Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə79/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   75   76   77   78   79   80   81   82   ...   91

282
 
 
Azərbaycan neft sənayesinin  ən gözəl biliciləri,  ən savadlı  
mütəxəssisləri rayondan gəlib. 
    Bakıda erməni, rus, yəhudi millətindən olan adamların 
evlərində kirayədə qalıblar. Bəli, haykanuşların evində 
kirayədə qalanda onlar görürdülər ki, bu, savadlı  oğlandır, 
bunun gələcəyi var, arxasında elə də qohum- əqrabası yoxdur. 
Ona görə də haykanuş qızına tapşırırdı ki,bunu əldən buraxmaq 
olmaz. Eləcə də ruslar və yəhudilər bu cür hərəkət edirdilər. Bu 
yollarda bizim istedadlı oğlanlarımızın məcburiyyət qarşısında 
qalıb kirayənişinlikdən azad olmaqdan ötəri “xozeyn” və ya 
“xozeyka”larının qızlarıyla evlənib həyatlarının yarısını başqa 
millətlərə bağışlamalı olurdular. Və  həmin haykanuşların 
küçədəki pozğun qadınları bizim “alicənablar”ın xeyirxahlığı 
sayəsində “JEK” lərə, banklara, yüksək dövlət postlarına, 
idarələrə  işə götürürdülər. Bununla da mənbələrimizdə, tarixi 
köklərimizdə saxtalaşdırlma dövrü başlandı. 
    1990-cı ildə mən MK-nın kitabxanasına baş çəkdim ki, bəlkə 
orada keçmiş tarixi kitablar qala. Gördüm ki, MK- nın həmin 
kitabxanası 
Şaumyanın adınadır. Orada Mirzoyanın 
“Revolyuçionnıy Vostok” jurnalına rast gəldim. Həmin 
jurnalda Mirzoyan Moskvada 1936-cı ildəki çıxışında 
göstərirdi ki, ermənilər azərbaycanlıları  qırmış, onlara divan 
tutmuşlar.  Əlbəttə, bu ruslar tərəfindən öyrədilmiş bir çıxış 
olub ki, onun Azərbaycana gəlməsinə etiraz  edən olmasın. Bu 
çıxışdan sonra Mirzoyanı    Azərbaycan MK-ya katib 
göndərirlər. 
    Bundan  əvvəl, Azərbaycan qızları  həm də marusiyaların,  
nataşaların evlərində qalırdılar və onlar da müxtəlif vasitələrlə 
bizim qızları yoldan çıxarırdılar. 
    Bildiyimiz kimi, genetika var, irsiyyət və əcdadlıq var. Buna 
bir misal çəkmək istəyirəm. Bir gün 5-6 ağsaqqal küçədən 
keçirmiş. Bərk yağış yağırmış. Bir cavan oğlan bunların 
yanından qaça-qaça ötüb keçir. Oğlanın ayağının altından çıxan 


283
 
 
zığlı su qocaların üstünə  sıçrayır. Onlardan biri digərindən 
soruşur: 
-   Ə, bu kimin oğludur belə? 
 O biri ağsaqqal kişi qayıdır ki, filankəsin nəvəsidir. Birinci 
ağsaqqal deyir ki, o nəsildən belə bir ədəbsiz adam çıxmayıb. 
Görəsən, bu kimə oxşayıb? “Kimə oxşayacaq, dayısı gic 
Əliyə”,- deyə bu nəsli yaxşı tanıyan o biri ağsaqqal dillənir. 
 Deməli, nəsildə kimsə yaramaz bir adam, genetik cəhətdən 
zəif  bir adam tapıldı. İndi bəzi pozğun qızlarımız o dövrdə, o 
insanlardan  əmələ  gələnlərdir.  İrsiyyət burada özünü hökmən 
göstərir, yəni bu gün marusiyalara, nataşalara oxşayan 
qızlarımız həmin irsiyyətin nəticələridir. O dövrdə  ən yüksək 
vəzifələrdə qeyri-millətin nümayəndələrinin yerləşdirilməsi 
bizi bu günə salıbdır. Bir faktı demək istəyirəm. Bizim 
universitetdə  nəzəri korpuslar var, bir də praktiki korpuslar. 6 
korpusumuz, 6 yataqxanamız var. Hər korpusda 10-15 erməni 
arvadı  və  qızı xadimə, kişiləri isə “oxran” işləyirdi. O 
cümlədən yataqxanalarda da işləyirdilər. Təsəvvür edin ki, 
1990- cı ildə 650 təsərrüfat işçisindən 450-si erməni, bunlardan 
50-60- ı da rus  idi. Yəni bununla demək istəyirəm ki, onlar bir 
gündə bizi zəhərləyə bilərdilər. Çünki hər  şey onların  əlində 
idi. Mən MK-ya müraciət etdim ki, bunlar buradan getməlidir. 
Və bizim tələbələr müvəqqəti onları  əvəz etməlidir. Sonra bir 
günün içində yataqxananın komendantını, xadimələrini 
dəyişdirdim. Bunu eşitcək məni polisə çağırdılar ki, mən 
erməniləri sıxışdırıram. Mən onlara izah etdim ki
yataqxanalarda iki minə yaxın tələbəmiz qalır. Ermənilər bir 
gecədə onları  zəhərləyə bilərlər. Hər halda özümüzkülərdən 
mənim bu hərkətimə dodaq büzənlər tapıldı. Bir də ki, oğul heç 
vaxt dayısına güllə atmaz. Ruslar, ermənilər, yəhudilər 
“matriarxlara”, bizim milləti isə “partiarxlara” mənsubdur. 
Yəni biz daha çox ata tərəfə meyilli millətik. Onlar isə ana 
tərəfə. Buna görə  də ermənilərdən doğulan övlad heç vaxt 
erməniyə qarşı çıxmaz, ona silah qaldırmaz. 


284
 
 
Bu gün əxlaqımızın və  mənəviyyatımızın pozulmasının  əsas 
köklərindən biri məhz  “dayısı gic Əliyə oxşayanlardır”. 
Əxlaqsızlığın yaranmasında iqtisadi çətinliklər də az rol 
oynamır. Digər tərəfdən isə  əxlaqsızlıq girdabına düşənlər- 
həmişə özünü harın saxlayan, bir villada ailəsiylə yaşayan, 
digər villada isə  aşnasıyla kef çəkənlərdir. Təbiidir ki, ailə 
nəzarətsiz qalanda ya cinayət törədilər, ya da əxlaqsızlıq baş 
verə bilər. Amma bu gün kasıbçılıq ucbatından özlərini 
satanların həqiqətən bizim kökümüzdən olmasına qətiyyən  
inanmıram. 
Elə götürək ki, Mir Cəlalın “Bir gəncin manifesti” əsərini. 
Bunu hamımız bilirik. 
Mən bir şeyi xüsusilə qeyd etmək istəyirəm. Əgər bu gün elm, 
təhsil, tibb ocaqlarımızın başında sırf, təmiz Azərbaycan 
nümayəndəsi dayanmasa, bu, bizim üçün çox ağır olacaq. Bu 
gün haray salırlar ki, respublikamızda alimlərin sayı artıb, 
qabağına durmaq lazımdır. Kimin adamı, pulu varsa, qoy onlar  
keçsin. Savadı var, adamı yoxdursa, pulu yoxdursa və yaxud 
dikbaşdırsa, belələrinə mane olmaq lazımdır.    
 Bu gün tarixdən gələn nişanələri məhv etmək, istedadı  məhv 
etmək, milli ruhda düşünüb yazıb- yaradanlara mane olmaq 
ancaq qeyri-millətin nümayəndələrinin işidir. Biz tezliklə bu 
buxovlardan xilas olmalıyıq. Nəhayət, biz başa düşməliyik ki, 
bu gün millətimizə, elmimizə qarşı qeyri- millətin 
nümayəndələri “səlib yürüşü”nə  çıxıblar. Bu millətin 
nümayəndələrinin arxasında da çox böyük qüvvələr dayanır və 
onlara hərtərəfli himayədarlıq edir, onları qoruyurlar. 
 
-  Vaqif müəllim, sirr deyil ki, bu gün kimə bir vəzifə  təklif 
etsələr, tərəddüd etmədən həmin təklifi qəbul edər. Onunçün 
fərqi yoxdur, o, bu vəzifənin öhdəsindən gələcək, ya 
gəlməyəcək. Ancaq vaxtilə elə kişilər olub ki, vəzifəyə 
getməkdən imtina ediblər. Belə kişilərdən biri də  eşitdiyimə 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə