Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə87/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   83   84   85   86   87   88   89   90   91

308
 
 
etiraz edə bilməzdim, çünki mən burada işləyirdim və burdan 
da əmək haqqı alırdım. Ona görə də bu rol mənə uyğun oldu-
olmadı, onu oynamalıydım. Bax, onda məcburiyyət qarşısında 
qalıb bu rolu oynadım. Tamaşaçılar da başladı komsomolçu 
Barata gülməyə. Əlbəttə, komik bir aktyorun birdən-birə ciddi 
komsomolçu rolunu oynaması doğrudan da gülüş doğurdu. 
Sonradan öz xahişimlə məni bu roldan çıxardılar. 
 
-  Arif müəllim, elə bir hadisə olubmu ki, səhnədə oynadığınız 
rolda hansısa özünüzün bilərəkdən və ya bilməyərəkdən 
etdiyiniz bir hərəkət tamaşaçılarda gülüş doğursun? 
-  Əlbəttə, olub. Mən bir rolu oynamalıydım, guya əlimdə bir 
çamadan vağzala gəlməliydim. O zaman sənətdə  hələ ilk 
addımlarımı atırdım. Zal da tamaşaçıyla dolu idi. Özümü elə 
itirmişdim ki, bir çamadan əvəzinə iki çamadan götürmüşdüm. 
Birdən kənardan rejissor dedi: “Çıxmısan qatar ayağına, amma 
iki çamadan götürmüsən, birini götürməlisən.” Bu zaman başa 
düşdüm ki, səhv etmişəm, ancaq vəziyyətdən çıxmaq üçün 
dedim: “Vay, vay bu nə idi, rolu korladım ki, siz Allah, məni 
bağışlayın.” Tamaşaçılar keçdi gülməkdən. Belə hallar çox 
olub. Məsələn, rayonda tamaşa vermişik. Həmin tamaşada 7-8 
aktyor iştirak edirdi. Tamaşa qurtarandan sonra biz 12 nəfər 
maşına minib yola düşəndə adamlar qışqırıb deyirdilər: “Aha, 
bunlar bizi aldatdılar, tamaşanı alayarımçıq verdilər, 
aktyorların qalanı rollarını oynamadılar.”  Əlbəttə, onlar başa 
düşmürdülər ki, yerdə qalanların biri paltar geyindirən olur, biri 
qrim çəkən olur, biri saç darayan, biri paltar ütüləyən... 
 
-  Gülüş ustası kimi hansı  sənətkarlarımızı özünüzün 
müəllimi hesab edirsiniz? 
 
-  Özünə ustad sanmaq, sənətdə müəllimi hesab etmək o demək 
deyildir ki, onlar mənə  məhz dərs desinlər. Bu yolda kimsə 
mənə bir cümlə  də olsa, xeyirxah, doğru-düzgün söz deyibsə, 


309
 
 
işimdə azca da olsa, düzgün istiqamət veribsə, deməli, həmin 
şəxslər mənim ustadım, müəllimlərimdir. Bu baxımdan mən 
Səyavuş müəllimi, Hacıbaba müəllimi,  Əliağa Ağayevi, 
İsmayıl Osmanlını misal göstərə bilərəm. Bu gözəl insanlar öz 
köməkliklərini gənclərdən heç zaman əsirgəməyiblər. Onların 
məsləhətləri gənc aktyorlara böyük kömək olub. Məsələn, 
Səyavuş müəllim Musiqli Komediya Teatrında “Gözün aydın” 
tamaşasında Səlyanski rolunu mənə oynamağı tapşırdı. 
Rəhmətlik Məmmədsadıq Nuriyev (Yaşar Nurinin atası), özü 
“Qayınana”da  Əlini oynayırdı, amma bununla yanaşı, o məni 
də hazırlayırdı ki, nəvbəti tamaşalarda  Əli rolunu mən 
oynayım. O bu rolu necə oynayacağım barədə  dəyərli 
məsləhətlər verirdi.Rəhmətlik mənə  ən çox sözün təsirindən 
danışırdı. Söz yox ki, səhnədə hərəkətdən əlavə, sözün özü də 
dinamika yaradır. Bütün bunlara görə gözəl sənətkarımıza öz 
dərin minnətdarlığımı bildirirəm. 
 
-  Arif müəllim, bəs sənət paxıllığına necə baxırsan? 
 
-    Mən buna təbii baxıram. Amma onu deyim ki, sənətdə 
özümə qarşı kiminsə paxıllığını, gözü götürməməzliyini hiss 
etməmişəm. Onu da qeyd edim ki, sənətdə paxıllığa yaxşı hal 
kimi baxıram. Bu paxıllıq necə olmalıdır? Çalışıram ki, Yaşar 
Nuri kimi obrazlar oynayım və yüksəlim. Sənət paxıllığını mən 
bu cür istəyirəm. Yəni hər bir aktyor çalışmalıdır ki, oynadığı 
rolun acısı olsun, onu ürəkdən oynasın  Sənətdə paxıllıq 
rəqabət kimi başa düşülməlidir. Bir tərəfdən də aktyor oynadığı 
rolun böyük-kiçikliyinə fikir verməməlidir, hər ikisini qəlbən 
sevərək oynamalıdır. 
 
-  Sənətdən doymaq... Bu barədə nə deyə bilərsiniz? 
 
-  Sənətdən heç zaman doymaq mümkün deyil. Sənət elə bir 
məbəddir ki, bu məbədi fəth etmək olmur. Ola bilsin ki


310
 
 
zirvəyə çatıb dayanasan. Bu isə mümkün deyil. Axı, arxadan 
gəlirlər. Sən bu zirvədə dayanmamlısan. Dayanmamaq üçün 
mütləq hərəkətdə olmalısan, öz üzərində gecə-gündüz 
işləməlisən. Aktyor ki, dayandı, deməli işləməyən qıfıl kimi 
paslanacaq. Aktyor ömrü səhnədə keçməlidir. O, səhnədə 
görünməyəndə, tamaşaçılar da onu tez unudur. 
 
-  Sənətdə maddiliyə necə baxırsınız? 
 
-  Bu sənətin gözəlliyi odur ki, çoxusu buraya maddi imkanlar 
əldə etmək üçün gəlmirlər. Özünüz də bilirsiniz ki, sənət 
fədailəri həmişə maddi çətinliklərlə qarşılaşıblar, amma onlar 
bu sənətin vurğunu olduqlarına görə buraya gəlirlər. Mən bu 
sənət aşiqlərini alqışlayıram, çünki onlar bütün maddi 
imkansızlıqlara baxmayaraq, öz sənətlərini tərk etmirlər. 
Şəxsən mən bu sənətə maddi imkana görə  gəlsəydim, onda 
yarıyolda bunu atıb başqa bir pullu sənət arxasınca gedərdim. 
Eləcə də başqa sənətkarlarımız. Burada gərək fədai olasan, bu 
sənətdə  hər  şeyi itirirsən. Amma bütün bunların müqabilində 
çox böyük tamaşaçı məhəbbətini qazanırsan. 
 
-  Arif müəllim, son yaradıcılıq planlarınız barədə nə deyə 
bilərsiniz? 
 
-    Mən Milli Akademik Dram Teatrının aktyoruyam. Marat 
Haqverdiyevin “Evlənmək istəyirəm” əsərində Tofiq obrazını, 
Elçinin “Ax, Paris, Paris!” əsərində Eynşteyn rolunda çıxış 
etmişəm.  İndi isə yenicə hazırlanan  “Aydın”  əsərində  Səlim 
rolunda çıxış edəcəyəm. Bundan əlavə, “Arif Satira Teatrı”nda, 
öz yaratdığım teatrda “Beş qitənin təbəssümü” adlı yeni gülüş 
monoloqları hazırlamışam. Burada mən beş qitənin məşhur 
gülüş yazıçılarının  əsərlərindən ibarət yeni kompozisiyasını 
tamaşaçılara təqdim edəcəyəm. Milli Dram Teatrının 
aktyorlarından Nizami Mirsalayev, Naibə  Əlibəyova,  Əli 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə