Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə37/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   33   34   35   36   37   38   39   40   ...   54

 
    
Адил Ъямил
  
 
 
254
 
ÇOBAN, MƏNİ TANIDINMI 
 
Bu dağların oğluyam mən
Çoban, məni tanıdınmı? 
Vallah əminoğluyam mən, 
Çoban, məni tanıdınmı? 
 
Ötən gənclik şirin paymış, 
Bu da belə bir səfaymış… 
Ömür yaman bivəfaymış, 
Çoban, məni tanıdınmı? 
 
Bir zəhmli çoban idin, 
Qurd gözünü ovan idin. 
Heyif, onda cavan idin, 
Çoban, məni tanıdınmı? 
 
…Gədikləri gəzişərdik, 
Buz bulaqdan «buz» içərdik. 
Şehdə, suda büzüşərdik, 
Çoban, məni tanıdınmı? 
 
O zamanlar nəydi dərdim; 
Yapıncını bürünərdim, 
Birgünlükdən bilinərdim, 
Çoban, məni tanıdınmı? 
 
Çal tütəkdə «qaytarma»nı, 
Ötən günə qaytar məni. 
Yurdun ahı tutar məni — 
Çoban, məni tanıdınmı? 
 
1984 


Сечилмиш ясярляри
  
 
 
255
 
HƏYATA BAX, HƏYATA 
 
Ocağını kim qalayır, ay ana, 
Odununu kim gətirir, ay ata. 
Qismət atıb hərəmizi bir yana, 
Həyata bax, həyata bax, həyata. 
 
Bilirəm ki, qar qalanır dağlara, 
Qış uzanır, ot azalır tayada. 
Hanı oğul qaya çapa, dağ yara… 
Həyata bax, həyata bax, həyata. 
 
Ömür özü bir şirincə yuxukən 
Qovuşuruq, danışırıq röyada. 
Aramızda Araz çayı yox ikən 
Həyata bax, həyata bax, həyata. 
 
Könlüm uçub qənşərinə o kəndin, 
Yuva qurub qarşıdakı qayada. 
Doğma torpaq cəzb edəndi, çəkəndi — 
Həyata bax, həyata bax, həyata. 
 
Gül ətrinə, el xətrinə gələrəm, 
Dağ kəndimiz dağ döşündə bir ada. 
Atam-anam, bağlanıbsa bənd-bərəm 
Həyata bax, həyata bax, həyata… 
 
1986 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
256
 
BUZ QALASI 
 
Kəndimizin qənşərində 
Bir təpə var – 
buzlu təpə. 
Üstündəki yaşıl çəmən 
Yırğalanır ləpə-ləpə. 
 
Köksündəki buz layları 
Bölünübdür xana-xana. 
Bapbalaca bacaları 
Baxa bilmir günbaxana. 
 
Salxım-salxım sallanıbdır 
Göydən yerə buz tağları. 
Ömrü boyu gün görməyib 
Buz nəfəsli otaqları; 
Döşəmə – buz, 
divar – buzdur, 
Buzlu təpə ağ saraymı? 
Bu «sarayın» dər-divarı 
Susmuş bulaq, donmuş çaymı?.. 
 
Qədimlərə gedib çıxır 
Buz təpənin axır ucu. 
Əcdadıma gərək imiş 
Belə nəhəng «soyuducu»… 
 
Ovçu babam şikarını 
Saxlayarmış bu «sarayda». 
Büz təpənin ömrü keçib 
Qeylü qalda, 
Hay-harayda. 
 


Сечилмиш ясярляри
  
 
 
257
İşıqlıdır buz qalaça – 
İşıq salır buz ağlığı. 
Gör necə də yaxın imiş 
Keçmişimin uzaqlığı… 
 
Min illərin günəşində 
Əriməyib buz qalası. 
Varlığını qorumaqda 
Bu qala bir Qız qalası. 
 
1986 


 
    
Адил Ъямил
  
 
 
258
 
SUQOVUŞANDA 
 
Kür-Araz boyuna bahar gəlmişdi
Sucanlı sonalar süzüb gedirdi. 
Özləri budaqda qalan quşların 
Nəğməsi çay boyu üzüb gedirdi… 
 
Bir özgə yaz idi gördüyüm bu yaz — 
Ürəyim uçurdu o yaza doğru. 
Mən qəfil görüşə tələsən sayaq 
Kür də tələsirdi Araza doğru. 
 
Açmaq istəyirdi puçur dərdlərim 
Ana təbiətin yaz havasında. 
Araz artmamışdı, azalmamışdı, 
Kür yenə axırdı öz havasında… 
 
İlğımlar gözümə tor tutmayırdı, 
Gözümdə təbiət özü kimiydi. 
Ağıla dolmuşdu o dəli çaylar — 
Qovuşan Kür-Araz quzu kimiydi. 
 
Keçib sinəsindən ana torpağın 
Bir yola dönürdü iki çay yolu. 
Düşündüm… mənzilə yetməyə nə var — 
Yolumuz qoy olsun təki çay yolu… 
 
1984 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
259
 
QIZIMLA SUAL-CAVAB 
 
–  Çaylar hardan başlayır? 
–  Bulaqlardan başlayır. 
–  Bulaq hardan başlayır? 
–  Bu dağlardan başlayır? 
–  Dağlar hardan başlayır? 
–  Uzaqlardan başlayır. 
– Uzaq hardan başlayır? 
…Di cavab ver… gör bir ha, 
    Uşaq hardan başlayır… 
1984 
 


 
    
Адил Ъямил
  
 
 
260
 
OCAQ YERİ 
 
Keçir xəyalımdan ocaq yerləri
Yaylaqda yurdumuz yadıma düşür. 
Sinəmə dağ çəkir o dağ yerləri, 
Alışan ürəyim, yanan ürəyim 
Ocaq yerlərinin oduna düşür. 
 
Uşaq keçmişimdən ocaqlar baxır, 
Alovu sönübdür, külü qalıbdır. 
Yaxın keçmişimdən uzaqlar baxır: 
Meşə talasında, dağ zirvəsində 
Mənim ocaq yerim hələ qalıbdır… 
 
…Ocaq yerlərini salanda yada 
Yanıram bəşərin dərdi-sərinə, 
Alışan ruhumdan qopur bir nida: 
Bu dünya düşməsin oda, alova, 
Yer üzü dönməsin ocaq yerinə… 
 
1984 
 
 


Сечилмиш ясярляри
  
 
 
261
 
UNUDA-UNUDA 
 
Gün hardan çıxıbdır görəsən yenə — 
Kəndinə gəlmisən, doğma kəndinə… 
Üzündən-gözündən zəhrimar yağır — 
Xəyanət etmisən yoxsa «əhdinə»?.. 
Hamı sənə baxır, sən isə yerə, 
Gözünü yandıran gözlərdən qaçıb 
İynəli-tikanlı sözlərdən qaçıb 
Çıxırsan həyətə gün bata-batda, 
Sola çevrilirsən, sağa baxırsan, 
Qürubda qızaran dağa baxırsan, 
Səninsə üzünə baxmayır dağlar. 
Dumanı-çiskini, daş-qayasıyla 
Elə bil üstünə axnayır dağlar… 
Tək bircə daşına əl vuran kimi 
Uçur qapınızın köhnə hasarı. 
Oğul gəlişindən xəbərdar kimi 
Uzaqdan boylanır ana  məzarı, 
Yolunu salmırsan məzarıstana - 
«Qorxursan» sellənən göz yaşlarında 
O qərib, o soyuq məzar islana… 
Beləcə hər yana baxıb gedirsən, 
Gəlib çıxdığın tək çıxıb gedirsən. 
Ağlayan bacını görüb qəfildən 
Guya kövrəlirsən, guya dolursan. 
Bu kəndi-kəsəyi, eli-obanı 
Unuda-unuda unudulursan… 
 
1984 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə