Mədəniyyət.- 2008.-14 iyun.- S.4. 

 Samirə   Eminova      




340 

 

Riad Fikrət oğlu  Əhmədov 



1956-cı il dekabr ayının 20-də 

Bakı  şəhərində ziyalı ailəsində 

dünyaya göz açıb. 1972-ci ildə 

Bakıdakı 134 saylı məktəbi bitirib, 

Azərbaycan Dövlət Universitetinə 

(indiki Bakı Dövlət Universitetinə) 

daxil oldu. O, 1976-ci ildə Hüquq fakültəsini bitirib, 

1981-ci ilə  qədər Respublika Ədliyyə Nazirliyində 

hüquq məsləhətçisi vəzifəsində  işləmişdir. 1982-ci 

ildə Minsk Ali Hərbi Məktəbini bitirmişdir. Bakıya 

qayıtmış  və Milli Təhlükəsizlik Nazirliyinin əks-

kəşfiyyat idarəsində fəaliyyətə başlamışdı. 

Azərbaycan torpağında gedən müharibə bir zabit 

kimi onu rahat buraxmırdı. Elə buna görə də o, bütün 

bacarığını Milli Ordunun yaradılmasına sərf etdi. 

Riad  Əhmədov 1989-cu ildən etibarən tez-tez 

Qarabağın sərhəd bölgələrinə getdi. O, döyüşlərin fəal 

iştirakçısına  çevrildi. 1991-ci ildə erməni yaraqlıları-

nın mühüm strateji dayaq məntəqələrindən biri sayılan 

Çaykəndin azad edilməsi əməliyyatında xüsusi xidmət 

göstərdiyinə görə yüksək mükafata layiq görüldü. O, 

artıq polkovnik-leytinant rütbəsində idi. 

1992-ci ilin yanvar ayında keçmiş  Əfqanıstan 

döyüşçülərindən xüsusi təyinatlı  dəstə yaradan 

R.Əhmədov  Şuşaya göndə-

rilir. Yanvarın 26-da ona 

daha bir çətin döyüş tapşı-

rılır.  


Riad dəstədən 11 nəfər 

götürdü. Dəstə  Şuşa-Laçın 

yolunun üstündə  ən böyük 

maneə olan Daşaltının düş-

məndən təmizlənməsində 

iştirak edənlərə kömək gös-

tərməli idi. Vəziyyət çox 

ağır idi. Qeyri-bərabər ge-

dən döyüşdə Riad itkin düş-

dü. Sonrakı taleyi haqqında 

məlumat yoxdur. 

Ailəli idi. İki qızı yadi-

gar qalıb. 

Azərbaycan Respublika-

sı Prezidentinin 7 iyul 

1992-ci il tarixli 833 saylı 

Fərmanı ilə Əhmədov Riad 

Fikrət oğluna “Azərbayca-

nın Milli Qəhrəmanı” adı 

verilmişdir. 

Hazırda 203 saylı orta 

məktəb onun adını daşıyır. 



Ədəbiyyat 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına 

“Azərbaycanın Milli Qəhrəmanı” adı  verilməsi haqqında [Əhmədov Riad Fikrət 

oğlu - podpolkovnik - Azərbaycan Respublikasının suverenliyi və  ərazi 

 

Dekabr  


 

55 illiyi 

Riad  Əhmədov     

1956-1992 

 

 

 



 

Milli 


Qəhrəman 

20 



341 

bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin  təmin edilməsində 

göstərdiyi  şəxsi igidlik və  şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı, 7 iyun 1992-ci il //Azərbaycan  Respublikası Ali Sovetinin Məlumatı.-

1992.-№13.-S.25.-(Ölümündən sonra). 

 

Əsgərov, V. Əhmədov Riad Fikrət oğlu /V.Əsgərov //Azərbaycanın Milli 



Qəhrəmanları.- Bakı, 2005.- S.48. 

Əhmədov Riad Fikrət oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.52. 

Süleymanov, B. Ordumuza Riad Əhmədov kimi igidlər gərəkdir /B.Süleyma-

nov //Azərbaycan.- 2005.- 12 iyun.- S.4. 

         Saqibə Mehrəliyeva 

 

 

 

Məhəmməd peyğəmbər (s.ə.s.) camaatla namaz qılarkən bir nəfər onlara 



qoşularaq belə dua etmişdir: “Allahım! Səndən  əməli saleh bəndələrinə verdiyin 

nemətlərin  ən üstününü istəyirəm”. Namazdan sonra Peyğəmbər  əfəndimiz (s.ə.s.) 

həmin adama demiş ki, bu duanın təsiri ilə Allah yolunda şəhid olacaqsan. 

 

Peygamberimizin tavsiye ettiği 100 dua.- 



İstanbul: Osmanlı Yayınev,2007.- S.9. 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə