7
cavabların, görülən tədbirinin mahiyyətinə baxırsan.
Jurnalistin fəaliyyət dairəsi necə də genişdir!
Jurnalist - yollar boyu ağaclar əkir.
Jurnalist - yarımçıq obyektlərin inşasını sürətləndirir.
Jurnalist - İstehsalatdakı cinayətin üstünü açır.
Jurnalist - Teatrın repertuarını təmizləyir,
Jurnalist - Mənzil bölgüsündə hərc -mərcliyi ifşa edir.
Jurnalist - Qədim abidələr aşkarlayır.
Jurnalist - Qəhrəman Mübariz İbrahimova mənzil muzeyi
düzəldir.
Jurnalist - Partizan Tahir İsayevə abidə qoyur.
Bütün bunlar və onlarca digər yazılar barədə nüfuz
sahibləri tərəfindən verilən cavabları oxuduqca iftixarla
deyirsən. Jurnalistika öz dövründə dördüncü hakimiyyət
rolunu necə cəsarətlə, ləyaqətlə yerinə yetirirdi!
Görünür kütləvi mətbuat haqqında qanunlara yenidən
baxılmalıdır. Demokratik cəmiyyətdə jurnalistikanın
rolunun yüksəldilməsi, ona rəsmi qaydada dördüncü
hakimiyyət funksiyasının verilməsi çox yaxşı olardı.
Oxuculara təqdim olunan “Ağrılı düşüncələrim”
kitabındakı materiallar vəötən əsrin sonlarında fəaliyyət
göstərmiş onlarca jurnalistin, mətbuat orqanının nümunəsi
buna əsas verir. Yaxşıənənələri isə yaşatmaq, inkişaf
etdirmək lazımdır.
Camal Zeynaloğlunu xeyli vaxtdı tanıyıram. 90-cı illərin
ortalarından. Qəzetdə işləyirdi, özü də müxbir kimi. Mən onu
ciddi, təvazökar, işinə inamla yanaşan, yeri gələndə mübarizə
aparan bir jurnalist kimi, qələm adamı kimi tanımışam. Və bu
gün də belədir.
8
Tale elə gətirdi ki, Camal müəllimlə mən haradasa 5-6 il bir-
birimizi görmədik.Yəni hər birimiz öz işimizlə məşğul idik.
Mən İçəri Şəhərdə Azərbaycan Ensiklopediyasında işləyirdim.
Ara-sıra kitablar çap eləyirdik. Günlərin bir günü
ensiklopediyanın qabağında Camal Zeynaloğlu ilə
görüşdüm.Hal-əhval tutduq. Məlum oldu ki, sən demə, o, elə
ensiklopediyaya bitişik binada işləyirmiş. Beləcə
münasibətimiz yenidən bağlandı.O, biləndə ki, mən yenə
kitablar çap eləyirəm, çox sevindi. Dedi ki, mənim çapa
hazırlanmış çoxlu kitablarım var. İnşallah, biz
görüşəcəyik.Sonralariş birliyimiz başladı. Və mən Camal
müəllimin Aqata Kristinin “Baş nazirin oğurlanması” adlı
tərcümələr toplusu, “Tanrı cəzası”, Ölüm doğmalığı”, Nakam
məhəbbət”, “Həqiqət işığında”, “Talelər dünyası”, “Gecikmiş
sevgi”, “Qarabağ dərdi - erməni vandalizmi”, “Xeyirxah
əməllər yolçusu”kitablarını çap elədim.Onu da qeyd edim ki,
Camal müəllim çox zəhmətkeş, öz üzərində işləyən bir qələm
adamıdır, jurnalistdir. Mən onun kitablarını işləyəndə şahid
oldum ki, o, bir jurnalist kimi hər şeyi ölçüb-biçən, reallığa
dəqiq qiymət verən adamdır. C.Zeynaloğlunun yaradıcılığı çox
rəngarəngdir, çox sahəlidir. O, hər şeydən yazır: Qarabağdan,
erməni vandalizmindən, ağrılı yerlərimizdən, kasıbçılıqdan,
məhəbbətdən, ailə münasibətlərindən, milli dəyərlərimizdən,
insan münasibətlərindən, cəmiyyətin sosioloji və psixoloji
həyatından, günümüzün reallıqlarını əks etdirən ağrılı-acılı
problemlərindən və s.
Tanışlığımız zamanı məlum oldu ki, Camal müəllim həm də
gözəl pedaqoq və psixoloq olub. O, gənc nəslin təlim-tərbiyəsi
yolunda gecə-gündüz işləyib, şagirdlərinin gələcəkdə cəmiyyət
üçün layiqli bir vətəndaşkimi formalaşmasında bütün bacarıq
9
və səylərini əsirgəməyib. Biz bunu onun vaxtilə yazdığı
pedaqoji və psixoloji elmi məqalələrindən də aydın görürük.
Belə ki, Camal müəllimin hələ orta məktəbdə işlədiyi dövrlərdə
yazdığı, “Sinifdənxaric oxu və onun aparılması”, “Xarici dil
tədrisinin məqsədi”, “Şagirdlərin yaş xüsusiyyətləri və
qabiliyyətlərin formalaşması”, “Şagirdlərə fərdi yanaşma
prinsipi”, “Şagirdlərin
şüurlu intizam tərbiyəsi”,
“Şagirdlərin əmək tərbiyəsi”, “Mənfi emosiyalar və onların
aradanqaldırılmasında özünüələalmanın rolu”, “Təlim
fəaliyyətinin psixoloji cərəyanı” və s. kimi məqalələri buna
sübutdur.
Mən demək olar ki, Camal müəllimin bütün yaradıcılığına
bələdəm.Özünü isə daha yaxşı tanıyıram. O, alicənab,
humanist, yaxşı və etibarlı dost, yaxşı ailə sahibi və nəhayət
gözəl insandır.Mən 20 ilə yaxındır ki, qələm adamları ilə
işləyirəm. Hələ Camal müəllim kimi öz üzərində gərgin
çalışan, yazı-pozudan qorxmayan, işini dəqiq bilən insan
görməmişəm.Mən onun haqqında humanist sözünü elə-belə
işlətmirəm. Çünki C.Zeynaloğlu həmişə bütünqələm
adamlarına əlindən gələn köməyi təmannasız eləyir. O, olduqca
çox sadə bir adamdır.Onun iş yerində də böyük hörməti var.
Bir insan kimi hamı onun haqqında yaxşı fikirdədir.Amma,
Camal Zeynaloğlu jurnalistdir, dördüncü hakimiyyətin
nümayəndəsidir. Eşq olsun belə ziyalılarımıza, qələm
dostlarımıza.
Allah hər adama qələm tutmağa istedad verməz, şükür
qüdrətinə. O elə kəramət sahibidir ki, hər kəsə elə qəlbinə görə
verir.
Nə isə, əziz qardaş, elə olduğun kimi də ol, belə daha yaxşıdı,
ömrün uzun, canın sağ, qələmin iti, sözün kəsərli, işin asan,
10
əlin qazanclı olsun ki, arvad-uşağın içində, dost-tanışın yanında
utanmayasan. Çünki indi “dünya, zamana dəyişib” deyirlər, bu
da mənim arzumdu, amma deyəsən adamlıq dəyişib, nə isə təki
sən dəyişmə.
Mənim çox adam tərifləməkdən xoşum gəlmir, amma sən
tərifini özündə gəzdirən kişisən, göz qabağındasan, ömrünə
bərəkət.
Adam var gözləri zülmət içində,
Adam var xəyalı nur işığıdır,
Adam var təbiət bezib əlindən,
Adam var həyatın yaraşığıdır...
Camal müəllim, siz həqiqətən də həyatın yaraşığısız. Tanrı
amanında!
Süleyman Mustafaoğlu,
naşir-publisist
Dostları ilə paylaş: |