200
Samir Xəlil oğlu Zülfüqarov
1976-cı il iyul aynın 3-də Dəvəçi
rayonunun Ağbaş kəndində anadan
olmuşdu. O, səkkizinci sinifə kimi
burada oxumuşdu. Ailə vəziyyəti
ağır olduğu üçün, məktəbi yarımçıq
qoyaraq atası ilə bərabər işləmiş,
ailələrinə dayaq olmuşdu. 1994-cü ilin avqustunda
Dəvəçi rayon Hərbi Komissarlığı tərəfindən Milli
Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdi.
Samir Zülfüqarov Yaşma qəsəbəsində yerləşən
hərbi hissələrin birində xidmət etmişdi. Komandirləri
nizam-intizamlı, nümunəvi əsgər olduğunu nəzərə
alaraq ona qısamüddətli məzuniyyət vermişdilər. Bu
vaxt respublikada vəziyyət yenidən gərginləşmişdi.
Bir qrup cinayətkar ünsürlərdən ibarət silahlı dəstə
hakimiyyəti ələ keçirmək üçün dövlət çevrilişi etmək
istəyirdi. Baş verən hadisələrə biganə qala bilməyən
Samir, məzuniyyətini yarımçıq qoyub döyüş yoldaş-
larının yanına qayıtmışdı. Milli Ordunun əsgərləri
dövlət çevrilişinə cəhd edən qüvvələrlə üz-üzə dayan-
mışdı. Onlarla aparılan danışıqlar nəticə vermədi. Qan
töküldü. Samir dövlətçiliyimiz, suverenliyimiz uğrun-
da canını qurban verdi. 17
mart 1995-ci ildə o əbədiy-
yətə qovuşdu.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel 1995-
ci il tarixli 307 saylı Fər-
manı ilə Zülfüqarov Samir
Xəlil oğluna ölümündən
sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adı verilmiş-
dir.
Dəvəçi rayonunun Ağbaş
kəndində dəfn edilmişdir.
Dəvəçi rayon 3 saylı orta
məktəb onun adını daşıyır.
Məktəbdə büstü qoyulmuş-
dur.
Ədəbiyyat
Əsgərov, V. Zülfüqarov Samir Xəlil oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.219.
Zülfüqarov Samir Xəlil oğlu //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya
/tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.203.
Bəybala Ələsgərov
İyul
35 illiyi
Samir Zülfüqarov
1976-1995
Milli
Qəhrəman
3
201
Arif Süleyman oğlu Rəhimov
(Şamo Arif) 1936-cı il iyul ayının
9-da Qubadlı rayonunun Əyin
kəndində anadan olmuşdur. O, qar-
daşının xatirəsini əziz tutaraq, özü-
nə Şamo Arif təxəllüsünü götür-
müşdür.
Bakıda 7 saylı orta məktəbi
bitirdikdən sonra 1954-1959-cu illərdə Azərbaycan
Dövlət Neft və Kimya İnstitutunun Geoloji Kəşfiyyat
fakültəsində təhsil almışdır. 1959-2003-cü illərdə
Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat Layihə
İnstitutunda kollektor-fəhlə, texnik, baş mexanik,
mühəndis, aspirant, baş mühəndis, kiçik elmi işçi, baş
elmi işçi, aparıcı elmi işçi, eyni zamanda
“Azərekspertiza” Birliyinin direktoru vəzifələrində
işləmişdir. 1965-ci ildə o, ölkəmizdə ilk dəfə olaraq
“Yer səthinin geotekton inkişafının öyrənilməsində
Elektron Hesablama Maşınlarının tətbiqi” mövzusun-
da namizədlik dissertasiyası müdafiə edib. Neft geolo-
giyasına dair 50-dək elmi məqalələrin, “Xəzər və
neft” adlı elmi-kütləvi monoqrafiyanın müəllifidir.
Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan qadını”
jurnalında çap olunan “Qoşa çinar” hekayə-əfsanəsi
ilə başlamışdır. Çoxlu sayda roman, povest və
hekayələrin müəllifi olan Şamo Arifin əsərləri dövri
mətbuatda da vaxtaşırı dərc edilmişdir. Bu əsərlər
arasında “Səhra”, “Mənim payız çiçəyim”,
“Qınamayın məni”, “Ki-
şi kimi olmalı” və digər-
lərini göstərmək olar.
“Qınamayın məni” ro-
manının motivləri əsasında
yazdığı pyes səhnələşdiril-
mişdir. Şamo Arif “Qızıl
qələm” mükafatına layiq
görülmüşdür.
1990-cı illərdə baş verən
ictimai-siyasi hadisələr
haqqında mülahizələri ölkə-
də və xarici mətbuatda dərc
olunmuş, efirdə yayılmış-
dır. Bakıda Qanlı Yanvar
günlərində “Azadlıq” ra-
diosu ilə “İnsanlığa bəla gə-
lir”, “Qorbaçova açıq mək-
tub” ittiham bəyanatlarına
etiraz əlaməti olaraq Kom-
munist partiyası sıralarını
tərk etdiyinə görə təqib
olunmuş, tutduğu vəzifə-
lərdən kənar edilmişdir.
Sonradan ona qarşı səhvən
cinayət işi açılması rəsmən
etiraf edilsə də, uzun müd-
dət işsiz qalmışdır. Nəhayət
1995-ci ildə öz doğma
İyul
75 illiyi
Şamo Arif
1936
Yazıçı
9
202
institutuna bərpa olunmuşdur.
Hazırda orada geoloji-kəşfiyyat ümumiləşdirilməsi
laboratoriyasında aparıcı elmi işçidir.
Ədəbiyyat
Dədə Süleyman dünyası: Xatirələr /tərt. ed. və ixtis. red. Şamo Arif; red. Əbülfəs
Naxçıvanlı.- Bakı: Maarif, 2002.- 400 s.
Qınamayın məni... : [Roman] /Ş.Arif; red. M.Ələkbərli.- Bakı: Gənclik, 1992.-
516 s.
Etiraflarla tarixi həqiqətləri xatırlayarkən: Azərbaycanın özü qədər əbədi /Ş.Arif
//Azərbaycan. - 2008.- 29 aprel.- S.4.
İnternetdə
www.anl.az
www.bizimyol.az
www.gelgor.azeriblog.com
Nailə Alışova