322
hakmiyyəti dövründə xarici tələbələr üçün dekan təyin
olunmuş Mirvari adlı bir qadın mənə ultimatium verərək
qaldığım otağı boşaltmağımı tələb etdi. Ayağını ayağının
üstünə aşıraraq siqateri siqaretə calayan bu qadını dinləyib
onu bu vəzifəyə təyin edənləri lənətlədim. Bir neçə ay sonra
o həmin vəzifədən, çox şükürlər olsun ki, çıxarıldı. İndi yenə
həmin yataqxanada yaşayıram. O xanımın arzusu gözündə
qaldı, axı, o, mənim yaşadığım otağı xarici qonaqlar üçün
qonaq otağı etmək istəyirdi.Öz millətindən olan, iki körpəsi
ilə heç yerdə sığınacaq tapmaq ümidi olmayan azəri qadınını
isə küçələrə atmaq istəyirdi. Bu da Azərbaycan ziyalısı...
Mövqe, vəzifə insanları nə qədər dəyişdirirmiş. Axı, o, adi
müəllim ömrü yaşasaydı, bu cür hərəkətlər etməzdi. İndi o,
yenə Neft Akademiyasında çalışır.
Mən bir yaşımdan valideynsiz qalmışam, ömür yolum
eniş-yoxuşlu olub, bacımın himayəsində yaşamışam. Ən
kədərli anlarımda mahnı bəstələmişəm. Kədər və iztirabdan
doğulan, qətrə-qətrə göz yaşlarımdan yoğrulan mahnılar... Bu
mahnılarda mənim həyata keçməyən arzularım, qırılmış ümid
və istəklərim əks olunur. Musiqi təhsilim yoxdur. Onları niyə
bəstələyirəm, nəyimə lazımdır? Bilmirəm.
Astronomiyaya meyl göstərməyim elmi işimlə bağlıdır.
Ona görə də çoxları məni astronom hesab edir. Dissertasiya
işim tam hazırdır. Müdafiəyə təqdim etməliyəm. Elmlər
Akademiyasında tələb olunan məbləğ mənim əmək haqqımdan
dörd dəfə böyükdür. Bu pulu ödəməyə mənə iki xeyirxah
insanın təklifi olub. Dövlət Neft Akademiyasının dosenti Əli
Talıbov və mənim kimi yüzlərlə köməksizin himayəçisi, büllur
kimi qəlb sahibi olan əməkdar müəllim Şəfiqə xanım Əliyeva.
Mən bu təkliflərdən imtina etmişəm. Allah onların hər ikisinə
can sağlığı versin.
Cavablarım yəqin ki, çox geniş oldu.
323
Filosof,
astronom,
teoloq,
yazıçı-publisist,
şair,
bəstəkarsınızmı? - sualına isə cavab verə bilməyəcəm. Çünki
əslində mən heç özüm də bilmirəm ki, mən kiməm?
- Həqiqət xanım, siz tədqiqatçı alim olmaqla yanaşı, həm də
Azərbaycan Ziyalılar Cəmiyyətinin məsul katibisiniz. Bir
ziyalı kimi deyə bilərsinizmi, bu günün ziyalısının vəziyyəti
necədir?
- Əvvəlla, mən alim deyiləm, sadəcə müəllim və
tədqiqatçıyam. Bu günün ziyalısının vəziyyətinə gəldikdə,
iqtisadi durumun çətinliyi onlardan da yan ötməyib. Ziyalılar
cəmiyyətdə elə bir təbəqədir ki, onlar heç bir siyasi mövqeyə
malik olmayan, öz elmi sahələri üzrə fəaliyyət göstərməklə
bərabər, cəmiyyətin ümumimənafeyi naminə olan məsələlərdə
iştirak edir, öz mövqelərini bildirirlər. Xalqımızın ziyalı
övladlarını vahid konsepsiya ətrafında birləşdirmək
Azərbaycan Ziyalılar Cəmiyyətinin proqram və
nizamnaməsində öz əksini tapıb. Cəmiyyətin 260 mindən artıq
üzvü var. Yaxın vaxtlara qədər AZC problemlər yığınında
boğulub, lakin məhv olmayıb. 1997-ci ilin martında mən həmin
cəmiyyətə məsul katib seçilmişəm. AZC-nin rəyasət heyətinin
üzvlərindən akademik H. Sultanovun, cəmiyyətimizin mərhum
prezidenti, akademik A. Hüseynovun, AZC-nin fəxri ziyalısı Z.
Nəbiyevanın və əməkdar müəllim Ş. Əliyevanın xidmətlərini
əks etdirən kitabların tək və müştərək müəllifiyəm.
Ziyalı xalqın görən gözü, düşünən beynidir. Təsadüfi deyil ki,
Qurani- Kərimin 1000 ayəsindən 850- si elmə, 150-si isə
alimlərə hörmət və ehtiramla yanaşmağı tövsiyə edir. Mən bu
hörməti yalnız qələmimlə edə bilirəm.
- Həqiqət xanım, bu gün həm kainat, həm də insanlar
müəmmalarla doludur. Müəmmalarla dolu insanlar bir–
birinə qarşı çıxır, biri digərinə paxıllıq edir, hər vasitə ilə
324
onun uğurlarının qarşısına sədd çəkir, ona mane olmağa
çalışır. Vaxtilə elmin yollarında Siz də bu cür haqsızlıqlarla
qarşılaşmısınız? Həmin anlarda bu insanlar barədə nə
düşünmüsünüz?
- Son altı min ildə bəşəriyyət mürəkkəb bir yol keçmişdir.
Kainatın müəmmalı yaranışı insanı həmişə düşündürmüşdür.
Bu məsələ ilə bağlı xeyli fərziyyələr də mövcuddur. Hər halda
etiraf etmək lazımdır ki, insanın kainat haqqında olan bilgisi öz
təbiəti haqqında olan bilgidən çoxdur. Təqribən üç min ilə
yaxındır ki, insan varlığın açılmamış sirlərini öyrənməyə cəhd
göstərir. Məlumdur ki, kainat da, ayrıca bir elmin sahələridir.
Elmin isə öz qanunları var.
Məntiqi yolla elmin əsas qanunlarını kəşf etməyin
mümkünsüzlüyünü vaxtilə dahi fizik Albert Eynşteyn də etiraf
edirdi. Yeganə yol kimi fəhm yolunu qəbul edən alim yazırdı
ki, bu yol hiss olunan aləm arxasındakı qanunauyğunluqların
duyulmasına əsaslanır. Çünki Allah insanın maddi və ruhi
gerçəklərini dəyərləndirərək özü ilə bağlı bütün şeyləri
vermişdir. İnsan daim yüksək məqamlara can atır. Onun
müəmması isə beyindir. Fikrimcə, beynin şifrəsi açılarsa, elm
insan haqqında axtardığı cavabı tapa bilər. Əql və düşüncə
beynə məxsusdur. Quranda əql barədə 500-ə qədər ayə vardır.
Sualınızın ikinci tərəfinə gəldikdə, onu deyə bilərəm ki,
yüksək intellektə malik insanlar nəinki mənə paxıllıq ediblər,
əksinə, lazımi səviyyədə köməklik də göstəriblər. Xüsusən
yaşlı nəsil, akademiklərimiz, zəhmət dolu ömür yolu keçən elm
adamlarımız. Mənə yalnız o adamlar mane ola bilər ki, onlar
ehtiyac nə olduğunu bilmədən, kimlərinsə yazdığını müdafiə
ediblər, yüksək ad və mövqeyə malik olublar. Xoşbəxltlikdən
mən belə adamlarla qarşılaşmamışam. Halal, təmiz elm
adamları ilə qarşılaşmışam.
Onların verdiyi istiqamətlər, məsləhət və tövsiyələr hər zaman
köməyimə çatıb. Birgə işləmişik, ədəbiyyat gətiriblər,
325
yazdığımı müzakirə ediblər, yoxlayıb iradlarını bildiriblər.
Akademik Hacıbəy Sultanov, EA-nın müxbir üzvü Rafiq
Əliyev, fəlsəfə elmləri doktoru, professor Abdulla Əhədov,
Tibb Universitetinin I prorektoru Vaqif Şadlinski, fəlsəfə
elmləri doktoru, professor İzzət Rüstəmov, fizikia- riyaziyyat
elmləri namizədi Ədalət Ətayi və adlarını çəkmədiyim bir çox
alimlərimiz... Mən alimlərimizdən razıyam.
- Dünyamızın məhv olmasına səbəb də biz insanlar olacağıq.
Bu fikirə münasibətiniz necədir?
- Dünyanı biz insanlar yaratmamışıq ki, onu məhv etməyə də
qabil olaq. Yaranış və məhv haqqında bütün bilgilər təqribidir.
Bütün həyatını elmə həsr edən Ömər Xəyyam sonda yazırdı:
Sirri əzəli nə sən qanarsan, nə də mən,
Bu tapmacanı nə sən taparsan, nə də mən.
Bir pərdə dalındadır olan söhbətimiz,
Pərdə qalxsa, nə sən qalarsan, nə də mən.
Düzdür, termodinamikanın ikinci prinsipi sonsuz Kainata
şamil edən R. Klauziusun və U. Tomsonun irəli sürdüyü
fərziyyələr qismən qane edicidir. Yəni dünyada bütün
cisimlərin temperaturunun tədricən bərabərləşməsi baş verərsə,
aləmdəki bütün fiziki proseslər, bütün dəyişikliklər kəsiləcək,
Kainatın soyuq cəsədi qalacaqdır.
Qurani-Kərimdə dünyamızın məhvi Qiyamətin başlaması ilə
izah edilir. Onun başvermə səbəbi isə insanları öz dinini,
ləyaqət və şərəfini unutması haqsızlıq olacaq.
- Daha çox maraq doğuran elmi əsərləriniz haqqında nə deyə
bilərsiniz?
326
- “Kainatın başlanğıcı haqqında elmi dini mülahizələr”
kitabı elmi monoqrafiya kimi oxucuların xoşuna gələn və daha
yaxşı alınan kitab olub. Kitabın elmi redaktoru akademik H.
Sultonovdur. “Maddidən mənəviyə, zülmətdən nura” kitabı
alman və ingilis dillərinə tərcümə olunub. Çox təəssüf ki,
kitabın elmi redaktoru akademik A. Hüseynov o kitabı görə
bilmədi.
Öz teosofik baxışları ilə Şərq filosofları içərisində seçilən
İran filosofu Sədrəddin Mütəəllehi Şiraziyə həsr etdiyim
“Sədrə fəlsəfəsindən incilər” poeması daha maraqla
qarşılanıb. Bu kitabda Sədrəddin Şirazinin həyatı, fəlsəfi
fikirləri nəzmə çəkilib. Təkrar nəşr olunacaq bu kitab
Sədrəddin Şirazinin qarşıda gələn yubileyinə hədiyyəmdir.
“İslam astronomiyası tarixindən” kitabı böyük ensiklopedik
alim Nəsirəddin Tusinin 800 illik yubileyinə töhfəmdir.
Ensiklopedik materialların toplanılmasında kitabın elmi
redaktorları akademik H. Sultonovun və fizika- riyaziyyat
elmləri namizədi Ədalət Ətayinin mənə böyük köməyi olub.
Astronomlar, ali məktəblərdə astrofizika ixtisası üzrə
ixtisaslaşan tələbələr üçün dərs vəsaitidir.
“Yeddi hikmətə yeddi cavab” kitabı isə yaranış haqqında
Qurani- Kərim ayələrinin, “ Nəhcül Bəlağə” kitabındakı
kəlamların nəzmə çəkilməsidir. Burada yaranış səma, yer,
Qiyamət, Sirat haqqında ontoloji izahlara diqqət verilməlidir.
Kitabın elmi redaktoru Eyvaz Tahadır.
“Canlı həyatın əmələ gəlməsi, insanın mənşə və təkamülü
haqqında elmi dini mülahizələr” kitabının elmi redaktoru
Vaqif Şadlinskidir.
Məncə, o biri kitablar haqqında danışmaqla vaxtınızı xeyli
alacağam.
- Həqiqət xanım, İ. Kantın “Dumanlıqlar nəzəriyyəsi”nə
münasibətiniz. Bu nəzəriyyəyə hansı aspektdən yanaşırsınız?
327
- İmmanuel Kant təbiətşünaslıq məsələləri ilə məşğul olan,
kosmaqoniya haqqında maraqlı əsərlər yazan filosof olmuşdur.
Onun “ Ümumi təbiət tarixi və göy nəzəriyyəsi” əsərində
günəşlə bağlı fərziyyələr var. “ Dünya sisteminin şəhri”
əsərində o, Günəş sisteminin dumanlıqdan təşəkkül tapdığını
irəli sürür.
Qurani- Kərimdə kainatın ilk maddəsinin su, yaxud tüstü
kimi havaya qalxan buxar, duman olduğu, canlı aləmin və
insanın yaş gildən nəşət etməsi izah olunur. Biz insanlar üçün
adi görünən suyun mürəkkəb xüsusiyyətləri vardır. Su
molekulu haqqında olan biliklər, suyun qəribəliklərini çox
təəssüf ki, tam izah etmir. Təbiətdə su molekullarına bənzər
molekullardan təşkil olunmuş mayelərin heç biri suyun qəribə
xassələrini təkrarlamır.
İ.Kant “ Dumanlıqlar nəzəriyyəsi” ilə “materialist ruhlu”
filosof kimi tanınsa da, 1770- ci ildən etibarən qneseoloji
baxımdan həll etməyə çalışdığı məsələlərdə idealizm
mövqeyindən çıxış edir. Şey özündələrin dərkolunmazlığını
irəli sürür.
- Elmi hər şeydən uca tutan alimlərimiz barədə nə deyə
bilərsiniz?
- Qəribə sualdır. Hər halda mən sizə öz şəxsi müşahidələrimi
söyləyəcəyəm. Bu cür alimlərimiz çox qəribə, qapalı,
əsrarəngiz dünyaları ilə fərqlənirlər. Adi adamla əsl elm
adamının fərqi gözəçarpacaq qədər diqqəti cəlb edir. Belə
adamlar tez əsəbiləşir, hövsələsiz olur, kənar mövzuları
maraqsız dinləyirlər.
Bəzən isə elmə hədsiz aludəlik ailə saədətinə kəskin zərbə
vurur, xoşgəlməz nəticələrə gətirib çıxarır.
Bu barədə başqa söz deyə bilmərəm.
328
- Həqiqət xanım, elmdə kiməsə paxıllığınız tutan anlar
olubmu heç?
- Olub.“Şüur, yoxsa ruh?” adlı bir kitabımı yarımçıq
qoymuşam. Molekulyar biologiyanı öyrənmək istəyirəm.
Vaxtım çox məhduddur. Bu sahənin mütəxəssizlərinə
paxıllığım tutur. Çox gözəl sahədir. Qismət olsa, üzümüzə
gələn ili yalnız bu sahəni öyrənməyə sərf edəcəyəm.
- Ən çox nədən zövq alırsınız?
- Zövq alacağım şeylər mənə qismət olmadı. Balaca bir bağım
olsaydı, orada dünyanın ən gözəl güllərini əkər, onların xoş
rayihəsindən zövq alardım. Ona görə də mənə və fitri
qabiliyyətimə həsəd aparanlara acıyıram. Axı, mən həyatda öz
çalışmam, gecə-gündüz zəhmətim müqabilində nə qazanmışam
ki?
- Fəlsəfə ilə psixologiyanın yaxınlığı Sizə məlumdur. Hər bir
şəxsiyyətin özünəməxsus ərazisi var. Yəni hər bir adam
özünümüdafiə üçün ayrı-ayrı şəxslərlə ünsiyyətə girdikləri
zaman müəyyən distansiya saxlayır. Görürsən, bəzi
adamlarla daha tez dil tapmaq olur, bəziləriyləsə ünsiyyət
yaratmaq mümkün olmur. Burada məni maraqlandıran əsas
cəhət şəxsiyyətin “ərazisi”dir. O “ərazini” qorumaq üçün bir
qapı var. Bəzi adamlarda həmin qapıda möhkəm nəzarət var.
Bu qapıdan ancaq ürək dostları keçə bilir, paxıl, xudpəsənd,
riyakar adamların bu “ərazi”yə daxil olması qadağandır.
Həqiqət xanım, bəs Sizin şəxsiyyətinizin “ərazisi” necə
“mühafizə” olunur? Bu “mühafizədən”, “nəzarətdən”
özünüz razısınızmı?
- İlk növbədə nəzərinizə çatdırım ki, mən ciddiyyət və
sadəliyi yüksək qiymətləndirən adamam. Dostlarım
çoxdur.Mən onlarda ilk növbədə əxlaqi saflıq axtarıram, sonra
dil tapıb ünsiyyətə girirəm. Xasiyyətinin necə olmasının
fərqinə baxmadan elm adamlarına xüsusi hörmət bəsləyirəm.
329
Özümə qarşı hörmətsizlik görməmişəm. Qaldı mənim öz
aləmimə, mən bir qədər mürəkkəb adamam. Xoşagəlməz
xüsusiyyətlərim var. Hər hansı bir mövzu üzərində düşünüb,
onun yazılması üçün plan quranda, yaxud yazmağa başlayanda
dözülməz oluram. Qaradinməz, tutqun, heç kimə qaynayıb
qarışmayan.
Ailəm və iş yoldaşlarım, məni yaxından tanıyanlar bu
tutqunluğumun nə ilə bağlı olduğunu tez duyurlar. Əsər başa
çatana qədər adamlardan təcrid olunmalı oluram.
Deməli, söylədiyiniz o “əraziyə” nəinki paxıl, xudpəsənd
adamlar, heç yaxınlarım da nüfuz edə bilmir. Bu cür
“mühafizə” və “nəzarətdən” çəkinirlər.
“ Yeddi hikmətə yeddi cavab”ı yazarkən iki gün özümü pis
hiss etdim. Bir gecə isə səhərə qədər yatmayıb onu bitirdim.
Güman etməzdim ki, onu oxuyanlar bəzi səhifələri belə
məhəbbətlə öpərlər. Halbuki mən onu yazmazdan iki gün öncə
yuxulu kimi, tutqun və əsəbi idim. Onun müvəffəq alınacağına
o qədər də inanmırdım.
- Həqiqət xanım, hazırda çoxlu tələbələriniz var, indiyə qədər
dərs dediyiniz tələbələr arasında heç “tələbə Həqiqətə” rast
gəlmisinizmi?
- Bəli, rast gəlmişəm. Formal qiymət yazmağıma razı olmayıb
biletin suallarına cavab verdi və əla qiymət aldı. O, mənim
canlı keçmişim idi. Üzbəüz oturmuşduq. Sanki yuxulu, qəm
dolu xatirələri mənə xatırlatmağa gəlmişdi. Xəyalımda o cür də
qaldı: Gözlərində bir yanğın iztirab və ümidsizlik, solğun
bəniz, yuxusuzluqdan şişib qızarmış gözlər. Bir kəlmə
nəvazişli sözümdən yanağına yaş damcıladı...
- Həqiqət xanım, bugünkü ziyalıya bir ziyalı kimi sözünüz...
- Mən onları əqidəsindən asılı olmayaraq hamısını birliyə
çağırıram.
“Son
söz”
qəzeti, 1999 -cu il.
330
Mündəricat
Dördüncü hakimiyyətin gücü.............................................3
Publisistika
Keçid dövrü məngənəsində................................................11
İstedadlı artist, igid partizan, cəsur kəşfiyyatçı..................17
Gələcəyimiz yetkin təfəkkürdən asılıdır............................23
İrad tutmazdan əvvəl..........................................................26
Sadəlik böyüklükdür, Əlibala müəllim!.............................28
Görkəmli alim, nəcib insan................................................33
Şərəfli və mənalı ömür yolu...............................................36
Nurlu ustad.........................................................................43
Şəfiqə xanım böyük ürək sahibidir....................................45
Şərəfli alim ömrü...............................................................50
Şam tək əriyən ömür..........................................................53
İçimizdə buz bağlamış ağrılar............................................55
Böyük şəxsiyyət böyük iradə üzərində yüksəlir................58
Çingiz harayı......................................................................60
Dəli bir nərə çəkmək keçir könlümdən..............................62
Özümüzə qayıtmalı, özümüzü dərk etməliyik!..................64
Dənizə vurğun insan..........................................................68
Erməni faşizmi...................................................................72
İnam ocağı..........................................................................81
Nadir kəşfin müəllifi azərbaycanlı qadındır.......................85
331
Ailədaxili münaqişələr və onun aradan qaldırılması..........91
Şagirdlərə fərdi yanaşma prinsipi.......................................99
Şagirdlərin şüurlu intizam tərbiyəsi...................................104
Şagirdlərin əmək tərbiyəsi.................................................108
Şagidrlərin yaş xüsusiyyətləri və qabiliyyətlərin
formalaşması......................................................................114
Mənfi emosiyalar və onların aradan qaldırılmasında
özünüələalmanın rolu.........................................................122
Kollektivdə konflikt şəraitinin aradan qaldırılması............130
Təlim fəaliyyətinin psixoloji cərəyanı................................135
Stressin insan həyatına təsiri və onun aradan qaldırılması
yolları..................................................................................151
Örnək insan və yaradıcı şəxsiyyət.......................................162
Bəşəri cinayət-Xocalı soyqırımı..........................................170
Xeyirxah əməllər yolçusu....................................................190
Müsahibələr
Adamı ağrıdan o idi ki, səni öz elində yadlar mühakimə
edirdi....................................................................................206
Ailənin dirəyi ata, tacı anadır..............................................212
Bu bir an idi və mən həmin an manevr etməyə məcbur
oldum...................................................................................223
Ekspertlər verdikləri rəylər üçün məsuliyyət daşıyırlar......229
İnsan təbiətin səhvidirmi?...................................................236
İ.Bəxtiyarov: “Maddi çətinliklərə görə alimlərimizin
Respublikamızı tərk etməsi ürəyimi ağrıdır”......................244
Mükəmməl qanunlar qəbul olunmalıdır..............................254
Söz nazirlər kabinetinindir..................................................258
Özəlləşmə zamanı cəmiyyətdə təbəqələr arasında kəskin
qütbləşmə yaranacaq...........................................................261
Polis işçisi qanun çərçivəsində sərbəst hərəkət etməlidir....264
332
Şahidlərin təhlükəsizliyinin təmin edilməsi haqqında
qanunvericilikdə heç bir normativ akt nəzərdə tutulmayıb..267
Siz kimsiniz, “general Əli bəy?”..........................................270
Soykökünə bağlı insan..........................................................277
Alim və idmançı...................................................................287
Vahid milli ideologiyanın yaradılması vacibdirmi?............292
“Müsəlman müsəlmanın qardaşıdır”...................................298
Arif Quliyev: “Sənətdə gərək fədai olasan”........................303
Şərəfli ömür yolu.................................................................310
Özüm də bilmirəm ki, mən kiməm?....................................317
334
Qeyd üçün
Dostları ilə paylaş: |