Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx


- Polis sistemi haqqında qanunun olmaması işinizə necə təsir



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə75/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   71   72   73   74   75   76   77   78   ...   91

268
 
 
- Polis sistemi haqqında qanunun olmaması işinizə necə təsir 
edir? 
 
- Hazırda cinayətkarlığın artdığı bir zamanda polis sistemi 
haqqında qanunların olmaması  işimizdə ciddi maneələr 
yaratmışdır. Günün tələblərini nəzərə almaqla yubatmadan 
polis sistemi haqqındakı qanun işlənib hazırlanmalıdır. Bu 
günə kimi keçmiş SSRİ dövrünün qanunları əsasında işləyirik. 
Bu qanunlar isə artıq bu günün tələblərinə cavab vermir. Polis 
işçisi bir sıra imtiyazlardan məhrumdur. Onlar bəzən, hətta, 
qanun çərçivəsində belə sərbəst hərəkət edə bilmirlər. 
 
-   Hər bir polis rəsinin özünəməxsus iş prinsipi olur. Sizin iş 
prinsipiniz necədir
 
-Polis rəisi kimi iş prinsipim əmək və icra intizamıdır. Bunların 
hər ikisi olan vaxtda qanun şahdır. 
 
 
 
 
 
 
 
“Mühakimə”qəzeti, 1994 - cü il.    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


269
 
 
Şahidlərin təhlükəsizliyinin təmin 
edilməsi haqqında qanunvericilikdə heç 
bir normativ akt nəzərdə tutulmayıb 
 
 
   (Müsahibimiz  Nəsimi rayon Polis İdarəsinin Cinayət 
Axtarış  Şöbəsinin rəisi, polis podpolkovniki Vaqif 
Şərifovdur.
)         
 

Vaqif müəllim,respublikamızda yaranmış  gərgin ictimai-
siyasi vəziyyət hüquq-mühafizə orqanlarının üzərinə düşən 
işin məsuliyyətini daha da artırmışdır. Bu sahədə Sizin 
rayonda polis əməkdaşları hansı tədbirlər görürlər? 
 
- Siz  respublikamızda ictimai-siyasi vəziyyətin gərgin 
olduğunu qeyd etdiniz.Əvvəla,onu deməliyəm ki, biz, polis 
işçiləri siyasətə qarışmırıq. Bu barədə nazirimiz də bizə xüsusi 
göstəriş verib. Belə ki, polis  heç bir siyasi partiyanın üzvü 
olmamalıdır. Əgər belə bir şəxs olarsa, onda dərhal həmin şəxs  
polis sıralarından xaric ediləcək. Bizim bu gün əsas vəzifəmiz 
şəhərdə sabitliyi bərpa etmək, neqativ hallara qarşı barışmaz  
mübarizə aparmaqdır.  Şəhərdə sabitliyin qorunması sahəsində 
rayonumuzun polis əməkdaşları daha çox fəallıq göstərirlər. 
Son vaxtlar şəhərə qaçqınların axını ilə  əlaqədar olaraq 
rayonumuzda gərginliyin yaranması hiss olunmaqdadır. Belə 
ki, polis əməkdaşlarımız tez-tez mübahisəli həll olunması 
faktları ilə qarşılaşmalı olurlar. 
 
- Bu “mübahisəli məsələlər” konkret olaraq nədən ibarətdir? 
 


270
 
 
- Bunlar əsasən qaçqınların icazəsiz olaraq vətəndaşların 
evlərini zəbt etməsindən ibarətdir. Bu, mübahisə doğuran 
məsələlərin içərisində elələrinə rast gəlinir ki, ev sahibi axşam 
işdən qayıdanda görür qapı  sındırılıb, evdə isə  kənar  şəxslər 
var. 
 
-  Sizcə, bütün bunları “ mübahisəli məsələlər” adlandırmaq 
məntiqi baxımdan nə dərəcədə qanunidir? 
 
-  Əlbəttə, bu faktlar qanunsuz hərəkət hesab olunur və bizə də 
göstəriş verilib ki, bu cür məsələləri qanun çərçivəsi daxilində 
həll etməyə çalışaq. 
 
-  Bəs belə olan şəraitdə bu “mübahisəli məsələlər”i necə həll 
edirsiz? 
 
- Belə olan tərzdə, biz onlarla söhbət zamanı lazımi 
qanunçuluğu nəzərlərinə çatdırırıq. Daha sonra bu sahədə 
ağsaqqalların köməyindən istifadə edirik. Əlbəttə, onları da 
qınamaq olmaz, bütün var-dövlətini qoyub gəliblər. Bunlar bizi 
bir insan kimi ağrıtmaya bilməz. Bu ağır dərdə  vəzifəsindən, 
tutduğu mövqeyindən asılı olmayaraq hamımız şərik olmalıyıq. 
 
- Hamımıza məlumdur ki, əllərdə çoxlu silah vardır. 
Silahların yığılması sahəsində sizin şöbənin  əməkdaşları 
hansı operativ tədbirləri görürlər? 
 
- Silahların yığılması üçün şöbəmiz tərəfindən kompleks 
tədbirlər hazırlanıb həyata keçirilir. Belə ki, son 2 ay ərzində 9 
avtomat silahı, 5 tapança (müxtəlif növ) 4735 ədəd müxtəlif 
patronlar, 103 ədəd  əl qumbarası, 3 ədəd AQS qurğusu və 
müxtəlif sursatlar müsadirə olunubdur. 
 


271
 
 
- Hamımız üçün, eləcə də dünya ictimaiyyəti üçün son dərəcə 
təhlükəli olan “ağ ölümə” qarşı sizin rayonda hansı mübarizə 
tədbirləri görülür? 
 
-  Bu sahədə bizim əməkdaşlar gərgin mübarizə aparır. Elə 
bunun nəticəsidir ki, bu ilin 6 ayı ərzində narkomaniya işi üzrə 
102 cinayət işi açılıb. Bunlardan 10-u  “narkotik maddəni 
satan”cinayət işi kimi qeydə alınıbdır. Bu da ən ağır cinayət 
hesab olunur. 
 
- Son zamanlar şəhərdə maşın oğurlanması halları sanki 
“epidemiya xəstəliyinə” çevrilib. Təbiidir ki, bu faktların 
Sizin də rayonda olması istisna deyildir...  
 
- Bəli, maşın oğurlanması faktları bizim rayon üçün də 
xarakterik haldır. Yaxın zamanlarda şöbəmiz tərəfindən 6 
avtomaşın oğurluğu qeydə alınıb. Bu cinayət işindən 4-ü açılıb. 
 
- Elə hallar olur ki, mürəkkəb bir cinayət işi ilə  əlaqədar 
istintaqın gedişinə  hər vasitə ilə bu işdə “maraqlı  tərəflər” 
təsir göstərməyə  cəhd edirlər. Bu cür faktlarla Sizin şöbəniz 
də qarşılaşıbmı? 
 
- Bəli. Belə hallar çox olub. İstintaqın gedişi zamanı müxtəlif 
cür hədələr gəlir.Xüsusən, bu zaman şahidləri daha çox 
qorxudurlar. Ancaq qeyd etmək istəyirəm ki, belə olan tərzdə 
şahidlərin təhlükəsizliyi təmin olunmalıdır. 
    Təəssüflə deməliyəm ki, bu barədə qanunvericilikdə heç bir 
normativ akt nəzərdə tutulmayıb. Eyni zamanda bu akt digər 
respublikalarda da yoxdur. 
 
 
  “Mühakimə” qəzeti, 21 avqust 1993-cü il. 
 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə