Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə83/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   79   80   81   82   83   84   85   86   ...   91

294
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Vahid milli ideologiyanın yaradılması 
vacibdirmi? 
 
Tanıtma:
Tağıyev  Əlikram Mirhəsən oğlu, 1945 -ci ildə 
İmişli rayonun Qaradonlu kəndində anadan olmuşdur. 1 
saylı İmişli şəhər orta məktəbini (1963), M.F.Axundov adına 
APDİ-ni (1969), Azərb.EA-nın Fəlsəfə  və Hüquq 
İnstitutunun aspiranturasını (1974), Bakı Ali Partiya 
məktəbinin nəzdindəki iki illik Marksizm-Leninizm 
Universitetini (1975) bitirmişdir. 
1982 -ci ildən elmlər namizədi, 1986-cı ildən dosent, 1994-cü 
ildən isə professordur. 
Ə.Tağıyev “K.Marks və ideoloji mübarizə” (1985), 
“Azərbaycan milli mədəniyyəti və onun burjua 
saxtalaşdırılmasının tənqidi” (1986), “Lenin milli siyasəti və 
antikommunizm” (1988), “Politologiya” (1993), “Napoleon” 
(1993), “Sosiologiya” (1994), “Polotologiya fənninin tədrisi 
metodikası” (1995), “Milli ideya və milli ideologiya” (1995), 


295
 
 
“Etnik siyasət” (1997), “Platon və Aristotel” (1997), 
“Fəlsəfə” (1997), “Kulturologiya” (1997), “Orta əsrlərin 
fəlsəfi və social-siyasi fikri (Qərbi Avropa və Azərbaycan)”  
(1999), “Mədəniyyətşünaslığın əsasları” (1999), “Azərbaycan  
xalq cümhuriyyəti” (1998), “Siyasi biliklərin əsasları” (1999), 
“Böyük Britaniyanın siyasi həyatı” (2000), 
“Etnopolitologiya” (2000), “Ruslar və Türklər” (2000) 
kitablarının müəllifidir. 
 Professor  Ə.Tağıyev “Sosial-siyasi fəlsəfə problemləri” 
məqalələr toplusunun redaktorudur. 10-dan yuxarı aspirant 
və dissertanta elmi rəhbərlik edir. 
Hazırda 
Ə.Tağıyev Azərbaycan EA-nın Beynəlxalq 
Münasibətlər  İnstitutunun “Millətlərarası social-siyasi 
proseslər” şöbəsinin müdiridir. 
 
-  Əlikram müəllim, Avropa Şurasına qəbul olunmağımız və 
ümumiyyətlə millətimizin Avropalaşmağa olan meyli 
haqqında nə deyə bilərsiniz? 
 
- Avropa Şurasına qəbul olunmağımız heç şübhəsiz ki, 
xalqımızın həyatında mühüm siyasi əhəmiyyət kəsb edir. Bu, 
iqtidarın yeritdiyi konstruktiv xarici siyasi fəaliyyətin 
nəticəsidir. Biz bu quruma daxil olmaqla dönüb avropalı 
olmuruq. Bu, hər  şeydən  əvvəl, siyasi bir məsələdir. Milli 
təhlükəsizliyin təminatı üçün, insane haqlarının qorunması 
məsələsində  əhəmiyyətlidir. O ki, qaldı  məsələnin ikinci 
tərəfinə, onu deyək ki, biz Avropa Şurasına daxil olmaqla, 
milli-mənəvi dəyərlərimizdən  əl çəkmirik, öz milli simamızı 
itirmirik, həyat tərzimiz bir şərqli olaraq qalır.Avropaya meyl, 
avropalaşmağa olan həvəs hər  şeydən  əvvəl ondan irəli gəlir 
ki, avropalılar insanın insane kimi yaşaması üçün lazımi şərait 
yaratmışdır. Bu ölkələrdə yeridilən social-siyasət xalqın maddi 
həyat şəraitini yaxşılaşdırmağı özünün birinci dərəcəli vəzifəsi 
kimi qarşıya qoyur. İ.Kant nahaq yerə yazmırdı ki, sivilizasiya 


296
 
 
o yerdə başlayır ki, insan orada özünə müəyyən  şərait 
düzəltməyə çalışır. Bu mənada şübhə yoxdur ki, avropalılar bir 
çox xalqlardan və eləcə  də bizdən irəlidədir və bizim də 
onların yolunu izləmək meylimiz təəccüb doğurmamalıdır. 
Amma burada məsələnin bir sıra ziddiyyətli cəhətləri də 
vardır. Məsələn, Avropada elə qüvvələr vardır ki, bizim 
kimiləri öz cəmiyyətlərinə  qəbul etmələrinin açıq-açığına 
əleyhinədirlər. Görünür, bu dairələr Avropa həyat tərzinin 
bizlər üçün ömürlük bir ideal və miraj olaraq qalmasını arzu 
edirlər.  Əgər biz onlara çatmış olsaq da, onda Avropanı kim 
təqlid edəcəkdir? 
 
-  Siz avropalaşmaqla yeniləşməyin nisbətini necə 
görürsünüz? 
 
-  Avropalaşmaqla yeniləşmək ideyasını eyniləşdirmək məncə, 
məsəlnin tam həlli demək deyil. Bu, keçən əsrin axırı və yeni 
əsrin  əvvəlləri üçün doğru idi. Çünki bütün yeni ideyalar o 
zaman Avropadan nəşət edirdi və yeniləşmə kimi qəbul 
edilirdi. Ona görə  də milli hərəkat ideologlarımız 
avropalaşmağı məqbul sayırdılar. İndi isə nisbət dəyişilmişdir. 
Yeni ideyalar təkcə Avropadan gəlmir, hətta  İslam  şərqindən, 
Cənub-şərqi Asiya ölkələrindən də  gəlir.İndi Avropa elmin, 
siyasətin və texnologiyanın bir sıra sahələri üzrə öz 
mövqelərini bu yeni sivilizasiya mərkəzlərinə verməkdədir. 
Şpenqler “Avropanın qürübu”  əsərində yazırdı ki, Avropa 
mədəniyyəti tənəzzül dövrünə qədəm qoymuşdur. Ona görə də 
Amerika sosioloqu Samuel Xantinqton özünün 
“Sivilizasiyaların toqquşması” əsərində yazırdı ki, artıq XXI 
əsrdə ideoloji qarşıdurmaları dinlərin və sivilizasiyaların 
mübarizəsi  əvəz edəcəkdir. S.Xantinqton hətta, erməni-
azərbaycan münaqişəsini də    məhz bu mübarizənin nəticəsi 
kimi qiymətləndirir. 
 


297
 
 
-  Professor, yeri gəlmişkən, Siz cavabınızda ideologiya 
məsələsinə toxundunuz. Müasir Azərbaycan cəmiyyəti üçün 
vahid milli ideologiyanın yaradılmasına münasibətiniz 
necədir? 
 
-  Demokratik cəmiyyətdə vahid ideologiyadan danışmaq 
olmaz. Çünki, burada pluralism hökm sürür, bütün sahələrdə və 
eləcə də ideologiya sahəsində. Qərbdə də istəmirlər ki, biz yeni 
bir totalitar ideologiya yaradaq. Yeni milli ideologiya vahid 
milli siyasi liderin olmasını tələb edir. Bu bəlkə də keçid dövrü 
üçün lazımdır. Amma bütövlükdə universal deyil, çünki vahid 
ideologiya həm də vahid metodologiyanın olmasını  zəruri 
hesab edir. Azərbaycanlıların milli ideyası isə həmişəyaşardır. 
Onu vahid ideologiya ilə qaışdırmaq olmaz. Bizim milli 
idealımız müstəqil, çiçəklənən, azad və xoşbəxt yaşayan bir 
cəmiyyət qurmaq ideyasıdır. Bu həmişə olmuşdur və indi də 
var. 
 
- Siz metodologiyadan danışırsınız. Bildiyimiz kimi Marksist 
metodologiyası özünü doğrultmadı. Bəs indi ictimai elm 
sahələri hansı metodologiyaya söykənir? 
 
- Camal müəllim, çox yerində verilmiş sualdır. Biz bu 
yaxınlarda Fəlsəfə, sosiologiya və hüquq institutu ilə birlikdə 
bu mövzuda bir elmi konfrans da keçirmişik. Problemin həlli 
yollarını axtarırıq. Metodologiya sahəsində diktata yol ola 
bilməz. Hansı metodologiyadan istifadə olunması tədqiqatçıdan 
və onun tədqiq etdiyi mövzunun xarakterindən asılıdır. 
Marksist metodologiya əsasən Qərb ölkələrinin standartlarına 
uyğun olduğundan onu bizim şəraitə  tətbiq edəndə istər-
istəməz nöqsanlı cəhətlər üzə çıxır və ictimai problemlərin bizə 
lazım olduğu kimi öyrənilməsinə maneçilik törədir. Ona görə 
də bizim sahələr üçün onu artıq köhnəlmiş sayırlar. Amma 
yenisi də yoxdur. Ona görə də sözdə Marksist metodologiyanı 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə