Microsoft Word 87 Agciyer vereminin cerrahi mudaxileler 3



Yüklə 259,35 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix17.11.2017
ölçüsü259,35 Kb.
#10740
1   2   3   4   5   6   7   8

 

14

qərar qəbul edilmədiyi hallarda cərrahi müdaxiləyə göstəriş verilə 



bilər. 

Vərəmin residiv vermə riski. Bir sıra hallarda, bakteriya ifrazının 

dayanmasına baxmayaraq, polirezistent vərəmli xəstələrdə iri 

tuberkuloma və qalın divarlı kavernalar şəklində qalıq dəyişikliklər 

formalaşa bilər və bunlar gələcəkdə  vərəmin residivinə  səbəb ola 

bilər. Belə hallarda residivin qarşısının alınması məqsədi ilə cərrahi 

müdaxiləyə ehtiyac əmələ gələ bilər. 



Vərəmin fəsadları. Bu qrup xəstələrdə cərrahi müalicəyə göstəriş 

vərəmin fəsadlarının əmələ gəlməsi zamanı ortaya çıxa bilər. 



ÇDD və ya GDD vərəm və cərrahiyyə 

1-ci sıra vərəm  əleyhinə  dərmanlarla müalicənin nəticələri 

qənaətbəxş olmadığı hallarda 2-ci sıra vərəm əleyhinə dərmanlardan 

maksimum geniş  şəkildə istifadə olunur. Lakin son illərdə onların 

effektivliyinin azalması meyilləri müşahidə olunur. Bu səbəbdən belə 

xəstələrin müalicəsində cərrahi müdaxilənin rolu kəskin şəkildə artır. 

Fəsadların yüksək riskinə baxmayaraq bəzi xəstələr üçün cərrahi 

müdaxilə seçim üsulu kimi qalmaqdadır. Ümumiyyətlə, ÇDD/GDD 

olan xəstələrə  cərrahi müdaxilə müalicənin effektinin artmasına və 

onların sağ qalmaq ehtimalının artmasına imkan verir. 

ÇDD olan xəstələrin müalicəsi zamanı  cərrahi müdaxilə üçün 

göstərişlər digər DD formalarda olduğu kimi müəyyənləşdirilir:  

 

Müalicənin uğursuzluğu riski  



 

Vərəmin residiv vermə riski 



 

Vərəmin fəsadlaşması 



ÇDD və GDD olan hər bir xəstənin müalicə proqramının tərtib 

edilməsində proqnozlaşdırmanın rolu çox böyük əhəmiyyət kəsb edir. 



 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

15

HƏSSASLIĞI SAXLANILMIŞ VƏ                                        



MONO- VƏ POLİREZİSTENT VƏRƏM XƏSTƏLƏRDƏ 

CƏRRAHİ MÜALİCƏ ÜÇÜN GÖSTƏRİŞLƏR 

Bu qruplarda cərrahi müalicəyə göstərişlər bir-birindən 

fərqlənmir və aşağıdakı hallarda yaranır: 

 



VMB-nin 1-ci sıra dərmanlara həssaslığı spektrinin saxlandığı 

xəstələrin müalicəsində  uğursuz nəticə olduğu hallarda

müalicə kursunun son ayında bakterioloji müayinələrin nəticələri 

müsbət olduqda və ya vərəm prosesinin fəallığının saxlanmasını 

təsdiq edən klinik və rentgenoloji əlamətlər müşahidə olunduqda. 

Belə halları proqnozlaşdırmaq olduqca çətindir və buna görə  də 

cərrahi müdaxilə haqqında qərar dərman müalicəsinin uğursuz 

olduğu sübut ediləndən sonra verilməlidir. 

 



Ağciyərlərdə yüksək residiv vermə riski olan qalıq dəyişikliklər

diametri 2 sm-dən böyük olan tuberkulomalar və  diametri           

4 sm-dən böyük, divarlarının qalınlığı isə 1 mm olan kavernalar. 

Qalıq dəyişikliklərin formalaşmasının proqnozlaşdırılması 

çətindir və buna görə  də  ağciyərlərdə  vərəm prosesinin müsbət 

rentgenoloji dinamikası dayanandan sonra cərrahi müdaxilə 

barəsində  qərar qəbul edilə bilər. Cərrahi müdaxilə ilk 4-6 ay 

müddətində tətbiq olunmalıdır. 

 

Vərəmin fəsadları: spontan pnevmotoraks, plevranın empieması, 



ağciyər qanaxması. Vərəmin fəsadlarının müalicəsi vərəm 

əleyhinə intensiv kimyəvi terapiya fonunda aparılmadığı hallarda 

qeyri-effektivdir. Vərəmin fəsadlarının cərrahi müalicəsi ardıcıl 

olaraq sadədən (plevral punksiya, drenaj) mürəkkəbə doğru 

(plevral boşluğun tamponadası ilə torakostomiya, torakoplastika, 

mioplastika, plevropnevmonektomiya və s.) aparılmalıdır. 



ÇDD, GDD OLAN AĞCİYƏR VƏRƏMİ XƏSTƏLƏRİNDƏ 

CƏRRAHİ MÜALİCƏ ÜÇÜN GÖSTƏRİŞLƏR 

ÇDD və GDD olan ağciyər vərəmi xəstələrinin cərrahi 

müalicəsinə dair üç əsas qrup göstəriş mövcuddur: 

I.

 

Müalicənin uğursuz olmasının yüksək ehtimalı  

Müalicədən əvvəl həkimlər konsiliumu “Uğursuz nəticələri 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

16

səciyyələndirən risk amilləri” bölməsində göstərilmiş risk amillərinin 



qiymətləndirilməsi  əsasında müalicə  nəticələrinin proqnozunu tərtib 

edir. Proqnoz əlverişli olduğu halda cərrahi müalicə təyin edilir. 

Cərrahi müdaxilə müalicənin başlanğıcından sonra 2-6 ay ərzində, 

yəni vərəmin fəallığının maksimal azaldığı dövrdə aparılır. Cərrahi 

müdaxilələrin aparılma müddəti aşağıda “Cərrahi müdaxilələrin 

aparılması müddətləri” bölməsində verilmişdir (bax: səh.17). 

Cərrahi müalicə “Ağciyər vərəmi olan xəstələrdə  cərrahi 

müdaxilələrin aparılmasına dair əks-göstəriş” bölməsində verilmiş 

halların olmadığı təqdirdə aparılır (bax: səh.19). 

II.

 

Vərəm residivinin yüksək ehtimalı 

Kimyəvi terapiya nəticəsində gələcəkdə vərəmin residivinə səbəb 

ola biləcək böyük qalıq dəyişikliklərin formalaşması  cərrahi 

müalicəyə göstəriş hesab olunur. Bunlara bakteriya ifrazının 

dayanmasına baxmayaraq qalın divarlı iri kavernaların formalaşması  

aiddir


10

. Aşağıdakı  dəyişiklikləri cərrahi müdaxiləyə göstəriş kimi 

qəbul etmək olar: diametri 4 sm-dən böyük və divarları 1 mm-dən 

qalın olan kavernalar və diametri 2 sm-dən böyük olan 

tuberkulomalar. 

III.

 

Vərəmin fəsadları 

ÇDD vərəmin fəsadları müşahidə olunduqda təcili cərrahi 

müdaxiləyə göstərişlər əmələ gələ bilər. 

Pnevmotoraksın və/və ya plevranın empieması zamanı plevral 

punksiyaların və/və ya plevral boşluğun drenaj edilməsi tövsiyə 

olunur. Bu tədbirlər səmərə vermədikdə torakostomiya vasitəsi ilə 

açıq drenajın və bronxo-plevral fistulların tamponadasının aparılması 

haqqında fikirləşmək lazımdır.  İrinli iltihab ləğv edildikdən sonra 

yekunlaşdırıcı  cərrahi müdaxilələrin – plevrektomiya, ağciyər 

rezeksiyası, torakoplastika və s. aparılması barədə  qərar vermək 

lazımdır. 

Ağciyər qanaxmaları zamanı hipotenziv və hemostatik terapiya 

təyin edilir. Asfiksiya təhlükəsi yaranan hallarda bronxların sərt 

bronxoskopiya ilə müvəqqəti selektiv tamponadası aparılır. Bu 

prosedurun qeyri-effektivliyi zamanı  həyati göstərişlər  əsasında 

ağciyərin təcili rezeksiyası məsələsi nəzərdən keçirilməlidir. 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 259,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə