308
etiraz edə bilməzdim, çünki mən burada işləyirdim və burdan
da əmək haqqı alırdım. Ona görə də bu rol mənə uyğun oldu-
olmadı, onu oynamalıydım. Bax, onda məcburiyyət qarşısında
qalıb bu rolu oynadım. Tamaşaçılar da başladı komsomolçu
Barata gülməyə. Əlbəttə, komik bir aktyorun birdən-birə ciddi
komsomolçu rolunu oynaması doğrudan da gülüş doğurdu.
Sonradan öz xahişimlə məni bu roldan çıxardılar.
- Arif müəllim, elə bir hadisə olubmu ki, səhnədə oynadığınız
rolda hansısa özünüzün bilərəkdən və ya bilməyərəkdən
etdiyiniz bir hərəkət tamaşaçılarda gülüş doğursun?
- Əlbəttə, olub. Mən bir rolu oynamalıydım, guya əlimdə bir
çamadan vağzala gəlməliydim. O zaman sənətdə hələ ilk
addımlarımı atırdım. Zal da tamaşaçıyla dolu idi. Özümü elə
itirmişdim ki, bir çamadan əvəzinə iki çamadan götürmüşdüm.
Birdən kənardan rejissor dedi: “Çıxmısan qatar ayağına, amma
iki çamadan götürmüsən, birini götürməlisən.” Bu zaman başa
düşdüm ki, səhv etmişəm, ancaq vəziyyətdən çıxmaq üçün
dedim: “Vay, vay bu nə idi, rolu korladım ki, siz Allah, məni
bağışlayın.” Tamaşaçılar keçdi gülməkdən. Belə hallar çox
olub. Məsələn, rayonda tamaşa vermişik. Həmin tamaşada 7-8
aktyor iştirak edirdi. Tamaşa qurtarandan sonra biz 12 nəfər
maşına minib yola düşəndə adamlar qışqırıb deyirdilər: “Aha,
bunlar bizi aldatdılar, tamaşanı alayarımçıq verdilər,
aktyorların qalanı rollarını oynamadılar.” Əlbəttə, onlar başa
düşmürdülər ki, yerdə qalanların biri paltar geyindirən olur, biri
qrim çəkən olur, biri saç darayan, biri paltar ütüləyən...
- Gülüş ustası kimi hansı sənətkarlarımızı özünüzün
müəllimi hesab edirsiniz?
- Özünə ustad sanmaq, sənətdə müəllimi hesab etmək o demək
deyildir ki, onlar mənə məhz dərs desinlər. Bu yolda kimsə
mənə bir cümlə də olsa, xeyirxah, doğru-düzgün söz deyibsə,
309
işimdə azca da olsa, düzgün istiqamət veribsə, deməli, həmin
şəxslər mənim ustadım, müəllimlərimdir. Bu baxımdan mən
Səyavuş müəllimi, Hacıbaba müəllimi, Əliağa Ağayevi,
İsmayıl Osmanlını misal göstərə bilərəm. Bu gözəl insanlar öz
köməkliklərini gənclərdən heç zaman əsirgəməyiblər. Onların
məsləhətləri gənc aktyorlara böyük kömək olub. Məsələn,
Səyavuş müəllim Musiqli Komediya Teatrında “Gözün aydın”
tamaşasında Səlyanski rolunu mənə oynamağı tapşırdı.
Rəhmətlik Məmmədsadıq Nuriyev (Yaşar Nurinin atası), özü
“Qayınana”da Əlini oynayırdı, amma bununla yanaşı, o məni
də hazırlayırdı ki, nəvbəti tamaşalarda Əli rolunu mən
oynayım. O bu rolu necə oynayacağım barədə dəyərli
məsləhətlər verirdi.Rəhmətlik mənə ən çox sözün təsirindən
danışırdı. Söz yox ki, səhnədə hərəkətdən əlavə, sözün özü də
dinamika yaradır. Bütün bunlara görə gözəl sənətkarımıza öz
dərin minnətdarlığımı bildirirəm.
- Arif müəllim, bəs sənət paxıllığına necə baxırsan?
- Mən buna təbii baxıram. Amma onu deyim ki, sənətdə
özümə qarşı kiminsə paxıllığını, gözü götürməməzliyini hiss
etməmişəm. Onu da qeyd edim ki, sənətdə paxıllığa yaxşı hal
kimi baxıram. Bu paxıllıq necə olmalıdır? Çalışıram ki, Yaşar
Nuri kimi obrazlar oynayım və yüksəlim. Sənət paxıllığını mən
bu cür istəyirəm. Yəni hər bir aktyor çalışmalıdır ki, oynadığı
rolun acısı olsun, onu ürəkdən oynasın Sənətdə paxıllıq
rəqabət kimi başa düşülməlidir. Bir tərəfdən də aktyor oynadığı
rolun böyük-kiçikliyinə fikir verməməlidir, hər ikisini qəlbən
sevərək oynamalıdır.
- Sənətdən doymaq... Bu barədə nə deyə bilərsiniz?
- Sənətdən heç zaman doymaq mümkün deyil. Sənət elə bir
məbəddir ki, bu məbədi fəth etmək olmur. Ola bilsin ki,
310
zirvəyə çatıb dayanasan. Bu isə mümkün deyil. Axı, arxadan
gəlirlər. Sən bu zirvədə dayanmamlısan. Dayanmamaq üçün
mütləq hərəkətdə olmalısan, öz üzərində gecə-gündüz
işləməlisən. Aktyor ki, dayandı, deməli işləməyən qıfıl kimi
paslanacaq. Aktyor ömrü səhnədə keçməlidir. O, səhnədə
görünməyəndə, tamaşaçılar da onu tez unudur.
- Sənətdə maddiliyə necə baxırsınız?
- Bu sənətin gözəlliyi odur ki, çoxusu buraya maddi imkanlar
əldə etmək üçün gəlmirlər. Özünüz də bilirsiniz ki, sənət
fədailəri həmişə maddi çətinliklərlə qarşılaşıblar, amma onlar
bu sənətin vurğunu olduqlarına görə buraya gəlirlər. Mən bu
sənət aşiqlərini alqışlayıram, çünki onlar bütün maddi
imkansızlıqlara baxmayaraq, öz sənətlərini tərk etmirlər.
Şəxsən mən bu sənətə maddi imkana görə gəlsəydim, onda
yarıyolda bunu atıb başqa bir pullu sənət arxasınca gedərdim.
Eləcə də başqa sənətkarlarımız. Burada gərək fədai olasan, bu
sənətdə hər şeyi itirirsən. Amma bütün bunların müqabilində
çox böyük tamaşaçı məhəbbətini qazanırsan.
- Arif müəllim, son yaradıcılıq planlarınız barədə nə deyə
bilərsiniz?
- Mən Milli Akademik Dram Teatrının aktyoruyam. Marat
Haqverdiyevin “ Evlənmək istəyirəm” əsərində Tofiq obrazını,
Elçinin “ Ax, Paris, Paris!” əsərində Eynşteyn rolunda çıxış
etmişəm. İndi isə yenicə hazırlanan “Aydın” əsərində Səlim
rolunda çıxış edəcəyəm. Bundan əlavə, “Arif Satira Teatrı”nda,
öz yaratdığım teatrda “ Beş qitənin təbəssümü” adlı yeni gülüş
monoloqları hazırlamışam. Burada mən beş qitənin məşhur
gülüş yazıçılarının əsərlərindən ibarət yeni kompozisiyasını
tamaşaçılara təqdim edəcəyəm. Milli Dram Teatrının
aktyorlarından Nizami Mirsalayev, Naibə Əlibəyova, Əli
Dostları ilə paylaş: |