Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə107/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   103   104   105   106   107   108   109   110   ...   141

336 

 

Salatın Əziz qızı Əsgərova 



1961-ci il dekabr ayının 16-da 

Bakıda ziyalı ailəsində doğul-

muşdur.  

  1979-cu  ildə M.Müşviq 

adına 18 saylı orta məktəbi əla 

qiymətlərlə başa vurmuşdur. Salatın elə  həmin il 

Azərbaycan  Neft və Kimya İnstitutuna daxil olmuş-

dur. Mühəndis diplomu olsa da, ədəbiyyata olan 

həvəsi onu jurnalistika aləminə yönəltmişdir. O, 

əvvəlcə  qələmini  ştatdankənar müxbir kimi sına-

mışdır. Sonra “Bakı” və “Молодежь Азербайджана” 

qəzetlərində müxtəlif mövzularda çıxışlar etməyə 

başlamışdır. Onun toxunduğu məsələlər həyatımızın 

ən vacib problemləri ilə bağlı olmuşdu. Qarabağ 

dərdi, torpaqlarımızın bütövlüyü onun yazılarının 

başlıca mövzularına çevrilmişdi. O, tez-tez cəbhə 

xəttinə getmiş, qaynar nöqtələrdən operativ mate-

riallar hazırlamışdır. Ailəsi, iş yoldaşları ondan bərk 

nigaran qalırdı. Dəfələrlə onun döyüş bölgəsinə 

getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə 

nail ola bilmirdilər. 

Salatın bir rus zabitinin maşınına əyləşərək erməni 

kəndlərinin birinə yollanmışdı. O, kənd dükanının 

yanında adamlarla söhbət etmiş, onları təhrikə uyma-

mağa, barışığa çağırmışdı. Az  qalır ki, bu sözlərə 

görə azğınlaşmış erməni yaraqlıları onu güllələsinlər. 

Rus zabiti Salatını güclə aradan çıxarmışdı. Lakin 

aldığı yaralardan onun özü həlak olmuşdu.  

  1991-ci  il  yanvarın 9-

da o, Laçından  Şuşaya gə-

lirdi, yolun 6-cı kilometrin-

də, Qaladərəsi kəndi yaxın-

lığında erməni quldurları 

maşını yaxın məsafədən 

atəşə tutmuşlar. Tanınmış 

jurnalist, “Молодежь Азер-

байджана” qəzetinin əmək-

daşı Salatın  Əsgərova vəh-

şicəsinə qətlə yetirilmişdir. 

Ailəli idi. Bir oğlu yadi-

gar qalıb. 

Azərbaycan Respublika-

sı Prezidentinin 6 noyabr 

1992-ci il tarixli 294 saylı  

Fərmanı ilə Əsgərova Sala-

tın  Əziz qızına ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmiş-

dir. 

Bakı  şəhərinin  Şəhidlər 



Xiyabanında dəfn edilmış-

di. 


Bakı şəhərində adına kü-

çə var. Bakı buxtasındakı 

gəzinti kateri onun adını 

daşıyır. “Təfəkkür” Univer-

sitetində büstü qoyulmuş-

dur. Yaşadığı binaya barel-

 

Dekabr  


 

50 illiyi 

Salatın Əsgərova  

1961-1991 

 

 

 



 

 

Milli 



Qəhrəman 

16 



337 

yefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd   “Salatınkənd” adlanır. 

 

Ədəbiyyat 

 

S.Ə.Əsgərovaya, A.M.Mustafayevə “Azərbaycanın Milli Qəhrəmanı” adı 

verilməsi haqqında: [Əsgərova Salatın  Əziz qızı - «Молодежь  Азербайджана» 

qəzetinin müxbiri - Qarabağın Dağlıq hissəsində baş verən hadisələrin respublika və 

dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə, xidməti borcunu yerinə 

yetirərkən göstərdiyi  şəxsi igidlik və  şücaətə görə]: Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı, 6 noyabr 1992-ci il //Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı, 6 noyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-

1992.- № 21.-S.27. (Ölümündən sonra). 

 

Əsgərov, V. Əsgərova Salatın  Əziz qızı /V.Əsgərov //Azərbaycanın Milli 



Qəhrəmanları.- Bakı, 2005.- S.70. 

    Əsgərova Salatın  Əziz qızı //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.71. 

Əsgərova, Z.  “Salatın evə güllər gətirdi” /Z.Əsgərova //Şərq.-2007.- 8 mart.-S.3.         

                  

         Saqibə Mehrəliyeva

 



338 

 

Mikayıl Hüseyn oğlu Abdullayev 

1921-ci il dekabr ayının 19-da Bakı 

şəhərində anadan olmuşdur.1939-cu 

ildə Əzim Əzimzadə adına Azərbay-

can Rəssamlıq məktəbini, 1949-cu 

ildə V.İ.Surikov adına Moskva 

Dövlət Rəssamlıq  İnstitutunu bitir-

mişdir. 

Mikayıl Abdullayev Ə.Əzimzadə,  İ.E.Qrabar, 

V.V.Favorskaya, S.V.Gerasimov kimi görkəmli rəs-

samlardan dərs almış, hələ 18-20 yaşlarından böyük 

sənətkarların diqqətini cəlb etmişdi.  İlk fərdi sərgisi  

36 yaşında Moskvada keçirilmişdi. O, SSRİ  Rəs-

samlıq Akademiyasının müxbir üzvü, SSRİ Rəssamlar 

İttifaqının katibi seçilmişdi. 

Mikayıl Abdullayev əli fırça tutandan son nəfəsinə 

qədər yalnız istedadına, gecəli-gündüzlü qatlaşdığı 

zəhmətinə güvənmişdi. Gərgin axtarışları, cəfaları isə 

hədər getməmişdi. Müxtəlif fəxri adlara, təltiflərə 

layiq görülmüşdü. SSRİ Xalq rəssamı, SSRİ Dövlət 

və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı, 

professor,  ən  əsası  zərif qəlbli,  kövrək ürəkli insan 

kimi tanınmışdı. 

Mikayıl Abdullayev iki min, üç min illiklərin qaya 

rəsmləri olan Qobustan təsvirlərindən, Şərqin bir çox 

sənətkarlarını riqqətə gətirən böyük rəssam Manidən, 

Təbriz miniatür məktəbinin klassik nümayəndələrinin 

yaradıcılığından ruhlanaraq yüksək sənətkarlıq möv-

qeyinə qalxmışdır. Rəssamlarımız arasında Mikayıl 

Abdullayev kimi ikinci bir fırça ustası tapılmaz ki, o  

 

öz yaradıcılığı ilə klassik və 



müasir Azərbaycan  ədəbiy-

yatına möhkəm bağlı olsun. 

Dahi Nizamidən başlamış 

bu gün yazıb-yaradan  şair 

və nasirlərimizə  qədər o, 

bir çox sənətkarların da 

portretlərini yaratmış, ya da 

onların  əsərlərinə - poema, 

hekayə  və romanlarına 

illüstrasiyalar çəkmişdir. 

Bunların arasında Nizami-

nin, Nəsiminin, Füzulinin, 

Vaqifin, M.F.Axundovun, 

Aşıq  Ələsgərin, M.Ə.Sabi-

rin, C.Cabbarlının, S.Vur-

ğunun, Rəsul Rzanın və 

başqalarının əsərləri vardır.  

    Mikayıl Abdullayevin ki-

tab qrafikasında Azərbay-

can  ədəbiyyatı nümunələri 

böyük yer tutmuşdur.  Şifa-

hi xalq ədəbiyyatından “Ki-

tabi-Dədə Qorqud”, “Molla 

Nəsrəddin lətifələri”, yazılı 

ədəbiyyatımızdan “Leyli və 

Məcnun”, “Danabaş  kəndi-

nin məktəbi”, “Poçt qutu-

su”, “Gələcək gün”, “Şa-

mo”, “Şəbi-hicran”  əsərlə-

 

Dekabr  



 

90 illiyi 

 

Mikayıl Abdullayev   



1921-2002 

 

 



 

 

 



Rəssam 

19 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə