Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə24/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   20   21   22   23   24   25   26   27   ...   91

92
 
 
    YUNESKO-nun  Dilçilik  Departamentinin  direktoru  Jozer 
Potun Azərbaycan Xarici İşlər Nazirliyinin YUNESKO üzrə 
baş katibi Ramiz Abutalıbov cənablarına ünvanlandığı 
məktubda deyilir: 
“Cənab, mən sizə 18.02. 99-cu il tarixli məktubunuza və 
həmçinin dilçi- tədqiqatçı Q.Bəyzadənin “Mətn sintaksisinin 
problemlərinə bir nəzər” adlı ikicildli əsərinə görə öz 
təşəkkürümü bildirirəm. 
Sizə məlum olduğu kimi, YUNESKO çoxcildli təhsilin xeyrinə 
olaraq müxtəlifyönlü mədəniyyət və dilçilik sahəsində, az 
işlənən dillərin qorunub saxlanılması 
hərəkatının 
gücləndirilməsində  həmişə böyük iş aparır.YUNESKO 
müəllifin mətn sintaksisinin problemlərinin və  mətn 
komponentlərinin araşdırılmasındakı elmi dəqiqliyə onun 
özünün cümlə problemlərinə orijinal baxışı kimi yüksək 
qiymətləndirir. Bu əsər özü əsl möcüzədir. Frazafövqi vahidin 
kəşfi  Bəşəriyyətə illər boyu  fayda verəcək. Yeni vahidlərin 
kəşfi ilə  dilçilikdə  “yeni era” başlayır. YUNESKO xətti ilə 
bütün bunları dünyaya yayamaq üçün mütləq  əməkdaşlıq 
etməliyik. Gələcək nəsillər bu kəşfin dolğun qiymətini 
verəcəklər. Bu məqsədlə biz onun təkliflərini və dünyada ilk 
kamil bir konsepsiya kimi  bu böyük möcüzə olan beş cildliyi 
səbirsizliklə gözləyirik. 
Xanım Q.Bəyzadə tərəfindən bizə təqdim olunan, təfəkkürün 
inkişafı məqsədini güdən bu kamil konsepsiya münasibəti ilə 
Sizi təbrik etmək istəyirəm. Bu möhtəşəm müvəffəqiyyət 
münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirik!” 
 Xanım Q.Bəyzadənin gələcək planları daha genişdir. O, 
“Sinonimlik və paralelizm dilçilik müstəvisində”
“Psixolinqvistika… semantic anlamın bəzi məqamları” 
kitablarını isə  bitirmək üzrədir. 
     Tədqiqatçının  “Ana qatili”  mənzum faciə dramı olub və 
İranda hər iki dildə tamaşaya qoyulması planlaşdırılıb. 


93
 
 
Qənirə xanım hazırda tarixi pyes və film ssenarisi üzərində 
işləyir. O, həyatda hər  şeyi olduğu kimi - riyasız, boyasız 
görməyi xoşlayır. Qənirə xanım həmişə şirin xəyallardansa, acı 
həqiqəti qarşılamağı üstün tutur. O, insanlarda əxlaq saflığını, 
mərdliyi, nəcibliyi, iradəliyi, hər kəsin özünə görə 
“böyüklüyünü” qorumasını yüksək qiymətləndirir. Onun yaltaq 
adamları görən gözü yoxdur. 
 Elm  aləmini öz kəşfi ilə heyrətə salan gənc dilçi-tədqiqatçı 
Qənirə xanım Bəyzadəyə bundan sonar da yeni-yeni yaradıcılıq 
uğurları arzulayırıq. 
 
 
 
 
 
“Axşam” qəzeti, 20  yanvar  2001 - ci il.                    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


94
 
 
Ailədaxili münaqişələr və onların 
aradan qaldırılması 
 
       Ailədaxili münaqişələrin baş verməsindən öncə ailə 
daxilində psixoloji iqlimin nə yerdə olduğunu müəyyən etmək 
vacibdir. Çünki ailədaxili münaqişənin yaranmasının ilkin 
səbəbləri ailədə psixoloji iqlimin pozulması zamanı baş verir. 
Yəni ailədə  hər hansı bir münaqişə yaranarkən ilk növbədə 
ailədəki psixoloji mühiti analiz etmək lazımdır. Ailənin 
psixoloji iqlimi dedikdə  ərlə arvadın, valideynlərlə  uşaqların, 
uşaqlarla uşaqların qarşılıqlı münasibətlərin xarakteri nəzərdə 
tutulur.  Ailədaxili münasibətlər də öz növbəsində ailənin 
psixoloji iqlimini əks etdirir. Məsələn, ailədə baş vermiş  hər 
hansı xoşagəlməz hadisə ailədaxili münasibətlərdə istər-
istəməz soyuqluq yaradır, ailədaxili münasibətlərdə narazılıq 
baş verir. Ailənin psixoloji iqliminə  həm də başqa amillər də 
təsir göstərir ki, bunun nəticəsində  də ailədə qanqaraçılıq, 
əhval-ruhiyyənin pozulması, bədbinlik yaranır. Ailə daxilində 
sanki bir durğunluq yaranır, hər kəsdə özünəqapanma prosesi 
baş verir. Bu hal günlərlə, hətta həftələrlə davam edə bilər. Bu 
kritik vəziyyətdən çıxmaq üçün ailə başçısının üzərinə böyük 
məsuliyyət düşür. Çünki ailənin  əsas aparıcı  və  qərarverici 
şəxsi ər hesab olunur. Əlbəttə,  bu demokratik prinsiplərlə idarə 
olunan ailələrə  şamil olunmur. Bu avtoritar qaydalarla idarə 
olunan ailələrə aiddir. Ailə münasibətləri möhkəm təməl - yəni 
qarşılıqlı sevgi, qarşılıqlı hörmət və  rəğbət, qarşılıqlı inam, 
etibar, vəfa, qarşılıqlı güzəşt və s. üzərində qurulmayıbsa, o 
zaman ailədaxili psixoloji iqlimin pozulması nəticəsində həmin 
ailədə ərlə arvad arasında soyuma, bir-birindən uzaqlaşma, bir-
birini günahlandırma, təqsiri kimsə boynuna almağa 
çalışmaması və evdə yersiz söhbətlərin günlərlə davam etməsi 
halları baş verir. Və belə hadisələr hətta sonda ərlə arvadın 
boşanmasına səbəb ola bilər. 


95
 
 
      Ailədaxili psixoloji iqlim hər bir ailə üçün həyati əhəmiyyət 
kəsb edir. Ailədə əlverişli psixoloji iqlimin yaranması üçün ilk 
növbədə  ərin üzərinə böyük məsuliyyət düşür. Çünki ər 
ailədaxili nizam-intizamı, davranış qaydalarını, səmimi 
münasibətlərin formalaşdırılmasını, bir-birinə hörmətlə 
yanaşmanın, qarşılıqlı anlaşmanın, emosional halların tənzim 
olunmasının təmin edilməsinə  nəzarət etməlidir. Ailədə  ərin 
özünə qarşı  tələbkarlığı ailənin digər üzvlərinə qarşı    eyni 
münasibətdə olduğunu sübut etməlidir. O, bunu ailədaxilində 
özünün rəftar və davranışında göstərməlidir. Yəni hər  şeydən 
öncə, valideyn ailədə övladları üçün bir nümunə olmalıdır. 
Çünki uşaqların tərbiyəsi ailədə valideynlərdən çox asılıdır. 
Demək, ailədə əlverişli psixoloji iqlimi ilk növbədə ər və arvad 
yaratmalıdır. Psixoloqların fikrincə, ailədə psixoloji iqlimin 
yaradılmasında ana daha fəal rol oynamalıdır. Çünki ailə 
daxilində yaranan emosional münasibətlərin mərkəzində məhz 
ana dayanır. Ana ataya nisbətən övladlarını daha yaxşı başa 
düşür, onlarla daha asan dil tapmağı bacarır. 
      Ailədə qarşılıqlı hörmət və tələbkarlıq, qarşılıqlı etimad və 
kömək normal olmalıdır. Bu hallar ailədə movcud deyilsə, o 
zaman həmin ailədəki  əlverişli psixolji iqlimdən söhbət belə 
gedə bilməz. Ailədə  xırda məsələlər üzündən yersiz söz-
söhbətin yaranması, tərəflərin bir-birini günahlandırması, 
kiminsə güzəştə getməməsi, hətta bu zaman tərəflərin bir-birini 
təhqir etməsi səviyyəsinə qalxması ailədə psixoloji iqlimin 
korlanmasına zəmin yaradır. Belə hallar adətən uğursuz 
ailələrdə, yəni təməli möhkəm olmayan ailələrdə tez-tez baş 
verir. Ancaq möhkəm təməl üzərində qurulmuş ailələrdə, yəni 
uğurlu ailələrdə belə hallarda qarşılıqlı güzəşt, nöqsanlara 
dözmək, bir-birini səbrlə dinləməyi bacarmaq, hər iki tərəfin öz 
səhvini başa düşməsi, bir-birinin şəxsiyyətinə hörmət etməsi, 
bir-birinə qayğı ilə yanaşması halları ilə qarşılaşırıq. 
      Hər bir ailədə  xırda da olsa söz-söhbət, kiçik münaqişələr 
olur. Bəzən elə başa düşünülür ki, bu münaqişələri asanlıqla 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə