Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə73/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   69   70   71   72   73   74   75   76   ...   91

259
 
 
Bunun üçün müsabiqədən və xalqın seçici kimi həqiqi rəyindən 
tam istifadə olunmalıdır. 
 
  “Mühakimə”qəzeti, 15 sentyabr  1993-cü il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


260
 
 
Söz nazirlər kabinetinindir 
 
     (Müsahibimiz  İqtisad elmləri doktoru, professor, yeni 
iqtisadi idarəetmənin tətbiqi və bazar iqtisadiyyatı sahəsində 
təcrübəli mütəxəssis, Bakı Biznes İntitutunun rektoru İbad 
Abbasovdur.) 
 
-  İbad müəllim, sizcə çoxsaylı özəl təhsil müəssisələrinin 
fəaliyyəti bu gün respublikamıza nə verə bilər? 
 
-  Əgər biz bazar iqtisadiyyatını sözdə yox, həqiqətdə  qəbul 
ediriksə, digər sahələrdə olduğu kimi təhsil sahəsində  də özəl 
müəssisələrə meydan verilməlidir. Mütəxəssis kimi birmənalı 
deyə bilərəm ki, hazırda respublikanın yeni təfəkkürlü, müasir 
tələblərə cavab verən  ixtisaslı mütəxəssislərə böyük ehtiyacı 
vardır.  Şübhəsiz, bu problemlərin öhdəsindən gəlmək təkcə 
dövlətin imkanları daxilində deyildir. Respublikamızda uzun 
illər gedən müharibə,  şəhid ailələrinin uşaqları, Qarabağ 
müharibəsinə  məruz qalmış  və  xəsarət almış  uşaqların pulsuz 
təhsil almasını misal gətirmək olar. 
 
-  İbad müəllim, söhbət əsasında belə qənaətə gəlmək olar ki
siz çox xeyirxah bir işi- xalqın maarifləndirilməsi kimi ağır, 
çətin missiyasını öz öhdənizə götürmüsünüz. Bu missiyanın 
lazımınca yerinə yetirilməsində sizə  dövlət qayğısı və köməyi 
varmı? 
 
-   Biz dövlət qayğısından və köməyindən məhrumuq və 
bundan da incimirik. Çünki ölkənin vəziyyəti bizə aydındır. 
Lakin dövlətin və hökumətin ali orqanları  tərəfindən 
sıxışdırılmağımız çox şübhəli görünür. Biz kimlərinsə siyasi 
oyunlarının alətinə, ayrı-ayrı adamların  şəxsi mənafe 
mənbəyinə çevrilə    bilmərik. Mən ümidvaram ki, bu uzun 
sürən mübahisəli proseslərə yaxın günlərdə son  qoyulacaq. 


261
 
 
Artıq Milli Məclisin xüsusi deputat komissiyası bu  barədə öz 
fikirini bildirmiş  və  vəziyyəti nizama salmaq üçün konkret 
təkiflərlə  çıxış etmişdir. Təkliflər isə bir ay bundan əvvəl 
parlament sədrinin imzası ilə icra üçün Nazirlər Kabinetinə 
göndərilmişdir.  İndi isə söz, konkret olaraq  Nazirlər 
Kabinetinindir. 
 
- Bakı Biznes İnstitutunun digər institutlardan və 
universitetlərdən fərqləndirici xüsusiyyətləri hansılardır? 
 
-  Biznes  İnstitutu respublikamızda yeganə ixtisaslaşmış ali 
təhsil müəssəsidir ki, o sırf bazar iqtisadiyyatı strukturu üçün 
mütəxəssislər hazırlayır. Burada digər ali təhsil 
müəssisələrindən fərqlidir. Daha dəqiq desək, bir neçə 
idarəetmə elementi bir ixtisasda birləşdirilmişdir. Bu da dünya 
təcrübəsinə uyğundur. 
 
-   İnstitutunuzda qəbul qaydaları və təhsil haqqı necədir? 
 
-  Tələbələr instituta müsabiqə yolu ilə  qəbul edilir. Təhsil 
haqqına gəldikdə, alınan vəsait yalnız professor- müəllim 
heyətinin  əmək haqqına və digər xırda təsərrüfat xərclərinə 
çatır.  İnstitutun maddi- texniki bazasının yaradılması  və 
möhkəmləndirilməsi üçün valideynlərin köməyindən başqa 
istinad yerimiz yoxdur. Düzdür, elmə, təhsilə kapital qoymaqda 
hələ  xəsislik edirik. Lakin, bu sahədə  bəzi valideynlər xüsusi 
təşəbbüskarlıq göstərirlər. Mən müəllifi olduğum kitabın 
təqribən beş milyon manatlıq qonorarının hamısını bu sahəyə 
yönəltmişəm. Bütün bunlarla yanaşı bəzən övladı müsabiqədən 
keçməyən elə valideynlər də olur ki, belə faktlardan şantaj 
məqsədi ilə istifadə edir. 
 
- Cənab rektor, aydındır ki, bazar iqtisadiyyatı üçün yüksək 
ixtisaslı kadrların hazırlanması ancaq yüksək elmi potensiala 


262
 
 
malik pedaqoji kadrlar tərəfindən həyata keçirilə bilər. Biznes 
institutunda bu cür elmi kadrlarınız varmı? 
 
-  Mən açığını deyim ki, bizdə olan elmi pedaqoji kadrların 
potensialı istər dövlət institutlarının, istərsə  də digər özəl 
institutların elmi potensialından fərqlənir. Çünki institutda 
çalışan elmi- pedaqoji kadrlar köhnə təfəkkür stereotiplərindən 
uzaqdır və bazar iqtisadiyyatından hər cürə baş  çıxarmaq 
bacarığına, daha düzünü desək, yeni təfəkkür tərzinə malik 
olan kadrlarımız vardır. 
 
 
  “Mühakimə” qəzeti,  08 sentyabr 1994-cü il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


263
 
 
Özəlləşmə zamanı cəmiyyətdətəbəqələr 
arasında kəskin qütbləşməyaranacaq 
 
(Müsahibimiz iqtisadiyyat nazirliyinin bazar strukturlarının 
proqnozladırılması şöbəsinin rəisi Fərhad Qarayevdir.)
 
 
- Fərhad müəllim, sizinlə söhbətimizin  əsas qayəsini 
özəlləşmə haqqındakı qanun təşkil edəcək. Siz özünüz də 
ziyalısınız. Sizcə, özəlləşmə prosesində onsuz da ağır olan 
ziyalılarımızın vəziyyəti necə olacaq?
 
 

Mən bu məsələyə bir az tənqidi yanaşmaq istəyirəm. Çox 
qəribədir ki, inkişaf etmiş ölkələrdə, hətta zəif inkişaf etmiş 
ölkələrdə belə  cəmiyyətin ziyalı  təbəqəsinə  həddindən artıq 
üstünlük verilir. Bu təbəqəni dövlət saxlayır və lazımınca onun 
qayğısına qalır. Ancaq bizdə isə hazırkı  şəraitdə 
cəmiyyətimizdə təbəqələşmənin sürətlə getdiyi bir zamanda ən 
böyük zərbə elə ziyalıya dəyir. Aydındır ki, bizdə ziyalı təbəqə 
büdcə hesabına yaşayır. Sübut etməyə çalışırlar ki, indiki 
şəraitdə büdcənin gəlir hissəsi az, xərci isə çoxdur. Büdcədə 
yaranmış bu kəsirdən son nəticədə cəmiyyətin həm ziyalı, həm 
də  əhalinin az təminatlı  təbəqəsi  əziyyət çəkir. Mənim 
fikrimcə, büdcəni kəsirdən xilas etmək üçün vergi sistemində 
köklü islahat aparılmalıdır.  İndiki zamanda rüşvətxorluğun 
qarşısını almaq üçün hökmən deklarasiya sistemi tətbiq 
edilməlidir. 
 
- Mənim növbəti sualım da elə özəlləşmə prosesində 
deklarasiya sisteminin  tətbiq edilməsinin nə  dərəcədə real 
olduğunu aydınlaşdırmaqdır. Fərhad müəllim, sizcə 
cəmiyyətin yuxarı elitası bu sistemin tətbiq edilməsinə imkan 
verəcəkmi?
 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə